Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə72/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   68   69   70   71   72   73   74   75   ...   205

ilqar Məmmədov 

lakin  sonradan  inkişaf  etdirmədiyi  bu  tezisi  geniş  açıqlamamış  və 

dövlətin mahiyyətinin birtərəfli şərhinə üstünlük verilmişdir. 

Nəzəriyyəçilərin  fikrincə,  cəmiyyətdə  ümumi  işlərin  həll 

edilməsinə olan tələbat və həmin tələbatdan irəli gələn münasibətlər 

dövlətin yaranmasının və mövcud olmasının ən mühüm amillərindən 

biridir.  Ümumi  işlərin  həyata  keçirilməsi  dövlətə  cəmiyyətin 

bütövlüyünü  təmin  etməyə,  cəmiyyətdə  yaranan  ziddiyyətləri  dəf 

etməyə imkan verir. Dövlətin həmin işləri görməsi ictimai qaydanın, 

hüquq  qaydasının  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi,  insan 

həyatının  və  təhlükəsizliyinin,  mülkiyyətin  qorunması  və  s.  bu  kimi 

ümumi  maraqların  ödənilməsinə  olan  ehtiyacdan  irəli  gəlir. 

Nəzəriyyəçilər belə hesab edirlər ki, dövlətin mahiyyəti ilə bağlı olan 

belə bir xüsusiyyət onun ümumbəşəri təyinatını əks etdirir. 

Dövlət  hakimiyyətinin  müəyyən  bir  qrupun,  sinfin  əlində  cəm- 

ləşməsi  və  yaxud  daha  çox  müəyyən  bir  qrupun,  təbəqənin 

nümayəndələrinin hakimiyyətdə iştirak etmək imkanının geniş olması 

isə,  hakimiyyətin  sinfi  maraqlara  xidmət  etməsinə,  müəyyən  bir 

qrupun  maraqlarının  digərlərini  üstələməsinə  yol  açır.  Bu  halda, 

üstün  mövqeyə  malik  olan  təbəqə  öz  maraqlarını  ümumi  maraqlar 

kimi  təqdim  etməyə,  müxtəlif  üsullardan  istifadə  edərək  həmin 

maraqların bütün cəmiyyət tərəfindən qəbul edilməsinə çalışır. 

Dövlətin  universal,  ümumbəşəri  maraqların  təmin  edilməsi 

istiqamətindəki  fəaliyyəti  onu  sosial  kompromis,  ziddiyyətlərin 

yumşaldılması  və  dəf  edilməsi,  müxtəlif  qrupların,  təbəqələrin  və 

ictimai qüvvələrin əməkdaşlığı, onların arasında razılaşmanın təmin 

edilməsi  alətinə  və  ya  mexanizminə  çevirməklə  bərabər,  həm  də 

dövlətin  mahiyyətindən  irəli  gələn  sosial  təyinatını  əks  etdirir. 

Dövlətin  sosial  təyinatı  onun  məqsəd  və  vəzifələri  ilə  qarşılıqlı 

əlaqədədir. 

Dövlətin sosial təyinatının təhlil edilməsi yarandığı ilk dövrlərdən 

indiyə  kimi  dövlətin  cəmiyyətin  universal  təşkilatı  kimi  çıxış  etməsi 

səbəblərini, o cümlədən, ictimai əhəmiyyətini obyektiv şəkildə dərk 

etmək üçün çox vacibdir. Tədqiqatçıların 



216 


Dövlət və hüquq nəzəriyyəsi 

yazdığı  kimi,  «əgər  dövlət  «bəşəriyyətin  vücudunda»  yalnız  bir 

«parazit» olsaydı, yəqin ki, bəşəriyyət bu qədər uzun müddət ərzində 

ona dözməzdi və patriotizm, dövlət simvolları, düşməndən müdafiə, 

tarixin  kritik  məqamlarında  dövlətin  qorunmasına  yönəlmiş 

cəmiyyətdaxili səfərbərlik və s. hadisələr və anlayışlar da meydana 

gəlməzdi.  Açıq-aşkar  məlumdur  ki,  dövlət  bütün  cəmiyyətin,  bütün 

sosial qrupların və bütün təbəqələrin maraqlarına xidmət edən çoxlu 

tədbirlər həyata keçirir».”' 

Dövlətin sosial təyinatının onun mahiyyəti ilə əlaqəsi o dərəcədə 

dərindir  ki,  dövlətin  yarandığı  ilk  dövrlərdən  onun  sosial  təyinatı  bir 

ideya kimi ictimai-siyasi şüura hakim olmuşdur. Qədim dövrlərdə istər 

Şərqdə olsun, istərsə də Qərbdə belə hesab edilirdi ki, dövlətin əsas 

təyinatı  ədalətin,  xeyrin,  yüksək  əxlaqın  bərqərar  olması,  insanların 

rifah içində yaşamasının təmin edilməsi, şərin, zülmün və anarxiyanın 

yox edilməsi ilə bağlıdır. Misal üçün, qədim misirlilər hesab edirdilər 

ki, yer üzərində qayda- qanunun bərqərar edilməsi kimi başa düşülən 

ədalət  dövlətin  möhkəmlənməsinin  əsası,  fironun  hakimiyyətinin 

təməlidir.  Misirlilərin  təsəvvüründə  dövlətlə  eyniləşdirilən  firon  öz 

«sürüsünün»,  yəni  xalqının  çobanı  olduğundan,  onun  əsas  vəzifəsi 

xalqın  bolluq  içində  yaşamasını  təmin  etməkdən  ibarətdir.  Firon 

hakimiyyətinə olan belə bir münasibətlə bağlı C.Uilson yazır: «Misirdə 

yaxşı  hesab  olunan  hökmdar  üçün  ən  dəqiq  obraz  xalqın  çobanı 

obrazıdır.  Firon  hakimiyyəti  ilə  təcəssüm olunan  dövlətin  funksiyası 

isə  idarə  və  nəzarət  etmək,  cəzalandırmaq  və  müdafiə  etmək, 

həmçinin  himayə  etmək  və  qayğı  çəkmək,  yedizdirmək,  sığınacaq 

vermək və əhalinin sayını artırmaqdan ibarət idi».”' 

Qədim Babilistanda insanlar belə hesab edirdilər ki, cəmiyyətdə 

ədaləti dövlət bərqərar etməlidir. Əmin-amanlığın, nizam- intizamın, 

təhlükəsizliyin  dövlət  tərəfindən  təmin  edilməsi  onun  qüdrətli  ola 

bilməsi, hökmdarın bütün əyanları, məmurları özünə 

' Франкфорт Г., Франкфорт Г.А., Уилсон 

Дж., 

Якобсен Т. 



В преддверии философии. М., 1984, s. 85. 

217 


ilqar Məmmədov 

tabe  etməsi,  hakimiyyətin  güclü  oiması,  əhalinin  boiluq  içində 

yaşaması  isə  döviət  xəzinəsinin  dolması  və  iqtisadiyyatın  güclü 

olması baxımından vacib hesab oiunurdu. 

Qədim  yunan  filosofu  Platonun  fikrincə,  dövlətin  əsas  təyinatı 

cəmiyyətdə ədaləti bərqərar etməkdən ibarətdir. Onun tələbəsi olmuş 

Aristotel  mənəviliyin,  həmçinin  ictimai  rifahın  təmin  edilməsini  də 

dövlətin başlıca vəzifələrindən hesab edirdi. 

Yeni  dövrdə  isə  dövlətin  sosial  təyinatını  cəmiyyətdə  ümumi 

rifahın,  ümumi  təhlükəsizliyin,  ümumi  azadlığın  təmin  edilməsi 

fəaliyyəti  ilə  bağlamaq  meyli  daha  da  artmış  və  siyasi-hüquqi 

düşüncə  həmin  istiqamətdə  yeni  keyfiyyətdə  inkişaf  etmişdir. 

Məsələn,  liberal  dövlət  konsepsiyasına  görə,  dövlətin  əsas  təyinatı 

insanların  azadlığını  təmin  etməkdən,  sosial  dövlət  nəzəriyyəsinə 

görə isə, insaniarın sosial problemlərini onların özünün aktiv iştirakı 

ilə həll etmək və sosial ədaləti qorumaqdan ibarətdir. 

L.A.Tixomirov  yazır  ki,  döviət  qurmuş  bütün  xaiqlar  öz  tarixi 

təcrübəsi və mühakiməsi əsasında dövlət ideyasına yetişib. Bu ideya 

insan şüurunun dərinlikiərindən irəli gəlir və insan birgəyaşayışının ali 

forması  olan  dövlətdə  maddiləşir.  Dövlət  zəifi  güc-  iüdən  müdafiə 

edərək, 

təsadüfiliyi 

aradan 

qaidıraraq 



insanlar 

arasında 

bərabərləşmə  aparır  və  insan  ləyaqətini  yüksəldir.  Dövlət  cəmiyyət 

üzvlərini  öz  vəsaitlərinin  müəyyən  bir  qismini  ictimai  əhəmiyyətli 

məsələiərin həili üçün ayırmağa məcbur edərək vətəndaş ittifaqının 

xidmət  etdiyi  və  insaniarın  maraqiarına  cavab  verən  məqsədiərin 

həyata  keçməsinə  imkan  yaradır.  L.A.Tixomirovun  fikrincə,  dövlət 

ideyasına siyasi aksioma kimi baxılmalıdır. Həmin aksiomaya görə, 

«insanlar  dövlətdə  öz  təhlükəsizliklərinin,  hüquq  və  azadlıqlarını 

təmin edilməsinin ən təkmil bir alətini tapırlar».’^ 

Həmin  xüsusiyyətlərdən  çıxış  edərək  Petrajitski  də  dövlət 

hakimiyyətini  sosial  xidmət  hakimiyyəti  kimi  xarakterizə  edir. 

Petrajitski yazır ki, dövlət, «müasir dövlətşünasların səhv olaraq 

'  Тихомиров  Л.А. 

Монархическая  государственность.  Санкт- 

Петербург, 1992, s. 25-26. 



218 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə