Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə71/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   67   68   69   70   71   72   73   74   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

larin  yaşayışı  tamamilə  fərqli  bir  sosial  şəraitə  uyğun  qurulmuşdur. 

Sosial təbəqələr, siniflər arasındakı siyasi münasibətlərin xarakteri də 

tamamilə  başqadır.  Quldarlıq  dövlətinin  sosial  təyinatı  ilə  müasir 

dövrün  inkişaf  etmiş  dövlətlərinin  sosial  təyinatı  arasında  da 

həddindən  artıq  böyük  fərq  var.  Təbii  ki,  bütün  bunlar  dövlətin 

mahiyyətində baş vermiş dəyişikliklərlə əlaqədardır. 

Cəmiyyyəti idarə edən ali siyasi hakimiyyətin dövlətdə təcəssüm 

olunması onun mahiyyətini əks etdirən ən dayanıqlı xüsusiyyətlərdən 

biri  hesab  olunur.  Siyasi  hakimiyyət  və  ya  dövlət  hakimiyyəti 

universal-ictimai  hadisə  olmaqla  birbaşa  dövlətin  adından  reallaşır. 

Ümumiyyətlə, 

hakimiyyət 

cəmiyyətin 

dayanıqlı 

şəkildə 


təşkilatlanmasının  və  mövcud  ola  bilməsinin,  siyasi  münasibətlərin 

fundamental əsası kimi çıxış edir. Rus alimi L.A.Tixomirovun yazdığı 

kimi, hakimiyyət ictimai vəziyyətdə olan insanın əsas tələbatlarından 

biridir və bu səbəbdən də o, cəmiyyət üçün zəruridir və qaçılmazdır. 

Məsələyə  bir  az  geniş  yanaşaraq  deyə  bilərik  ki,  hakimiyyətin 

kökü çoxşaxəlidir və dərindir. O, həm sosial-siyasi və iqtisadi, həm də 

sosial-psixoloji  və  fərdi-psixoloji  əsaslara  malikdir.  Sosial  və 

fərdl-psixoloji  amillərə  xüsusi  əhəmiyyət  verən  alimlər  İnsanın 

ətrafdakı şeyləri mənimsəməyə, onlara yiyələnməyə olan tələbatı ilə 

hakimiyyət arasında ciddi əlaqə görürlər. Məsələn, E.Fromm hesab 

edir  ki,  insanın  həyatında  özünə  mühüm  yer  almış  mənimsəmə 

prinsipi onun hakimiyyətə can atmasını qaçılmaz bir hadisəyə çevirir. 

Mənimsəmə həm də xüsusi mülkiyyətin təbiəti ilə bağlı olduğundan 

subyektə mənimsədiklərini özündə saxlamaq hüququ verir. Subyekt 

mənimsədikləri vasitəsilə özünü «genişləndirməyə», dinamik etməyə 

istiqamət  götürür.  Subyektin  təsəvvürüncə,  mənimsənilənlərin 

çoxluğu,  böyüklüyü  onun  öz  böyüklüyünə  çevrilir.  Buna  görə  də 

subyektin  özünü  təsdiqləməsi  «Mən  ona  görə  Mənəm  ki,  X-ə 

sahibəm»  düşüncəsinə  əsaslanır.  «Mənimsəmədən  ən  çox  həzzin 

alınması isə demək olar ki, maddi şeylərə sahib olmaqdan çox canlı 

varlıqlara  yiyələnməkdən  irəli  gəlir.  Patriarxal  cəmiyyətin  aşağı 

təbəqəsinin kişi cinsinə mənsub olan ən kasıb nümayəndəsinin 



213 


ilqar Məmmədov 

belə,  mülkiyyətçi  olmaq  imkanı  var:  onlar  arvada,  övladlara,  ev 

heyvanlarına  münasibətdə  özlərini  tam  hüquqlu  ağa  kimi  hiss  edə 

bilirlər. Patriarxal cəmiyyətdə kişi üçün övladların sayının çox olması 

böyük  kapital  qoymadan  insanlara  sahib  olmağın  yeganə 

yoludur».E.Frommun  fikrincə,  məhz  mənisəmə  prinsipi,  yəni 

mülkiyyət və gəlir əldə etmək yönümlüyü hakimiyyətə faktiki tələbat 

yaradır.  Odur  ki,  mənimsəmə  sahəsi  genişləndikcə,  mənimsəmə 

modusu  çoxaldıqca  və  mülkiyyət  münasibətləri  təkmilləşdikcə 

hakimiyyət  də  böyüyür,  inkişaf  edir.  Beləliklə  də,  hakimiyyət  bir 

zərurət kimi cəmiyyətdə özünə yer alır. 

Dövlət  hakimiyyəti  cəmiyyətdə  mərkəzləşmiş  güc  kimi  çıxış 

etməklə  sosial  varlığın  istiqamətləndirici  faktoruna  çevrilir.  O, 

cəmiyyətin inkişafına istiqamət verir, onu bütövləşdirir, ictimai həyatın 

müxtəlif sahələri üzrə idarəetmə və tənzimləmə işini həyata keçirir. 

Lakin  dövlət  hakimiyyəti  öz  xarakteri  baxımından  konkret 

cəmiyyətlərə və dövrlərə görə dəyişkənlik göstərir. Yəni bütün dövrlər 

və  cəmiyyətlər  üçün  eyni  olmur.  Dövlət  hakimiyyətinin  xarakterinə 

təsir edən ən mühüm amillər isə, bu hakimiyyətin kimin və ya hansı 

qüvvənin əlində olmasından, necə təşkil olunmasından, hansı üsul və 

vasitələrlə,  hansı  dəyər  və  prinsiplər  əsasında  həyata 

keçirilməsindən,  daha  çox  hansı  maraqlara  və  məqsədlərə  xidmət 

etməsindən  ibarətdir.  Göstərilən  amillərin  təsiri  ilə  dövlətçilik 

tarixində  dövlətin  müxtəlif  formaları  yaranmış  və  həmin  formalar 

dövlət hakimiyyətinin xarakterinə uyğun olmuşdur. 

Dövlətin əsas vəzifələrindən biri ictimai qaydanın qorunması və 

hüquq  qaydasının  təmin edilməsi,  müxtəlif  səviyyələrdə  konfliktlərə 

səbəb  olan  maraqlar  çoxluğunun  ümumi  maraqlar  səviyyəsində 

nəzərə  alınmasına  imkan  yaratmaqla  ziddiyyətlərin  aradan 

qaldırılması ilə bağlı olduğundan, hakimiyyət güc tətbiq etməli olur. 

Məhz  buna  görə  də  M.Veber  dövlət  hakimiyyətini  legitimləşdirilmiş 

məcburiyyət kimi şərh edir. Məcburiyyət tədbir- 

'фромм Э. Иметь или быть? M., 1990, s. 76. 

214 



Dövlat və hüquq nəzəriyyəsi 

lərini tətbiq etmək səlahiyyəti bütün fərdlərdən və qruplardan alınaraq 

dövlətə  verilir  və  həmin  tədbirlər  dövlət  adından  həyata  keçirilir. 

Bununla  da,  dövlət  ictimai  münasibətlərin  subyektləri  arasında  baş 

verən konfliktlərin həll edilməsini öz üzərinə götürmüş olur. Hüquqları 

pozulduqda,  qanunla  qorunan  maraqları  tapdandıqda  hüquq 

münasibətlərinin  subyektləri  öz  istədikləri  kimi  tədbir  görmədən 

dövlət  hakimiyyətinə  müraciət  edirlər.  Çünki  məhz  dövlət  hüquq 

qaydasını  təmin  edir.  F.Engels  əsaslı  olaraq  yazır  ki,  siyasi 

hakimiyyəti  özündə  təcəssüm  etdirən  dövlət  cəmiyyətə  kənardan 

sırışdırılmır.  O,  cəmiyyətin  inkişafının  müəyyən  mərhələsində 

cəmiyyətin öz məhsulu kimi yaranır. «Dövlət cəmiyyətin özü-özü ilə 

həlledilməz  ziddiyyətlər  içində  dolaşmasının,  barışmaz  əksliklərə 

bölünməsinin və bundan qurtulmaq gücündə olmamasının etirafıdır. 

Həmin  əksliklər,  bir-  birinə  zidd  iqtisadi  maraqlara  malik  siniflər 

səmərəsiz  mübarizədə  bir-birilərini  və  cəmiyyəti  yeməsinlər  deyə, 

cəmiyyətin föv- qündə duran, onu «nizam» hüdudunda saxlayan və 

toqquşmaları yumşalda bilən bir gücə ehtiyac yaranmışdır».”' 

Dövlət hakimiyyəti həm də siyasi-hüquqi qaydadır. Bu qaydanın 

konkret  formasına  uyğun  olaraq  bəziləri  hakimiyyəti  həyata  keçirir, 

qalanları  isə  hakimiyyətə  tabe  olur.  Həmin  qayda  bir  halda 

hakimiyyətdə olan azlığın, başqa bir halda isə bütövlükdə cəmiyyətin 

olmasa da, onun çox hissəsinin və ya əksər maraq qruplarının ümumi 

mənafeiynə xidmət edə bilər. Buna əsasən də, nəzəriyyəçilər dövlətin 

özfəaliyyəti ilə iki əsas məsələni həll etdiyini bildirirlər. Onlardan biri 

bütün  cəmiyyətin  təbiətindən  irəli  gələn,  ümumi  maraqların  təmin 

edilməsinə  yönəlmiş  ümumi  işlərin  həyata  keçirilməsi,  digəri  isə 

spesifik sinfi funksiyaların həyata keçirilməsi ilə bağlıdır. Əslində, bu 

fikrin  müəllifi  K.Marksdır.  Həmin  fikir  həqiqətə  uyğun  olduğundan 

müasir  nəzəriyyəçilər  tərəfindən  də  dəstəklənir.  Sovet  hakimiyyəti 

dövründə marksist-leninçi nəzəriyyə Marksın özünün irəli sürdüyü. 

'Энгельс Фрндрнх. 

Происхождение семьи, частной собственности 

и государства. М., 1982, 5. 196-197. 



215 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə