Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə82/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   78   79   80   81   82   83   84   85   ...   205

ilqar Məmmədov 

heç  də  hamısında,  özü  də  bütün  dövrlərdə  mövcud  olmamışdır. 

Qədim  Şumer  dövlətlərində  hökmdarın  hakimiyyəti  əhəmiyyətli 

dərəcədə  respublika  idarəçiliyinin  elementləri  ilə  məhdudlaşırdı. 

Hökmdarlar ağsaqqallar şurası tərəfindən seçilir, onların fəaliyyətinə 

zadəganlardan ibarət şura və ya xalq yığıncağı nəzarət edirdi. Odur 

ki,  hakimiyyət  seçkili  və  məhdud  xarakter  daşıyırdı.  Qədim 

Hindistanda hətta mərkəzi hakimiyyətin ən çox gücləndiyi dövrlərdə 

belə.  Şahın  məmurlar  şurası  (bu,  dövlət  orqanının  adıdır-M.İ.) 

hakimiyyətin həyata keçirilməsində əhəmiyyətli rol oynayır və bu da 

monarxa məxsus ali hakimiyyətin məhdudluğuna dəlalət edir».'' 

V.N.Xropanyuk  belə  hesab  edir  ki,  tarixdə  əsl  despotiyalar 

mövcud olsa da, onlar sabit quruluş kimi qalmamış və ömürləri də az 

olmuşdur.  Onun  fikrincə.  Qədim  Şərq  ölkələrini  birləşdirən  ümumi 

cəhət  dövlətin  despotik  idarəetmə  forması  ilə  yox,  şərq 

sivilizasiyalarının 

təkrarolunmazlığı 

ilə 


xaratkerizə 

olunur. 


V.A.Çetvernin  də  həmin  mövqedən  çıxış  edərək  göstərir  ki, 

qeyri-məhdud monarxiya ilə zor və antidövlət tipli despotiyanı qarışıq 

salmaq olmaz. 

Bu fikirlər bizə bir daha əsas verir ki, şərq ölkələrində mövcud 

olmuş monarxiyaların bir çoxunu despotiya kimi deyil, məhz ənənəvi 

monarxiyalar  kimi  xarakterizə  edək.  Ənənəvi  monarxiyanın  əsas 

xüsusiyyətləri  barəsində  yuxarıda  qeyd  etdiklərimizə  onu  əlavə 

etməliyik  ki.  Qədim  Şərq  ölkələrində  mövcud  olmuş  monarxiyalar 

sabit quruluş kimi qaldığı müddətdə ənənəvi monarxiya formasında 

olmuşlar. Sabitlik  pozulduqda,  müəyyən  böhran şəraiti  yarandıqda, 

kütləvi axınlar, yürüşlər, mütəmadi olaraq davam edən müharibələr 

baş  verdikdə  despotiyalar  meydana  gəlmiş,  lakin  V.Xropanyukun 

qeyd  etdiyi  kimi,  onlar  uzun  ömürlü  olmamış  və  sabit  quruluşa  da 

çevrilə  bilməmişlər.  Bundan  əlavə,  despotiya  monarxlardan 

hansınınsa hərbi- bürokratik aparatın zor gücünə əsaslanaraq əzazil 

olduğu,  özbaşınalıqlar  edərək  əhaliyə  zülm  etdiyi  hallarda  da 

yaranmışdır. 

XponaıııoK B.H. Teopmı rocyaapcTBa 



npasa. S. 101-102. 

246 



Dövlət və hüquq nəzəriyyəsi 

Tarixi-hüquqi araşdırmalar, tədqiqatlar bizə onu deməyə əsas verir ki, 

Qədim Şərq ölkələrində despotiya müəyyən dövrlərdə, buna uyğun 

bir şərait yetişdikdə yaranmış, qısa bir müddətdən sonra da aradan 

qalxmış və onu yenə də ənənəvi monarxiya əvəz etmişdir. 

Qədim Şərqin ənənəvi monarxiyalarında hökmdarın hakimiyyəti 

hüquqi cəhətdən məhdudlaşdırılmamış bir hakimiyyət idi. Hökmdarın 

iradəsi  ali  iradə,  şəxsiyyəti  isə  toxunulmaz  hesab  olunurdu.  Onun 

şəxsiyyəti müqəddəsləşdirilirdi. Lakin bu o demək deyil ki, hökmdarın 

hakimiyyəti  mütləq  mənada  qeyri-məhdud  olmuşdur.  Qədim  Şərq 

ölkələrinin  bir  çoxunda  hökmdarın  hakimiyyəti  hüquqi  baxımdan 

qeyri-məhdud  olsa  da,  faktiki  münasibətlər  səviyyəsində  müəyyən 

məhdudlaşdırıcı  qüvvələr,  faktorlar  mövcud  idi.  Məsələn,  Qədim 

Misirdə  fironun  şəxsiyyəti  ilahiləşdirilsə  də  və  o,  dövləti  təkbaşına 

idarə  etmək  səlahiyyətinə  malik  olsa  da,  kahinlər,  hərbi-məmur 

təbəqəsi onun hakimiyyətinə məhdudlaşdırıcı təsir göstərirdi. Monarx 

güclü şəxsiyyət olduğu təqdirdə bu təsir minimuma enir, zəif olduqda 

isə  artırdı.  Bəzən  həmin  qüvvələr  monarxı  hakimiyyətdən 

uzaqlaşdırmağa,  hətta  bir  sülalənin  hakimiyyətini  başqası  ilə  əvəz 

etməyə  nail  olurdular.  Qədim  Şərqin  ənənəvi  monarxiyalarının 

çoxunda idarəetmə sistemi elə qurulmuşdur ki, dövlətin, cəmiyyətin 

taleyi  bir  şəxsdən-monarxdan  asılı  idi.  Onun  xarakteri,  idarəçilik 

qabiliyyəti,  əxlaqi  keyfiyyətləri  də  cəmiyyət  üçün  böyük  önəm 

daşıyırdı.  Dövlətdə  ən  böyük  mülkiyyətçi  monarx  idi.  Çünki  dövlət 

mülkiyyəti bütün digər mülkiyyət formalarını üstələyir, iqtisadiyyatda, 

təsərrüfat  həyatında  həlledici  rol  oynayırdı.  Monarxın  öz  təbəələri 

üzərində  hüquqları  o  dərəcədə  böyük  idi  ki,  hətta  onlar  da  bir  növ 

hökmdarın mülkiyyəti hesab edilirdilər. 

Nəzəriyyəçilər Qədim Şərq monarxiyalarını xarakterizə edərkən, 

hökmdarın formal-yuridik baxımdan qeyri-məhdud hakimiyyətə malik 

olmasını,  onun  şəxsiyyətinin  ilahiləşdirilməsini,  siyasi  mexanizmlə 

təsərrüfat mexanizminin bir araya gətirilməsi nəticəsində monarxın ali 

şəxs  və  ali  mülkiyyətçi  olmasını  cəmiyyətin,  dövlətin  həyatında 

irriqasiya sisteminin çox böyük əhəmiy 

247 



ilqar Məmmədov 

yətə  malik  olmasını,  icma  təsərrüfatının  qorunub  saxlanmasını,  su, 

torpaq,  hətta  qulların  bir  hissəsi  üzərində  kollektiv  mülkiyyətin 

olmasını  onların  bir  çoxuna  aid  olan  ümumi  xüsusiyyətlər  hesab 

edirlər. 

Qədim Roma monarxiyası. Quldarlıq monarxiyasının bu forması 

m.ö.27-ci ildə. Qədim Roma dövlətinin tarixində hərbi diktatura dövrü 

kimi xarakterizə edilən tarixi mərhələdən sonra yaranmış və 476-cı ilə 

kimi  mövcud  olmuşdur.  Qədim  Roma  monarxiyası  mövcud  olduğu 

müddətdə  prinsipat  (284-cü  ilə qədər)  və  dominât  (284-476-cı  illər) 

dövrlərini yaşamışdır. 

Prinsipat  dövründə  monarxiya  idarəetmə  forması  tədricən 

respublika idarəetmə formasını əvəz etmiş, respublika institutları öz 

əhəmiyyətini  itirdikcə  onların  funksiyaları  imperatora  keçmişdir. 

Respublika institutları formal olaraq mövcud olsa da, bu institutların 

siyasi  proseslərə  təsir  imkanları  heçə  enmişdir.  Senat  da  öz 

səlahiyyətlərini 

itirərək 

məşvərətçi 

bir 


orqana 

çevrilmiş, 

qanunvericilik  səlahiyyətlərini  imperator  mənimsəmişdir.  Bu  dövrdə 

Senat imperatorun iradəsindən asılı idi və onun tərkibi də imperator 

tərəfindən müəyyənləşirdi. 

Dominât  dövründə  isə  Qədim  Romada  yüksək  şəkildə  mər- 

kəzləşdirimiş  qeyri-məhdud  monarxiya  bərqərar  olmuş,  respublika 

institutları  isə  tamamilə  aradan  qalxmışdır.  Formal  və  faktiki  olaraq 

hakimiyyət bir şəxsin-imperatorun əlində cəmləşmiş, inzibati və hərbi 

aparatın  vasitəsilə  nəhəng  əzici  gücə  çevrilmişdir.  Həmin  gücün 

hesabına imperator həm imperiya daxilində sabitliyi qoruyub saxlayır, 

həm də sərhədləri mühafizə edir və müharibələr aparırdı, imperiyanın 

zəiflədiyi  dövrdə  imperatorlar  hərbi  aparatdan  asılı  vəziyyətə 

düşdüyündən  imperatoru  hərbiçilərin  özləri  seçirdilər.  Hərbiçilərə 

daha çox pul xərcləyən şəxs imperator olurdu. 

İmperatorların  şəxsiyyəti  Qədim  Roma  monarxiyasında  da 

ilahiləşdirilirdi. 

Monarxiya feodalizm dövründə də geniş yayılmış və feodalizm 

quruluşunun  inkişaf  mərhələlərinə  uyğun  olaraq  onun  bir  neçə 

forması yaranmışdır. Feodalizm quruluşunun inkişaf 



248 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə