Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə91/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   87   88   89   90   91   92   93   94   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

bati  muxtariyyətlərin  nümayəndəli  orqanları  «yuxan  dövlət 

orqanlarının aktları yerli şəraitə uyğun gəlmədikdə onları dəyişdirə və 

ya  ləğv  edə  bilər  (müvafiq  mərkəzi  orqanın  icazəsi  ilə),  habelə, 

qanunvericiliyə  uyğun  olaraq  xarici  iqtisadi  əlaqələrdə  iştirak  edə 

bilər,  inzibati  muxtariyyət  rayonlarında  məhkəmə  icraatında  yerli 

dildən  istifadə  edilə  bilər.  Digər  tərəfdən,  əhalinin  adətləri  nəzərə 

alınır,  yerli dildə  qəzetlər çap  olunur,  radio verilişləri  yayımlanır.  Bu 

dildən  məktəblərdə  təhsil  zamanı  istifadə  olunur.  Bununla  yanaşı, 

dövlət aparatı yerli dili bilən şəxslərdən formalaşdırılır və idarəetmə 

aparatı  təşkil  olunarkən  yerli  sakinlərə  üstünlük  verilir».'' 

Ümumiyyətlə,  inzibati  muxtariyyət  siyasi  muxtariyyətlə  müqayisədə 

az  ölkədə  mövcuddur.  İnzibati  muxtariyyəti  olan  ölkələrdən,  ilk 

növbədə,  Çinin,  Moldaviyanın,  Nikaraquanın  adını  çəkə  bilərik.  Çin 

həm də muxtar qurumların sayının çox olması ilə fərqlənir. Belə ki, bu 

dövlətdə irili-xırdalı yüzdən artıq muxtar qurum mövcuddur. 

Daha  öncə  qeyd  etdiyimiz  kimi,  ərazi  muxtariyyətindən  fərqli 

olaraq  milli-mədəni  muxtariyyət  (buna  elmi  ədəbiyyatda  bəzən 

etno-mədəni  muxtariyyət  də  deyilir)  etnik  və  ya  dini  azlıqların  ölkə 

daxilində  dağınıq  vəziyyətdə  yaşadıqları  hallarda  təşkil  olunur. 

Muxtariyyətin  belə  bir  forması  vasitəsi  ilə  milli  və  ya  dini  azlığa 

ümumdövlət  səviyyəsində  öz  nümayəndəli  orqanını  yaratmaq 

təminatı  verilir.  Bu  orqanlar,  bəzi  mərkəzi  dövlət  orqanları  yanında 

(əsasən parlament yanında) məşvərətçi qurum kimi təmsil olunur və 

müvafiq azlığın maraqlarını müdafiə edir. Milli- mədəni muxtariyyətlər, 

əsasən, mədəniyyət, dil, adət və məişət məsəiələri ilə məşğul olur. 

Mərkəzi  hakimiyyət  həmin  məsələ-  iərlə  məşğul  olarkən  müvafiq 

azlığı təmsil edən nümayəndələrlə, yəni muxtariyyətin nümayəndəli 

orqanının  üzvləri  ilə  məsləhətləşir.  Muxtariyyətin  bu  forması 

Avstriyada, Macarıstanda, Skandinaviya ölkələrində və bir sıra başqa 

döviətlərdə mövcuddur. 

Çirkin V.Y. 



Xarici ölkələrin konstitusiya hüququ. Bakı, 2000, s. 

208


-

209


.

 

273 




ilqar Məmmədov 

Unitar  dövlət  dövlət  quruluşunun  ən  mərkəzləşdirilmiş 

formasıdır. Lakin bu cür mərkəzləşmənin özünün də dərəcələri var. 

Bu baxımdan unitar dövlətlər, mərkəzi hakimiyyətin və yerli əhalinin 

yerlərdə  hakimiyyətin  təşkilində  iştirak  etmə  dərəcəsinə  görə 

mərkəzləşdirilmiş,  mərkəzləşdirilməmiş  və  nisbi  mərkəzləşdirilmiş 

dövlətlərə bölünür. 

Mərkəzləşdirilmiş  unitar  dövlətdə  təyinetmə  əsasında  təşkil 

olunan  idarəetmə  orqanlarının  vertikal  sistemi  mövcuddur.  Bu  cür 

dövlətlərdə 

yerli 

hakimiyyət 



orqanları 

ancaq 


mərkəzdən 

formalaşdırılır və hakimiyyətə aid funksiyaları ancaq yuxarıdan təyin 

edilmiş  administratorlar  həyata  keçirir.  Mərkəzləşdirilmiş  unitar 

dövlətlərdə, ümumiyyətlə, muxtariyyət olmur. Müasir dövrdə belə bir 

dövlət  quruluşu  forması  avtoritar  rejimli  (hərbi  rejimli)  dövlətlərdə 

mümkündür.  Çünki  yerlərdə  əhalinin  özünüidarəetmə  işindən 

tamamilə  məhrum  olması  dövlətçiliklə  bağlı  müasir  tələblərə  uyğun 

deyil. 


Nisbi 

mərkəzləşdirilmiş 

unitar 

dövlətdə 



inzibati-ərazi 

bölgüsünün  yuxarı  pillələrində  həm  mərkəzin  yerlərə  təyin  etdiyi 

ümumi  səlahiyyətli  məmur,  həm  də  yerli  əhali  tərəfindən  seçilən 

özünüidarəetmə  orqanı  müvafiq  ərazi  vahidinin  idarə  olunmasında 

iştirak edir. Məsələn, belə bir dövlət quruluşuna malik olan Fransada 

şəhərlərin,  icmaların  özünüidarəetmə  orqanı  təşkil  olunur  və  bu 

orqan idarəetmə işini həyata keçirməyə səlahiyyətli olan şəhər merini 

seçir. Bəzi ölkələrdə isə mer bilavasitə yerli əhali tərəfindən seçilir. 

Mərkəzləşdirilməmiş  unitar  dövlətdə  isə  ərazi  vahidlərində 

(muxtar  qurumlarda  və  inzibati-ərazi  vahidlərində)  yalnız  yerli  əhali 

tərəfindən  seçilən  orqanlar  (məsələn.  Böyük  Britaniyada, 

Yaponiyada  ərazi  vahidlərinin  idarə  olunmasında  bu  qaydadan 

istifadə  edilir)  fəaliyyət  göstərir.  Lakin  yerlərdə  idarəetmənin 

göstərilən  qaydada  təşkil  olunması  yerli  özünüidarəetmə  orqanları 

üzərində 

mərkəzin 

nəzarətinin 

olmaması 

demək 

deyil. 


Mərkəzləşdirilməmiş unitar dövlətdə yerli özünüidarəetmə orqanları 

üzərində  nəzarəti  müxtəlif  mərkəzi  orqanlar  həyata  keçirir.  Bu  cür 

unitar dövlətdə mərkəzi hakimiyyətlə ərazi vahidlərinin səla 

274 



Dövlət və hüquq nəzəriyyəsi 

hiyyət  bölgüsü  konstitusiya  ilə  müəyyənləşir.  Dövlət  ərazisində 

hakimiyyətin  bu  qaydada  təşkil  olunmasına  əsasən  müəlliflərin  bir 

çoxu  belə  hesab  edir  ki,  mərkəzləşdirilməmiş  unitar  dövlət  bir  sıra 

cəhətlərinə görə federativ dövlətə oxşayır. 

Mərkəzləşdirilməmiş  unitar  dövlətlərin  bəzilərində  (İtaliya, 

İspaniya,  Şri-lanka,  Cənubi  Afrika  Respublikası)  dövlətin  bütün 

ərazisi  muxtar  qurumlara  bölünür.  İtaliyanın  ərazisi  20,  İspaniyanın 

ərazisi  17,  Şri-lankanın  ərazisi  10,  Cənubi  Afrika  Respublikasının 

ərazisi  isə  9  muxtar  quruma  bölünmüşdür.  Həmin muxtar  qurumlar 

etnik,  coğrafi,  məişət  və  s.  amillər  əsasında  ərazi  muxtariyyəti, 

milli-ərazi  muxtariyyəti,  milli-mədəni  muxtariyyət,  siyasi  və  yaxud 

inzibati  muxtariyyət  formalarında  olan  qurumlardır.  Belə  dövlətlər 

mürəkkəb  unitar  dövlət  olsalar  da,  hüquq  ədəbiyyatında  onlar, 

göstərilən  xüsusiyyətə  görə  digər  mürəkkəb  unitar  dövlətlərdən 

fərqləndirilir. Dövlətin  bütün  ərazisinin muxtar  qurumlara  bölünməsi 

ilə  əlaqədar  olaraq  elmi  ədəbiyyatda  regional  dövlət  konsepsiyası 

formalaşmışdır. Bu konsepsiyanın tərəfdarları həmin dövlətlərdə yeni 

bir dövlət formasının - regional dövlətin meydana gəldiyini bildirirlər. 

Onların fikrincə, regional dövlət unitar dövlətdən federasiyaya keçid 

formasıdır. 

Federativ  dövlət  (federasiya).  «Federasiya»  anlayışı  latınca 

«foedus»  sözündən  alınmadır.  Bu  söz  ittifaq,  birlik  mənasını  verir. 

Müasir federativ dövlət ittifaq dövlətidir. Dövlətin ittifaq dövləti olması 

bütün federasiyaları xarakterizə edən başlıca cəhətdir. V.V.Lazarev 

və S.V.Lipen göstərilən bu xüsusiyyətə əsasən yazırlar ki, federasiya 

«tərkib  hissələri  dövlətçilik  əlamətlərinə  malik  olan  mürəkkəb  ittifaq 

dövlətidir».''  Başqa  bir  tərifdə  deyilir  ki,  federativ  dövlət,  dövlətçilik 

əlamətlərinə  malik  olan  bir  neçə  muxtar  (müstəqil)  qurumun  ittifaq 

dövlətidir.2 Başqa bir tərifə görə, federativ dövlət dövlətlərdən və ya 

dövlətçilik  əlamətlərinə  malik  qurumlardan  ibarət  olan  və  onların 

razılığı prin- 

' Лазарев В.В., Липеиъ С.В. 

Теория государства и права. 

8

.

120


.

 

Гомеров И.Н. 



Государство и государственная власть. 8. 753. 

275 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə