Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə78/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   74   75   76   77   78   79   80   81   ...   205

ilqar Məmmədov 

sının  xarakterizə  edilməsi  üçün,  həm  sözün  dar  mənasında  (dövlət 

idarəçiliyinin  üsul  və  metodlarının  məcmusu),  həm  də  geniş 

mənasında (dövlət hakimiyyəti strukturlarının ictimai həyatın və dövlət 

həyatının  hüquqi  əsaslarına  münasibətinin  xarakteri,  rəsmi 

konstitusiya və hüquqi formaların siyasi reallığa uyğun olma dərəcəsi, 

insanın demokratik hüquqlarının və siyasi azadlıqlarının təmin olunma 

səviyyəsi)  başa  düşülə  bilən  «siyasi  rejim»  anlayışı  mühüm 

əhəmiyyətə  malikdir».''  Lakin  bizim  bununla  razılaşmağımız  heç  də 

«dövlət rejimi» anlayışından istifadə etməkdən imtina etməyimiz kimi 

başa düşülməməlidir. Belə hesab edirik ki, bu səviyyədə terminoloji 

məsələ ilə bağlı mübahisə aparmaq bir o qədər də vacib deyil və həm 

«siyasi rejim», həm də «dövlət rejimi» anlayışlarından istifadə etmək 

olar. 


Nəzəriyyəçilər  dövlətin  formasının  üç  elementli  bölgüsündən 

danışarkən,  idarəetmə  formasının,  dövlət  quruluşu  formasının  və 

siyasi  rejimin  (dövlət  rejiminin)  müxtəlif  variantlarda  təzahür 

olunmasına  xüsusi  diqqət  verirlər.  Həmin  üç  forma  dövlət 

hakimiyyətinin  təşkili  və  həyata  keçirilməsi  qaydasını,  dövlət 

hakimiyyətinin  ərazi  üzrə  təşkil  olunması  üsulunu,  mərkəzi  və  yerli 

hakimiyyət orqanları arasındakı qarşılıqlı əlaqə qaydalarını və dövlət 

hakimiyyətinin  həyata  keçirilməsinin  üsul  və  metodlarını  əks  etdirir. 

Onlar hər bir konkret dövlətdə özünəməxsus cəhətlərə malik olur və 

buna görə də həmin formaların müxtəlif variantları yaranır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  dövlətin  özü,  mahiyyəti  və 

məzmunu tarix boyu dəyişilmədən eyni cür qalmadığı kimi, dövlətin 

forması  da  iqtisadi,  ictimai-siyasi,  ideoloji  və  s.  faktorların  təsiri  ilə 

modifikasiya  olunmuş,  dəyişikliklərə  məruz  qalmış,  inkişaf  etmişdir. 

Hər  bir  konkret  dövlətin  forması  da,  bu  cür  faktorların  təsiri  ilə 

özünəməxsus  cəhətlərə  malik  olunmuşdur.  Bu  məsələdən 

danışarkən  ictimai  inkişafın  konkret  mərhələsinin,  tarixi  dövrün  və 

cəmiyyətin özünün inkişaf səviyyəsinin dövlətin 

'общая теория права и государства. 

Под. редакцией проф. Лазарева 

В.В.

 

S.366.



 

234 


Dövlət və hüquq nəzəriyyəsi 

formasına təsirini xüsusi vurğulamalıyıq. Belə ki, həmin faktorlar daha 

çox universal xarakterli olur və yaxud antroposferanın çox geniş bir 

hissəsinə,  yəni  çoxlu  dövlətə  və  sivilizasiyaya  təsir  edir.  Məsələn, 

orta əsrlər dövründə monarxiya idarəetmə formasının geniş yayılması 

məhz  bununla  izah  edilir.  Avropada  burjua  inqilablarından  sonra 

İdarəetmə  formasının  dəyişməsi,  Avropa  ölkələrində  və  dünyanın 

digər regionlarında respublika idarəetmə formasının geniş yayılması 

da yeni tarixi dövrün və ictimai inkişafın tələblərindən irəli gələn bir 

hadisə idi. 

Əhalinin mili tərkibinin, milli azlıqların siyasi inkişaf səviyyəsinin 

də  dövlət  formasına  təsiri  az  deyil.  Polietnik  tərkibli  dövlətlərin  bir 

çoxunda  əhalini  təşkil  edən  etnosların,  xalqların  milli  məsələlərlə 

bağlı tələbləri və maraqları olur, onlar müəyyən hüquqlar əldə etmək 

iddiası  ilə  çıxış  edirlər.  Bu  baxımdan  federasiya  ayrı-ayrı  xalqların, 

mllll  azlıqların  muxtariyyətə  olan  tələbatlarının  ödənilməsi  üçün  ən 

məqbul formadır. Ayrı-ayrı xalqlar bir dövlət daxilində yaşasalar da, 

federativ  dövlət  quruluşu  vasitəsi  ilə  bir  çox  məsələlərin  həllində 

müstəqil  hüquqlar  əldə  edir,  özünüidarəetmə  imkanı  qazanırlar. 

Bütün bunlar isə, qeyd etdiyimiz kimi, əhalinin milli tərkibinin dövlət 

formasına olan təsirini əks etdirir. 

Dövlət  formasına  təsir  göstərən  amillər  məsələsindən 

danışarkən, dövlət və hüquq nəzəriyyəsinə aid ədəbiyyatda ölkənin 

və  dövlətin  inkişaf  tarixinin  özünəməxsus  cəhətlərinə,  tarixi 

ənənələrə, dövlət orqanları arasındakı mübarizəyə də xüsusi diqqət 

verilir.  Bununla  bağlı,  V.M.Sırıx  bəzi  ölkələrin  timsalında  konkret 

misallar göstərir. O yazır ki, milli tərkib baxımından Almaniya unitar 

dövlət ola bilərdi. Çünki bu dövlətin əhalisi faktiki olaraq bir millətdən 

İbarətdir.  Lakin  buna  baxmayaraq,  Almaniyada  federativ  dövlət 

mövcuddur  ki,  bu  da  tarixi  ənənələrdən  irəli  gələn  bir  hadisədir. 

Ayrı-ayrı  torpaqları  tarixən  qazanılmış  muxtariyyət  hüququndan 

məhrum etməmək üçün müasir Almaniya özünü federativ dövlət elan 

etmişdir.  V.Sırıx  dövlət  orqanları  arasında  baş  verən  mübarizənin 

dövlət formasına təsirinə Fransanı misal göstərir və bildirir ki, unitar 

quruluşa malik olan bir 

235 



ilqar Məmmədov 

millətli  dövlət  kimi  Fransada  bir  palatalı  parlament  yaradıla  bilərdi. 

Lakin hal-hazırda qüvvədə olan konstitusiya icra hakimiyyətinə geniş 

səlahiyyətlər  verərək  onu  parlamentin  fəaliyyətinə  təsir  etmək 

hüququ  ilə  təmin  etmişdir.  Həmin  təsir  üsullarından  biri  də 

parlamentin  ikinci  palatası,  yəni  Senatdır.  Fransada  bu  palatanın 

yaradılması  qanunverici  və  icra  hakimiyyətləri  arasında  baş  verən 

mübarizənin nəticəsidir. 

Göründüyü kimi, hər bir dövlətdə müəyyən bir dövlət formasının 

təşəkkül  tapması,  inkişaf  etməsi  polifaktorlu  (çoxfaktorlu)  bir 

hadisədir.  Onların  ayrı-ayrılıqda  təhlil  edilməsi,  öyrənilməsi  dövlət 

formasına təsir edə bilən vacib faktorların müəyyənləşdirilməsi üçün 

mühüm əhəmiyyət kəsb edir. 

§ 2. İDARƏETMƏ FORMALARI 

Dövlətin idarəetmə forması dövlət hakimiyyətinin təşkil olunma 

qaydasını,  dövlət  hakimiyyətinin  təşkilində  iştirak  edən  institutları, 

dövlət  hakimiyyəti  orqanlarının  bir-birilə  və  əhali  ilə  əlaqəsini  və 

onların öz səlahiyyətlərini həyata keçirmə üsullarını ifadə edir. Dövlət 

və  hüquq  nəzəriyyəsində  idarəetmə  forması  ilə  bağlı  məhz  bu  cür 

təsəvvür özünə geniş yer almışdır. Həmin təsəvvürə əsasən, dövlətin 

idarəetmə  forması  deyərkən,  dövlət  hakimiyyəti  orqanlarının  təşkil 

olunma qaydaları və strukturu, onların səlahiyyətləri və məsuliyyəti, 

bir-birilə,  həmçinin  əhali  ilə  münasibətləri,  bu  orqanların  təşkilində 

əhalinin  iştirak  dərəcəsi  nəzərdə  tutulur.  Nəzəriyyəçilərin  ümumi 

rəyinə  görə,  dövlətin  idarəetmə  forması  aşağıdakı  məsələlərlə 

bağlıdır: 

-

 

dövlət orqanlarının təşkil olunma qaydaları, onların strukturu; 



-

 

ali dövlət orqanları ilə digər orqanlar arasındakı əlaqələr və bu 



əlaqələri tənzimləyən prinsiplər; 

-

 



dövlət  hakimiyyətinin  və  dövlət  orqanlarının  səlahiyyətlərinin 

məhdudlaşdırılma qaydaları; 



236 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə