Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə65/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   61   62   63   64   65   66   67   68   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

kimi çıxış edir. Jan Boden orta qurşaqda yaranan döviətiəri dünyanın 

ən güciü döviətiəri hesab edirdi. Onun fikrincə, bu qurşaqda yaşayan 

xalqiarın döviət qurmaq və dövləti idarə etmək bacarığı və qabiliyyəti 

daha yüksəkdir. 

Dövlətlərin  və  xalqların  fərqləndirilməsində  coğrafi  amili  əsas 

amil hesab edən mütəfəkkirlərdən biri də Ş.L.Monteskyedir. Coğrafi 

faktorun  əsas  kriteriya  kimi  götürülməsinə  elmi  ədəbiyyatda  coğrafi 

determinizm deyilir. 

Əhalinin  sayını  və  dövlət  ərazisinin  ölçüsünü  vacib  faktor  kimi 

qəbul edənlər də var. Məsələn, Lyudviq Qumploviç ona müasir olan 

dövlətlərdən əhalisinin sayı 50 milyon nəfərdən, ərazisi isə 1 milyon 

kv.  kilometrdən  çox  olanları  dünya  dövlətlərinə,  əhalisi  30  milyon 

nəfərdən 50 milyon nəfərədək, ərazisi isə 200 min kv. kilometrdən 1 

milyon kv. kilometrədək olanları böyük dövlətlərə, əhalisinin sayı 30 

milyon nəfərdən aşağı, ərazisinin ölçüsü isə 200 min kv. kilometrdən 

az  olanları  kiçik  dövlətlərə  aid  etməklə  bütün  dövlətləri  üç  qrupa 

bölmüşdür. 

Bu  məsələdə  alman  hüquqşünas  alimi  G.Yellinekin  fikirləri 

tamamilə  fərqli  olmuşdur.  O  mənada  ki,  tanınmış  hüquqşünas  alim 

dövlətin  və  hüququn,  demək  həm  də  onların  tiplərə  bölünməsinin 

obyektiv  xarakterə  malik  olmasını  inkar  edirdi.  Yellinekin  fikrincə, 

dövlət  və  hüquq  subyektiv  şüur  və  dərketmə  sahəsinə  aid  olan 

hadisələrdir. Subyektiv şüurda dövlətin ideal və empirik tipləri özünə 

yer  alır.  Empirik  tip  real  münasibətlərin  subyektiv  şüurda 

qiymətləndirilməsinin  nəticəsi  kimi  özünü  göstərir,  ideal  tip  isə 

mövcud dövlət hadisələrinin qiymətləndirilməsinin etalonu kimi çıxış 

edir və onun təsiri ilə dövlət dəyişikliklərə məruz qalır. Bu baxımdan, 

Yellinek  hesab  edirdi  ki,  dövlətin  ideal  tipi  praktiki  əhəmiyyətə 

malikdir.  Yəni  ki,  həmin  tip  etalon  kimi  götürülməklə  yaratdığı 

təsəvvürə və modelə uyğun şəkildə dövlətin təkmilləşməsinə səbəb 

olur. 


H.Spenser  sosioloji  kateqoriyalardan  çıxış  etdiyinə  görə, 

dövlətləri  ictimai  tiplərə  uyğun  fərqləndirməyə  üstünlük  verirdi.  O, 

insan  cəmiyyətlərini  iki  qismə;  ali,  yəni  sənayeləşmiş  və  primitiv 

cəmiyyətlərə bölürdü. Spenser sənayeləşmə səviyəsinə 



195 


ilqar Məmmədov 

yüksəlməmiş cəmiyyətləri primitiv cəmiyyətlər kimi xarakterizə edir. 

Həmin  təsnifata  uyğun  olaraq  o,  dövlətləri  sənaye  dövlətləri  və 

primitiv (hərbi) dövlətlər tipinə ayırmışdır. 

Normativizmin  təməlini  qoyan  hüquqşünaslardan  biri  kimi 

tanınan  Q.Kelzenə  görə,  dövlətlərin  müxtəlif  tiplər  üzrə  təsnifləş- 

dirilməsinin  əsasında  «siyasi  azadlıq  ideyası»  durmalıdır.  Məşhur 

hüquqşünas-alim  hakimiyyətin  təşkilində  və  hüquq  qaydasının 

yaradılmasında  fərdlərin  iştirak  imkanlarını  və  qaydalarını  əsas 

götürərək,  dövlət-hüquq  hadisələrinin  və  hakimiyyətin  iki 

tipini-demokratiyanı  və  avtokratiyanı  fərqləndirir.  Kelzenin  fikrincə, 

demokratiya şəraitində dövlətin hüquq qaydasında ifadə olunan iradə 

ilə hüququn bütün subyektlərinin və ya fərdlərin iradəsi arasında tam 

uyğunluq  var.  Çünki  sonuncular  həmin  qaydanın  yaradılmasında 

aktiv  iştirak  edirlər.  Avtokratiya  şəraitində  isə  vəziyyət  tamamilə 

başqa  cürdür.  Yəni  hüquq  qaydasının  təməlini  təşkil  edən  iradə  ilə 

fərdlərin iradəsi arasında harmoniya olmur və ola da bilməz. Bu isə 

onunla  bağlıdır  ki,  sonuncular  hüquq  qaydasının  yaradılması  və 

möhkəmləndirilməsi prosesindən kənarda qalırlar. 

Kelzen  hesab  edir  ki,  həmin  «tiplər»  təmiz  şəkildə  mövcud 

olmur. Belə ki, demokratiya və avtokratiya daha çox ideal tiplər kimi 

çıxış edir. Onun fikrincə, hər bir dövlət həmin iki tipə aid elementlər 

kompleksini  özündə  cəmləşdirir  və  buna  görə  də,  həmin  tiplərdən 

hansının elementləri üstünlük təşkil edirsə, dövlət də müvafiq olaraq 

ya demokratiyaya, ya da avtokratiyaya yaxın olur. Onların arasında 

isə çoxsaylı aralıq tipli və ya səviyyəli dövlətlər özünə yer alır. 

Qərbin  nəzəri-hüquqi  və  siyasi-fəlsəfi  ədəbiyyatında  Kelzenin 

təklif  etdiyi  kriteriya  əsas  kriteryalardan  biri  kimi  qəbul  olunur. 

Məsələn, amerikalı professor R.Makayver buna uyğun olaraq bütün 

dövlətləri  iki  tipə:  sülalə  dövlətlərinə  (antidemokratik  dövlətlər)  və 

demokratik  dövlətlərə  bölür.  Sülalə  dövlətləri  əhalinin  çoxluq  təşkil 

edən qisminin iradəsini özündə əks etdirmir. Demokratik dövlətlərdə 

isə dövlət hakimiyyəti bütün cəmiyyətin və ya əksəriyyətin iradəsini 

ifadə edir. Bu tip dövlətlərdə hakimiy 



196 


Dövlət və hüquq nəzəriyyəsi 

yəti  ya  bilavasitə  xalqın  özü  həyata  keçirir,  ya  da  hakimiyyət  aktiv 

şəkildə xalq tərəfindən dəstəklənir. 

Alman  politoloqu  R.Darendorf  da  bütün  dövlətləri  iki  qismə: 

demokratik  və  antidemokratik  tiplərə  ayırır.  O,  belə  hesab  edir  ki, 

demokratik  dövlətlər  cəmiyyətlərin  müxtəlif  təbəqələrinin  bir-  birilə 

mübarizəsi  prosesində,  cəmiyyətin  inkişaf  etməsi  yolu  ilə  meydana 

gəlir.  Darendorfun  fikrincə,  demokratik  tipli  dövlətin  yaranması 

antidemokratik tipli dövlətin dəf edilməsinin nəticəsidir. 

Qərbdə  geniş  yayılmış  təsnifatlardan  birində  isə  dövlətlərin  və 

siyasi  sistemlərin  ümumi  inkişaf  səviyyəsi  əsas  götürülür.  Həmin 

təsnifata  görə,  dövlətlər  özlərinin  və  cəmiyyətin  inkişaf  səviyyəsinə 

uyğun olaraq primitiv, ənənəvi və müasir dövlətlərə bölünür. 

Müasir qərb elmində dövlətlərin tiplər üzrə təsnifləşdirilməsi üçün 

«istehsal  texnologiyalarının  inkişaf  mərhələləri»  nəzəriyyəsinə 

(D.Bell,  Z.Bjezinski)  də  müraciət  olunur.  Həmin  nəzəriyyəni  əsas 

götürən  tədqiqatçılar  cəmiyyətin  texnoloji  bazisinin  xüsusiyyətlərinə 

və iqtisadi inkişaf səviyyəsinə görə cəmiyyətləri və dövlətləri üç tipə 

ayırırlar.  Onlara  aşağıdakılar  aiddir;  1)  aqrar  cəmiyyət  (industrial 

cəmiyyətdən  əvvəlki)  şəraitində  mövcud  olan  ənənəvi  dövlətlər;  2) 

industrial  dövlətlər;  3)  postindustrial  dövlətlər.  Bu  konsepsiyanın 

müəllifləri  belə  hesab  edirlər  ki,  postindustrial  tipli  Qərb  dövlətləri 

sosial hüquqi, demokratik dövlətlərdir. Yəni məhz bu tip dövlətlərdə 

ictimai-siyasi  münasibətlər  qanunun  aliliyi,  insan  hüquq  və 

azadlıqlarının  prioritetliyi,  hakimiyyətlərin  bölünməsi  prinsipləri 

əsasında tənzimlənir. 

Dövlət  və  hüquq  nəzəriyyəsində  son  dövrlərə  qədər  ictimai- 

iqtisadi formasiyalar dövlətlərin tipologiyasının ən ümumi krite- riyası 

kimi  qəbul  edilirdi.  Bu  kriteriyaya  indi  də  çox  müraciət  olunur.  Bu 

mövqedə olan müəlliflər artıq əvvəlki kimi ehkamçı yanaşmadan çıxış 

etməyə məcbur deyillər. Onların özü də eh- kamçılığı tənqid və inkar 

edirlər. Həmin kriteriya ictimai elmlər sahəsinə K.Marks və F.Engels 

tərəfindən gətirilmişdir. K.Marks dünya tarixini üç makroformasiyaya: 

arxaik, iqtisadi və kommu 



197 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə