Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə66/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   62   63   64   65   66   67   68   69   ...   205

ilqar Məmmədov 

nizm  formasiyalarına  bölmüş  və  xüsusi  mülkiyyətin,  əmtəə 

istehsalının  və  bir-birinə  zidd  olan  siniflərin  olub-olmamasını  bu 

bölgünün  əsas  kriteriyası  kimi  götürmüşdür.  Dövlətin  özü  isə  ikinci 

makroformasiyanın  elementi  hesab  edilmiş  və  həmin  makrofor- 

masiyanın  dörd  formasiyaya  bölünməsinə  müvafiq  olaraq  dövlət  də 

dörd tipə ayrılmışdır. Həmin tiplər müəyyənləşdirilərkən Asiya, antik, 

feodal  və  burjuaziya  üsullu  istehsal  münasibətləri  əsas 

götürülmüşdür.  Marksist-leninçi  dövlət  və  hüquq  nəzəriyyəsi, 

sonradan  bu  kriteriyanı  yeganə  düzgün  kriteriya  hesab  etmişdir. 

Marksist-leninçi dövlət və hüquq nəzəriyyəsinə görə, dövlətin hər bir 

tarixi tipi müəyyən ictimai-iqtisadi formasiyanın sinfi mahiyyətini ifadə 

edən mühüm əlamətlərin məcmusunu əks etdirir. Həmin nəzəriyyənin 

apologetlərinin fikrincə, ictimai inkişaf tarixində dövlətin (həmçinin də 

hüququn) dörd tarixi tipi- quldarlıq, feodal, burjua və sosialist dövlət 

(və  hüquq)  tipləri  yaranmışdır.  Onların  özü  də  iki  qrupa  bölünür: 

istismarçı  tipli  dövlət  (və  hüquq),  sosialist  tipli  dövlət  (və  hüquq). 

İstismarçı  dövlət  tipləri  öz  sinfi  mahiyyətinə  və  formalarına  görə 

ümumi  cəhətlərə  malikdir.  Bu  cəhətlər  isə  onunla  şərtlənir  ki,  bütün 

istismarçı tipli dövlətlər istehsal vasitələri üzərində xüsusi mülkiyyətə 

əsaslanır,  vahid  istismarçı  mahiyyətə  malikdir,  onların  hakimiyyəti 

xalqa  zidd  xarakter  daşıyır  və  hakim  azlığın  zəhmətkeş  kütlələr 

üzərində diktaturasını həyata keçirir. Sosialist tipli dövlət isə yüksək 

tipli,  əsasını  istehsal  vasitələri  üzərində  sosialist  mülkiyyəti  təşkil 

edən, insanın insan tərəfindən istismarının nə olduğunu bilməyən əsl 

demokratik  mahiyyətli  dövlət  tipidir.  Bu  nəzəriyyənin  nümayəndələri 

sosialist  tipli  dövləti  kommunist  tipli  dövlət  tipinə  keçid  mərhələsi 

hesab  edirlər.  Marksist-leninçi  dövlət  və  hüquq  nəzəriyyəsində 

Marksın  fikirlərinə  zidd  olaraq  kommunizm  quruculuğunun  bütün 

dünyada deyil, bir və ya bir neçə dövlətdə mümkün olması fikri inkişaf 

etdirilmişdir.  Bundan  çıxış  edərək  N.Xruşov  SSRİ-də  kommunizmin 

1980-cı  ildən  başlayacağını  bildirmişdir.  Bu  hadisə  baş  vermədiyinə 

görə kommunizm ideologiyasının apologetləri tərəfindən inkişaf etmiş 

sosializm və ona müvafiq dövlət tipi anlayışı yaradılmışdır. 



198 


Dövlət və hüquq nəzəriyyəsi 

Marksist-leninçi dövlət və hüquq nəzəriyyəsi tarixi konkretlikləri 

təhlil  edərkən  müəyyən  olunmuşdur  ki,  bir  çox  dövlətlər  göstərilən 

tiplərdən heç birinə uyğun gəlmir. Bunu inkar etmək qeyri-mümkün 

idi. Ona görə də, marksist-leninçi dövlət və hüquq nəzəriyyəsinə dair 

dərsliklərin  birində  belə  deyilir:  «Tarixə  elə  dövlətlər  məlumdur  ki, 

onlar  göstərilən  meyariara-iqtisadi  əsasa  və  sinfi  mahiyyətə  görə 

təsnif  edilə  bilmir.  Bunlar,  necə  deyərlər,  bir  tipdən  digərinə  keçid 

dövlətləridir.  Asiya  və  Afrikanın  müstəmləkəçilik  asılılığından  azad 

olmuş bir sıra dövlətlərini bu cür dövlətlər sırasına aid etmək olar».”' 

Marksist-leninçi dövlət və hüquq nəzəriyyəsinə görə, dövlətin bir 

tipinin  digərini  əvəz  etməsi  istehsal  münasibətləri  məhsuldar 

qüvvələrin  xarakterinə  uyğun  olmadıqda,  sosial  inqilab  yolu  ilə  baş 

verir.  Yəni  cəmiyyətin  inkişafının  müəyyən  mərhələsində  istehsal 

münasibətləri  məhsuldar  qüvvələrin  xarakterinə  uyğun  gəlmədikdə 

ziddiyyətlər artır və bu ziddiyyətlər son nəticədə sosial inqilab yolu ilə 

həll  edilir.  Nəticədə  də,  bir  dövlət  tipini  başqası  əvəz  edir.  Sosial 

inqilab müxtəlif formalarda baş verir. Yəni bir dövlət tipi həm silahlı 

üsyan,  həm  də  islahatlar  həyata  keçirməklə,  yəni  dinc  inkişaf 

nəticəsində başqası ilə əvəz oluna bilər. 

Müasir  dövlət  və  hüquq  nəzəriyyəsində  də  ictimai-iqtisadi 

formasiyalar  dövlətin  tipologiyasının  əsas  kriteriyalarından  biri  kimi 

götürülür. Lakin əvvəlki dövrdən fərqli olaraq, indi nəzəriyyəçilər bu 

məsələyə  fərqli  yanaşa  bilirlər.  Buna  görə  də,  müasir  nəzəriyyədə 

ictimai-iqtisadi  formasiyalar  əsasında  aparılan  təsnifatda  müəyyən 

dəyişikliklər baş vermişdir. 

İctimai-iqtisadi  formasiyalar  kriteriyasından  çıxış  edən  müasir 

nəzəriyyəçilərin bir çoxu dövlətləri şərq, quldarlıq, feodal, kapitalist, 

sosialist  və  keçid  tipli  dövlətlərə  bölürlər.  Onların  fikrincə,  şərq 

dövlətlərində  quldarlıq  münasibətləri  mövcud  olsa  da,  antik  dövrün 

quldarlıq dövlətləri ilə onların arasında böyük fərq olmuşdur. Odur ki, 

onlar eyni bir tipə aid edilməməli və şərq tipli 

Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S. 37. 

199 



ilqar Məmmədov 

dövlətlər  quldarlıq  tipli  dövlətlərdən  fərqləndirilməlidir.  Şərq  tipli 

dövlətlərdə  mütləq  hakimiyyətə  malik  olan  monarx  hakimiyyətin 

mənbəyi  hesab  edilirdi.  Monarx  öz  təbəələrinin  həm  mülkiyyətinin, 

həm  də  həyatının  ağası  idi.  Mülkiyyət  münasibətlərində  dövlət 

mülkiyyətinin dominantlığı cəmiyyətin strukturunu pirami- dal şəkilə 

salmışdır.  Şərq  cəmiyyətlərində  münasibətlərin  xarakteri  əsrlər, 

minilliklər  boyu  dəyişmədiyindən  və  ya  az  dəyişildiyindən  həmin 

cəmiyyətlərin  doğurduğu  dövlətlərdə  də  dövlətçiliyin  inkişafı 

baxımından  elə  də  ciddi  bir  dəyişiklik  baş  verməmişdir. 

V.S.Afanasyevin  yazdığı  kimi.  Qədim  Misir  dövləti  m.  ö.  IV-III 

minillikdə yaransa da, otuz əsrdən çox bir müddətdə demək olar ki, 

dəyişilməmişdir. Çin dövlətinin isə 40 əsrə yaxın bir tarixi var. Ancaq 

buna baxmayaraq, dövlət quruluşu və Çin cəmiyyətinin özü XIX əsrin 

sonlarına qədər çox az dəyişilmişdir.”' 

Qədim  Şərq  dövlətlərinin  ümumi  cəhətlərlə  yanaşı,  fərqli 

cəhətləri  də  var  idi.  Misal  üçün,  əgər  Misir  dövləti  dövlətin  və 

məbədin  işlərində  kütləvi  şəkildə  qullardan  istifadə  edirdisə,  Çində 

quldarlıq  sırf  məişət  xarakterli  idi.  Hindistanda  isə  cəmiyyət 

özünəməxsus qaydada qapalı silklərə bölünmüşdür. Lakin bütün bu 

fərqlər,  onları  bir-birinə  yaxınlaşdıran  ümumi  və  oxşar  cəhətlər 

çərçivəsində  özünü  göstərirdi.  Həmin  oxşar  cəhətlərə  aşağıdakılar 

aiddir: 

-

 



şərq  tipli  dövlətlərdə  istehsal  vasitələri  (o  cümlədən  torpaq) 

üzərində  dövlət  mülkiyyəti  və  icma  mülkiyyəti  iqtisadiyyatın  əsasını 

təşkil edirdi; 

-

 



həmin  dövlətlərdə  faktiki  olaraq  istehsal  vasitələrinin 

mülkiyyətçisi  olan  məmurlardan  ibarət  nəhəng  bürokratik  aparat 

yaradılmışdır; 

-

 



dövlət aparatı ciddi şəkildə mərkəzləşdirilmişdir; 

-

 



monarx  özü  ilə  bütövlükdə  dövləti  təcəssüm  etdirir,  eyni 

zamanda  da,  tanrının  yerdəki  təmsilçisi  və  ya  baş  kahin  hesab 

olunurdu; 

*

 



* Общая теория права и государства. Под ред. проф. Лазарева В.В. S. 

344. 


200 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə