Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə87/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   83   84   85   86   87   88   89   90   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

-

 



dövlət  başçısı  vəzifəsinin  ümumxalq  seçkisi  yolu  ilə  və  ya 

nümayəndəli orqan tərəfindən seçilməklə, dəqiq müəyyənləşmiş bir 

müddət ərzində həyata keçirilməsi; 

-

 



yalnız  xalqın  hakimiyyətin  mənbəyi  kimi  tanınması  və 

hakimiyyətin xalqın adından həyata keçirilməsi; 

-qanunla  müəyyən  edilmiş  hallarda  dövlət  başçısının  hüquqi 

məsuliyyətinin yaranması; 

-

 

hakimiyyətlərin  bölünməsi  prinsipinə  uyğun  olaraq  dövlət 



hakimiyyətinin üç qola ayrılması; 

-fərdin  dövlətlə  hüquqi  bağlılığının  vətəndaşlıq  institutu  vasitəsi 

ilə həyata keçirilməsi. 

Qanunverici  hakimiyyətlə icra  hakimiyyəti  arasındakı  əlaqələrin 

xüsusiyyətinə  görə prezidentli  respublika,  parlamentli  respublika  və 

qarışıq respublika idarəetmə formaları bir-birindən fərqələndirilir. 

Prezidentli respublika. Bu idarəetmə forması dövlət başçısı və ali 

icra orqanı kimi fəaliyyət göstərən prezidentin dövlət mexanizmində 

mühüm  yer  tutması  və  geniş  səlahiyyətlərə  malik  olması  ilə 

xarakterizə olunur. Əksər hallarda prezident ümumxalq səsverməsi 

yolu  ilə  seçilir.  Prezidentli  respublikaların  bir  çoxunda  prezident 

seçkilərində qalib gələn partiya həm də parlamentdə çoxluq qazanır. 

Bəzi  ölkələrdə  isə  bunun  əksinə  olan  hallar  baş  verir,  ancaq  bu, 

ölkənin siyasi həyatına və prezidentin mövqeyinə bir o qədər də ciddi 

təsir göstərmir. Prezidentli respublika olan ABŞ-ı buna misal göstərə 

bilərik.  Ancaq  elə  ölkələr  də  var  ki,  belə  vəziyyətin  yaranması 

qeyri-sabitliyə səbəb ola bilər. 

Prezidentli respublikada ali icra hakimiyyəti prezidentə məxsus 

olduğundan  və  bu  sahədə  o,  parlamentdən  asılı  olmadan  fəaliyyət 

göstərdiyindən hökuməti də özü təşkil edir. Prezidentli respublikaların 

bir  qismində  baş  nazir  vəzifəsi  mövcud  olsa  da,  onun  işinə  faktiki 

olaraq  prezident  özü  rəhbərlik  edir.  Baş  nazir  və  digər  nazirlər 

prezidentə  tabe  olur,  onun  qarşısında  da  məsuliyyət  daşıyırlar. 

Parlament  isə  hökuməti  istefaya  göndərmək  səlahiyyətinə  malik 

olmur. Prezidentli respublikaların bəzilərində, 

261 



ilqar Məmmədov 

ümumiyyətlə,  baş  nazir  postu  yoxdur.  Bu  halda  prezident  öz 

kabinetini  yaradır  və  nazirlər  yalnız  məşvərətçi  səsə  malik  olur. 

Qərarı da prezidentin özü təkbaşına verir. Baş nazirin rəhbərlik etdiyi 

ayrıca bir orqan, yəni hökumət adlandırdığımız nazirlər kabineti və ya 

şurası  mövcud  olduğu  halda  belə,  bu  qurum  kollegial  orqan  kimi 

fəaliyyət göstərmir. Onun üzvləri olan nazirlərin hər biri ayrı-ayrılıqda 

prezidentə  tabe  olurlar.  Prezident  hər  bir  naziri  və  özü  təyin  etdiyi 

digər  vəzifəli  şəxsləri  müstəqil  olaraq  vəzifədən  kənarlaşdırır  və  ya 

vəzifələrini dəyişə bilir. Bir sözlə, o, özünün istədiyi şəxslərlə işləyir. 

Prezidentli  respublikada  prezident  parlamentin  işinə  təsir 

göstərmək  imkanına  da  malikdir.  Lakin  onun  parlamenti  buraxmaq 

hüququ yoxdur. Parlament öz fəaliyyətində müstəqildir. Prezidentin 

parlamentə  təsiri  qanunların  qəbul  edilməsində  özünü  göstərir. 

Birincisi,  prezident  özü  qanunvericilik  təşəbbüsünə  malik  olduqda 

qanunyaradıcılığı  işində  aktiv  iştirak  edə  bilir,  ikincisi  isə,  o, 

parlamentin  qəbul  etdiyi  qanunlara  veto  qoymaq  hüququna  malik 

olduğundan bəyənmədiyi qanunların qəbul edilməsinə böyük maneə 

yarada bilir. Bu zaman, yəni parlament tərəfindən qəbul edilmiş hər 

hansısa qanuna prezident veto qoyduqda vetonun dəf edilməsi üçün 

qanunvericiliklə  müəyyənləşmiş  mütləq  səs  çoxluğu,  parlament  iki 

palatalı  olduğu  halda  isə,  həmin  qayda  hər  iki  palata  üçün  tələb 

olunur. Bu isə, çox çətin və həll olunması uzun müddət tələb edən bir 

məsələyə  çevrilir.  Çünki  vəzifəsinə,  nüfuzuna  və  geniş  təsir 

imkanlarına malik olduğuna görə, prezident parlamentin üzvlərinə də 

təsir  göstərə  bilir.  Odur  ki,  parlamentdə  həmin  çoxluğun  təşkil 

olunması əksər hallarda mümkün olmur. 

Prezidentli  respublikada  prezidentin  parlament  məsuliyyəti 

olmasa da, müəyyən hallarda impiçment prosedurası əsasında onun 

vəzifədən kənarlaşdırılması, məsuliyyətə cəlb edilməsi mümkündür. 

Prezident  öz  vəzifəsini  ləyaqətlə  yerinə  yetirmədikdə,  öz 

funksiyalarını  həyata  keçirərkən  ağır  cinayət  törətdikdə  parlament 

onu  vəzifədən  kənarlaşdıra  bilər.  Hər  bir  prezidentli  respublikada 

qanunvericiliklə bunun dəqiq qaydası müəyyənləşdirilir. 



262 


Dövlət və hüquq nəzəriyyəsi 

Bunlardan  əlavə,  prezidentli  respublikalarda  prezident 

referendum  təyin  etmək,  fövqəladə  vəziyyət  elan  etmək  və  bir  sıra 

başqa mühüm əhəmiyyətli işlər görmək hüququna malikdir. O, həm 

də  ali  baş  komandandır;  müharibə  elan  etmək,  sülh  müqaviləsi 

bağlamaq, 

hərbi 

əməliyyatlara 



rəhbərlik 

etmək 


onun 

səlahiyyətindədir.  Qısası,  real  hakimiyyət  prezidentin  əlindədir  və 

ölkədə  demokratiya  institutları  nə  qədər  güclüdürsə,  dövlət  nə 

dərəcədə  hüquqi  dövlətdirsə,  bir  o  qədər  də  onun  fəaliyyəti 

demokratik xarakterlidir və bir o dərəcədə də hüquqidir. 

Tədqiqatçılar  prezidentli  respublikanın  üstün  cəhətini  bu  cür 

idarəetmə  formasına  malik  olan  dövlətlərdə  idarəetmə  sisteminin 

sabit,  idarəetmənin  səmərəlilik  dərəcəsinin  isə  yüksək  olması  ilə 

əlaqələndirirlər.  Bu  üstünlüyün  islahatlar  və  böhranlar  dövründə 

xüsusilə  böyük  əhəmiyyəti  var.  Prezidentli  respublikanın  əsas 

çatışmamazlıği  isə  prezidentin  geniş  səlahiyyətlərə  malik  olması 

səbəbindən  hakimiyyətin  həddindən  artıq  mərkəzləşdirilməsi, 

hakimiyyətdən  sui-istifadə  edilməsi,  həmçinin  mənimsənilərək  bir 

şəxsin «inhisarına» keçməsi imkanının daha çox olması ilə bağlıdır. 

Prezident  hakimiyyətinin  bu  dərəcədə  «şişməsi»,  yəni  onun  əlində 

böyük  səlahiyyətlərin  cəmləşməsi  nəticəsində  meydana  gələn 

idarəetmə formasına superprezi- dentli respublika da deyilir. 

Prezidentli  respublika  ilk  dəfə  ABŞ-da  yaranmışdır.  Müasir 

dövrdə  bu  idarəetmə  forması  Latın  Amerikasında  geniş  yayılmışdır. 

Asiyanın, Afrikanın bəzi ölkələrində, o cümlədən, SSRİ dağıldıqdan 

sonra  yeni  yaranan  dövlətlərdə  də  daha  çox  prezidentli  respublika 

idarəetmə  formasına  üstünlük  verilmişdir.  Bu  ölkələrin  bir  çoxunda 

demokratik  ənənələr  zəif  olduğundan  prezidentin  əlində  cəmləşən 

real  hakimiyyət  konstitusiya  çərçivəsindən  çox  kənara  çıxır.  Məhz 

buna  görə  də,  həmin  idarəetmə  formaları  superprezidentli 

respublikalar  kimi  xarakterizə  edilir.  Afrikanın  bir  sıra  ölkələrində 

monarxiya  ənənələri,  patriarxal  ənənələr  həddindən  artıq  güclü 

olduğundan formal olaraq hakimiyyətlərin bölünməsi elan edilsə də, 

faktiki olaraq, prezidentin hakimiyyəti məhdudlaşdırılmır və daha çox 

mütləq monarxiyaya 

263 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə