Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə61/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   57   58   59   60   61   62   63   64   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

olan və ideal varlıq vasitəsilə özünü göstərən iki aspektli suverenlik 

yaranmalıdır. Bu isə suverenlik anlayışının özü ilə ziddiyyət təşkil edir. 

Belə  ki,  dövlətin  institusional  elementi-ali  hakimiyyətin  təşkili-dövlət 

suverenliyindən başqa, digər suverenliyi istisna edir».^ 

Bütün bunlara rəğmən, müasir dövrün aparıcı siyasi təlimlərinə 

və  beynəlxalq  münasibətlərdə  özünə  geniş  yer  almış  bir  mövqeyə 

görə, dövləti prinsipcə o zaman suveren hesab etmək olar ki, o, öz 

orqanları  vasitəsilə  xalqın  iradəsini  reallaşdırsın və  onun  idarəetmə 

sistemi  demokratik  qaydada  təşkil  olunsun.  Belə  hesab  olunur  ki, 

dövlət  hakimiyyəti  demokratik  əsasda  təşkil  olunmursa,  demək, 

dövlət, xalqın suverenliyinin daşıyıcsı kimi çıxış etmir və bu mənada 

suveren hesab edilə bilməz. 

Dövlətin  müəyyən  əraziyə  malik  olması  onun  mühüm 

əlamətlərindən biridir. Bu  əlamət, istisnasız olaraq bütün dövlətlərə 

xasdır. Elə bir dövlət mümkün deyil ki, onun öz ərazisi olmasın. Hər 

bir dövlət müəyyən ərazi çərçivəsində öz hakimiyyətini təşkil edir və 

həmin  ərazinin  hüdudları  daxilində  ali  hakimiyyəti  həyata  keçirir. 

Ərazi,  dövlət  hakimiyyətinin  obyektiv  olaraq  sirayət  olunduğu  və 

qüvvədə  olduğu  məkanı göstərir.  Ərazi,  həm  də  dövlət  üçün  bütün 

digər  resursları  üstələyən  strateji  əhəmiyyətli  resurs  hesab  olunur. 

Ərazinin ölçüsünün  həm dövlət  hakimiyyətinin  xarakterinə,  həm  də 

dövlət  maraqlarının  əsas  parametrlərinə  təsir  göstərməsi 

inkaredilməzdir. Dövlət ərazisindəki landşaftın, torpağın məhsuldarlıq 

səviyyəsinin,  təbii  resursların  və  s.  dövlət  daxilində  təsərrüfatın 

strukturu, həmçinin əhalinin sıxlıq və çoxluq göstəriciləri ilə qarşılıqlı 

əlaqəsi  var.  Okeanlar  və  dənizlər,  böyük  su  hövzələri  və  çaylar 

dövlətlər  üçün  əsas  bazarların,  güc  mərkəzlərinin,  münaqişə 

ocaqlarının  yaxınlığını  və  uzaqlığını  müəyyənləşdirən  mühüm 

faktorlardandır. Okeana və dənizlərə çıxış, həm də dövlətin potensial 

və  real  imkanlarını  müəyyənləşdirən  mühüm  amillərdən  biridir. 

Məlumdur ki, dövlətin coğrafi 

'Проблемы  общей  теории  государства  и  права. 

Под  ред.  проф. 

B.C.HepcecHinfa.

 S. 563.

 

183 




ilqar Məmmədov 

mövqeyi  onun  iqtisadi  və  ölkədaxili  siyasətinə  təsir  göstərdiyi  kimi, 

xarici  siyasətindəki  əsas  məqsədlərin  müəyyənləşməsində  də 

mühüm rol oynayır və dövlətin geostrategiyasının əsasını təşkil edir. 

Dövlətin ərazisi deyərkən, dövlət hakimiyyəti altında olan coğrafi 

məkan,  yəni  konkret  cəmiyyətin  məskunlaşdığı,  yaşadığı  müəyyən 

coğrafi  areal  nəzərdə  tutulur.  Bu  anlayış,  həm  də  ictlmai-hüquql 

kateqoriya  kimi  çıxış  edir.  İnsanların  yaşadığı  ərazi  onların  dövlətlə 

olan siyasi-hüquqi əlaqələrini, yəni vətəndaşlığını (bəzi ölkələrdə isə 

təbəəçiliyi)  şərtləndirir.  Bu  mənada,  ərazi  mənsubiyyəti  (vətən)  ilə 

dövlət mənsubiyyəti arasında tamamlayıcı əlaqə yaranır. 

Bu və ya digər dövlətin ərazisinin ölçüsü onun güclü olmasına 

(təbil ki, həm də zəifliyinə), regional və qlobal səviyyədə oynadığı rola 

ciddi  təsir  göstərən  faktorlardan  biridir.  Dövlətin  ərazisi  nə  qədər 

böyükdürsə, onun təbii sərvətləri nə qədər çox- dursa və iqlim şəraiti 

əlverişlidirsə,  bir  o  qədər  də  onun  güclü  və  zəngin  olmaq  imkanı 

çoxdur.  Təbii  ki,  dövlətin  gücünün,  zənginliyinin  və  iqtisadi  inkişaf 

səviyyəsinin artması bir çox amillərlə bağlıdır. Dövlətin güclənməsinin 

ən  əsas  üsullarından  biri  müvafiq  ərazi  daxilində  sosial,  iqtisadi, 

mənəvi-mədəni,  siyasi-təşkilati  fəaliyyətin  doğurduğu  pozitiv 

nəticələrin  artırılması,  İnkişaf  etdirilməsi  və  həmin  ərazinin  daha 

səmərəli  istismar  olunması,  ikincisi  isə,  başqa  ərazilərin  dövlətə 

birləşdirilməsi  yolu  ilə  dövlət  ərazisinin  genişləndirilməsidir.  Birinci 

dövlətin  güclənməsinin  intensiv  üsuludur.  İkinci  isə,  ekstensiv 

üsuldur. Bununla bərabər, dövlətin gücləndirilməsində hər iki üsulun 

tətbiq olunması da mümkündür. Məsələn, XVIII-XIX əsrlərdə ABŞ hər 

İki üsulun həyata keçirilməsi hesabına güclənmiş və inkişaf etmişdir. 

Dövlət ərazisinin tərkibinə daxildir: 

-

 

quru ərazi; 



-

 

daxili sular; 



-

 

ərazi suları; 



-

 

quru ərazinin, daxili suların və ərazi sularının təki; 



-

 

quru  ərazinin,  daxili  suların  və  ərazi  sularının  üzərində 



yerləşən hava məkanı. 

184 


Dövlət və hüquq nəzəriyyəsi 

Dövlətin quru ərazisi onun sərhədləri çərçivəsində yerləşən yer 

səthinin  bütün  quru  hissəsini  əhatə  edir.  Quru  əraziyə  adalar  və 

anklavlar da daxildir. «Daxili sular dedikdə, hər şeydən əvvəl, dövlətin 

ərazisi  daxilində  olan  çaylar,  göllər,  kanallar  və  digər  su  hövzələri 

başa  düşülür.  Bundan  əlavə.  Dəniz  hüququ  haqqında  1982-ci  il 

Konvensiyasına görə, daxili sulara aşağıdakılar aiddir; 

a)

 



ərazi  sularının  enini  ölçmək  üçün  qəbul  olunmuş  düzünə 

başlanğıc  xətlərdən  sahilə  doğru  yerləşən  dəniz  suları;  b)  liman 

suları; c) sahilləri həmin dövlətə məxsus olan və eni 24 dəniz milindən 

artıq olmayan körfəzlərin suları; ç) tarixi körfəzlər. 

Bundan  başqa,  dövlətə  məxsus  olan  hava  və  dəniz  gəmiləri 

(müvafiq  olaraq  «uçan»  və  «üzən»  ərazi),  kosmik  obyektlər,  sualtı 

boru  və  kabellər,  açıq  dənizdə  şelf  üzərindəki  qurğular  da  dövlətin 

ərazisi  sayılır.  Bunlara,  bəzən  «kvazi-dövlət  ərazisi»  və  ya  «şərti 

ərazi» deyilir»."' 

Dövlət  ərazisinin  tərkibi  ayrı-ayrı  dövlətlərin  konstitusiyasında 

müxtəlif cür göstərilir. Bəzi dövlətlərin konstitusiyasında isə (məsələn. 

Polşanın 1997-ci il tarixli konstitusiyası) dövlət ərazisi barədə heç nə 

deyilmir.  Elə  dövlətlər  var  ki,  onların  konstitusiyasında  dövlət 

ərazisinin  tərkibi  açıqlanır.  Dövlətlərin  başqa  bir  qismi  isə  öz 

konstitusiyalarında  beynəlxalq  hüquq  normalarına  göndərişlə 

kifayətlənir.  Bəzi  unitar  dövlətlərin  konstitusiyalarında  dövlət 

ərazisinin  bölünməzliyi  təsbit  olunur.  Belə  bir  müddəa  dövlət 

ərazisinin  inzibati-ərazi  vahidlərinə  bölünməsi  deyil,  onun 

toxunulmazlığı,  özgəninkiləşməməsi  mənasını  verir.  «Dövlətlərin 

bəzilərində  həmin  müddəa,  ilk  növbədə,  seperatizmə  qarşı  yönəlir 

(məsələn, Tailand). Federativ dövlətlərin konstitusiyasında daha çox 

federasiyanın  ərazisinin  onun  subyektlərinin  ərazisindən  təşkil 

olunduğu qeyd olunur və ya subyektlər bir-bir sadalanır».2 

Unitar 


dövlət 

olan 


Azərbaycan 

Respublikasının 

Konstitusiyasında  dövlət  ərazisinin  tərkib  hissələri  belə  göstərilir; 

«Azərbay- 

Hüseynov L.H. 



Beynəlxalq hüquq. Bakı, 2000, s.75. 

^

 



^

 

^



 

l

i



l

'

 



Чиркин В.

E. Современное государство. S.88. 



185 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə