Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə105/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   101   102   103   104   105   106   107   108   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Bəzən  elnni  ədəbiyyatda  dövlətin  funksiyaları  ilə  vəzifələrinin 

eyniləşdirilməsi  hallarına  da  rast  gəlirik.  Qərb  hüquq  elmində  isə, 

dövlətin  funksiyalarından  yox,  dövlətin  vəzifələrindən  danışmağa 

üstünlük verilir. Nəzəriyyəçilərin bir çoxu belə hesab edir ki, «dövlətin 

funksiyaları» ilə «dövlətin vəzifələri»nin bir-birinə çox yaxın anlayışlar 

olmasına baxmayaraq, onlar fərqli hadisələri ifadə edir. Buna görə də 

onları  eyniləşdirmək  olmaz.  Dövlətin  vəzifələri  dövlətin  qarşısında 

duran  (dövlətin  sosial  təyinatı  ilə  müəyyənləşmiş)  əsas  tələbləri, 

dövlətin  nələri  etməli  olduğunu  ifadə  edir.  Dövlətin  funksiyaları  isə 

dövlətin 

vəzifələrinin 

həyata 

keçirilməsinə 



istiqamətlənmiş 

fəaliyyətdir,  vəzifələrin  icra  olunması  prosesidir.  Özü  də  müəyyən 

istiqaməti olan məqsədyönlü fəaliyyətdir, yəni fəaliyyət istiqamətidir. 

Bu  baxımdan  M.İ.Baytin  yazır  ki,  dövlətin  vəzifələri  və  funksiyaları 

«qarşılıqlı olaraq bir- birinə bağlı olan, yaxın anlayışlardır, lakin onlar 

eyni  deyil.  Onları  nə  qarşı-qarşıya  qoymaq,  nə  də  eyniləşdirmək 

olmaz. 

Dövlətin vəzifələrində onun sosial təyinatı, bu və ya digər tarixi 



dövrdə onun tarixi missiyası müəyyənləşir. 

Həmin vəzifələr dövlətin funksiyalarına münasibətdə başlanğıc 

kimi  çıxış  edir,  onların  bilavasitə  şərtləndiricisi  kimi  təzahür  olunur. 

Vəzifələrdə  iqtisadiyyatın  və  siyasətin  dövlətin  funksiyalarının 

inkişafına təsiri cəmləşir. 

Dövlətin  funksiyaları  onun  vəzifələrinin  reallaşması,  həyata 

keçirilməsi  vasitəsidir.  Dövlətin  vəzifələri  onun  funksiyalarının  icra 

olunması yolu ilə həyatda öz təcəssümünü tapır»."' 

Dövlətin  vəzifələri  dövlət  hakimiyyətinin,  dövlət  idarəetməsinin 

həyata  keçirilməsinin  prioritet  istiqamətləri  və  bu  istiqamətləri 

müəyyənləşdirən  əsas  məsələlərdir.  Funksiyalar  isə  onların  həllinə 

yönələn fəaliyyət növləridir. Ona görə də, dövlətin funksiyalarını onun 

məqsəd və vəzifələrinin həyata keçirilmə vasitələri kimi başa düşmək 

olar. 


' Теория государства и права. 

Под ред. Матузова Н.И., Мапъко А.В.

 

S. 63-64. 



315 


ilqar Məmmədov 

Dövlətin  məqsəd  və  vəzifələrindən  danışarkən  belə  təsəvvür 

yaranmamalıdır ki, onlar mütləq dövlət tərəfindən rəsmi qaydada elan 

edilir,  qanunvericilikdə  təsbit  olunmaqla  yazılı  şəkildə  cəmiyyətə 

təqdim  olunur.  Biz  daha  geniş  yanaşmadan  çıxış  edərək  onları 

dövlətə  immanentolan  hadisə  hesab  edirik.  Dövlətin  məqsəd  və 

vəzifələri  dövlət  hakimiyyətinin  xarakterində,  dövlət  iradəsinin  ifadə 

tərzində,  dövlətin  təmsil  etdiyi  sivilizasiyanın,  mədəniyyətin 

doğurduğu  dəyərlərdə,  prinsiplərdə  və  institutlarda  konkretləşir,  bu 

təşkilatın fəaliyyətini onlarla əlaqəli şəkildə istiqamətləndirir. Onların 

bəyan edilməsi cəmiyyətin inkişafının son dövrlərində baş vermişdir, 

yəni konstitusiyalı dövlətlərin formalaşması həm də dövlətin məqsəd 

və vəzifələrinin konstitusiyada təsbit olunmasına səbəb olmuşdur. Bu 

proseslərin  gedişində  dövlət  insan  və  cəmiyyət  qarşısında 

öhdəliklərə malik olan təşkilat kimi qəbul edildiyindən onun məqsəd 

və  vəzifələrinə  də  xüsusi  maraq  yaranmışdır.  Buna  qədər  mövcud 

olan dövlətlər də məqsəd və vəzifələrə malik olmuş və yuxarıda qeyd 

etdiyimiz  kimi,  onlar  dövlət  hakimiyyətinin  xarakteri,  hakimiyyətin 

həyata  keçirilməsinin  üsul  və  vasitələri,  siyasi  şüur  və  siyasi 

mədəniyyət, siyasi institutlar vasitəsilə cəmiyyətə təsir göstərmişdir. 

Onu da qeyd edək ki, dövlətin məqsəd və vəzifələri cəmiyyətə necə 

təsir göstərirsə, real olaraq da o cürdürlər. Qanunvericilik vasitəsilə 

onların  bəyan  edilməsi  hələ  o  demək  deyil  ki,  formal  olaraq  təsbit 

olunanlar real məqsəd və vəzifələrdir. 

Elmi  ədəbiyyatda  dövlətin  funksiyaları  müxtəlif  cür  izah  edilir. 

Buna  görə  də  dövlətin  funksiyaları  barəsində  çoxlu  təriflər 

yaranmışdır.  Onlar  müxtəlif  cür  ifadə  olunsalar  da,  demək  olar  ki, 

mahiyyətcə  bir-birindən  bir  o  qədər  də  fərqlənmirlər.  Həmin 

təriflərdən bəzilərinə nəzər yetirək. 

«Dövlətin  funksiyaları  onun  sinfi  və  ümumbəşəri  mahiyyətini, 

sosial  təyinatını  ifadə  edən,  konkretləşdirən  əsas  daxili  və  xarici 

fəaliyyət istiqamətləridir».'' 

'Общая теория государства и права. Академический курс в 3- X томах. 

Том 1.8. 336. 



316 


Dövlət və hüquq nəzəriyyəsi 

«Funksiyalar  dövlətin  cəmiyyətdəki  təyinatı,  əsas  vəzifələri  ilə 

şərtlənən əsas fəaliyyət istiqamətləridir».'' 

«Dövlətin  əsas  fəaliyyət  istiqamətlərinə  dövlətin  funksiyaları 

deyilir».2 

«Dövlətin  funksiyası  onun  sinfi  mahiyyətindən  və  sosial 

təyinatından irəli gələn fəaliyyət istiqamətidir».3 

«Dövlətin  funksiyası  dövlətin  daxili  və  xarici  vəzifələri 

baxımından  ictimai  inkişafın  obyektiv  tələbləri  ilə  şərtlənən  zəruri, 

eynicins,  daimi,  məqsədyönlü  fəaliyyət  istiqamətidir  (dövlət 

fəaliyyətinin bir tərəfidir)».“^ 

«Cəmiyyətə (vətəndaş cəmiyyətinə) münasibətdə dövlətin 

funksiyaları cəmiyyətin (vətəndaş cəmiyyətinin) subyektlərinə aid 

ümumi işlərin həllinə yönəlmiş əsas fəaliyyət istiqamətləridir».^ 

«Dövlətin inkişaf mərhələlərində sinfi mahiyyətini, sosial rolunu və 

əsas vəzifələrini ifadə edən çoxcəhətli başlıca fəaliyyət istiqaməti 

onun funksiyası adlanır».^ 

Göründüyü  kimi,  təriflərdən  bəziləri  marksizm  nəzəriyyəsindən 

irəli  gələn  sinfi  yanaşmaya  əsaslanır.  Bu  yanaşma  sovet  hüquq 

elminə  xas  yanaşma  olduğundan  sovet  dövrünün  dövlət  və  hüquq 

nəzəriyyəsində  dövlətin  funksiyalarının  onun  sinfi  mahiyyətini  əks 

etdirməsi  xüsusi  vurğulanırdı.  Postsovet  dövrünün  dövlət  və  hüquq 

nəzəriyyəsində də həmin yanaşma elmi dövriyyədən çıxarılmamışdır. 

Diqqət  yetirdikdə  görürük  ki,  nəzəriyyəçilərin  bir  çoxu,  yenə  də, 

həmin yanaşmadan çıxış edirlər. Lakin onlar sovet dövründən fərqli 

olaraq əvvəlki ehkamçılığı rədd edir 

'Чиркип B.E. 

Современное государство. S.199. 

^Сырых В.М. 

Теория государства и права. S.32. 

■ ^Теория государства и права. 

Под ред. Малахова В.П., Казакова 

Б.К

 S. 406. 

^Пахленко  Н.Б. 

От  тоталитаризма  к  демократии:  о  функциях 

государства  в  переходный  период.  //  Политические  проблемы  теории 

государства. М., 1993, s.29. 

^Проблемы  общей  теории  права  и  государства. 

Под  ред. 

В.С-Нерсесяица.

 S. 629. 

*^Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S. 38. 

317 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə