Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə108/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   104   105   106   107   108   109   110   111   ...   205

ilqar Məmmədov 

yanın özündə dəyişikliklərin baş verməsinə gətirib çıxarır. Bu proses 

dövlətin  əsas  fəaliyyət  istiqamətlərinin,  yəni  funksiyaların  inkişaf 

etməsinə də səbəb olur. Funksiyanın inkişaf etməsi deyərkən, onun 

daha ictimai səmərəli üsullarla həyata keçirilməsini, ictimai və fərdi 

maraqlara daha adekvat şəkildə cavab verə bilməsini, ictimai həyat 

şəraitinin yaxşılaşmasına daha çox imkan yaratmasını və s. bu kimi 

pozitiv  hadisələrin  baş  verməsini  nəzərdə  tuturuq.  Dövlət 

hakimiyyətinin 

xarakterinin, 

dövlətin 

formasının 

dövlətin 

funksiyalarına təsiri həm də bu funksiyalar həyata keçirilərkən rəhbər 

tutulan  dəyərləri,  prinsipləri  müəyyənləşdirir.  Odur  ki,  dövlət 

hakimiyyətinin  xarakterindən,  dövlətin  formasından  asılı  olaraq 

ayrı-ayrı  dövlətlərdə  funksiyaların  həyata  keçirilməsinin  prinsipləri, 

dəyərləri bir-birindən fərqlənir. Məsələn, demokratik hüquqi dövlətdə 

dövlətin funksiyaları həyata keçirilərkən humanizm, qanun qarşısında 

hamının  bərabər  olması,  xüsusi  mülkiyyətin  toxunulmazlığı, 

təqsirsizlik prezumpsi- yası və s. prinsiplər, insan və vətəndaş hüquq 

və azadlıqları rəhbər tutulur; dövlət və ya cəmiyyət deyil, məhz insan 

ali  dəyər  kimi  qəbul  edilir.  Totalitar  dövlətdə  isə  dövlətin  fəaliyyəti 

rəsmi dövlət ideologiyasının ehkamlarına və prinsiplərinə əsaslanır, 

hakim  qrupun  maraqları  ümumsosial  maraqlar  kimi  təqdim  olunur, 

insan azadlığı boğulur, hakimiyyət inzibati-amilik metodu ilə həyata 

keçirilir,  qarşıda  duran  məqsədə  nail  olmaq,  vəzifələri  həyata 

keçirmək  üçün  hər  cür  zorakılığa  bəraət  qazandırılır,  insan  deyil, 

«dövlət», «cəmiyyət», «millət», «irq» kimi müqəddəs hesab olunan 

mifləşdirilmiş obrazlar əsas götürülür. İnsan dövlət, cəmiyyət naminə 

tapdalanır.  Dövlət  özünün  fəaliyyət  istiqamətlərinin  forma  və 

metodlarını  da  məqsədə  müvafiqlik  əsasında,  öz  iradəsinə  uyğun 

şəkildə müəyyənləşdirir. 

Dövlətin  funksiyaları  müxtəlif  metodlarla  həyata  keçirilir. 

Dövlətin  funksiyaları  arasında  bu  cür  fərqlənmə  funksiyanın 

predmetindən,  onunla  bağlı  olan  vəzifədən,  ifadə  etdiyi  fəaliyyət 

sahəsinin  özünəməxsus  xüsusiyyətlərindən  irəli  gəlir.  Məsələn, 

müasir demokratik dövlətdə iqtisadi funksiya, əsasən, yumşaq, azad 

iqtisadi münasibətlərə imkan yaradan, müstəqil təşəbbüs 

324 



Dövlət və hüquq nəzəriyyəsi 

əsasında  subyektlərin  iqtisadi  fəaliyyətini  stimullaşdıran  metodlarla 

həyata  keçirilir.  Dövlətin  hüquq  mühafizəedicilik  fəaliyyəti  isə  daha 

çox repressiv xarakterli metodlara əsaslanır. 

«Dövlətin  funksiyaları»  həm  siyasi,  həm  də  hüquqi  anlayışdır. 

Dövlətin  funksiyaları  siyasi  hakimiyyətin  həyata  keçirilməsi, 

cəmiyyətin  idarə  olunması  baxımından  siyasi  xarakterli  hadisədir. 

Onlar dövlətin daxili və xarici siyasətinə uyğun həyata keçirilir. Digər 

tərəfdən isə, dövlət öz funksiyalarını, əksər hallarda, hüquqi formada 

həyata keçirir, fəaliyyətini əsaslandırmaq üçün onun hüquqi bazasını 

yaradır.  Bu  baxımdan  dövlətin  funksiyaları  həm  də  hüquqi 

əhəmiyyətə malik olan hadisə hesab olunur. 

Dövlətin  funksiyalarının  predmeti  dövlətin  idarəetmə  fəaliyyəti 

nəticəsində  onun  təsirinə  məruz  qalan  ictimai  sistemin  müəyyən 

aspektləri,  tərəfləridir.  Məsələn,  hüquq  mühafizəetmə  fəaliyyəti 

hüquq  pozuntularının  qarşısını  almaq,  vətəndaşların,  cəmiyyətin, 

dövlətin hüquqla müdafiə olunan maraqlarını cinayətkar qəsdlərdən 

qorumaq və hüquq pozuntularına görə məsuliyyətə cəlb etmək, cəza 

təyin etmək məsələləri ilə əlaqədar olan münasibətlərdə ifadə olunur. 

Həmin münasibətlər ictimai sistemin müəyyən bir tərəfini əks etdirir. 

Dövlətin funksiyalarının məzmunu dövlət İdarəetməsindən irəli gələn 

təsirlərin hansı əsaslarla həyata keçirilməsini və xarakterini ifadə edir. 

Dövlətin funksiyalarının reallaşma üsulu isə müvafiq funksiya ilə bağlı 

dövlət  idərəetməsinin  hansı  üsullarla  həyata  keçirilməsində  özünü 

göstərir. 

Dövlət  və  hüquq  nəzəriyyəsində  xüsusi  diqqət  yetirilən 

məsələlərdən  biri  də  dövlətin  funksiyalarının  dövlət  orqanlarının 

funksiyalarından  fərqlənməsi  məsələsidir.  Dövlətin  funksiyaları 

dövlətin özünün fəaliyyət istiqamətləridir. Həmin funksiyaların həyata 

keçirilməsi sistemi dövlət mexanizmini bütünlüklə əhatə edir. Elə olur 

ki,  hər  hansısa  bir  funksiyanın  həyata  keçirilməsində  aktiv  şəkildə 

yalnız bir neçə orqan iştirak edir. Lakin hər bir halda həmin funksiya 

bir orqanın strukturu və fəaliyyəti ilə məhdudlaşmır. Dövlət orqanları 

isə  öz  spesifik  funksiyaları  olan  qurum  kimi,  yalnız  onların 

səlahiyyətində olan müəyyən növ fəaliyyətlə məşğuldurlar. 

325 



ilqar Məmmədov 

Dövlətin funksiyaları ilə dövlət orqanlarının funksiyaları arasında 

qarşılıqlı  əlaqə  dövlətin  çoxpilləli  funksional  strukturunu  təşkil  edir. 

Həmin  bu  struktur  idarəetmə  subyekti  olan  dövlətin  cəmiyyətlə 

əlaqəsini  qurmaqla  bərabər,  həm  də  idarəetmə  sistemi  kimi  onun 

daxili  bütövlüyünü  və  dinamizmini  təmin  edir.  Dövlətin  funksiyaları 

mövcud funksional strukturun «çərçivəsini» müəyyənləşdirir və onun 

daxilində  dövlət  orqanlarının  idarəetmə  funksiyaları  təşəkkül  tapır. 

Tanınmış  dövlətşünas  Q.V.Ataman-  çuk  yazır  ki,  dövlət 

idarəetməsinin  xarakterinə  və  konfiqurasiyasına  bir  çox  amillər: 

«idarə  olunan  obyektlərin  özünüidarəetmə  imkanları,  yerli 

özünüidarəetmənin  inkişaf  səviyyəsi,  dövlət  quruluşu  forması, 

idarəetmə  forması,  dövlətin  özünün  xüsusiyyətləri  -  onun 

demokratikliyi, sosial yönümlüyü, hüquqi cəhətdən müəyyənləşmələr 

və  s.  təsir  göstərir.  Odur  ki,  bir  tərəfdən  dövlət  idarəetməsinin 

funksional  strukturunda  rasionallığı  və  səmərəliliyi  qoruyub 

saxlamaq,  digər  tərəfdən  isə  çevikliyi  və  dəyişən  məqsədlərə 

uyğunlaşmanı  təmin  etmək  baxımından  real  çətinliklər  yaranır. 

Rasionallığı və səmərəliliyi təmin etmək xüsusilə çətindir. Zəruridir ki, 

dövlətin  idarəetmə  funksiyaları  dövlət  orqanlarının  idarəetmə 

funksiyaları vasitəsilə müvafiq şəkildə reallaşdırıla bilsin...».'' 

Məlumdur  ki,  etnosun,  millətin  mövcudluğunun  təmin  edilməsi 

və  bütövlüyünün  qorunub  saxlanması,  dilin,  milli  mədəniyyətin 

yaşadılması və inkişaf etdirilməsi, milli ənənəiərin qorunması dövlətin 

fəaliyyətindən  çox  asılıdır.  Millət  yalnız  öz  dövləti  vasitəsilə 

ümumbəşəri səviyyədə təşkiiatlanmış antrop birlik kimi çıxış edə bilir. 

Odur ki, əksər hallarda dövlətin funksional strukturu milli məzmuna 

malik  olur.  Dövlət  özfəaliyyətində  ümumi  sosial  məsələlərin  həll 

edilməsinə istiqamətlənməkiə yanaşı, həm də milli maraqlardan çıxış 

edir,  etnosun,  miilətin  geosiyasi  maraqlarının  həyata  keçirilməsinə 

can atır. Dövlətin əhalisi polietnik tərkibə malik olduqda sayca çoxluq 

təşkil edən və ya dövləti qu- 

186

.

 



'Атаманчук Г.В. 

Теория государственного управления. S.185- 



326 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə