Dövlət və hüquq nəzəriyyəsi
«Dövlət idarəçiliyi haqqında iki traktat» adlı əsərində C.Lokk
yazır ki, təbii vəziyyətin doğurduğu çatışmamazlıqların şüurlu surətdə
dəf edilməsi dövlətin təsis edilməsilə nəticələnən ictimai müqavilənin
yaranmasına səbəb olmuşdur, ictimai müqavilə nəticəsində yaranmış
dövlətin əsas məqsədi hər kəsin təbii hüquqlarının təmin edilməsi,
vətəndaş maraqları və mülkiyyətin qorunması ilə bağlıdır. Siyasi
hakimiyyətin ictimai müqavilədən irəli gələn təyinatına uyğun olması
və despotik hakimiyyətə çevrilmə- məsi üçün hakimiyyətlərin
bölünməsi vacib şərtdir. Bu şəraitdə qanunlar qəbul etmək
səlahiyyətinə malik olan qanunverici orqan ali hakimiyyət orqanı
olmalıdır. Qanunverici orqan tərəfindən yaradılan qanunlar fərdin
azadlığının mühafizə edilməsi və genişləndirilməsinin əsas aləti kimi
çıxış etməklə fərdi həm digər şəxslərin özbaşınalığından, həm də
despotiyadan qoruyur.
C.Lokk onu da vurğulayır ki, xalq ictimai müqavilə bağladıqdan
sonra da təsis etdiyi və müvafiq səlahiyyətlər, hüquqlar verdiyi
hökumətin öz vəzifələrini düzgün olaraq yerinə yetirib-ye- tirməməsini
və onları pozub-pozmamasını müəyyənləşdirən arbltr ola bilmək
səlahiyyətini özündə saxlayır. İctimai müqavilənin bağlanması o
demək deyil ki, artıq bu müqavilə xalqın nəzarətindən kənarda qalır
və əbədi olaraq bağlanır. İnsanlarla dövlət arasında müqavilə yolu İlə
formalaşan münasibətlər razılaşma prinsipinə əsaslanmaqla həmişə
yeniləşən proses kimi çıxış edir.
J.J.Russonun fikrincə isə, şəxsi mülkiyyətin və əmlak
bərabərsizliyinin meydana gəlməsi nəticəsində formalaşan varlılar
təbəqəsinin
maraqlarının
qorunması
və
bu
maraqların
əsaslandırılması, onlara bəraət qazandırılması üçün təhlükəsizlik
qaydaları müəyyənləşdirilmiş və dövlət yaranmışdır. Həmin
təbəqənin nümayəndələri insanları zəiflərin istismardan qorunmasını,
şöhrətpərəstlərin Cilovda saxlanmasını və hər kəsin mülkiyyət
hüququnu təmin edən prinsiplərin və qaydaların müəyyənləşdirilmə-
sinln vacibliyinə inandırmaqla bərabərsizliyi, cəmiyyətdə mülkiyyətin
rolunu və mövqeyini gücləndirmişlər. Beləliklə, İnsanlar arasında
müqavilənin bağlanması yolu İlə yaranan dövlət ilk əv-
141
ilqar Məmmədov
vəllər varlılara xidmət etmiş, yalnız bundan xeyli sonra hər kəsin
azalıqları və maraqlarının qorunmasına xüsusi əhəmiyyət verilmişdir.
Russo yazır: «İctimai müqaviləyə görə, insan özünün təbii azadlığını,
həmçinin də onun arzusunda olduğu və əldə edə biləcəyi hər bir şeyə
qeyri-məhdud hüququnu itirməklə vətəndaş azadlığını və öz
mülkiyyətinə sahib olmaq hüququnu əldə edir».’'
J.J.Russo hesab edir ki, ictimai müqavilənin əsas vəzifəsi
assosiasiyanın (yəni insan birliyinin) elə bir formasını tapmaqdan
ibarətdir ki, bunun nəticəsində yaranan ümumi güc vasitəsilə
assosiasiyanın hər bir üzvünün şəxsiyyəti və əmlakı mühafizə altına
alınsın və hər bir kəs hamı ilə birləşsə də, yalnız özünə tabe olsun və
azad olaraq da qalsın.
Onu da qeyd etmək lazımdır ki, bu mütəfəkkirlər ictimai
müqaviləni hər hansısa konkret bir dövrdə və şəraitdə qanunsuz və
hakimiyyətsiz vəziyyətdə olan insanların birdən-birə bir yerə toplaşıb
şərtlər ortalığa qoymaqla dövlət yaratmaq adı ilə bağladıqları saziş
hesab etmirlər. Təbii ki, ictimai müqavilənin o cür başa düşülməsi
sadəlövhlük, hətta deyərdik ki, ictimai-tarixi gerçəkliyə tamamilə zidd
olardı, ictimai müqavilə nəzəriyyəsinin nümayəndələrinin fikirlərindən
o nəticəni çıxartmaq olar ki, ictimai müqavilə ictimai hadisələrin təbii
axarında, müəyyən həyat təcrübəsi əsasında yaranır və insanlar
tərəfindən sakitcə qəbul olunmaqla, müqavilənin tələblərinə riayət
edilməklə mövcud olur.
ictimai müqavilə nəzəriyyəsi dövlət və hüquq nəzəriyyəçiləri
tərəfindən idealist nəzəriyyə kimi qiymətləndirilir. Tədqiqatçılar
həmçinin hesab edirlər ki, təbii hüquq nəzəriyyəsi kimi bu nəzəriyyə
də daxilən üzvi bütövlüyə malik olan nəzəri sistem deyil. Odur ki, o,
əsasən eyni problemlərə aid olan və yalnız müəyyən parametrlərə
görə bir-birindən fərqlənən konsepsiyaların məcmusu kimi başa
düşülməlidir.
Misal üçün, M.N.Marçenko müqavilə nəzəriyyəsini xarakterinə
və mahiyyətinə görə antitarixi və mexaniki nəzəriyyə hesab edir. O,
göstərir ki, bu nəzəriyyənin antitarixiliyi bir çox dövlət və
' Руссо Жан Жак. Трактаты. S. 212.
142
Dövlət və hüquq nəzəriyyəsi
hüquq hadisəsinin zaman ölçüsündən və məkandan kənar
öyrənilməsi, mexanikliyi isə dövlət və hüququn yaranmasının
proseslərdəki təkamülün nəticəsi kimi deyil, birdəfəlik subyektiv aktın
(ictimai müqavilənin bağlanması aktı) nəticəsi kimi başa düşülməsi ilə
bağlıdırJ
Zorakılıq nəzəriyyəsi.
Zorakılıq nəzəriyyəsində öz əksini tapan
bəzi fikirlər hələ qədim dövr fəlsəfəsində, o dövrün siyasi- hüquqi
təlimlərində də özünə yer almışdır. Lakin bu fikirləri xüsusi bir
konsepsiyanın əsasını təşkil edəcək ideyalar hesab etmək olmaz.
Zorakılıq nəzəriyyəsi çox sonralar, XIX əsrdə Avropada
formalaşmışdır. Alman filosofu və iqtisadçısı E.Dyurinq, avstriyalı
sosioloq
və
dövlətşünas
L.Qumploviç,
Almaniyada
sosial-demokratların liderlərindən olmuş K.Kautski bu nəzəriyyənin
əsas nümayəndələri hesab olunurlar.
Zorakılıq nəzəriyyəsinə görə, ilk insan birlikləri, qəbilə və tayfalar
qənimətlərin və müəyyən üstünlüklərin əldə edilməsi məqsədilə
müharibələr aparmış və bu proseslər mübarizə aparan qruplardan bir
qisminin daha da güclənməsinə və varlanmasına təkan vermişdir.
Həmin hadisələr isə öz növbəsində sosial- iqtisadi inkişafa təsir
göstərmişdir. Müharibədə qalib gələn tayfa özünə tabe etdiyi
birliklərin sərvətlərini ələ keçirmiş, istehsal olunan məhsulları
mənimsəmək imkanı qazanmış, onları özü üçün işləməyə və töycülər
ödəməyə məcbur etmişdir. Hadisələrin bu cür inkişaf etməsi
nəticəsində vahid ictimai münasibətlər məkanına daxil olan insanların
ayrı-ayrı təbəqələrə, siniflərə, silklərə bölünməsi baş vermişdir.
Beləliklə, işğalçılıq edən və zorakılıqlar törədən birliklərin
məcburetmə aparatı mürəkkəb quruluşa malik olan dövlətə
çevrilmişdir.
E.Dyurinqin fikrincə, cəmiyyətdə baş verən proseslərin
təməlində cəmiyyəti təşkil edən bir qism insanın digərləri üzərində
həyata keçirdiyi zorakılıq və məcburetmə tədbirləri durur. Məhz
məcburetmə tədbirləri siyasi münasibətlər formasında təzahür
I Общая теория государства и права. Академический курс в 3- X
томах. Т. 1. М., 2001, 5. 72.
143
Dostları ilə paylaş: |