Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə59/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   55   56   57   58   59   60   61   62   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

dövlət  tərəfindən  müəyyənləşir.  Dövlət  hakimiyyətinin  leqallaş- 

masınm  özü  də  hüquqi  aktlar  əsasında  həyata  keçirilir.  Hüquq- 

yaratma  dövlətin  hüquqi  funksiyalarından  biri  olmaqla,  dövlət 

fəaliyyətinin  hüquqyaratma  formasını  doğurur.  Dövlət  fəaliyyətinin 

hüquqyaratma  forması  isə  səlahiyyətli  dövlət  orqanlarının  hüquq 

normalarını yaratmaq, həmçinin onları inkişaf etdirmək, dəyişdirmək 

və  ya  ləğv  etmək  üzrə  fəaliyyəti  ilə  əlaqədar  olan  müstəqil  və  çox 

mühüm  formadır.  Mahiyyət  etibarilə  hüquqyara-  dıcılığı  dövlət 

iradəsinin  qanuna,  ümumməcburl  olan  yuridlk  göstərişlərə 

çevrilməsini İfadə edir. Təbii ki, müasir dövlətdə hüquq yaradıcılığının 

bir  növü  də  referendum  yolu  ilə  xalqın  birbaşa  hüquqyaradıcılığını 

həyata  keçirməsidir.  Bu  fəaliyyətin  özü  bir  növ  dövlət 

hüquqyaradıcılığının  əsası  kimi  çıxış  edir.  Dövlətin  hüquqyaratma 

fəaliyyəti  pros,esində  onun  məqsədi,  funksiyaları  və  idarəetmə 

fəaliyyəti  normativ  aktlar  vasitəsilə  hüquqi  forma  kəsb  edir  və 

qanuniləşir.  Beləliklə,  hər  bir  halda  dövlət  öz  hakimiyyətini  yuridik 

formada  həyata  keçirir.  Bütün  bunlar  isə  dövlət  hakimiyyətinin 

fəaliyyəti  prosesində  qanunyaradıcılığı,  hüquq  tət-  biqedici, 

icraedici-tənzimləyici,  hüquq  mühafizəedici  fəaliyyət  növləri  ilə 

tamamlanır. 

Dövlət ictimai münasibətləri hüquqi formada təşkil etməklə onları 

normativləşdirir. Eyni zamanda həmin normaları qorumaq, mühafizə 

etmək  səlahiyyətinə  malik  olur.  Bununla  bərabər,  onların 

realizasiyasında  həm  təşviqedlci,  həm  də  məcburedlcl  qüvvə  kimi 

çıxış  edir.  Bu  yolla  dövlət  iradəsi  qanunlar,  hüquqi  aktlar  və  onlara 

əsaslanan  idarəetmə  fəaliyyəti  əsasında  təkzibedilməz  və  məcburi 

hadisəyə  çevrilir,  yəni  məcburedici  xüsusiyyətə  malik  olur.  Dövlət 

məcburiyyətinin  xüsusi  qaydada  təşkil  olunması  İsə  məcburetmə 

aparatı  vasitəsilə  reallaşır.  Məcburetmə  aparatı  silahlı  qüvvələri, 

hüquqmühafizə orqanlarını özündə cəmləşdirir. Bu aparatın vasitəsilə 

dövlət  hüququ  təmin  edir,  hüquq  normalarında  ifadə  olunan 

tələblərin, göstərişlərin həyata keçməsi üçün ondan təhdidedici alət, 

mexanizm  kimi  istifadə  edir  və  hüquqla  tənzimlənən  ictimai 

münasibətlərin, qorunan maraqların mühafizəsini həyata keçirir. 

177 



 

ilqar Məmmədov 

Dövlətin başqa bir mühüm əlaməti də onun suveren bir təşkilat 

olması, qısa desək, suverenliyi ilə bağlıdır. Dövlətin suverenliyi dövlət 

hakimiyyətinin  ölkə  daxilində  aliliyi  və  dövlətlər-  arası  münasibətdə 

müstəqil olması deməkdir. Dövlət hakimiyyətinin müstəqilliyi isə onun 

başqa dövlətdən asılı olmamasının siyasi-hüquqi ifadəsidir. 

Suverenlik  anlayışı  XVI  əsrdə  yaranmış  və  hakimiyyətin  aliliyi 

məsələsi  ilə  bağlı  olmuşdur.  Bu  anlayışdan  əsas  etibarilə  kral 

hakimiyyətinin  aliliyini  əsaslandırmaq  üçün  istifadə  edilirdi.  Lakin 

tədricən bu anlayış hər hansısa bir orqanın, monarxın hakimiyyətinin 

deyil, bütövlükdə dövlət hakimiyyətinin aliliyini, xalqın ali hakimiyyətə 

malik olması ideyalarını əhatə etməyə başlamışdır. 

Suverenlik  anlayışı  dövlətin  tarixi  ilə  müqayisədə  çox  gec 

yaranmışdır.  Lakin  bu,  həmin  anlayışın  yaranmasından  öncə 

dövlətlərin suveren olmaması kimi başa düşülməməlidir. Suverenlik 

dövlət  hakimiyyətinin  mahiyyətindən  irəli  gəlməklə  onun  ayrılmaz 

əlamətlərindən biri kimi çıxış edir. Bu mənada, Con Hofman yazır ki, 

suverenlik  anlayışı  aydın  şəkildə  yalnız  müasir  dövrdə 

formalaşmışdır.  Ancaq  «bu  o  demək  deyil  ki,  konseptin  özünün 

formalaşmasından  daha  əvvəlki  dövrlərdə  dövlət  suverenliyi 

gerçəkdə mövcud olmamışdır».’^ 

Suverenlik anlayışının müəyyən elementləri hələ qədim dövrün 

siyasi-hüquqi  fikir  tarixində  də  özünə  yer  almışdır.  Misal  üçün 

Aristotel «avtarkiya» anlayışından istifadə edərkən belə hesab edirdi 

ki,  bütün  digər  təşkilatlardan  fərqli  olaraq  dövlət  öz  səlahiyyətlərini 

müstəqil həyata keçirir və ondan güclü hakimiyyət ola bilməz. 

Dövlətin  ərazisi  daxilində  dövlət  hakimiyyətinin  aliliyi  onun 

müstəqil  olaraq  öz  orqanlarını  təsis  etmək  və  onlara  müəyyən 

səlahiyyətlər  vermək,  ümumi  hüquq  qaydasını  yaratmaq, 

müəyyənləşdirdiyi  hüquq  normaları  vasitəsilə  ictimai  münasibətləri 

tənzimləmək, hüquq münasibətləri iştirakçılarının hüquq və vəzi- 

Hoffman Jhon. Sovereignty. Open university press, Bukingam, 



1998, S.35. 

178 


Dövlət və hüquq nəzəriyyəsi 

fələrini  müəyyənləşdirmək,  hüquq  mühafizə  fəaliyyətini  həyata 

keçirmək,  digər  dövlətlərdən  asılı  olmadan  hüquqi  məsələlələri  həll 

etmək  və  s.  sahələrdə  və  məsələlərdə  müstəqil  fəaliyyətini  təmin 

edən daxili suverenliyini ifadə edir. Dövlət hakimiyyəti cəmiyyətdəki 

bütün  münasibətlərdən  ayrılır,  əlahiddələşir,  onlara  münasibətdə 

nisbi  müstəqil,  yəni  muxtar  olur.  Təbii  ki,  müasir  dövlətdə 

hakimiyyətin  müstəqilliyi  qanunlarla,  həmçinin  bu  və  ya  digər 

dərəcədə  əhalinin  hakimiyyətə  göstərdiyi  təsirlə  məhdudlaşır. 

Dövlətin  daxili  suverenliyi  onun  ərazisi  daxilində  aliliyə  iddia  edən 

başqa hakimiyyətin olmasını istisna edir. Hətta federativ dövlətlərdə 

federasiya  subyektləri  suveren  təşkilatlar  hesab  olunmur.  Yalnız 

federasiyanın özü suveren təşkilat kimi tanınır. 

Dövlət ərazisində fəaliyyət göstərən və onun yurisdiksiya- sına 

tabe  olan  bütün  ictimai,  siyasi,  dini  təşkilatlar  dövlət  hakimiyyəti 

tərəfindən  müəyyənləşən  hüquq  normaları  çərçivəsində  fəaliyyət 

göstərmək  məcburiyyətindədirlər.  Əks  halda,  onların  fəaliyyəti 

hüquqazidd  hadisəyə  çevrilir.  Bu,  fiziki  şəxslərə  də  aid  olan 

məsələdir.  Yəni  dövlət  ərazisində  olan  bütün  fiziki  şəxslər  onun 

qanunlarına tabedirlər. 

Dövlətin daxili suverenliyinin mühüm cəhətlərindən biri də onun 

məcburetmə  gücünə  malik  olan  təşkilat  kimi  çıxış  etməsi,  leqal 

məcburiyyət  tədbirləri  üzərində  inhisara  malik  olması  ilə  bağlıdır. 

Məcburiyyət  tədbirlərinin  həyata  keçirilməsini  təmin  etmək  üçün 

dövlət  hakimiyyəti  tərəfindən  müvafiq  orqanlar  və  qurumlar:  polis, 

məhkəmə,  prokurorluq,  ordu  və  s.  yaradılır.  Dövlət  məcburiyyətinin 

məqsədi  isə  dövlət  hakimiyyətinin  iradəsindən  irəli  gələn  hüquq 

normalarının,  hüquqi  əhəmiyyətə  malik  olan  aktların  həyata 

keçirilməsinin  təmin  edilməsi  ilə  bağlıdır.  Dövlət  hakimiyyəti 

subyektlərinin  məcburiyyət  tədbirlərindən  istifadə  etməsini  əsas 

götürərək,  dövləti  bir  sinfin  başqa  siniflər  üzərində  zor  tətbiq  etmə 

maşını  ilə  eyniləşdirmək  düzgün  olmazdı.  Həmçinin  dövlətin  güc 

tətbiq etmək səlahiyyətinə və məcburiyyət tədbirləri üzərində inhisara 

malik  olması  onun  daxili  suverenliyinin  qeyri-məhdud  olması  kimi 

başa  düşülməməlidir.  Belə  ki,  hüquqi  dövlətdə  dövlətin  daxili 

suverenliyi insan hüquq və azadlıqları ilə. 



179 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə