Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə67/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   63   64   65   66   67   68   69   70   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

-

 



bu tip dövlətlərdə hüquq əksər hallarda dini-mənəvi ehkamlara 

əsaslanmış,  həmçinin  adət  və  ənənələrdən,  əcdadların  ruhuna 

göstərilən ehtiramdan və pərəstişdən dəstək almışdır; 

-

 



həmin  dövlətlərdə  dəyişikliklər  çox  ləng  getmiş,  ictimai-siyasi 

münasibətlərin xarakteri demək olar ki, dəyişilməmişdir. 

Lakin Şərqlə müqayisədə Qərbdə dövlət daha gec yaransa da, 

sürətlə  inkişaf  etmişdir.  Kapitalizmə  ilk  öncə  Qərb dövlətləri qədəm 

qoymuş  və  sonradan  onların  təsiri  ilə  Şərqdə  də  kapitalist 

münasibətləri yaranmışdır. 

Həmin  yanaşmadan  çıxış  edən  nəzəriyyəçilərin  fikrincə, 

ümumiyyətlə,  quldarlıq  dövlətləri  yox,  məhz  şərq  tipli  dövlətlər 

dövlətin  birinci  tarixi  tipi  olmuşdur.  Avropada  yaranmış  quldarlıq 

dövlətləri isə tarixilik baxımından dövlətin ondan sonrakı tipidir. 

Nəzəriyyəçilərin  başqa  bir  qismi  isə  şərq  və  qərb  dövlətlərini 

ayırmadan, onların hamısını quldarlıq tipinə aid edirlər. 

Bu yanaşmaya görə, quldarlıq dövləti iqtisadi cəhətdən hökmran 

sinif olan quldarların siyasi təşkilatı, quldarların öz ağalıqlarını həyata 

keçirmək  üçün  istifadə  etdikləri  hakimiyyət  aparatı  olmuşdur. 

Quldarlıq  dövlətinin  iqtisadi  əsasını  quldarların  istehsal  vasitələri 

üzərində,  habelə  qullar  üzərində  xüsusi  mülkiyyəti  təşkil  edirdi. 

Quldarlıq  cəmiyyətinin  əsas  sinifləri  quldarlardan  və  qullar 

kütləsindən  ibarət  idi.  Quldarlar,  əsasən,  azad  şəxslərdən  təşkil 

olunurdu və klassik quldarlıq dövlətlərində azad əhali ilə çox böyük 

insan  kütləsini  təşkil  edən  qullar  sinfi  arasında  antaqonist 

münasibətlər mövcud idi. 

Quldarlıq  dövlətinin  əsas  formaları  monarxiya  və  respublikadır. 

Qədim  şərq  dövlətlərinin  əksəriyyətini.  Qədim  Romanı  (m.ö.1-ci 

əsrdən etibarən), Makedoniya dövlətini quldarlıq monarxiyasına misal 

göstərə  bilərik.  Ümumiyyətlə  isə,  Avropada  yaranmış  quldarlıq 

dövlətlərinin  əksəriyyətində  respublika  idarəetmə  forması  mövcud 

olmuşdur.  Quldarlıq  respublikasının  özünün  iki  forması-demokratik 

respublika  və  aristokratik  respublika  formaları  meydana  gəlmişdir. 

Quldarlıq  demokratik  respublikasında  dövlət  orqanları  vətəndaşlar 

tərəfindən seçilirdi. Vətəndaşların hamısı cəmiyyətin siyasi həyatında 

iştirak  etmək  hüququna  malik  idilər.  Quldarlıq  aristokratik 

respublikasında isə mühüm 

201 



ilqar Məmmədov 

dövlət  orqanları  əsasən  aristokratların,  imtiyazlı  quldarların  həmin 

orqanlara seçilməsi və ya müəyyən bir qaydaya uyğun olaraq həmin 

orqanlarda təmsil olunması yolu ilə formalaşırdı. Məsələn, Romada 

bir  neçə  əsr  əsas  dövlət  orqanı  kimi  fəaliyyət  göstərən  senat 

aristokratiyanın nümayəndələrindən təşkil olunurdu. 

Ümumiyyətlə, bütün bu dövlətlərdə qulların heç bir hüququ yox 

idi və onların hüquqsuzluğu quldarlıq hüququ ilə qanuniləş- dirilirdi. 

Avropada  yaranmış  quldarlıq  dövlətlərində  xüsusi  mülkiyyətin 

inkişaf  etməsi  xüsusi  mülkiyyətçilərin  azad  vətəndaşlara 

çevrilməsinə,  demokratik  islahatların  həyata  keçməsinə  də  böyük 

təsir  göstərmişdir.  Xüsusi  maraqlarının  ödənilməsi  ilə  bağlı 

vətəndaşlar  arasında  yaranan  münasibətlərin  tənzimlənməsində 

istifadə  olunan  qaydalar,  prinsiplər  və  normalar  öz  dövrünə  görə 

kifayət qədər inkişaf etmiş hüquq sisteminin formalaşmasına gətirib 

çıxarmışdır.  Bunun  nəticəsində  həmin  dövlətlərdə  hüquq  vasitəsilə 

vətəndaş və xüsusi mülkiyyət azadlığının təmin edilməsi ideyası və 

təcrübəsi yaranmış, çox sonralar isə həmin ideya və təcrübənin özü 

başqa  dövlətlərin  və  cəmiyyətlərin  inkişafına  təsir  edən  mühüm  bir 

amilə çevrilmişdir. 

Feodal  tipli  dövlətlər  ya  quldarlıq  dövlətinin  dağılması 

nəticəsində,  ya  da  tədrici  inkişaf  nəticəsində,  yəni  ibtidai  icmanın 

bazasında  feodal  quruluşunun  yaranması  ilə  meydana  gəlmişdir. 

Alman  tayfaları  tərəfindən  ilkin  feodal  dövlətlərinin  qurmul-  ması 

feodal  tipli  dövlətin  yaranmasının  ikinci  üsuluna  bir  misaldır.  İbtidai 

cəmiyyətin dağılması ilə həmin tayfaların tarixi həyatında qəbilə-tayfa 

orqanlarının  feodal  dövlətinin  orqanlarına  çevrilməsi  istiqamətində 

inkişaf  baş  vermişdir.  Misal  üçün,  tayfa  başçısı  krala,  ağsaqqallar 

şurası kralın yanında özünə yer alan məşvərət şurasına çevrilmişdir. 

Yuxarıda qeyd olunduğu kimi, feodal tipli dövlətin yaranmasının 

bir  üsulu  da  ictimai  inkişaf  nəticəsində  quldarlıq  dövlətininin  feodal 

dövləti  ilə  əvəz  olunmasıdır.  Quldarlıq  cəmiyyətinin  genezisinin 

müəyyən bir dövründə ziddiyyətlərin artması və 

202 



Dövlət və hüquq nəzəriyyəsi 

dərinləşməsi  onun  dağılmasına  səbəb  olmuş  və  zəruri  olaraq  yeni 

münasibətlər  yaranmış,  inkişaf  etmişdir.  Bu  hadisələr,  həmin 

dövlətlərin  qalıqları  üzərində  feodal  tipli  dövlətin  və  hüququn 

yaranması ilə nəticələnmişdir. 

Feodal  dövlətinin  iqtisadi  əsasını  təşkil  edən  torpaq  və  digər 

istehsal  vasitələri  üzərində  feodal  mülkiyyəti  feodallarla  kəndlilər 

arasında  qarşılıqlı  münasibətlərin,  kəndlilərin  feodallardan  iqtisadi 

asılılığının xarakterini müəyyənləşdirirdi. Kəndlilərin feodal asılılığı isə 

tarixən müxtəlif cür olmuşdur-töycülükdən tam təh- kimçiliyə qədər. 

İctimai münasibətlərin müvafiq istiqamətdə inkişafı nəticəsində icma 

torpaqlarını  öz  əllərində  cəmləşdirən  feodallar  kəndliləri  özlərindən 

şəxsi asılılıq vəziyyətinə sala bilmişdilər. Kəndlinin feodal torpağında 

öz  əməyi  ilə  yaratdığı  təsərrüfatı  olsa  da,  o,  feodal  torpağından 

istifadə  etdiyinə  görə  üzərinə  qoyulan  mükəlləfiyyətləri  yerinə 

yetirməli, feodala işləməli idi. Feodal cəmiyyətinin inkişafı prosesində 

bu  asılılıq  dövlət  məcburiyyət  tədbirləri  ilə  də  möhkəmləndirilmiş, 

kəndli  torpağa  təhkim  olunaraq  öz  təsərrüfatını  tərk  etmək 

hüququndan məhrum edilmişdir. 

Feodal  dövlətində  sosial  bərabərsizliyin  özü  hüquqla 

möhkəmləndirilirdi. Yəni feodal hüququ cəmiyyətdəki sosial-siyasi və 

iqtisadi  bərabərsizliyi  möhkəmlətməyə  xidmət  edirdi.  Cəmiyyət 

üzvlərinin  hüquqları  feodal  iyerarxiyasında  tutduqları  yerə  görə 

müəyyənləşirdi.  Feodal  dövlətlərinin  bir  çoxunda,  kəndlilər,  faktiki 

olaraq hüquqsuz vəziyyətdə yaşayırdılar. Dövlət hakimiyyətinin özü 

də açıq-aşkar sinfi xarakter daşıyırdı. Yəni hakimiyyət zadəganların, 

ruhanilərin maraqlarına xidmət edir, aşağı təbəqənin nümayəndələri 

isə dövlət hakimiyyətinin həyata keçirilməsində, ümumiyyətlə, iştirak 

etmirdilər. Feodal dövlətinin əsas forması «ictimai inkişafdan və sinfi 

qüvvələrin  nisbətindən  asılı  olaraq  öz  şəklini  dəyişən  monarxiya 

olmuşdur»."'  Lakin  müəyyən  istisnalar  da  mövcud  idi.  Belə  ki,  elə 

müstəqil  şəhərlər  vardı  ki,  onlar  respublika  idarəetmə  formasına 

uyğun idarə olunurdu. 

Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S. 79. 



203 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə