Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə68/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   64   65   66   67   68   69   70   71   ...   205

ilqar Məmmədov 

Feodal  münasibətlərində  ziddiyyətlərin  dərinləşməsi  yeni, 

mütərəqqi  münasibətlərin  yaranmasına  gətirib  çıxarmışdır.  Bunun 

nəticəsində Avropada azad işçilərin əməyinə əsaslanan yeni istehsal 

münasibətləri  inkişaf  edərək  kapitalist  (burjua)  dövlətinin  meydana 

gəlməsinə  səbəb  olmuşdur.  Həmin  tip  dövlətin  yaranması  tarixdə 

böyük  iz  qoymuş  burjua  inqilabları  ilə  müşayiət  olunmuşdur. 

Mülkiyyətin  və  şəxsiyyətin  toxunulmazlığı,  insanların  azadlığı  və 

bərabərliyi  ideyaları  əsasında  yeni  inkişaf  xətti  götürən  kapitalist 

dövlətləri son 2-3 əsr ərzində bir neçə inkişaf mərhələsindən keçərək 

müasir  demokratik  hüquqi  dövlətlərə  çevirilmişdir.  Bütün  bu  dövr 

ərzində kapitalist dövlətlərinin inkişafı sakit axarda getməmiş, əksinə 

geniş  kütlələrin  öz  hüquqlarını  tələb  etməsi,  yeni  yaranmış  siniflər 

arasında ziddiyyətlərin və toqquşmaların baş verməsi, əzilən kütlənin 

hakimiyyət qarşısında tələblərlə çıxış etməsi kimi narahat hadisələrlə 

müşayiət olunmuşdur. 

Kapitalist tipli dövlətin inkişafının gərgin dövründə iqtisadi- sosial 

problemlərin  həlli  variantı  kimi  meydana  gələn  sosialist  dövləti 

nəzəriyyəçilər  tərəfindən  dövlətin  ayrıca  bir  tipi  kimi  xarakterizə 

olunur.  Bu  tip  dövlətin  ideoloji  əsasını  K.Marksın,  F.Engelsin, 

V.Leninin  irəli  sürdüyü  ideyalar  təşkil  edir.  Dövlətin  sosialist  tipi 

müəyyən  müddət  inkişaf  etdikdən  sonra  kapitalist  dövlətləri  ilə 

rəqabətdə  uduzaraq  süquta  uğramışdır.  Sosialist  tipli  dövlətin 

inkişafında həlledici rolu SSRİ oynamışdır. 

Həmin  tip  dövlətin  yaranmasının  məqsədi  və  təyinatı  ilə  bağlı 

nəzəri  proqnozların  bir  çoxu  həyata  keçməmişdir,  istehsal 

vasitələrinin milliləşməsi gözlənildiyi kimi, insanların özlərini onların 

sahibi kimi hiss etməsinə, xüsusi mülkiyyətin təqibə məruz qalması 

isə  insanlardakı  xüsusiçiliyə  meylin  aradan  qaldırılmasına  gətirib 

çıxarmamışdır,  insanın  insan  tərəfindən  istismarı  dövlətin  total 

istismarı  ilə  əvəz  olunmuşdur.  Dövlət  hakimiyyətinin  həyata 

keçirilməsində xalqın iştirakı faktiki olaraq heçə endirilmiş, insanların 

elan olunmuş şəxsi hüquq və azadlıqları elə formallıq səviyyəsində 

də qalmışdır. 

Müasir  nəzəriyyəçilərin  bir  çoxu  göstərilən  dövlət  tipləri  ilə 

yanaşı keçid tipli dövlətlərdən də bəhs edirlər. Nəzəriyyəçilərin 



204 


Dövlət və hüquq nəzəriyyəsi 

fikrincə,  keçid  dövləti  dövlətin  inkişafının  bütün  dövrlərində  mövcud 

olmuşdur. Bu tip dövlət konkret olaraq dövlətin bir tipdən başqasına 

keçdiyi zaman aralıq bir tip kimi özünü göstərir. Keçid tipli dövlətlərdə 

əksər  hallarda  daxili  ziddiyyətlər  çoxalır,  hadisələrin  mürəkkəb 

şəkildə inkişafı baş verir. Bu isə, onların yaranma şəraiti ilə bağlıdır. 

Belə  ki,  onlar  müxtəlif  xarakterli  sosial  titrəyişlər,  radikal  tarixi 

dəyişikliklər  nəticəsində  meydana  gəlir  və  bir  çox  hallarda  özündə 

dövlət-hüquq  materiyasının,  həmçinin  sosial  materiyanın  gələcək 

inkişafının  bir  neçə  mümkün  variantını  ehtiva  edir.  Bu  cür  vəziyyət, 

cəmiyyətdə 

sosial 


və 

siyasi 


əsasların 

zəifləməsindən, 

qeyri-müəyyənlik şəratinin yaranmasından irəli gəlir. 

Tanınmış hüquqşünas alim A.B.Vengerov isə dövlətin göstərilən 

tiplərinə  şəhər-dövləti  tipini  də  əlavə  edir.  O,  dövlətçiliyin  məhz 

dövlətin  şəhər-dövləti  tipindən  başladığını  əsaslandırmağa  çalışır. 

A.B.Vengerov göstərir ki, müxtəlif tarixi dövrlərdə, dünyanın müxtəlif 

bölgələrində  şəhər-dövləti  dövlətin  üç  tipinin:  qədim  və  orta  əsr 

dövrlərində Afro-asiya bölgəsində dövlətin Asiya (şərq) tipinin, qədim 

dövrdə  Aralıq  dənizi  hövzəsində  antik  dövlət  tipinin  və  erkən  orta 

əsrlər dövründə german tayfalarının və slavyanların yaratdığı feodal 

dövlət tipinin inkişafına təkan vermişdir. Beləliklə, o, şəhər dövlətini 

protodövlət  kimi  xarakterizə  edərək  şərq  tipli  dövlətin  ondan  sonra 

yarandığını sübut etməyə çalışır. 

Müasir dövlət və hüquq nəzəriyyəsində dövlətin tipologiyasının 

maraqla  qarşılanan  bir  kriteriyası  da  sivilizasiyalar  kriteriya-  sıdır. 

Hətta  müəlliflərdən  bəziləri  bunu  dövlətin  tipologiyasının  iki 

kriteriyasından  biri,  yəni  ictimai-iqtisadi  formasiya  kriteriyasının 

yeganə  alternativi  hesab  edirlər.  Bu  kriteriyanın  elmdə  ciddi 

qarşılanmasında  alman  filosofu  və  kulturoloqu  O.Şpenqlerin,  filosof 

K.Yaspersin, ingilis tarixçisi və filosofu A.Toynbinin və bir sıra başqa 

mütəfvəkkirlərin mühüm rolu olmuşdur. 

Həmin  yanaşmada  dövlətin  tipinin  maddi  faktorlardan  çox 

mədəni  faktorlar  əsasında  müəyyənləşdirilməsinə  üstünlük  verilir. 

Sivilizasion yanaşmanın tərəfdarları göstərirlər ki, «siviiiza- 

205 



ilqar Məmmədov 

siyalar»  və  «sivilizasiya»  kateqoriyalarını  bir-birindən  fərqləndirmək 

lazımdır.  Belə  ki,  elmdə  «sivilizasiya»  kateqoriyası  «barbarlıq» 

anlayışına  qarşı  qoyulur  və  primitiv  cəmiyyətlərin  oturaq 

mədəniyyətdən,  şəhər  mədəniyyətindən  fərqləndirilməsi  üçün 

istifadə edilir. Sivilizasion yanaşmada isə məhz ikinci kateqoriya, yəni 

«sivilizasiyalar»  anlayışı  əsas  götürülür.  Bu  halda  müəyyən  inkişaf 

səviyyəsinə  çataraq  mədəni  bütövlüyə  çevrilən  cəmiyyətlərin 

özünəməxsus  cəhətləri  və  onların  «bətnində»  yaranan  dövlətlərin 

ümumi  cəhətləri  və  xüsusiyyətləri  nəzərə  alınır.  Buna  əsasən  də 

dövlətlər müxtəlif tiplərə bölünür. Həmin yanaşmanın təməlində belə 

bir fikir durur ki, hər bir cəmiyyət «öz spesifikliyi, həmçinin ayrı-ayrı 

sahələrin  (iqtisadiyyatın,  siyasətin,  hüququn,  sosial  və  mədəni 

sahələrin, ideologiyanın, dinin, adət və ənənələrin) qarşılıqlı əlaqəsi 

və  təsiri  baxımından  özü  ilə  bir  bütövlüyü-sivilizasiyanı  ifadə  edir. 

Cəmiyyətin ayrı-ayrı komponentləri arasında yaranan qarşılıqlı əlaqə 

üsullarından,  məqsədindən  və  digər  xüsusiyyətlərdən,  tarixi 

mövcudolma müddətindən asılı olaraq sivilizasiyalar müxtəlif tiplərə, 

növlərə  bölünə  bilər.  Sivilizasiyaların  bu  cür  bölgüsü  onların  bütün 

komponentlərinə,  o  cümlədən  dövlət  və  hüquqa  da  sirayət  olunur. 

Odur  ki,  sivilizasiyaların  əsas  tiplərinin  müəyyənləşdirilməsi  çətin 

olsa  da,  bu,  tarixə  və  müasir  cəmiyyətə  bəlli  olan  bütün  konkret 

dövlətlərin  və  hüquqi  sistemlərin  tiplərə  bölünməsinə  imkan 

yaradır».’’ 

Həmin  yanaşmaya  görə,  sivilizasiya  geniş  əhatəli  mədəni 

bütövlükdir. Misal üçün, Vallerştayn sivilizasiyanı ənənələrin, ictimai 

strukturların  və  mədəniyyətin  tarixi  bütövlük  İfadə  edən  unikal 

kombinasiyası  kimi  xarakterizə  edir.  S.Hantinqton  isə  sivilizasiyanı 

«ən  yuxarı  səviyyədə  duran  mədəni  bütövlük»  hesab  edir.  Onun 

fikrincə,  sivilizasiya  öz  mədəniyyətləri  olan  müxtəlif  bölgələri,  etnik 

qrupları, millətləri, dini qrupları əhatə edə bilir və ən yüksək səviyyədə 

duran mədəni birlik kimi çıxış edir. Ondan üstə duran başqa mədəni 

birlik  olmur.  Qərb  millətlərinin  hər  biri  öz  mədəniyyətinə  görə 

digərindən fərqlənir, lakin bu- 

’ Сырых 

B.M. Теория государства и права. S. 519-520. 

206 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə