Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə60/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   56   57   58   59   60   61   62   63   ...   205

ilqar Məmmədov 

bir  sözlə,  hüquqla  məhdudlaşır.  Ali  məqsədi  insan  və  vətəndaş 

hüquq  və  azadlıqlarının  təmin  edilməsindən  ibarət  olan  hüquqi 

dövlətdə dövlət məcburiyyət tədbirləri də, ilk növbədə, həmin hüquq 

və  azadlıqların  pozulması  hallarının  qarşısını  almağa  yönəlir. 

Məcburiyyət  tədbirlərinin  həyata  keçirilməsi  zamanı  hüququn 

pozulması, təbii ki, dövlət suverenliyinin hüdudlarından kənara çıxır 

və  hüquqazidd  əməl  kimi  hüquqi  əhəmiyyətə  malik  olan  müvafiq 

reaksiya ilə qarşılanır. 

Müasir  dövrdə  dövlətin  suverenliyi,  həm  də  beynəlxalq 

münasibətlər sahəsində dövlətlərin bərabər hüquqlara malik olması 

və bir-birinə münasibətdə müstəqil dövlətlər kimi fəaliyyət göstərməsi 

deməkdir.  Dövlətin  xarici  suverenliyi  dövlətlərarası,  beynəlxalq 

münasibətlərdə dövlət hakimiyyətinin öz maraqlarından, iradəsindən 

və milli maraqlardan çıxış edərək xarici siyasətini qurmasında ifadə 

olunur.  Bu  halda  münasibətlərin  qurulması,  inkişaf  etdirilməsi, 

həmçinin  mübahisələrin  həll  edilmə  üsulları  beynəlxalq  hüquq 

normalarına əsaslanır. Dövlətin beynəlxalq hüquq normalarına riayət 

etməsi  beynəlxalq  səviyyədə  onun  suverenliyinin  əlavə  təminatını 

yaradır  və  beynəlxalq  ictimaiyyət  tərəfindən  dəstəklənməsini 

gücləndirir.  Beləliklə,  dövlət  suverenliyinin  beynəlxalq  səviyyədə 

hamılıqla  qəbul  edilmiş  əsaslara  uyğun  ifadə  olunması  dövlətin 

bütövlüyünə,  müstəqil  inkişafına  təminat  yaradır.  Təbii  ki,  dövlətin 

iqtisadi  və  hərbi  gücü  bu  məsələdə  həlledici  faktor  kimi  çıxış  edir. 

Beynəlxalq  hüquq  normalarının  özü  bir  sıra  hallarda  dünya 

səviyyəsində  böyük  gücə  malik  olan  dövlətlərin  iradəsinə  uyğun 

təsbit olunur və ya həmin dövlətlər tərəfindən bu normalar pozulduğu 

halda,  onlara münasibət başqa  dövlətlərə göstərilən  münasibətdən 

fərqlənir. 

Siyasi və hüquqi ədəbiyyatda dövlət suverenliyi xalqın və millətin 

suverenliyi  ilə  əlaqələndirilir.  Xalqın  suverenliyi  onun  həyatında 

özünə yer alan köklü məsələlərin bilavasitə xalqın özü tərəfindən həll 

edilməsi kimi başa düşülür. Həmin fundamental məsələlər isə dövlət 

quruluşunun,  daxili  və  xarici  siyasətin  əsas  istiqamətlərinin 

müəyyənləşməsi,  dövlət  orqanlarının  fəaliyyəti  üzərində  nəzarətin 

həyata keçirilməsi və s. hesab olunur. Bu 



180 


Dövlət və hüquq nəzəriyyəsi 

məsələlərin  bilavasitə  xalqın  öz  iradəsilə  həll  edilməsi  üsulu 

referendumdur. Dövlətin və xalqın suverenliyinin əlaqəsi məsələsi ilə 

bağlı olaraq B.S.Krılov yazır ki, dövlət hakimiyyəti xalqın birbaşa öz 

iradəsini  ifadə  etməsindən  (referendumdan)  başqa,  bütün  hallarda 

suverenliyi özündə ifadə edir və reallaşdırır. Bunu belə başa düşmək 

olar ki, xalqın suverenliyi məhz dövlət suverenliyində maddiləşir. 

Millətin suverenliyi anlayışı isə hər bir millətin, etnosun öz siyasi 

müqəddaratını  müstəqil  həll  etmək,  öz  suveren  dövlətini  yaratmaq 

hüququna  malik  olması  ideyası  ilə  bağlıdır.  Bu  anlayış  həm  də 

beynəlxalq hüququn millətlərin müstəqil olaraq öz müqəddəratını həll 

etməsi  prinsipi  ilə  sıx  bağlıdır.  Beynəlxalq  hüququn  prinsiplərindən 

biri də dövlət ərazisinin bütövlüyü və ya toxunulmazlığı prinsipidir ki, 

onun daşıdığı ideya millətlərin müstəqil olaraq öz müqəddaratını həll 

etmək prinsipinə zidd olması təəssüratını yaradır. B.S.Krılov yazır ki, 

beynəlxalq  sənədlərin  özü  bu  ziddəyyəti  həll  edir.  Belə  ki,  həmin 

sənədlərə  əsasən,  öz  müstəqil  dövləti  olmayan  və  hər  hansısa  bir 

dövlətin  tərkibində  özünə  yer  alan  xalqın  bərabərlik  şəraitində 

yaşayıb-yaşama- 

masından, 

diskriminasiyaya 

məruz 


qalıb-qalmamasından, 

siyasi 


və 

digər 


hüquqlara 

malik 


olub-olmamasından  asılı  olaraq  ya  millətlərin  müstəqil  surətdə  öz 

müqəddəratını  həll  etməsi  prinsipinə,  ya  da  dövlət  ərazisinin 

bütövlüyü  və  ya  toxunulmazlığı  prinsipinə  üstünlük  verilir.  Yəni 

diskriminasiya  olmadığı  halda,  dövlət  ərazisinin  bütövlüyü  və  ya 

toxunulmazlığı  prinsipinə  üstünlük  verilir  və  dövlətin  ərazisinin 

toxunulmaz  saxlanması,  bütöv  qalması  beynəlxalq  hüquqa  uyğun 

hesab edilir. Diskriminasiya baş verdiyi təqdirdə isə diskriminasiyaya 

məruz qalmış xalqın öz dövlətini yaratmaq hüququ yaranır."' 

Lakin  real  münasibətlərə  və  hadisələrə  nəzər  yetirdikdə  bu 

prinsiplər arasındakı ziddiyyətlərin həll olunmadığını müşahidə edirik. 

Müasir dövrdə baş verən konfliktlər göstərir ki, professor 

'общая теория государства и права. Академический курс в 3- X томах, 

том 1. S. 151. 

181 



ilqar Məmmddov 

B.S.Krılovun təklifinin həyata keçirilməsi nəzəriyyədə olduğu kimi, bir 

o qədər də asan məsələ deyil. 

Nəzəriyyəçilərin bir çoxu belə hesab edirlər ki, xalqın suverenliyi 

real  münasibətlər  səviyyəsində  özünü  göstərən  hadisədir.  Belə 

hesab  edilir  ki,  demokratik  dövlətlərin  konstitusiyasında  öz  əksini 

tapan  «bütün  hakimiyyət  xalqdan  irəli  gəlir»,  «hakimiyyət  xalqa 

məxsusdur»,  «xalq  hakimiyyətin  mənbəyidir»  kimi  müddəalar  və 

müvafiq  normalar  xalqın  suverenliyinin  hüquqi  təminatı  deməkdir. 

Bəzi  müəlliflərin  fikrincə  isə,  «xalqın  suverenliyi»  konstruksiyası 

demokratik dövlətdə hakimiyyətin legitimləşdiril- məsinə yönəlmiş bir 

fiksiyadır.  Bu  mövqedən  çıxış  edən  tədqiqatçıların  fikrincə,  əgər 

suverenlik təşkil edilmiş siyasi hakimiyyəti ifadə edən və xalqın özü 

ilə üst-üstə düşməyən, əlahiddə- ləşən dövlətə məxsusdursa, onda 

xalqa  məxsus  ola bilməz.  Suverenlik anlayışı  hakimiyyətin  əliliyinin 

keyfiyyət tərəfini əks etdirir ki, bu keyfiyyət də dövlət hakimiyyətinə 

xasdır.  Dövlət  hakimiyyətinin  olduğu  yerdə  də  yalnız  dövlət 

suverenliyi mümkündür. 

V.A.Çetvernin  yazır  ki,  mahiyyətcə  «xalq  suverenliyi» 

J.J.Russonun  utopist  təlimindən  irəli  gələn  bir  fiksiya  olmaqla 

müəyyən  mənada  suveren-monarxın  demokratik  ekvivalentidir.  Bu 

ideyaya görə, xalq dövlət hakimiyyətinin mənbəyi və daşıyıcısı hesab 

olunur.  Siyasi  sənədlərdə  də  bu  ideyadan  dövlət  hakimiyyətinin 

«xalqa məxsus olması» effektini yaratmaq üçün istifadə edilir. Bunun 

nəticəsində də, xalq tanrının yerini tutur. Yəni əvvəllər tanrının iradəsi 

hakimiyyətin mənbəyi hesab edilirdisə, indi də onu xalq əvəz edir. Bir 

qayda olaraq «xalq» kollektiv bütövlük kimi təsəvvür olunur ki, bu da 

siyasi  elita  və  ya  cəmiyyətin  müəyyən  bir  qismi  tərəfindən 

formalaşdırılan siyasi iradənin həmin bütövlüyün iradəsi (ümumxalq 

iradəsi)  kimi  təqdim  olunması  baxımından  çox  sərfəlidir. 

V.A.Çetvernin yazır: «Əgər suverenliyin daşıyıcısı dövlətdirsə, onda 

belə  çıxır  ki,  dövlətin  institusional  elementi  (suveren  hakimiyyətin 

təşkili)  və  xalq  eyni  bir  şeydir.  Belə  olan  halda  isə,  ya  iki 

suverenlik-xalqın  və  dövlətin  suverenliyi,  ya  da  ki,  «eydos»  kimi 

özü-özünə mövcud 

182 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə