Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə74/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   70   71   72   73   74   75   76   77   ...   205

ilqar Məmmədov 

sibətdə  «biz»lə  «biz  olmayanlar»ın  müqayisəsi  formasında  fərdin 

müəyyən bir qrupa və ya insan birliyinə aid olmasının təəssüratdan 

keçirilməsinə əsaslanır».”* 

Etnos,  həm  də  cəmiyyətin  və  dövlətin  formalaşmasının  və 

mövcud olmasının təbii substratı kimi çıxış edir. Etnogenez prosesinin 

gedişində  baş  verən  hadisələr  dövlətin  formalaşmasına  səbəb 

olduqda  dövlət  etnosun  mövcudluğunun  keyfiyyətcə  yüksək 

formasını  doğurur.  Etnos  öz  etnoqrafik  arealını  əhatə  edən  birlik 

formasında  təşkilatlanmaqla  siyasi  cəhətdən  müstəqil  olur  və  tarixi 

müqəddəratını  həll  etmək  imkanı  qazanır.  Etnosun  siyasi  cəhətdən 

müstəqil olaraq  öz müqəddəratını həll etməsi və  onun  bütövlüyünü 

təmin  edən  dövlət  daxilində  birləşməsi  etno-  genizin  millətləşmə 

mərhələsini doğurmuş, yəni etnosun inkişaf edərək millət formasında 

təzahür  etməsinə  gətirib  çıxarmışdır.  Etnosun  sosial,  siyasi  və 

mədəni inteqrasiyası həm də yeni dövrün mühüm hadisələrindən biri 

olan 

milli 


dövlətlərin 

formalaşmasına 

səbəb 

olmuşdur. 



Tədqiqatçıların fikrincə, milli dövlətlərin formalaşması prosesi ilk dəfə 

Avropada  baş  vermişdir.  Bu  prosesdə  dövlət  və  xalq  birliyi 

yarandığından  vətəndaşların  hüquqi  cəhətdən  təmin  edilmiş 

həmrəyliyi yeni keyfiyyət qazanmışdır. 

Etnosun öz siyasi müqəddəratını həll etmə məsələsi beynəlxalq 

hüquqda da xüsusi qaydada nəzərə alınmışdır. 

Tarixi təcrübəyə əsaslanaraq deyə bilərik ki, etnos öz dövlətini 

yaratmaqla öz elementlərinin sosial-siyasi inteqrasiyasını təmin edir 

və  özündən  inkişaf  etmə  mümkünatını  reallaşdırmış  olur; 

parçalanaraq dağılmaqdan, digər etnoslar və onların yaratdığı sosial 

və  siyasi  xarakterli  birliklər  tərəfindən  absorbsiya  olunaraq  varlığını 

itirməkdən  qurtulur,  yaşamaq,  öz  varlığını  qoruyub  saxlamaq, 

gələcək inkişafını təmin etmək imkanı qazanır. Odur ki, öz dövlətini 

yaratmaq bir növ etnosların təbii hüququ kimi çıxış edir. 

Dövlətin  etnosun  qorunub  saxlanmasına,  inkişaf  etməsinə 

xidmət  edən  təşkilat  olduğunu  açıqlayarkən  bu  təşkilatın  həm  də 

etnosun böyüməsinə, güclənməsinə, ondakı hakimiyyət iradəsi- 

CafloxHiı A.n. 

EpymeBHUKaa 

T.E. 


ƏxHOJiorH». 

M., 2001, s. 91. 

222 



Dövlət və hüquq nəzəriyyəsi 

nin  reallaşmasına  xidmət  edən  vasitə  və  ya  mexanizm  kimi  çıxış 

etdiyini də unutmamalıyıq. 

Dövlətlərin yaranması, mövcud olması, inkişaf etməsi prosesinin 

əsas  qanunauyğunluqlarından  biri  də  hakimiyyət  iradəsinin  həmin 

prosesə göstərdiyi təsirdən irəli gəlir. Tarix boyu dövlətlərin bir-biri ilə 

mübarizəsi daha geniş və güclü hakimiyyət, daha geniş ərazi, daha 

çox  sərvət  əldə  etmək  istəyi  ilə  bağlı  olmuş,  dünya  ağalığına  nail 

olmaq istəyi dövlətlərin böyüməsinə, inkişafına təkan vermişdir. Hətta 

müasir  dövrdə  belə,  yəni  dövlətləra-  rası  münasibətlərin  hamılıqla 

qəbul  olunmuş  beynəlxalq  hüquq  normaları  əsasında  tənzimləndiyi 

bir zamanda həmin qanunauyğunluq öz gücünü göstərməkdədir. XX 

əsrin tanınmış mütəfəkkiri Raymon Aron «Xalqlar arasında müharibə 

və sülh» adlı əsərində bu qanunauyğunluğun tarixi-siyasi hadisələrə 

istiqamətverici təsirindən bəhs edir. O yazır: «Elə məqsədlər var ki, 

onlara nail olmaqdan ötrü insan öz həyatını qurban verməyə hazırdır. 

Eyni  hadisə  insan  birliklərində  də  baş  verir.  Onlar  güclü  olmaq 

istəyirlər, yalnız ona görə yox kl, xarici aqressiyanı dəf etsinlər və sülh 

içində  yaşasınlar,  həm də  ona görə ki,  onlardan  qorxsunlar,  onlara 

hörmət  etsinlər  və  onlarla  fəxr  etsinlər.  Son  nəticədə  onlar  qüdrətli 

olmaq,  yəni  öz  iradəsini  qonşulara  və  rəqiblərə  diktə  etmək, 

bəşəriyyətin taleyinə, sivilizasiyanın gələcəyinə təsir etmək imkanına 

və qabiliyyətinə nail olmaq yanğı- sındadırlar. Hər iki məqsəd həm də 

bir-birinə  sarmaşıqdır:  insan  nə  qədər  çox  gücə  malikdirsə,  bir  o 

qədər də onun hücuma məruz qalmaq riski azdır. Bundan əlavə, o, 

güclü  olmaqdan  və  başqalarını  öz  iradəsinə  tabe  etməkdən  həzz 

alır...».”* 

Məşhur  fransız  alimi  R.Aron  bəşəriyyətdə  baş  verən  siyasi 

hadisələri həmin kontekstdə izah etməyə çalışaraq dövlətin dayanıqlı 

xüsusiyyətlərindən  birini  tədqiq  etmişdir.  Bu  xüsusiyyət  dövlətin 

mahiyyəti  ilə  bağlı  olduğundan  dövlət  və  hüquq  nəzəriyyəsində  də 

onun açıqlanmasına, hərtərəfli şəkildə təhlil edilməsinə böyük ehtiyac 

var. 

ApoH Раймон. 



Мир и война между народами. Липецк, 2000, 

S. 


124. 

223 


ilqar Məmmədov 

MÖVZU:

 DÖVLƏTİN FORMALARI 

§ 1. DÖVLƏTİN FORMASI ANLAYIŞI 

Dövlətin forması ilə bağlı mühakimələr çox qədim tarixə malikdir. 

Buna  əmin  olmaq  üçün  siyasi-hüquqi  təlimlər  tarixinə  nəzər 

yetirməyimiz  kifayət  edər.  Antik  dövrün  fəlsəfi,  siyasi-  hüquqi 

təlimlərinə  nəzər  saldıqda  görürük  ki,  o  dövrdə  dövlətin  formaları 

məsələsi  artıq  ciddi  şəkildə  fəlsəfi,  siyasi-hüquqi  bir  problem  kimi 

öyrənilməyə  başlamışdır.  Qədim  Yunan  və  Roma  filosofları  və 

hüquqşünasları dövlətin forması məsələsinin cəmiyyətin həyatı üçün 

çox böyük əhəmiyyət kəsb etdiyini başa düşərək onun mahiyyətini, 

dövlətin  hansı  formalardan  ibarət  olduğunu,  onların  bir-birindən 

fərqini  izah  etməyə  çalışırdılar.  Həmin  dövrdə  formalaşan  fikirlər, 

mühakimələr  cəmiyyətin  və  dövlətin  sonrakı  inkişaf  mərhələlərində 

də siyasi-hüquqi fikrin, o cümlədən dövlətin formaları ilə bağlı nəzəri 

mühakimlərin inkişafına böyük təsir göstərmişdir. 

Platonun  dövlət  formalarının  bir-birini  əvəz  etməsi  və  dövlət 

həyatı  barəsində  yaratdığı  təlim  hal-hazırda  da  fəlsəfə  və  ictimai 

elmlər tərəfindən öyrənilməkdədir. Özü yazılı heç bir irs qoymamış, 

lakin  böyük  filosoflar  yetirmiş  Sokratın  bu  məşhur  şagirdi  dövlət 

formalarının bir-birini əvəz edərək dəyişməsini insan təbiətindən irəli 

gələri  qüsurlarla  və  ictimai-siyasi  münasibətlərin  xarakterində  baş 

verən dəyişikliklərlə əlaqələndirirdi. 

Platon «Dövlət» əsərində ideal ədalətli dövlət obrazını yaratmış, 

bu cür dövlətin mövcudluğunu hakimiyyətin ən yaxşıların- filosofların 

əlində olması və qanunların ədalətliliyi ilə əlaqələndirmişdir. Platonun 

fikrincə, ədalət ondan ibarətdir ki, hər kəs başqasının işinə müdaxilə 

etmədən öz işi ilə məşğul olsun. Ədalətin bərqərar olduğu dövlətdə 

hakimiyyət ruhun şüurluluq tərəfinə, 

224 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə