Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə54/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   50   51   52   53   54   55   56   57   ...   205

ilqar Məmmədov 

insanları əhatə edən və özünə tabe edən hakimiyyət kimi çıxış edir və 

hakimiyyəti  həyata  keçirmək  üçün  cəmiyyətin  bütün  üzvləri  üçün 

nəzərdə tutulan və tətbiq edilməsi ümumməcburi olan qərarlar qəbul 

edir.  Dövlət,  həmçinin  dəqiq  müəyyənləşmiş  ərazi  daxilində  siyasi 

inteqrasiyanın  əsas  forması  kimi  çıxış  edir  və  siyasi  hakimiyyətin 

müəyyən  bir  formasına  uyğun  təşkil  olunur;  həm  də  ali  hakimiyyət 

daşıyıcısı  olmaqla  öz  ərazisi  daxilində  şəriksiz  güc  rolunu  oynayır. 

V.Çirkin  haqlı  olaraq  yazır  ki,  dövlətin  müasir  anlayışı  çoxfaktorlu 

xarakterə malikdir. Tanınmış döv- lətşünas həmin faktorları aşağıdakı 

kimi açıqlayır: 

Birincisi,

  dövlət  insanların  müəyyən  bir  ərazidə  birgə  yaşamaq 

zərurətindən  irəli  gələn  və  onlardan  təşkil  olunan  birlikdir.  Bu  birlik 

hər  bir  kooperasiyada  olduğu  kimi,  birgə  fəaliyyəti,  insanların  və 

onların təşkil etdiyi qrupların oxşar və fərqli maraqlarından irəli gələn 

münasibətlərin tənzimlənməsini özündə ehtiva edir. 

İkincisi,

 dövlət müəyyən ərazidə yerləşmiş cəmiyyətin təşkilatıdır. 

Bu tip təşkilatın özünəməxsusluğu ondan ibarətdir ki, o, bütün ölkədə 

inzibati  ərazi  bölgüsü  əsasında  yaradılan  yeganə  universal 

təşkilatdır.  Həmin  təşkilatda  müəyyən  mənada  könüllülük  elementi 

də  var.  Misal  üçün,  dövlətin  vətəndaşı  vətəndaşlıqdan  imtina  edə 

bilər.  Lakin  bu  təşkilat  daha  çox  məcburilik  əsasında  qurulur  və 

fəaliyyət  göstərir.  Belə  ki,  dövlətin  ərazisində  olan  hər  bir  şəxs 

özünün  istəyib-istəməməsindən  asılı  olmayaraq  bu  təşkilatın  ifadə 

etdiyi  hakimiyyətə  tabe  olmalı,  onun  müəyyənləşdirdiyi  qanunlara 

riayət etməli və onlara uyğun davranmalıdır. 

Üçüncüsü,

 dövlət ictimai münasibətləri nizama salan tənzimləyici 

bir institut kimi çıxış edir. Bununla bağlı olaraq, dövlət aparatı qismən 

«məcburetmə  maşını»,  həmçinin  də  cəmiyyətdə  sosial-siyasi 

münasəbətlərin arbitri rolunu oynayır. 

Dördüncüsü,  dövlət  cəmiyyətdə  mümkün  ola  bilən  bütün 

hakimiyyətlərin  fövqündə  duran  ümumi  hakimiyyətdir.  İnsan 

kollektivlərində  təzahür  olunan  müxtəlif  növ  hakimiyyətdən  fərqli 

olaraq bu hakimiyyət cəmiyyətin bütün üzvlərinə və dövlətin 

162 



Dövlət və hüquq nəzəriyyəsi 

ərazisindən  kənarda  olan  vətəndaşlarına  sirayət  olunur.  O,  ölkə 

daxilində  və  onun  hüdudlarından  kənarda  hüquqi  baxımdan  başqa 

heç bir hakimiyyətdən asılı deyil. Odur ki, dövlət həm də məcburiyyət 

tədbirlərini inhisara alır. 

Dövlətin  belə  bir  imkana,  yəni  məcburetmə  gücünə  və 

səlahiyyətinə  malik  olması  onun  leqallaşdırılmış  və  legitim 

məcburetmə orqanı kimi fəaliyyət göstərməsindən irəli gəlir. 

Bunlardan  əlavə,  V.Çirkin  dövlətin  suverenlik,  öz  hüquq 

sisteminə  malik  olması,  vergilər  müəyyənləşdirərək  onları  fiziki  və 

hüquqi  şəxslərdən  yığması  və  s.  əlamətlərə  malik  olması 

məsələlərinə  də  toxunur  və  bildirir  ki,  belə  bir  çoxfaktorluluq 

xüsusiyyətinə görə dövlətə ümumi bir tərif vermək çox çətindir. 

V.Çirkin  «müasir  dövlət»  adlandırılan  demokratik  dövlətin 

keçmiş  dövlətlərdən  əhəmiyyətli  dərəcədə  fərqlənməsini  həmin 

çətinliyi yaradan başqa bir səbəb kimi qiymətləndirir. Onun fikrincə, 

buna görə də, keçmiş və müasir dövlətlərə aid ümumi xüsusiyyətlərin 

və  cəhətlərin  düzgün  müəyyənləşdirilməsi  problemi  ortaya  çıxır. 

Bundan  əlavə,  müasir  dövrdə  demokratik  dövlət  kimi  xarakterizə 

olunmayan müxtəlif dövlət formalarının mövcud olması çətinliyi daha 

da artırır. Odur ki, necə olursa olsun, hər bir tərif, hətta ən geniş və 

dolğun  olanı  gerçəkliyi  müəyyən  dərəcədə  bəsitləşdirəcək, 

kobudlaşdıracaq  və  buna  görə  də  sxematik  bir  izahetməyə 

çevriləcəkdir.  Lakin  buna  baxmayaraq  V.Çirkin  dövlətin  tərifinin 

yaradılmasına  qarşı  çıxmır.  O,  hesab  edir  ki,  hər  bir  tərif  müəyyən 

dərəcədə  natamam  olduğuna  görə,  onlardan  heç  biri  tamlığa  iddia 

etməməlidir.  Ancaq  onu  da  əlavə  edir  ki,  dövlət  haqqında  ümumi 

təsəvvürün  yaradılması  üçün  «ümumişlək»,  instrumental  xarakterli 

tərifin olmasına ehtiyac var. 

Həmin  faktorlardan  çıxış  edərək  V.Çirkin  dövlətə  belə  bir  tərif 

verir:  «Dövlət,  ilk  növbədə,  üstun  sosial  təbəqənin  (sinifin)  (lakin 

yalnız  onun  deyil)  maraqlarını  ifadə  edən  və  bütün  cəmiyyət  üçün 

ümumi  olan  məsələləri  həll  edən,  cəmiyyətə  tənzimləyici  təsir 

göstərən  (sosial-siyasi  arbitrlik  də  daxil  olmaqla),  itxtisas-  laşmış 

aparata və xüsusi suveren hakimiyyətə (dövlət hakimiy 

163 



ilqar Məmmədov 

yətinə)  malik  olan  universal  siyasi  birlik  və  cəmiyyətin  universal 

təşkilatıdır. Bu təşkilat əhalinin siyasi-ərazi vahidləri üzrə bölünməsi, 

xüsusi 


orqanların 

yaradılması, 

idarəedici 

personalın 

müəyyənləşməsi,  hüquq  və  vətəndaşlıq  institutlarından  istifadə 

üzərində qurulur».’’ 

V.Çirkinin  verdiyi  bu  tərif  dövlətin  həm  geniş,  həm  də  dar 

mənada  başa  düşülməsini  ehtiva  edir.  Elmi  ədəbiyyatda  dövlətin 

sözün  geniş  mənasında  başa  düşülməsi  deyərkən,  müxtəlif 

maraqlardan  çıxış  edərək  münasibətlər  yaradan  insanlardan  və 

qruplardan  ibarət  və  bu  münasibətlərin  tənzimlənməsi  zərurəti 

doğuran  kooperasiya,  yəni  insan  birliyi,  həmçinin  də  bu  birlik 

daxilində  münasibətlərin  tənzimlənməsi  nəzərdə  tutulur.  Sözün dar 

mənasında  isə,  dövlət  müəyyən  ərazidə  ali  hakimiyyəti  həyata 

keçirən idarəetmə aparatı kimi başa düşülür. 

Hüquq  ədəbiyyatına  həm  birinci,  həm  də  ikinci  mənada,  və 

yaxud  V.Çirkinin  verdiyi  tərif  kimi  hər  ikisini  özündə  əhatə  edən 

təriflərə rast gəlirik. Oniardan bəzilərini nəzərdən keçirə biiərik. 

Misal üçün, V.İ.Vlasov yazır ki, dövlət, hakimiyyəti inhisara almış 

və  qanunla  zor  tətbiq  etmək  və  ya  məcburetmə  hüququna  malik 

siyasi elita tərəfindən yaradılmış hüquq qaydasının sirayət olunduğu 

ərazidə  möhkəmləndirilən  monoetnik  və  ya  polietnik  tərkibli  insan 

birliyi  tərəfindən  təşkil  olunan  siyasi  bütövlükdür.^  Onun  verdiyi  bu 

tərifdə  diqqətimizi  çəkən  məsəiə  dövlətin  əhalisinin  etnik  tərkibi 

məsələsidir.  Bəilidir  ki,  dövlətin  əhalisi  bir  etnosdan  və  ya  bir  çox 

etnoslardan, etnik birliklərdən təşkil oluna bilər. Lakin əksər hallarda 

dövlətin yaranması və mövcud olması bir etnosun siyasi iradəsi və 

fəaliyyəti ilə bağlıdır. Yəni dövlət polietnik tərkibli olsa da, o, əsasən 

bir  etnosun  siyasi-  hərbi  fəaliyyəti  nəticəsində  yaranır  və  bu  döviət 

möhkəmlənərək  gücləndikdən  sonra  başqa  etnosları  da  öz 

hakimiyyətinə tabe edir və ya tarixi-ictimai, mədəni faktorlar hesabına 

həmin etnosla bərabər ümumi bir etnomədəni arealda yaşayan və ya 

simbioz 

'Чиркин B.E. 

Современное государство. M., 2001, s. 42. 

^Власов 


В.И. 

Теория государства и права. S. 76. 



164 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə