Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə83/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   79   80   81   82   83   84   85   86   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

mərhələlərinə uyğun olaraq monarxiya idarəetmə formasının üç əsas 

növü;  ilkin  feodal  monarxiyası,  silki-nümayəndəli  monarxiya  və 

mütləq monarxiya mövcud olmuşdur. 

İlkin  feodal  monarxiyası.  İlkin  feodal  monarxiyası  feodalizm 

quruluşunun 

inkişafının 

ilkin 


mərhələsində, 

qəbilə-icma 

münasibətlərinin  inkişaf  etməsi  nəticəsində  meydana  gəlmişdir. 

Tədqiqatçılar ilkin feodal monarxiyalarını xarakterizə edərkən, əsasən 

Avropada  mövcud  olmuş  dövlətlərdən  və  bu  dövlətlərin  xarakterik 

xüsusiyyətlərindən  bəhs  edirlər.  Bunun  əsas  səbəbi  odur  ki,  elmi 

ədəbiyyatda feodal münasibətləri daha çox Avropa xalqlarının tarixi 

kontekstində öyrənilmiş və tədqiq olunmuşdur. 

İlkin  feodal  monarxiyası  mərkəzi  hakimiyyətin  zəifliyi,  feodal 

pərakəndəliyi ilə xarakterizə olunan bir idarəetmə forması idi. Onun 

əsas  əlamətlərinə,  ilk  növbədə  kral  hakimiyyətinin  həddindən  artıq 

zəif olması, hər bir krallıq daxilində yarım müstəqil, hətta faktiki olaraq 

müstəqil  olan  dövlətlərin-knyazlıqların,  hersoqluqların  mövcud 

olması, iri feodalların mərkəzi dövlət orqanlarından az asılı olması və 

ya praktiki olaraq müstəqil olmaları aiddir. «Vassalımın vassalı mənim 

vassalım  deyil»  prinsipi  ilkin  feodal  dövlətlərində  dövlət 

idarəetməsinin əsas prinsiplərindən biri olmuşdur. Bu, o deməkdir ki, 

hər bir feodal bilavasitə öz senyorundan asılı olmaqla yalnız ona tabe 

idi.  Buna  görə  də,  bir  neçə  əsr  ərzində  Fransada  senyorun 

senyorunun,  yəni  Kralın  hakimiyyəti  faktiki  olaraq  onun  öz  domeni 

(senyorun  öz  ərazisi)  ilə,  yəni  dövlətin  ümumi  ərazisinin  kiçik  bir 

hissəsi  ilə  məhdudlaşırdı.  Hər  bir  domen  (ərazi)  daxilində  idarəçilik 

qapalı  olduğundan  və  lokal  xarakter  daşıdığından  yerli  adətlərə 

əsaslanır,  yalnız  bir  domenə  aid  məhkəmə  orqanları  təşkil  olunur, 

senyorun birbaşa özünə tabe olan silahlı dəstəsi olurdu. Feodal öz 

ərazisində  hakimiyyəti  həyata  keçirərkən  vergi  yığmaq  səlahiyyəti 

verdiyi  məmurlara,  öz  məhkəməsinə,  polisinə  və  ordusuna 

arxalanırdı. 

Bütün bunlara baxmayaraq, mərkəzi dövlət aparatı da fəaliyyət 

göstərirdi.  Ancaq  dövlət  mexanizmi  bir  o  qədər  də  təkmil  deyildi, 

orqanlar arasında güclü diferensiasiya getməmiş, səla 

249 



ilqar Məmmədov 

hiyyətlər  dəqiq  müəyyənləşməmişdir.  Bununla  bərabər,  həmin 

orqanlar  iri  feodallara  aid  hakimiyyət  aparatından  da  tam  şəkildə 

ayrılmamışdır. 

V.N.Xropanyuk ilkin feodal monarxiyalarından danışarkən, ilkin 

feodal imperiyalarını həmin idarəetmə formasının ayrıca bir növü kimi 

təsnif  edir.  O  yazır  ki,  ilkin  feodal  imperiyaları  siyasi  cəhətdən 

təşkilatlanmış  döyüşkən  qrupların  bir-biri  ilə  iqtisadi,  hərbi,  mədəni 

əlaqəsi  olmayan  çox  sayda  zəif  təşkilatlanmış  xalqları  işğal  etməsi 

nəticəsində  yaranmışdır.  Böyük  Karlın,  Çingiz  xanın  yaratdığı 

imperiyalar həmin idarəetmə formasına aiddir.1 

V.N.Xropanyuk ayrıca olaraq qeyd edir ki, həmin imperiyalar bir 

hökmdar  tərəfindən  idarə  olunması  və  güclü  mərkəzi  hakimiyyətin 

təşkil  edilməsi  ilə  xarakterizə  olunur.  V.N.Xropanyuk  məhz  bu 

əlaməti xüsusi olaraq vurğuiamaqla çox güman ki, diqqəti ilkin feodal 

imperiyalarını digər ilkin feodal monarxiyalarından fərqləndirən əsas 

cəhətə  yönəltmək  məqsədi  güdür.  V.Xropanyukun  diqqətini  çəkən 

həmin  xüsusiyyəti  ciddi  fərqləndirici  cəhət  kimi  qəbul  edir  və  onun 

müəyyənləşdirdiyi bölgünü düzgün hesab edirik. Düzdür, bu zaman 

mübahisə etmək olar ki, o cür imperiyalar yalnız feodalizm dövründə 

deyil,  ondan  əvvəl  də  yaradılmışdır.  Ancaq  məsələ  ondadır  ki, 

Xropanyuk həmin imperiyaları ayrıca olaraq təsnif edərkən həm bu 

dövlətlərin feodal dövlətinə xas xüsusiyyətlərə malik olmasını, həm 

də  onların  mərkəzləşdirilmiş  dövlət  kimi  mövcud  olduğunu  nəzərə 

almışdır.  Odur  ki,  biz  də  belə  hesab  edirik  ki,  ilkin  feodal 

monarxiyalarından danışarkən, mərkəzləşdirilmiş güclü hakimiyyətə 

malik  olan  imperiyaların  feodal  pərakəndəliyi  şəraitində  mövcud 

olmuş  monarxiyalardan  fərqləndirilməsini  mübahisə  etməyə  elə  bir 

ciddi əsas yoxdur. 

Silki-nümayəndəli  monarxiya.  Monarxiya  idarəetmə  formasının 

bu  növü  feodal  pərakəndəliyinin  aradan  qaldırılması  və  mərkəzi 

hakimiyyətin güclənməsi prosesində meydana gəl- 



XponamoK B.H. TeopHH rocy^apcTBa 

H

 npasa. S.103. 

250 


Dövlət və hüquq nəzəriyyəsi 

mişdir.  Silki-nümayəndəli monarxiyaların mövcud  olduğu dövr  daha 

çox feodalizm quruluşunun çiçəkləndiyi mərhələyə təsadüf edir. 

Silki-nümayəndəli  monarxiyalar  üçün  xarakterik  olan  əsas 

cəhətlər feodal pərakəndəliyini dəf edə bilən nisbətən güclü mərkəzi 

hakimiyyətin, yəni bütün ölkə daxilində monarxın iradəsini reallaşdıra 

bilən ordunun, polisin və bürokratik aparatın olması, bununla bərabər, 

monarxın hakimiyyətini məhdudlaşdıran silki-nümayəndəli orqanların 

fəaliyyət  göstərməsi  ilə  bağlı  idi.  Həmin  orqanlar  zadəganların, 

ruhanilərin,  orta  səviyyədə  olan  torpaq  mülkiyyətçilərinin  və  şəhər 

əhalisinin  varlı  təbəqəsinin  nümayndələrindən  təşkil  olunurdu. 

Silki-nümayəndəli  orqan  real  səlahiyyətlərə  malik  idi.  Bu  orqan 

qanunvericilik  işində  iştirak  edir,  monarxın  maliyyə  sahəsində 

gördüyü  işlərə  nəzarət  edirdi.  Monarx  həmin  orqanın  qərarları  ilə, 

həmçinin bu orqana daxil olan nümayəndələrin rəyləri ilə razılaşmaq 

məcburiyyətində  idi.  Bu  cür  idarəetmə  formasının  yaranması  xeyli 

güclənmiş 

monarx 


hakimiyyəti 

və 


onun 

hakimiyyətinin 

güclənməsində  maraqlı  olan  qüvvələrlə  cəmiyyətin  iqtisadi  və 

ictimai-siyasi həyatında öz rolunu itirmək istəməyən feodallar, geniş 

iqtisadi  imkanlar  əldə  etməyə  və  bu  imkanları  qoruyub  saxlamağa 

maraqlı olan şəhər əhalisinin varlanmış təbəqəsi, həmçinin öz siyasi 

və  iqtisadi  maraqları  olan  ruhanilər  arasında  müəyyən  bir 

kompromisin əldə olunması demək idi. 

İngiltərədə  yaradılmış  parlamenti.  Fransadakı  Baş  ştatları, 

İspaniyada  kortesləri  silki-nümayəndəli  orqanlara  misal  göstərə 

bilərik. 

Mütləq monarxiya. Dövlət idarəetməsinin bu forması feodalizmin 

dağılması  mərhələsində  yaranmışdır.  Odur  ki,  hüquq  ədəbiyyatında 

mütləq  monarxiya  feodal  dövlətlərinin  axırıncı  forması  kimi 

xarakterizə olunur. 

Mütləq  monarxiya  mərkəzləşmiş  dövlət  hakimiyyətinin 

formalaşması  və  bütün  hakimiyyətin  bir  şəxsin-monarxın  əlində 

cəmləşməsi  nəticəsində  meydana  gəlmişdir.  Silki-nümayəndəli 

orqanların faktiki olaraq öz səlahiyyətlərini itirməsi, monarxın 

251 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə