Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə106/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   102   103   104   105   106   107   108   109   ...   205

ilqar Mammadov 

və  hadisəyə  daha  geniş,  daha  əhatəli  şəkildə  yanaşırlar.  Məsələn, 

rusiyalı nəzəriyyəçilərin  akademik  kurs kimi  işləyib  hazırladıqları üç 

cildlik «Ümumi dövlət və hüquq nəzəriyyəsi» adlı dərslikdə dövlətin 

funksiyalarının ən əsas əlamətləri belə sadalanır: 

«1.  Dövlətin  funksiyaları  bilavasitə  onun  sinfi  və  ümumbəşəri 

mahiyyətini  ifadə  edir  və  predmetcə  konkretləşdirir.  Həmin 

funksiyaların  məzmununda  cəmiyyət  üzvlərinin  sinfi,  qrup 

(korporativ), milli və xüsusi maraqları əks olunur. 

2.

 



Dövlətin  funksiyaları  vasitəsilə  üstqurumun  ən  əsas  hissəsi 

olan  dövlətin  öz  bazisinə  münasibətdə  aktiv  xidməti  rolu  açıqlanır, 

ölkə  daxilində  və  beynəlxalq  aləmdə  çoxsahəli  praktiki  fəaliyyəti 

reallaşır. 

3.

 

Dövlətin funksiyaları onun tarixi vəzifələrinə və məqsədlərinə 



müvafiq  olaraq  yaranır  və  inkişaf  edir.  Dövlət  öz  sosial  təyinatını 

dövlətin  ən  dayanıqlı  fəaliyyət  istiqamətlərini  əks  etdirən  və  həmin 

təyinata  uyğun  gələn  funksiyaların  həyata  keçirilməsi  yolu  ilə 

reallaşdırır. 

4.

 

Müxtəlif  tarixi  tiplərə  aid  olan  dövlətlərin  funksiyalarında 



həmin  tiplərin  özünəməxsus  cəhətləri  və  onların  inkişaf 

qanunauyğunluqları, cəmiyyətin həyatında baş verən sosial-iqtisadi, 

siyasi  və  ruhi-mənəvi  dəyişikliklərin  dinamikası  ifadə  olunur  və 

obyektivləşir».'' 

Yanaşma  müxtəlifliyinin  olmasına  baxmayaraq,  bütün 

tədqiqatçılar onunla razıdırlar ki, dövlət və cəmiyyət münasibətlərinin 

qanunauyğunluqlarından  irəli  gələn  funksiyalar  dövlətin  zəruri 

fəaliyyət istiqamətləri kimi təzahür olunur. Onlar cəmiyyətin, dövlətin 

qorunub saxlanması, müəyyən bir istiqamətdə inkişaf etməsi ilə bağlı 

tələbatların,  maraqların  ödənilməsinə  xidmət  etməklə  həm  də 

dövlətin fəaliyyətini, dövlət hakimiyyətinin xarakterini müəyyən edir. 

Dövlət,  cəmiyyətidə  belə  bir  instituta  tələbatın  olması 

səbəbindən yaranmış və indiyə kimi də əvvəldən mövcud olan məq- 

*

 



* Общая теория государства и права. Академический курс в 3- X 

томах. Том I. 5. 336. 



318 


Dövlət və hüquq nəzəriyyəsi 

sədlərə, yəni «ümumi işlərin» həyata keçirilməsinə və sosial yöndən 

asimmetrik  olan  cəmiyyətdə  münasibətlərin  nizamlanmasına, 

tənzimlənməsinə  xidmət  edir.  Cəmiyyət  inkişaf  etdikcə  vəzifələr  də 

dəyişir  və  bu  da  funksiyaların  dəyişilməsinə,  yenilərin  meydana 

gəlməsinə səbəb olur. «Odur ki, dövlətin funksiyaları bir tərəfdən hər 

bir  cəmiyyət  üçün  zəruri  olan  bir  institut  kimi  onun  təbiətini,  digər 

tərəfdən  isə  cəmiyyətin  asimmetriyasını,  həmçinin  də  dövlət 

hakimiyyətinin və dövlət iradəsinin təbiətindəki müxtəlifliyi əks etdirir. 

Misal  üçün,  quldarlıq  cəmiyyəti  ilə  müqayisədə  müasir  demokratik 

dövlətin  funksiyaları,  demək,  həm  də  dövlət  idarəetmə  üsulları 

tamamilə  fərqlidir.  İstismarçıların  müqavimətinin  qırılması  funksiyası 

isə yalnız proletariatın diktaturası kimi təqdim olunan totalitar dövlətə 

xasdır.  Dövlətin  funksiyaları  həm  də  cəmiyyətin  inkişaf 

mərhələsindən asılıdır. XIX əsrin liberal kapitalizm şəraitində dövlətin 

iqtisadi  funksiyası  sosial  yönümlü  bazar  iqtisadiyyatına  malik  olan 

müasir kapitalist dövlətinin iqtisadi funksiyası ilə eyni deyil».'' 

Dövlətin  funksiyaları  onun  tarixi  inkişafı  prosesində  dəyişir.  Bu 

dəyişikliklərə  ictimai  quruluşun  dəyişilməsi,  ictimai  münasibətlərin 

keyfiyyətcə  yeni  xarakter  qazanması  və  s.  ictimai,  mədəni  amillər 

yaxından  təsir  göstərir.  Hər  bir  tarixi  dövrdə  formalaşan  iqtisadi, 

sosial-sinfi  struktur,  ictimai  siyasi  münasibətlərdə  özünü  göstərən 

dominantalar,  ictimai-siyasi  paradiqma  dövlətin  konkret  funksiyalar 

sistemini  formalaşdırır.  Odur  ki,  dövlətin  funksiyalar  sistemi 

konkret-tarixi  xarakterə  malik  olur  və  bu  sistemin  özü  tarixi  şəraitin 

doğurduğu vəzifələrin təsiri ilə dəyişikliyə məruz qalır. Buna görə də 

deyə bilərik ki, dövlətin funksiyaları obyektiv olaraq mövcuddur, yəni 

onlar  dövlət  və  cəmiyyət  arasında  konkret  dövrə  uyğun  olaraq 

yaranan qarşılıqlı münasibətlərin qanunauyğunluqlarından irəli gəlir. 

Dövlətin  funksiyalarının  dəyişilməsini  mütləq  mənada  başa 

düşməməliyik. Yəni belə hesab etmək olmaz ki, dövlətin hər hansısa 

bir funksiyası dəyişikliyə məruz qaldıqda birdəfəlik ola- 

Чнркин B.E. Государственное управление. 

S.135. 


319 


ilqar Məmmədov 

raq aradan qalxır və yaxud heç bir dövlət bir daha belə bir funksiyaya 

malik  olmur.  Əslində,  dövlətin  funksiyalarının  dəyişikliyə  məruz 

qalması  mürəkkəb  hadisədir.  Bunu  sadə  və  müfəssəl  şəkildə 

açıqlamağa çalışaq. 

Birincisi,  dövlətin  funksiyalarının  dəyişilməsi,  ümumiyyətlə, 

bəşəriyyətdə  dövlətçiliyin  inkişaf  etməsi  prosesində  özünü  göstərir. 

İkincisi  isə,  bu  dəyişiklik  konkret  tarixi  dövrlər  və  konkret  dövlətlər 

səviyyəsində baş verir. Bundan əlavə, bu proses həm funksiyaların 

daxilən  dəyişilməsi,  yeni  məzmun  qazanması,  dəyişilərək  yeni 

keyfiyyətdə  təzahür  olması  kimi,  həm  də  bir  funksiyanın  və  yaxud 

funksiyalardan bəzilərinin öz əhəmiyyətini itirərək ləğv olunması, yeni 

vəzifələrin həyata keçirilməsi üçün başqalarının meydana gəlməsi və 

beləliklə  də,  konkret  funksiyalar  sisteminin  daxilən  dəyişilməsi  kimi 

özünü göstərir. Belə bir mürəkkəb proses onunla müşayiət olunur ki, 

tarix boyu dövlət inkişaf etdikcə bəzi funksiyalar da dəyişikliyə məruz 

qalır  və  inkişaf  edir,  onlarda  dövlətlə  bərabər  təkmilləşir.  Onların 

həyata  keçirilməsi  forması  və  metodları  dəyişilir,  ancaq  dövlət 

fəaliyyətinin  müvafiq  istiqamətləri  daimi  olaraq  qalır.  Həmin 

funksiyalar  dövlətin  mövcud  olmasını,  cəmiyyətdə  «ümumi  işlərin» 

həyata  keçirilməsini,  cəmiyyətin  əsas  sahələrinin  idarə  olunmasını 

təmin  edən  funksiyalardır.  Bəzi  funksiyalar  isə  konkret  dövlətlərin 

məqsəd və vəzifələrinin dəyişilməsi ilə öz əhəmiyyətini itirir və yeni 

şəraitdə onlara ehtiyac olmadığından ləğv olub aradan çıxır. Həmin 

funksiyalar daha çox konkret dövrün və dövlətin özünəməxsusluqları 

ilə əlaqədə meydana gəlir və məhz həmin dövrə və ya dövlətə xas 

olur. Odur ki, bu cür funksiyaların başqa dövrlər və ya dövlətlər üçün 

əhəmiyyəti  olmur.  Məsələn,  SSRİ  dövlətinin  funksiyalarının  təhlili 

göstərir  ki,  bu  dövlətin  əsas  funksiyalarından  olan  iqtisadi  funksiya 

(marksist-leninçi  dövlət  və  hüquq  nəzəriyyəsində həmin  funksiyaya 

daha  çox  təsərrüfat-  təşkilat  funksiyası  deyilir)  tarix  boyu  bütün 

dövlətlərə xas olan funksiyadır. Lakin ictimai quruluşun, bu dövlətin 

özünəməxsus  cəhətlərinin  təsiri  ilə  həmin  funksiya  modifikasiya 

olunaraq  konkret  məzmun  qazanmış və  müvafiq metodlarla həyata 

keçirilmiş- 

320 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə