Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə56/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   52   53   54   55   56   57   58   59   ...   205

ilqar Məmmədov 

Ümumbəşəri  səviyyədə  gedən  proseslərdən  o  nəticəni 

çıxarmaq  olar  ki,  müasir  şəraitdə  dövlətlərin  iqtisadi  və  hərbi  güc 

olmaq  uğrunda  mübarizə  aparması  ilə  yanaşı,  həm  də  dövlətin 

müxtəlif tipləri arasında «yaşamaq uğrunda mübarizə» gedir. Müasir 

dövlət, bu mübarizədə dünyaya hakim olmaq iddiası ilə iştirak edir. 

Digər tip dövlətlər isə, müasir dövlətə çevrildiklərini bəyan etsələr də, 

hadisələr heç də kifayət qədər aydın və şəfvaf deyil. Əslində, həmin 

dövlətlər  müasirlik  pərdəsi  altında  insan  azadlığına,  hüquqa, 

hüquqiliyə qarşı mübarizə aparır. Təhlükə doğuran odur ki, ikiüzlülük, 

deklarativlilik şəraitində yaşayan insanlar buna uyğunlaşır. Nəticədə 

də,  demokratiya  inkişaf  etmir,  hakimiyyət  isə  yenə  də  xalqdan 

kənarda  qalır.  Bu  səbəbdən  də,  bütün  bəşəriyyəti  müasir  dövlətin 

ifadə etdiyi dövlət ideyasına inandırmaq hələ də çətin məsələdir. 

Sonda deyə bilərik ki, insan birliyinin, birgəyaşayışın mühüm bir 

aspekti olan dövlət bəşəriyyətin inkişafına təsir göstərən fundamental 

amillərdən biri kimi çıxış edir. Məhz bunu nəzərdə tutaraq tanınmış 

rusiyalı  hüquqşünas  B.N.Çİçerin  yazırdı  ki,  dövlət  tarixin  əsas 

təkanverici və yaradıcı qüvvəsidir. Doğrudan da, cəmiyyətin inkişafı, 

insan azadlığının təmin edilməsi dövlətin inkişafı ilə bağlıdır. Müasir 

dövrdə, bu sahədə dövlətin rolu daha da artmışdır. Belə bir şəraitdə 

isə,  dövlətin  inkişaf  etdirilməsi  məsələsinin  onun  elmi-nəzəri 

cəhətdən daha dolğun, hərtərəfli şəkildə öyrənilməsi, elmi idrakı ilə 

qırılmaz əlaqəsi var. 

§ 2. DÖVLƏTİN ƏLAMƏTLƏRİ 

Əvvəlki  paraqrafda  qeyd  etdiyimiz  kimi,  dövlət  cəmiyyətdəki 

əvəzedilməz  roluna,  həmçinin  də  özünəməxsus,  səciyyəvi 

xüsusiyyətlərinə  və  əlamətlərinə  görə  bütün  digər  institutlardan, 

təşkilatlardan əhəmiyyətli dərəcədə fərqlənir. Dövlətin bir təşkilat və 

institut  kimi  əlahiddəliyi  ondadır  ki,  o,  mürəkkəb  şəkildə 

diferensiasiya  olunmuş  bir  sistemdir  və  bu  sistem  demək  olar  ki, 

insanın həyati fəaliyyətinin bütün sahələrini əhatə edir. İnsan 



168 


Dövlət və hüquq nəzəriyyəsi 

sivilizasiyasının  həyatındakı  mərkəzi  roluna  görə,  dövlət  tarix  boyu 

mütəfəkkirlərin, ictimai həyatın fundamental problemləri ilə bağlı olan 

təlimlərin, ictimai elmlərin, xüsusilə də, siyasi-hüquqi elmlərin diqqət 

mərkəzində  olmuşdur.  Siyasi-hüquqi  elmlərdə  dövlətin  necə  bir 

hadisə olduğunu başa düşmək üçün onun spesifik xüsusiyyətlərinin, 

vacib  və  sabit  əlamətlərinin,  dəyişən  və  dəyişməyən  tərəflərinin 

müəyyənləşdirilməsi vacib məsələyə çevrilmişdir. 

Dövlətin  yaranması  və  inkişafı  prosesinin  (steytogenezin) 

öyrənilməsi  onun  müxtəlif  əlamətlərini  aşkarlamağa  imkan  verir. 

Həmin  əlamətlərin  bəziləri  müvəqqəti,  keçici,  lokal,  bəziləri  isə 

dayanıqlı, sabit, gec dəyişən və universal xarakterlidir. Dövlətin əsas 

əlamətlərinin  ictimai  inkişaf  nəticəsində  yeni  məzmun  qazanmasını 

və  köhnəlmiş,  əhəmiyətini  itirmiş  strukturlardan  azad  olaraq 

yenilərinə  uyğun  ifadə  olunmasını  nəzərə  alaraq,  V.Xro-  panyuk 

göstərir ki, reallıqda dövlət ictimai inkişafın müəyyən bir səviyyəsində 

mövcud olan dövlətdir. Ona görə də hər bir konkret dövlət özündən 

aşağı və yuxarı inkişaf səviyyəsində olan dövlətdən fərqlənir. Lakin 

buna  baxmayaraq,  keçmişdə  qalmış  və  hal-  hazırda  mövcud  olan 

bütün  dövlətlərə  xüsüsi  bir  tarixi-ictimai  hadisə  kimi  keyfiyyət 

müəyyənliyi  verən,  onu  digər  ictimai  qurumlardan  ayıran, 

fərqləndirən  elə  ümumi  əlamətlər  var  ki,  onlar  sabit  olaraq  qalır  və 

dövlətlərin  bir-birindən  fərqli  cəhətlərə  malik  olmasından  asılı 

olmadan tarixi inkişafın bütün mərhələlərində hər bir dövlətə aid olan 

əlamətlər kimi çıxış edir. 

Dövlətin  əlamətlərinin  açıqlanması  və  təsnifləşdirilməsi 

baxımından  ayrı-ayrı  müəlliflərin  mövqeyi  bu  və  ya  digər  dərəcədə 

bir-birindən  fərqlənir.  Bir  qisim  müəlliflər  ərazini,  əhalini  və  siyasi 

hakimiyyəti dövlətin əsas əlamətləri kimi göstərməklə kifayətlənirlər. 

Bir  çoxları  isə  dövlətin  əlamətlərini  daha  geniş  tərkibdə  göstərirlər. 

Ümumi  götürdükdə  onlar  bir-birinə  zidd  mövqedən  çıxış  etmirlər. 

Aralarındakı  fərq,  ilk  növbədə,  əlamətlərin  daha  müfəssəl  şəkildə 

sadalanıb-sadalanmaması  ilə  bağlıdır.  Beləliklə,  ümumiləşdirmə 

aparaq və həmin əlamətləri açıqlamağa çalışaq. 



169 


ilqar Məmmədov 

Ondan  başlayaq  ki,  dövlətin  mövcud  olması,  ilk  növbədə, 

cəmiyyətin  özü  ilə  üst-üstə  düşməyən  kütləvi  hakimiyyəti  real  və 

konkret  hadisəyə  çevirən  hakimiyyət  və  idarəetmə  mexanizminin 

təşkil  edilməsi  ilə  bağlıdır.  Dövlət  hakimiyyəti,  cəmiyyətdə  yaranan 

digər hakimiyyət formaları ilə müqayisədə daha məqsədyönlü şəkildə 

təşkil  olunmuş  bir  hakimiyyət  olduğundan  onun  tərkib  hissələri, 

elementləri,  həmçinin  həmin  elementlər  arasındakı  əlaqələr  ümumi 

məqsədə  xidmət  edən  və  ümumi  funksiyaları  həyata  keçirən 

nizamlanmış,  koordinasiya  olunmuş  bir  mexanizmi  formalaşdırır. 

Dövlət idarəetməsi də, məhz dövlət mexanizminin (dövlət aparatının) 

vasitəsi  ilə  həyata  keçir  və  maddiləşir.  Odur  ki,  dövlət  və  hüquq 

nəzəriyyəçiləri  dövlət  mexanizmini  dövlət  hakimiyyətinin  maddi 

törəməsi kimi də xarakterizə edirlər. 

Dövlət mexanizmi cəmiyyətdə təşkil olunsa da, ondan ayrılır, bir 

növ  onun  üzərində  durur.  Bununla  bərabər,  müxtəlif  yollarla, 

kanallarla  cəmiyyətlə  üzvi  əlaqəsi olur.  Bu  əlaqə  dövlət  mexanizmi 

üçün  çox  zəruridir.  Belə  ki,  dövlət  mexanizminin  əsas  təyinatı 

bilavasitə cəmiyyətin idarə olunmasını həyata keçirməkdən ibarətdir. 

Dövlət 


mexanizmi 

ixtisaslaşmış 

dövlət 

orqanlarından 



və 

müəssisələrindən təşkil olunur. Həmin orqanlar və müəssisələr əsas 

vəzifəsi  dövlət  idarəetməsinin  həyata  keçirilməsini  təmin  etməkdən 

ibarət olan, dövlət idarəçiliyi ənənələri və qaydaları əsasında fəaliyyət 

göstərən  peşə  hazırlığı  keçmiş,  müvafiq  ixtisaslara  yiyələnmiş 

şəxslərin  xüsusi  təbəqəsini  özündə  cəmləşdirir.  Onlarsız  dövlət 

orqanları sadəcə bir abstraksiya olardı. Məhz bu kateqoriyadan olan 

şəxslərin  fəaliyyəti  hesabına  dövlət  hakimiyyəti  reallaşır,  konkret 

münasibətlər müstəvisinə keçərək cəmiyyətə ötürülür, mümkünatdan 

gerçəkliyə  çevrilir.  Onların  fəaliyyəti  peşəkarlığa  əsaslanır.  Həmin 

şəxslərin  vəzifəyə  gəlməsi  seçilmə,  təyin  edilmə,  əvəz  edilmə  və 

vəzifəni irsən əldə etmə yolu ilə baş verir. 

Dövlət  mexanizminin  personalının  əsas  qismi  inzibati  aparatı 

təşkil  edən  məmurlardan,  dövlət  qulluqçularından  ibarətdir.  Dövlət 

mexanizminin personalına yardımçı heyət də daxildir. Bunlar 

170 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə