Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə58/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   54   55   56   57   58   59   60   61   ...   205

ilqar Mammadov 

laşdığından  dövlət  inkişaf  etdikcə  onun  leqallaşma  texnikası  da 

təkmilləşmişdir.  Bu  inkişafın  nəticəsində  leqallıq,  yəni  dövlət 

orqanlarının qanunlara əsaslanan fəaliyyəti hüquqilik ideyasının təsiri 

ilə  yeni  keyfiyyət  qazanmışdır.  Hüquqilik,  yəni  qanunların  özünün 

hüquqi olması tələbi dövlətin müəyyənləşdirdiyi qanunların istənilən 

məzmunda olmasını istisna etmiş və bunun nəticəsində yalnız insan 

hüquq  və  azadlıqları  ilə  məhdudlaşan  qanunların  dövlət 

mexanizminin fəaliyyətini tənzimləməsi gerçək hadisəyə çevrilmişdir. 

Bu,  dolayısı  ilə  dövlət  vəzifəli  şəxslərin,  məmurların  fəaliyyəti 

üzərində  yüksək  vəzifəli  şəxslərlə  yanaşı,  həm  də  cəmiyyətin  özü, 

onun  bütün  üzvləri  tərəfindən  nəzarətin  həyata  keçirilməsini  ehtiva 

edir. 

Dövlət  hakimiyyətinin  leqallığının  bir  əhəmiyyəti  də  ondan 



ibarətdir  ki,  o  dövləti  hüququn  subyektinə  çevirir.  Beləliklə,  dövlət 

hakimiyyəti hüquq subyektliyinə malik olan hakimiyyət kimi çıxış edir 

və hakimiyyət-tabeçilik münasibətlərində hüquq və vəzifələrə malik 

olan orqanlar, vəzifəli şəxslər, məmurları vasitəsilə təmsil olunur. 

Dövlət  hakimiyyətinin  universal  və  ümumi  hakimiyyət  olması 

onun mühüm əlamətlərindən biridir. Dövlət hakimiyyəti subyektlərinin 

fəaliyyəti,  onların  hakimiyyət  funksiyaları,  o  cümlədən,  dövlət 

hakimiyyətinin özü universal xarakter daşıyır. Dövlət hakimiyyəti və 

dövlət  hakimiyyəti  subyektlərinin  hakimiyyət  funksiyaları  bütün 

cəmiyyətə,  cəmiyyətin  bütün  üzvlərinə,  strukturlarına  sirayət  olunur 

və o, bütün cəmiyyət üzrə yeganə ali hakimiyyət, universal təşkilat 

kimi  çıxış  edir.  Dövlət  özünün  idarəedici,  tənzimləyici  və 

mühafizəedici  fəaliyyətinə  uyğun  olaraq  ictimai  həyatın  müxtəlif 

sahələrini  əhatələyir,  həmin  sahələrdə  yaranan  münasibətləri 

müvafiq  axara  salır  və  onların  inkişafına  təsir  göstərir.  O,  siyasi, 

hüquqi,  iqtisadi,  mədəni,  ekoloji  və  s.  sahələrə  öz  məqsədlərinə 

uyğun qaydada təsir edir. Bütün bu sahələr üzrə münasibətlərin eyni 

əsasda tənzimlənməsi, onların eyni əsaslarla idarə olunması yalnız 

dövlət  tərəfindən  həyata  keçirilir.  Lakin  bütün  dövlətlər  cəmiyyətin 

sosial, iqtisadi, ruhi-mənəvi, siyasi sahələrinə heç də eyni dərəcədə 

müdaxilə etmir. Bir 

174 



Dövlət və hüquq nəzəriyyəsi 

dövlətdə  bu  müdaxilə  və  hakimiyyətin  həmin  sahələrə  sirayət 

olunması  total  xarakter  daşıyır  və  totalitarizmə,  avtoritarizmin  ifrat 

formasının yaranmasına gətirib çıxarır. Başqa bir dövlətdə isə həmin 

müdaxilənin 

məqsədyönlü 

şəkildə 

və 


hüquqi 

əsasda 


məhdudlaşdırılması  hakimiyyətin  ümumiliyinin  və  universallığının 

rasional  hüdudunu  yaradır.  Demokratik,  liberal  dövlət  ideyalarının 

inkişaf  etməsi  dövlət  hakimiyyətindəki  universallığın  və  ümumiliyin 

cəmiyyətdə  rasional  hüdudlar  çərçivəsində  təzahür  olunmasına 

xüsusi təsir göstərmişdir. 

Bir  daha  qeyd  edək  ki,  dövlət  hakimiyyətinin  universallığı  və 

ümumiliyi  onun  bütün  cəmiyyətin  adından  çıxış  edərək  fəaliyyət 

göstərməsindən  irəli  gəlir.  V.M.Korelski  təsadüfi  olaraq  yazmır  ki, 

bütün  cəmiyyətə  sirayət  olunan  bu  hakimiyyət  cəmiyyətin  özü  ilə 

üst-üstə  düşməsə  də,  onun  adından,  bütöv  xalqın  adından  çıxış 

etməklə onu elə bütövlükdə də təmsil edir. 

Dövlət  hakimiyyəti  universal,  ümumi  olmaqla  bərabər,  vahiddir 

və  şəriksizdir.  O,  özünün  sosial  məzmununa,  təşkilati  strukturuna 

görə  vahiddir.  Bu  hakimiyyət  bütövlükdə  cəmiyyətin  özündə, 

həmçinin  ondan  kənarda  bir  neçə  ayrı-ayrı  hakimiyyətlər  kimi  yox, 

vahid bir hakimiyyət kimi təzahür olunur. Hər bir cəmiyyət yalnız bir 

dövlətin  hakimiyyətini  tanıyır  və  bu  hakimiyyət  heç  bir  hakimiyyətlə 

rəqabətdə olmayan ali hakimiyyət kimi tanınır. Vahid ali hakimiyyətin 

olmaması  dövlətin  faktiki  olaraq  parçalanması,  dağılması  demək 

olardı.  Odur  ki,  dövlət  hakimiyyətinin  vahidliyi  onun  ən  mühüm  və 

ayrılmaz əlamətlərindən biri kimi çıxış edir. 

Dövlət  hakimiyyətinin  müxtəlif  qollara  bölünməsi  onun 

vahidliyinə  zidd  olan  hadisə  kimi  başa  düşülməməlidir.  Belə  ki, 

hakimiyyətlərin  bölünməsi  deyərkən,  hakimiyyətlərin  çoxluğu  deyil, 

vahid  dövlət  hakimiyyətinin  həyata  keçirilməsi  prosesində  onun 

funksional  qollara  bölünməsi  nəzərdə  tutulur.  Hakimiyyətin  hər  bir 

qolu  dövlət  hakimiyyətinin  müəyyən  bir  istiqamətdə  həyata 

keçirilməsini təmin etməklə onun qəsb edilməməsi üçün hakimiyyət 

səlahiyyətlərindən  bir  qismini  özündə  cəmləşdirir və  beləliklə,  onun 

bir orqanda cəmləşməsinin qarşısı alınır. Bu qol- 



175 


ilqar Məmmədov 

larin  hər  biri  yalnız  öz  səlahiyyətləri  daxilində  fəaliyyət  göstərir  və 

başqalarına  aid  səlahiyyətləri  həyata  keçirə  bilmir.  Lakin  buna 

baxmayaraq,  onlar  tam  müstəqil  hakimiyyətlər  hesab  edilmir. 

Hakimiyyətlərdən,  yəni  hakimiyyət  qollarından  hər  biri  müəyyən 

səlahiyyətlərə malik olmaqla vahidlik daxilində bir-birini tamamlayır. 

Beləliklə  də,  onlar  birlikdə  vahid  dövlət  hakimiyyətinin  həyata 

keçirilməsinə xidmət edir. 

Hüquq  ədəbiyyatında  dövlət  hakimiyyətinin  vahidliyinin  üç 

aspekti müəyyənləşdirilir. 

Birinci aspekt dövlət hakimiyyətinin sosial vahidliyini ifadə edir. 

Yəni  ictimai  həyatın  bütün  sahələrinin  idarə  olunması  yalnız  dövlət 

hakimiyyəti tərəfindən həyata keçirilir. Cəmiyyətin ayrı- ayrı sahələri 

bir  siyasi  hakimiyyətin  təsiri  altında  olur,  bu  sahələrin  hər  birində 

münasibətlər  vahid  bir  dövlət  hakimiyyətinin  müəyyənləşdirdiyi 

hüquq normaları ilə tənzimlənir. 

Dövlət  hakimiyyətinin  vahidliyinin  ikinci  aspekti  onun,  bütün 

dövlət 


orqanlarının 

prinsipial 

məqsədlərinin 

və 


fəaliyyət 

istiqamətlərinin  vahidliyi  ilə  bağlıdır.  Dövlət  hakimiyyətinin  fəaliyyət 

istiqamətləri  eyni  məqsədlərdən  irəli  gəlir.  Bu  məqsədlərin  özü  də 

vahid bir mənbədən doğur. 

Üçüncü  aspektə  əsasən,  dövlət  hakimiyyətinin  vahidliyi  təş- 

kilati-hüquqi vahidlikdir, bütövlükdür. Bu cür vahidlik hakimiyyətlərin 

bölünməsi mexanizmi ilə ziddiyyət təşkil etmir. Məlum olduğu kimi, 

hakimiyyətlərin bölünməsi hakimiyyətin müxtəlif qollarını təşkil edən 

ayrı-ayrı  orqanların  bir-birindən  fərqli  istiqamətlərdə,  fərqli 

səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməsini, həmçinin müxtəlif 

cür  təşkil  olunmasını  ehtiva  edir.  Bundan  çıxış  edərək  dövlət 

hakimiyyətində  təşkilati  vahidliyin  olmaması  fikrini  irəli  sürmək, 

hadisəyə  səthi  yanaşıldığına  və  onun  mahiyyətinin  düzgün  başa 

düşülməməsinə işarədir. 

Dövlətin  mühüm  əlamətlərindən  biri  də  ondan  ibarətdir  ki,  o, 

hüququ  pozitivləşdirən  yeganə  təşkilat  olmaqla  qanunların  qəbul 

olunması,  hüquq  normalarının  müəyyənləşməsi  üzərində  inhisara 

malikdir.  Belə  ki,  normativ  hüquqi  aktlar  müvafiq  dövlət  orqanları 

tərəfindən və onun adından qəbul olunur, yəni yalnız 

176 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə