Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə64/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   60   61   62   63   64   65   66   67   ...   205

ilqar Məmmədov 

rinə də xüsusi diqqət verirlər. Bu problemin həll edilməsi üçün dövlət 

və  hüquq  nəzəriyyəsində  «dövlətin  və  hüququn  tipi»  anlayışından 

istifadə olunur. Bu anlayışın dövlət və hüquq nəzəriyyəsində müstəqil 

yeri  var.  O,  nəzəriyyənin  mühüm  kateqoriyalarından  biri  kimi  çıxış 

edir.  Eyni  zamanda,  həmin  anlayışın  özündən  iki  müstəqil  anlayış; 

«dövlətin  tipi»,  «hüququn  tipi»  anlayışları  ayrılır.  Təbii  ki,  onlar 

qırılmaz  şəkildə  bir-birinə  bağlıdırlar.  Onlar  bir-birinə  münasibətdə 

həm  də  nisbi-müstəqil  hadisə  olduqlarından  bu  cür  nəzəri  ayrılma 

dövlətin  və  hüququn  ayrılıqda  tarixi  inkişafı  prosesinin  və  bu 

prosesdə  onların  ayrı-ayrı  tiplərinin  yaranması  və  birinin  digəri  ilə 

əvəz olunması məntiqinin, o cümlədən, hər birinin inkişafı prosesində 

təzahür  olunan  özünəməxsus  cəhətlərin  tədqiq  edilməsinə  və 

müəyyənləşdirilməsinə xidmət edir. 

Məlumdur ki, ayrıca bir sosial institut kimi çıxış edən dövlət, onu 

bütün  digər  sosial  institutlardan  fərqləndirən  spesifik  əlamətlərə 

malikdir.  Həmin  əlamətlərin  müəyyənləşdirilməsi  üçün  dövlətin 

anlayışı  və  mahiyyəti  probleminə  müraciət  olunur.  Lakin  yuxarıda 

qeyd  olunduğu  kimi,  dövləti  bəşəriyyətin,  dövlətçiliyin  inkişafının 

müxtəlif dövrləri üzrə öyrənməklə onu daha konkret şəkildə və tarixi 

reallığa  yaxın  bir  müstəvidə  tədqiq  etmək,  ayrı-  ayrı  dövrlərə  və 

mədəniyyətlərə,  cəmiyyətlərə  görə  fərqlənən  cəhətlərini  üzə 

çıxarmaq  dövlətin  ümumi  əlamətlərinin  müəyyən-  ləşdirilməsindən 

heç də az əhəmiyyət kəsb etmir. Nəzəriyyəçilər belə hesab edirlər ki, 

dövlətlərin tipologiyasının elmi-nəzəri əhəmiyyəti ondadır ki, dövlətin 

tipləri haqqında irəli sürülən ideyalar tarixi inkişaf prosesində dövlətin 

keyfiyyətcə  inkişafın  bir  mərhələsindən  başqasına  keçməsinin 

düzgün  dərk  edilməsinə  yeni  imkanlar  yaradır.  Dövlətin  tarixi 

tiplərinin  dəyişməsi  dövlətçiliyin  inkişafının  ən  mühüm  tarixi 

məqamlarından  olduğundan  bu  prosesi  nəzərə  almadan,  nə  onun 

sosial-siyasi  məzmunu  və  təyinatını,  nə  də  formalarında, 

funksiyalarında,  cəmiyyətin  siyasi  sistemindəki  yeri  və  rolunda  baş 

verən dəyişiklikləri dolğun şəkildə öyrənmək mümkün deyil. Bundan 

əlavə,  belə  bir  tipologiya  dövlətin  inkişafındakı  daxili  məntiqi  görə 

bilməyə, dövlətin yaran- 

192 



Dövlət və hüquq nəzəriyyəsi 

ması  və  inkişafı  prosesinin  bütün  tərəfləri  ilə  bağlı  faktiki  və  elmi 

materialların  geniş  şəkildə  ümumlləşdirilməsinə,  sistemləşdiril- 

məsinə və onların əsasında təhlillərin aparılmasına, həmçinin dövlətin 

inkişafı  prosesinin  dərin  qatlarına  nüfuz  etmənin  obyektiv  əsasının 

yaradılmasına yol açırJ 

Nəzəriyyəçilər  dövləti  və  hüququ  müxtəlif  tiplərə  bölərkən, 

dövlətin  və  hüququn  tipi  anlayışının  özünün  düzgün  izah  edilməsi 

problemi  ilə  qarşılaşırlar.  Bu  anlayış,  elmi  ədəbiyyatda,  dərsliklərdə 

və  dərs  vəsaitlərində  birmənalı  şəkildə  şərh  edilmir.  Müəlliflərin  bir 

çoxu  belə  hesab  edir  ki,  dövlətin  (və  hüququn)  tipi  ayrıca  mövcud 

konkret  bir  dövlətin  (və  hüququn)  yox,  müəyyən  tarixi  dövr  ərzində 

real  olaraq  mövcud  olmuş  dövlətlərin  (və  hüquqi  sistemlərin) 

topariayıcı  obrazı,  daha  doğrusu,  bu  obraza  uyğun  yaradılan  elmi 

kateqoriyadır. Və bu kateqoriya, müəyyən dövrlərdə mövcud olmuş 

bütün  dövlətlərə  (hüquqi  sistemlərə)  xas  ən  vacib  və  ən  ümumi 

əlamətlərin  və  cəhətlərin  məcmusunu  nəzərə  almaqla  yaradılır. 

Dövlətin (və hüququn) tipi müəyyən- ləşdirilərkən dövlətlərin (hüquqi 

sistemlərin)  formal-hüquqi  əlamətləri  deyil,  ilk  növbədə,  dövlət  və 

hüquq hadisələrinin mahiyyəti və məzmunu ilə bağlı əlamətlər əsas 

götürülür. 

Dövlətin özü inkişaf etdiyindən, dəyişikliklərə məruz qaldığından 

dövlətlərin (və hüquqi sistemlərin) tipologiyası prosesi də inkişafdadır. 

Bu  cür  dəyişiklikləri  istisna  etməyən  bir  tərifə  görə,  dövlətin  və 

hüququn  tarixi  tipi  «müəyyən  ictimai-iqtisadi  formasiyada  olan 

dövlətlərin və hüquqi sistemlərin sosial-sinfi mahiyyətini, məzmununu 

və  sosial-sinfi  təyinatlarını  ifadə  edən  əsas  və  vacib  əlamətlərinin 

məcmusu hesab 

olunur».

2 Buna bənzər, lakin daha yığcam bir tərif də 

A.F.Çerdantsev  tərəfindən  verilmişdir.  O  yazır:  «Dövlətin  tarixi  tipi 

ümumi  bir  ictimai-iqtisadi  formasiyada  olan  dövlətlərə  xas  ən  vacib 

əlamətlərin məcmu- 

Марченко M.H. 



Проблемы теории государства и права. S. 

1 5 1  

-Марченко  М.Н. 

Проблемы  теории  государства  и  права.  S. 

1 6 4 -1 6 5 .

 

193 




ilqar Məmmədov 

sudur»."'  V.İ.Vlasov  isə  dövlətin  tipini  başqa  cür  izah  edir.  Onun 

fikrincə, dövlətin tipi deyərkən, cəmiyyətin inkişafının bu və ya digər 

dövründə bütün dövlətlər üçün mülkiyyətin müvafiq tipi ilə müəyyən 

olunan vahid mahiyyət və təşkilatlanmanın, o cümlədən, fəaliyyətin 

ümumi əlamətlərinin məcmusu başa düşülür.2 

Dövlətlərin hansı kriteriyalar əsasında müxtəlif tiplərə bölünməsi 

məsələsi dövlət və hüquq nəzəriyyəsində hələ də özünün tam həllini 

tapmamışdır. Müəlliflərin bir çoxu belə hesab edir ki, bu məsələnin 

həll  edilməsi  üçün  dövlətlərin  tipologiyasının  krite-  riyaları  obyektiv 

xarakterə malik olmalı, tədqiq olunan dövlət materiyasını hərtərəfli və 

adekvat şəkildə əks etdirməli, dövlətin müəyyən inkişaf mərhələsində 

özünə yer almış ən ümumi və vacib əlamətləri, xüsusiyyətləri özündə 

cəmləşdirməli,  həmçinin  iqtisadi,  siyasi,  sosial  və  digər  amilləri 

nəzərə  ala  bilməlidir.  Ancaq  «obyektivlik»  anlayışının  özü  və  onun 

başa  düşülmə  tərzi  də  birmənalı  olmadığından,  yenə  də,  nələrin 

obyektivliyə  aid  edilməsi  məsələsində  problem  yaranır.  Elmi 

materiallardan  görünür  ki,  dövlətlər  müxtəlif  tiplər  üzrə 

təsnifləşdirilərkən  obyektiv  və  vacib  kriteriyalar  kimi  fərqli-fərqli 

faktorlardan,  amillərdən  istifadə  oiunur.  M.N.Marçenkonun  yazdığı 

kimi, bu kriteriyalara coğrafi və klimatik faktorlar, dövlətlərin və hüquq 

sistemlərinin  mürəkkəblik  səviyyəsi,  bu hadisələrin  dinlə  əlaqəsinin 

xarakteri, dövlətdaxili təşkilatlanmanın üsulları, cəmiyyətdə insanların 

ümumi dünyagörüşünün və mədəniyyətin inkişaf səviyyəsi, maddi və 

ruhi-mənəvi  sərvətlərin,  nemətlərin  istehsal  üsulları  və  onların 

bölüşdürülməsinin xarakteri və s. aid edilir. 

Misal üçün, fransız filosofu Jan Boden (1530-1596) coğrafi amili 

əsas  kriteriya  kimi  götürərək  dünyadakı  bütün  dövlətləri  üç 

kateqoriyaya-cənub,  şimal  və  orta  qurşaq  dövlətlərinə  bölmüşdür. 

Onun  fikrincə,  müvafiq  coğrafi  və  klimatik  amillər  hər  bir  dövlətin 

əhalisinə təsir edir. Bu da, öz növbəsində əhalidə müvafiq fiziki və 

intellektual keyfiyyətləri formalaşdıran mühüm amil 

'Черданцев А.Ф. 

Теория государства и права. S. 92. 

В.И.Власов. 



Теория государства и права. S. 

116.


 

194 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə