Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə51/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   47   48   49   50   51   52   53   54   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Sosioloji  yanaşmadan  çıxış  edən  marksist-leninçi  nəzəriyyəyə 

görə,  dövlət  hakimiyyəti  bir  sinfin  digərini  əzmək  üçün  mütəşəkkil 

zorakılıq,  dövlət  isə  bir  sinfin  hakimiyyətinə  tabe  edilmiş  başqa 

sinifləri  itaətdə  saxlamaq  üçün  lazım  olan  bir  maşındır.  Sinfi 

ziddiyətlər  sayəsində  meydana  gəlmiş  dövlət  iqtisadi  cəhətdən 

hökmran  sinifin  diktatura  vasitəsi  kimi  çıxış  edir.  Bu  diktatura  isə 

cəmiyyət  üzərində  zorakılığa  əsaslanan  hökmranlıq  kimi  təzahür 

olunur. Dövlətin mahiyyəti də məhz bununla bağlıdır. Dövlətin bu cür 

izahı sovet dövrünün dövlət və hüquq nəzəriyyəsində istiqamətverici, 

aparıcı,  demək  olar  ki,  şəriksiz  yanaşma  olmuşdur.  XX  əsrin  60-cı 

illərindən  başlayaraq  sovet  hüquqşünasları  dövlətin  izah  edilməsi, 

mahiyyətinin açıqlanması ilə bağlı yeni yanaşmaya ehtiyac olduğunu 

dərk etməyə başlamışlar. Bunun nəticəsində də, «ümumxalq dövləti» 

anlayışı  və  müvafiq  ideya  formalaşmışdır.  Bu  ideyaya  görə, 

ümumxalq  dövləti  bütün  xalqın,  bütün  siniflərin  və  sosial  qrupların 

siyasi  təşkilatıdır.  O,  ölkənin  bütün  əhalisinin,  bütün  siniflərinin 

mənafeyini  ifadə  edir.  Lakin  bu  ideyada  öz  əksini  tapan  dövləti  bir 

sinifin  digərləri  üzərində  ağalığını  təmin  edən  maşın  adlandırılmaq 

mümkün deyildi. Buna görə də, marksist-leninçi nəzəriyyənin özündə 

əvvəlki  fikirlərlə  yeni  ideya  arasında  yaranmış  ziddiyyəti  dəf  etmək 

üçün  belə  bir  fikir  irəli  sürülmüşdür  ki,  dövlətin  «zorakılıq  maşını» 

olması  istismarçı  dövlətlərə,  insanın  insan  tərəfindən  istismarını 

həyata  keçirən  cəmiyyətlərə  və  qismən  proletariat  diktaturası 

dövrünə  aiddir.  Ümumxalq  dövlətinin  yaranması  isə  sosializm 

cəmiyyətinin inkişafının nəticəsidir. Bu dövlətdə bütün siniflər, sosial 

təbəqələr  artıq  bir-birinə  yaxınlaşır,  siniflər  arasında  antaqonist 

xarakterli münasibətlər olmur və onları iqtisadi, ictimai-siyasi və ideya 

birliyi  birləşdirir.  Beləliklə,  ümumxalq  dövlətində  insanların 

istismardan  azad  sosial  birliyi  yaranır.  Odur  ki,  proletariatın 

diktaturasına  da  ehtiyac  qalmır  və  sosialist  dövləti  yeni  keyfiyyətdə 

özünü göstərir. 

SSRİ dağıldıqdan sonra nəzəriyyə sahəsində də bu yanaşma ilə 

bağlı  müəyyən  dəyişikliklər  baş  vermiş,  lakin  öz  əhəmiyyətini 

itirməmişdir. Təbii ki, postsovet dövrünün dövlət və hüquq 

153 



ilqar Məmmədov 

nəzəriyyəsi  əvvəlki  ehkamçılıqdan  uzaqlaşmışdır.  Yanaşmanın 

özünün isə marksist-leninçi yanaşmadan çox «sinfi yanaşma» kimi 

xarakterizə edilməsinə üstünlük verilmişdir. Bununla bərabər, həmin 

yanaşmanın  sinfilik  tərəfinin  ümumbəşəriliklə  birləşdirilməsinə,  sinfi 

yanaşma  ilə  ümumkonseptual  yanaşmanın  əlaqələndirilməsinə 

maraq  artmışdır.  Müasir  nəzəriyyəçilərin  əksəriyyəti  ehkamçılıqdan 

imtina  etmək  şərti  ilə  bu  yanaşmanı  yenə  də  aktual  hesab  edirlər. 

A.B.Vengerov  yazır  ki,  müasir  dövlət  və  hüquq  nəzəriyyəsində 

dövlətin  mahiyyətindəki  sinfiliyin  ehkam-  çılıq  mövqeyindən  çıxış 

edərək,  özü  də  vulqarcasına  izah  edilməsi  artıq  öz  aktuallığını 

itirmişdir. İndi daha çox onun çoxtərəfli sosial təyinatının, struktur və 

ərazi  baxımdan  təşkilinin,  həmçinin  müasir  dövlətin  digər  vacib 

cəhətlərinin hərtərəfli açıqlanması aktualdır. 

Qərb  hüquq  elmində  inkişaf  etdirilən  və  hal-hazırda  da  elmi 

dövriyyədə olan yanaşmalardan biri də legist (latınca «lex» - qanun 

deməkdir)  yanaşmadır.  Legist  yanaşmadan  çıxış  edənlər  dövləti 

hakimiyyətlə qanunların bağlılığı kontekstində izah edirlər. Dövlət, ilk 

növbədə,  xalqın  yuridik  personofikasiyası,  hüquqi  şəxs  kimi  başa 

düşülür  və  faktiki  olaraq  qanunvericilik  nəticəsində  yaradılan 

qanunlarla, qaydalarla eyniləşdirilir. Həmin yanaşmadan çıxış edən 

alimlərin  fikrincə,  dövlət  təşkil  olunmuş  suveren  hakimiyyətdir  və 

onun bütün səlahiyyətləri və fəaliyyəti qanunların məzmununa uyğun 

ifadə  olunur.  Bu  yanaşmanın  görkəmli  nümayəndələrindən  sayılan 

avstriyalı  hüquqşünas  H.Kelzenə  görə,  «hüquqi  fenomen»  olan 

dövlət  qanunlarla  müəyyənləşən  qayda  kimi  təzahür  edir  və  bu 

qayda münasibətlərdə, davranışlarda öz əksini tapır. 

Legist yanaşmanın nümayəndələri dövlətin əhalisini və ərazisini 

qanunların iki müxtəlif təsir sahələri kimi izah edirlər. Onların fikrincə, 

dövlət  hakimiyyəti  qanunlardan  irəli  gələn  hadisədir.  Hakimiyyətlə 

əlaqədar  qanunların  məzmunu  müxtəlif  cür  ola  bilər,  lakin  hər  bir 

halda  siyasi  hakimiyyət  qanunlarla  tənzimlənir,  onların  əsasında 

həyata  keçirilir.  Bu,  o  deməkdir  ki,  dövlət  hakimiyyətin  qanunlarla 

ifadə olunma forması kimi çıxış edir və bu 



154 


Dövlət və hüquq nəzəriyyəsi 

halda  qanunların  hansı  məzmunda  olması  əhəmiyyət  kəsb  etmir. 

Qanunların məzmunu hətta ədalətə, insan azadlığına zidd ola bilər. 

Ancaq,  hər  bir  halda,  hakimiyyət  özünü  qanunlar  vasitəsilə  və 

qanunlarla əsaslandırır. 

Hüquq  ədəbiyyatında  legist  yanaşma  libertar  nəzəriyyədən 

fərqləndirilir. Belə ki, libertar nəzəriyyəyə görə, dövlət hakimiyyəti ilə 

bağlı olan qanunların azadlıq, təhlükəsizlik və mülkiyyətlə korrelyativ 

əlaqəsi  var.  Legist  yanaşmada  isə  siyasi  hakimiyyətin  həyata 

keçirilməsinin  faktiki  tərəfi  ilə  bağlı  problemlər  həll  edilməz  qalır. 

Misal  üçün,  dövlətin  konstitusiyası  və  qanunları  mövcud  olsa  da, 

onlar dövlət hakimiyyətinin həyata keçirilməsində əsl qanunlar kimi 

rəhbər  tutulmaya  da  bilər.  Faktiki  olaraq  keçmiş  SSRİ  belə  bir 

vəziyyətdə idi. Yəni konstitusiya deklarativ sənəd rolunu oynayırdı və 

real,  faktiki  münasibətlərə  uyğun  deyildi.  Legist  yanaşmanın 

doğurduğu belə bir çatışmamazlıqla əlaqədar V.A.Çetvernin yazır ki, 

həmin  konsepsiyanın  siyasi  mövqeyi  hüquqi  dövlətin  izah  edilməsi 

üçün tamamilə yararsızdır. Yəni bu yanaşmaya görə, məzmunundan 

asılı olmayaraq bütün qanunlar «hüquqidir», dövlət isə qanunlardan 

irəli  gələn  göstərişlərlə  ifadə  olunur.  Bu  isə  o  deməkdir  ki,  hər  bir 

dövlət «hüquqidir» və hüquqi olmayan dövlət yoxdur. 

Müasir  qərb  dövlətşünaslığına  yaxından  təsir  göstərmiş  legist 

yanaşma XIX  əsrin  sonlarında Almaniyada  meydana  gəlmiş  və XX 

əsrdə H.Kelzen tərəfindən inkişaf etdirilmişdir. 

Libertar nəzəriyyəyə və ya hüquqi yanaşmaya görə, dövlət siyasi 

hakimiyyətin  təşkilinin  və  fəaliyyətinin  hüquqi  formasıdır.  Bu 

nəzəriyyənin nümayəndələri hüququ qanunla eyniləşməyən müstəqil 

fenomen  hesab  edirlər.  Azadlığın  təmin  edilməsi  hüququn  əsas 

təyinatı kimi başa düşüldüyündən dövlət hakimiyyətinə tabe olanların 

azadlığının,  təhlükəsizliyinin  və  mülkiyyətinin  mühafizə  edilməsi  və 

təmin edilməsi dövlətin əsas məqsədi hesab edilir. Qanun yalnız bu 

cür  məzmuna  malik  olduqda  hüquqda  özünə  yer  ala  bilər.  Əks 

təqdirdə qanun hüquqdan kənardır. 

Göründüyü  kimi,  libertar  nəzəriyyə  tərəfdarları  dövlət 

hakimiyyətinin insan azadlığı ilə məhdudlaşan, hüquqi çərçivəyə 

155 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə