Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə69/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   65   66   67   68   69   70   71   72   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

nunla bərabər, onlar ümumi bir mədəni bütövlük-sivilizasiya daxilində 

birləşir və həmin bütövlüyün fövqündə başqa bir bütövlük durmurJ 

Sivilizasion yanaşmanın tərəfdarları belə hesab edirlər ki, həmin 

yanaşma müxtəlif dövlətləri çoxfaktorlu kriteriya əsasında müqayisə 

etməyə  və  onların  tipologiyasını  aparmağa  imkan  verir.  Bu  zaman 

maddi  faktorlarla  yanaşı,  mədəni-mənəvi  faktorların,  obyektiv 

amillərlə  bərabər,  subyektivliklərin  də  rolu  və  təsiri  nəzərə  alınır. 

İctimai-mədəni  proseslər  kontekstində  ayrı-ayrı  dövlətlərin  unikal 

cəhətlərinin  müəyyənləşməsinə  və  çoxtərəfli  əsasda  dövlətlərin 

bir-birindən fərqləndirilməsinə nail olunur. 

Nəzəriyyəçilərin  bir  qismi  həmin  yanaşmanı  qeyri-müəyyən  və 

amorf  yanaşma  hesab  edir.  Onların  fikrincə,  elmi  materialın 

sistemləşdirilməsinin  bir  forması  olan  dövrləşdirmə  ümumiyyətlə 

aradan çıxır və qarışıqlıq yaranır, həmçinin bir çox mühüm amillərin 

nəzərə  alınması  qeyri-mümkün  olur.  Buna  görə  də  nəzəriyyəçilərin 

bəziləri belə hesab edir ki, bu yanaşma ictimai- iqtisadi formasiyalar 

kriteriyasına əsaslanan yanaşmaya alternativ kimi qəbul edilərək ona 

qarşı  qoyulmamalı,  paralel  olaraq  hər  ikisinə  müraciət  edilməli  və 

onlar  bir-birini  tamamlamalıdır.  Ancaq  yenə  də  ictimai-iqtisadi 

formasiyalar kriteriyası əsas kriteriya olmalıdır. 

§ 3. DÖVLƏTİN MAHİYYƏTİ 

Mahiyyət  anlayışı  fəlsəfi  kateqoriya  olmaqla  bu  və  ya  digər 

prosesin,  hadisənin  daxili,  dərin,  dayanıqlı  tərəfi,  onun  təbiətini 

müəyyən edən zəruri cəhətlərin və başqa mühüm xarakteristikaların 

məcmusu kimi başa düşülür. Bu mənada, dövlətin mahiyyətinin təhlili 

onun təbiətini və təyinatını müəyyən edən daxili, dayanıqlı və zəruri 

cəhətlərinin,  mövcud  olmasını  şərtləndirən  obyektiv  zərurətin 

müəyyənləşdirilməsi ilə bağlıdır. 

’ XatiTHHiToıı 

2003, s. 48-51. 

Самюелъ. Столкновение цивилизаций. M., 



207 


İlqar Məmmədov 

Dövlət  öz  strukturuna,  normativ  əsasına,  aparatına  və  həmin 

aparat daxilində fəaliyyət göstərən heyətə malik olan ali hakimiyyət 

səlahiyyətli təşkilat kimi cəmiyyətin qorunub saxlanmasına, müdafiə 

olunmasına və inkişaf etməsinə, cəmiyyətdə özünə yer alan çeşidli 

maraqlar 

arasında 

müəyyən 


tarazlıq 

yaratmaqla 

ictimai 

münasibətlərin tənzimlənməsinə xidmət edir, ictimai inkişafın nəticəsi 

və  ictimai  şüurun  məhsulu  kimi  meydana  gəlmiş  dövlət  idarətmə 

sistemi  olmaqla  cəmiyyətdə  baş  verən  bütün  mühüm  proseslərə, 

hadisələrə təsir göstərir, insanların həyatında mühüm rol oynayan bu 

sistemin  mövcudluğu  cəmiyyətdəki  sosial  asimmetriya  ilə 

şərtləndiyindən  bütün  qruplar,  sosial  təbəqələr  və  insanlar  üçün 

lazım  olan  ümumi  işlərin  həyata  keçirilməsini  o  təmin  edir.  Bunu 

həyata  keçirmək  üçün  isə  dövlət  cəmiyyətin  təhlükəsizliyini,  ictimai 

asayişi,  sabit  və  dayanıqlı  hüquq  qaydasını,  hüquq  və  azadlıqların 

qorunmasını  təmin  edir,  idarəetmə  siyasətini  müəyyənləşdirir  və 

realizə edir. 

Artıq  beş  min  ildir  ki,  insan  cəmiyyəti  ilə  bərabər  mövcud olan 

dövlət göstərilən fəaliyyətinə görə cəmiyyətin universal təşkilatı kimi 

çıxış edir. İnsanların birgəyaşayış forması kimi təzahür olunan dövlət 

yeganə  təşkilatdır  ki,  belə  bir  keyfiyyətə  malikdir.  Təş-  kilatilik 

keyfiyyətinin özü də dövlətə immanent olan bir keyfiyyətdir. Belə ki, o, 

cəmiyyət daxilində təşkil olunur və bütün cəmiyyəti özündə birləşdirir, 

vahidləşdirir.  Bütün  digər  təşkilatlar,  həmçinin  cəmiyyətin  bütün 

üzvləri  ondan  asılı  olur,  onun  ifadə  etdiyi  hakimiyyətə  tabe  olur, 

müəyyənləşdirdiyi  hüquq  normalarının  tələblərini  həyata  keçirir, 

həmin  normaları  pozduqda  və  hakimiyyətə  qarşı  çıxdıqda  isə, 

dövlətin məcburedici gücü ilə qarşılaşmalı olurlar. Cəmiyyətin özü də 

dövlətə  tabedir.  Avtoritar və  totalitar  dövlətlərdə  cəmiyyətin dövlətə 

tabeçiliyi  bilavasitə  hakimiyyətə  tabe  olma  qaydasında  həyata 

keçirilir. Avtoritar dövlətlərdə hakimiyyət öz maraqlarına uyğun olaraq 

cəmiyyətin  müstəqilliyini  məhdudlaşdırır,  totalitar  dövlətlər  onu, 

ümumiyyətlə, daxili müstəqillikdən məhrum etməyə can atır. Hüquqi 

dövlətdə isə cəmiyyətin dövlətə tabeçiliyi hüquqi xarakterə malikdir. 

Yəni cəmiyyət hakimiyyətə deyil, hüquq normalarına tabe olur. 



208 


Dövlət və hüquq nəzəriyyəsi 

O  mənada  ki,  hüquq  normaları  vasitəsilə  dövlət  cəmiyyətdə  hüquq 

qaydasını, ictimai qaydanı təmin edir, münasibətləri tənzimləyir və öz 

funksiyalarını  həyata  keçirir.  Cəmiyyətdəki  münasibətlər  də  həmin 

normalar  çərçivəsində  axara  salınır  və  inkişaf  edir,  onların  ruhuna 

uyğun xüsusiyyətlər qazanır. Tanınmış rusiyalı alim O.E.Leyst yazır 

ki,  vətəndaş  cəmiyyətində  cəmiyyətin  hansısa  qüvvə  və  ya  kimsə 

tərəfindən təşkil edilməsi və istiqamətləndirilməsi tələbi yoxdur. «O, 

müdafiəyə,  nizam-intizamın  təmin  edilməsinə,  ümumi-ictimai 

xidmətləri və ictimai funksiyaları həyata keçirən dövlətə ehtiyacı olan 

özünütənzimləyən  sistem  kimi  çıxış  edir.  Dövlət  «cəmiyyətin 

təşkilatı»  yox,  cəmiyyətin  daxilində  mövcud  olmaqla  onu  müdafiə 

etmək,  ona  xidmət  göstərmək  təyinatına  malik  olan  təşkilatdır».”' 

O.Leystin  bu  fikri  daha  çox  libertar  konsepsiyaya  uyğundur. 

Göründüyü  kimi,  o,  dövlətin  cəmiyyətdəki  roluna  qiymət  verərkən 

mücərrəd yanaşmadan çıxış edir və onu xeyli dərəcədə kiçiltmiş olur. 

Əslində bütün cəmiyyətlərin, o cümlədən də İnkişaf etmiş vətəndaş 

cəmiyyətinin  dövlətin  təşkiletmə  və  idarəetmə  fəaliyyətinə  ehtiyacı 

var.  Dövlət  vətəndaş  cəmiyyətinə  münasibətdə  də  idarəe-  dici 

təşkilat kimi çıxış edir, onun daxilində baş verən mühüm proseslərə, 

hadisələrə  bu  və  ya  digər  dərəcədə  təsir  göstərir.  O,  vətəndaş 

cəmiyyətini  müdafiə  etmək,  cəmiyyətə  xidmət  göstərməklə  yanaşı 

həm  də  onu  idarə  edir.  Bu  idarəetmə  cəmiyyətə  geniş  azadlıqların 

verilməsi qaydasında həyata keçirildiyindən dövlətin hər an müdaxilə 

etmədiyi  böyük  bir  ictimai  sahə  və  ya  məkan  yaranır.  Həmin 

məkanda  əsas  aktivlik  vətəndaşlar  və  onların  təşkil  etdiyi 

qeyri-siyasi, qeyri-hökumət təşkilatları, qeyri- siyasi məqsədlər üçün 

təşkil  olunan  və  fəaliyyət  göstərən  müəssisələr,  qruplar  tərəfindən 

həyata  keçirilir.  Bu  zaman  cəmiyyətin  dövlət  tərəfindən  idarə 

olunması sosial idarəçilik formasını qazanır və özünəməxsus üsul və 

metodlar vasitəsilə reallaşır. 

' Лейст О.Э. Сущность права. Проблемы теории и философии права. 

М., 2002, з. 128. 

209 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə