Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə85/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   81   82   83   84   85   86   87   88   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

liyinin demək olar ki, bütün sahələri üzrə məhdudlaşır, yəni monarx 

ölkənin idarə olunmasında faktiki olaraq iştirak etmir. Monarx dövlət 

başçısı  olsa  da,  hakimiyyətin  hər  hansısa  bir  qoluna  məxsus 

səlahiyyətlər  onda  yoxdur.  Qanunvericiliyə  əsasən,  monarx  öz 

səlahiyyətində  olan  bir  çox  məsələləri  müstəqil  həll  edə  bilmir. 

Kontrassiqnatura  institutunun  özü  də  monarxın  müstəqilliyini 

məhdudlaşdıran  institutlardan  biridir.  Kontrassiq-  nasiyaya  əsasən, 

monarxın  imzaladığı  akt  ya  baş  nazirin,  ya  da  səlahiyyətli  digər  bir 

hökumət üzvünün imzası olduqda hüquqi qüvvəyə malikdir. Bu, həm 

də  o  deməkdir  ki,  hökumət  başçısı  və  yaxud  hansısa  nazir  aktı 

imzalamaqla həmin akta görə məsuliyyəti öz üzərinə götürür. Çünki 

ənənəyə  görə,  monarxın  özü  məsuliyyətdən  kənar  hesab  olunur. 

Monarx  daha  çox  dövlətin,  millətin  bütövlüyünün  rəmzi  olmaqla 

dövlətçilik  ənənələrinin  tarixi  qırılmazlığını  təcəssüm  etdirir.  O,  həm 

də təmsilçilik funksiyalarını həyata keçirməklə xarici ölkələrə səfirlər 

təyin  edir,  qanunları  imzalayır  (ancaq  o,  qanunları  imzalamamaq 

səlahiyyətinə malik deyil), parlamentdə çoxluq təşkil edən partiyanın 

liderinə hökuməti yaratmağı həvalə edir və s. 

Parlamentli monarxiyada qanunvericilik hakimiyyəti parlamentə, 

icra hakimiyyəti isə parlament (parlamentin aşağı palatası) tərəfindən 

təşkil  olunan  hökumətə  məxsusdur.  Konstitusiyada  hökumət 

üzvlərinin  monarx  tərəfindən  təyin  edilməsi  nəzərdə  tutulsa  da,  bu 

formal xarakter daşıyır. Əslində isə, hökuməti parlamentdə daha çox 

yer qazanmış partiyanın lideri təşkil edir. Hökumətin öz fəaliyyətinə 

görə  parlament  qarşısında  məsuliyyət  daşıması  parlamentli 

monarxiyanın  əsas  fərqləndirici  cəhətlərindən  biridir.  Parlament 

hökumətə etimadsızlıq göstərdiyi halda, o ya istefaya getməli, ya da 

monarx  tərəfindən  istefaya  göndərilməlidir.  Parlamentlə  hökumət 

arasında konflikt baş verərkən belə də olur ki, hökumət ona verilmiş 

hüquqdan istifadə edərək monarxa aşağı palatanı buraxmağı və yeni 

seçkilər təyin etməyi təklifədir. Bu, o deməkdir ki, yaranmış konfliktin 

həli edilməsi xalqın ixtiyarına buraxılır. Növbəti seçkidə hansı qüvvə 

üstünlük əldə edirsə, konflikt də onun xeyrinə həll olunur. Yəni 

255 



ilqar Məmmədov 

xalq  hökuməti  dəstəklədikdə  hökumətin  tərəfdarları  parlamentdə 

çoxluq  təşkil  etmiş  olur  və  həmin  hökumət  öz  fəaliyyətini  davam 

etdirir, əks halda isə o, yenisi ilə əvəz edilir. 

Pariamentli  monarxiyada  hakimiyyətlərin  bölünməsi  sistemi 

parlamentli respublikalarda mövcud olan sistemə çox bənzəyir. Əsas 

fərq  ondan  ibarətdir  ki,  parlamentli  monaxiyada  dövlət  başçısı 

monarx, parlamentli respublikada isə müəyyən müddətə bu vəzifəyə 

seçilən  prezidentdir.  Lakin  onların  hər  ikisində  də  dövlət  başçısının 

səlahiyyətləri çox məhduddur. 

Monarxiya  idarəetmə  forması  hal-hazırda  dünyanın  bir  çox 

qitəsində  mövcuddur.  Qərb  ölkələrinə  aid  olmayan  konstitusiyalı 

monarxiyalar demokratiya institutlarının formal olaraq, bəzilərində isə 

həm  də  faktiki  olaraq  qəbul  edilməsi  nəticəsində  formalaşmışdır. 

Tədqiqatçıların  bəziləri  həmin  ölkələrin  bir  çoxunda  qeyri-məhdud 

monarxiyaya  və  ənənəvi  cəmiyyətə  xas  olan  ənənələrin  hələ  də 

güclü  olmasını  əsas  götürərək  onların  idarəetmə  formasını 

«yarımmütləq  monarxiya»  kimi  xarakterizə  edirlər.  Məsələn, 

V.Y.Çirkin  belə  hesab  edir  ki,  müasir  dövrdə  monarxiya  idarəetmə 

formasının  faktiki  olaraq  üç  növü:  dualist  monarxiya,  parlamentli 

monarxiya və yarımmütləq monarxiya mövcuddur. O yazır ki, müasir 

yarımmütləq 

monarxiya 

orta 


əsrlərdə 

mövcud 


olmuş 

monarxiyalardan  konstitusiyanın  olması  ilə  fərqlənsə  də,  əslində  o, 

konstitusiyalı-parlamentli bir örtüyə bürünmüşdür. Mahiyyəti etibarilə 

isə mütləq monarxiya olaraq qalmaqdadır və bu xüsusiyyət hətta belə 

bir  idarəetmə  formasına  malik  olan  dövlətlərin  konstitusiya 

normalarında  da  öz  əksini  tapır.  «Müasir  yarımmütləq  monarxiya 

əvvəllər də olduğu kimi, feodal və yarımfeodal zadəganlara məxsus 

hakimiyyət  formasıdır.  Zadəganlar  əvvəlki  dövrlərlə  müqayisədə 

dəyişərək müasir dövrün iri burjuaziyasına, əsas etibarilə də maliyyə 

burjuaziyasına 

çevrilmişlər».'' 

V.Çirkinin 

yarımmütləq 

monarxiyalardan danışarkən, monarxiya idarəetmə formasına malik 

olan  bir  çox  ərəb  dövlətlərinin  adını  çəkir  və  müasir  yarımmütləq 

monarxiyanı onların timsalında xarakterizə edir. 

'HııpKHH B.E. 

CoBpeMCHHoe rocy/tapcTBO. 

S.143.

 

256 




Dövlət və hüquq nəzəriyyəsi 

Bəzi ölkələrdə isə monarxiya sırf olaraq patriarxal institutlara və 

tayfa  münasibətlərinə  əsaslanır.  Afrikada  mövcud  olan  bir  sıra 

dövlətləri  buna  misal  göstərmək  olar.  Həmin  ölkələrdə  tayfa 

başçılarından  ibarət  müxtəlif  şuraların  dövlət  hakimiyyətinin  həyata 

keçirilməsində xüsusi rolu var. Parlament isə, əsas etibarilə, ənənəvi 

icmalar  sistemi  çərçivəsində  seçilir.  Məsələn,  Tonqada  parlament 

üzvlərinin  əksəriyyətini  yerli  əyanlar,  həmçinin  kralın  təyin  etdiyi 

nazirlər  təşkil  edir.  Həmin  ölkələrdə  parlament  dekorativ  bir  qurum 

kimi  fəaliyyət  göstərir.  Monarxın  varisini  isə,  tayfa  başçılarından 

ibarət ümumdövlət şurası müəyyənləşdirir. 

Respublika idarəetmə forması deyərkən, ali dövlət orqanlarının 

əhali tərəfindən müəyyən müddətə seçilməsi və onlardan bəzilərinin 

nümayəndəli orqanlar tərəfindən formalaşması başa düşülür. 

Respublika idarəetmə formasından danışarkən, onun tarixinə də 

nəzər  yetirməliyik.  Tarixdən  bizə  məlumdur  ki,  respublikanın  ilk 

formaları qədim dövrlərdə təşəkkül tapmış və dövlət, cəmiyyət inkişaf 

etdikcə  monarxiya  kimi  onun  da  müxtəlif  formaları  meydana 

gəlmişdir.  Qədim  Şərqin  bəzi  ölkələrində,  misal  üçün. 

Mesopotamiyada  yaranmış  bir  sıra  şəhər  dövlətlərində  həmin 

idarəetmə  formasının  bir  çox  elementləri  mövcud  olmuşdur.  Bu 

şəhərlərdə  müəyyən  bir  müddət  əhali  dövlət  hakimiyyətinin 

təşkilində,  mühüm  qərarların  qəbul  olunmasında  iştirak  etmiş,  xalq 

yığıncağı,  nümayəndəli  orqanlar  fəaliyyət  göstərmişdir.  Lakin 

hökmdarın  hakimiyyətinin  güclənməsi  nəticəsində  monarxiya 

institutları da inkişaf etmiş və monarxiya idarəetmə forması üstünlük 

qazanmışdır. Sözün əsl mənasında, respublika idarəetmə forması ilk 

dəfə olaraq Afina dövlətində təşəkkül tapmışdır. Quldarlıq dövründə 

respublika  idarəetmə  forması  Qədim  Yunanıstanda  və  Qədim 

Romada inkişaf etmiş və sonradan monarxiya ilə əvəz olunmuşdur. 

Feodalizm dövründə isə yalnız bəzi şəhər dövlətlərində aristokratik 

respublika idarəetmə forması mövcud olmuşdur. Avropa ölkələrində 

kapitalizmin  inkişafı  prosesində  müasir  mənada  başa  düşülən 

respublika idarəetmə 

257 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə