Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə76/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   72   73   74   75   76   77   78   79   ...   205

ilqar Məmmadov 

Bu  üç  sadə  formanın  ən  əsas  çatışmazlığı  ondan  ibarətdir  ki, 

onlara  xas  olan  birtərəflilik  və  dayanıqsızlıq  səbəbindən  hər  biri 

bədbəxtliyə aparan «sürüşkən və dağınıq» bir yoldadır. Belə ki, çar 

hakimiyyəti  təkhakimiyyətliyin  yarada  biləcəyi  özbaşınalıqdan 

asanca  tiraniyaya,  ən  yaxşıların  (cəsarətə  və  müdrikliyə  görə) 

hakimiyyəti  isə  varlı  və  tanınmış  şəxslərin  hakimiyyətinə  çevrilir. 

Xalqın  tam  olaraq  hakimiyyətə  sahib  olmasının  özü  də  kütlənin 

ağılsız özbaşınalığına gətirib çıxarır. Siseron yazır ki, harada varlılar 

ən yaxşı və ən dəyərli insanlar hesab edilir, o, dövlət formalarının ən 

eybəcəridir. 

Siseronun fikrincə, dövlətin həmin üç sadə formasının pozulması 

nəticəsində  yaranan  eybəcər  hakimiyyət  növləri  dövlət  formaları 

deyil. Çünki göstərilən hallar baş verdikdə ümumi iş və xalqın sərvəti 

kimi  başa  düşülən  dövlətin  mövcudluğuna  son  qoyulur,  ümumi 

maraqların formalaşması və hamı üçün ümum- məcburi olan hüquq 

mümkün 

olmur. 


Dövlətçiliyin 

bu 


cür 

pozulmasının, 

eybəcərləşməsinin qarşısını almaq yalnız dövlətin sadə formalarına 

xas olan müsbət cəhətlərin bərabər şəkildə bir araya gətirilməsi yolu 

ilə mümkündür. 

Polibiy kimi, Siseron da hesab edirdi ki, Roma dövlətçiliyi qarışıq 

dövlət  formasını  ifadə  edir.  Belə  bir  formanın  yaranmasını  isə  o, 

ayrı-ayrı  şəxslərin  nailiyyəti  kimi  yox,  bütövlükdə  Roma  xalqının 

bir-neçə  əsrlik  dövlətçilik  təcrübəsindən  irəli  gələn  nailiyyət  kimi 

qiymətləndirirdi.  Buna  görə  də  başqa  dövlətlərdən  fərqli  olaraq, 

Romada idarəetmə forması ayrıca bir şəxsin (məsələn, Kritdə Minos, 

Spartada  Likurq,  Afinada  Tesey,  Drakont,  Solon,  Klisfen  və  s.) 

iradəsi ilə yaranmamışdır. 

Dövlətin  formaları  məsələsi  ilə  bağlı  ideyalara  orta  əsrlər 

dövründə  də  toxunulsa  da,  bu  məsələ  yenidən  konseptual  şəkildə 

yalnız  intibah  dövründən  etibarən  Avropada  təhlil  edilməyə 

başlamışdır. 

Dövlətin  forması  problemi  müasir  elmi  ədəbiyyatda  da  geniş 

şəkildə öyrənilməkdədir. Bu məsələ dövlətin mahiyyəti və məzmunu 

ilə bağlı olduğundan dövlətşünaslığın, həmçinin də dövlət və hüquq 

nəzəriyyəsinin mühüm problemlərindən biri kimi 

228 



Dövlət və hüquq nəzəriyyəsi 

qiymətləndirilir.  Məhz  buna  görə  də  alman  hüquqşünası  Yellinek 

yazır  ki,  «dövlətin  formalarının,  növlərinin  müəyyənləşdirilməsi 

dövlətşünaslığın ən qədim problemlərindəndir».'* 

Dövlətin  forması  ilə  onun  mahiyyəti  və  məzmunu  arasında 

birbaşa əlaqə olduğundan forma həmin mahiyyəti və məzmunu ifadə 

edir.  Ona  görə  də,  belə  hesab  edilir  ki,  dövlətin  mahiyyəti  və 

məzmunu  necədirsə,  forması  da  o  cürdür.  Yəni  hər  bir  dövlət  öz 

mahiyyəti,  məzmunu  və  formasını  vəhdətdə  ifadə  edir  və  bu 

vəhdətliklə  də  mövcud  olur.  Nəzəriyyəçilərin  bir  çoxu  belə  hesab 

edirlər ki, forma özünün əsas cəhətləri baxımından dövlətin mahiyyəti 

və məzmunu ilə müəyyənləşsə də, öz növbəsində, mahiyyətə, daha 

çox  isə  dövlətin  məzmununa  təsir  göstərir.  Odur  ki,  dövlətin 

mahiyyətinin  öyrənilməsi  onun  məzmununun,  məqsəd  və 

funksiyalarının,  həmçinin təyinatını  müəyyənləşdirən  əsas,  daxili  və 

dayanıqlı  tərəflərinin,  zəruri  cəhətlərinin  açıqlanması  ilə  bağlıdır. 

Dövlətin  məzmununun  araşdırılması  bu  təşkilatın  necə  və  hansı 

istiqamətlərdə  fəaliyyət  göstərməsini  açıqlamaqla  həyata  keçirilir. 

«Dövlətin  forma  baxımından  öyrənilməsi  isə,  ilk  növbədə,  onun 

quruluşunun,  əsas  tərkib  hissələrinin,  daxili  strukturunun,  dövlət 

hakimiyyətininin  müəyyənləşdi-  rilməsinin  və  həyata  keçirilməsinin 

əsas metodlarının öyrənilməsi deməkdir».2 

Onu  da  qeyd  etməliyik  ki,  dövlətin  formasını  heç  də  bütün 

müəlliflər  birmənalı  şəkildə  izah  etmirlər.  Lakin  dövlətin  formasının 

izahındakı  fərqlər  onların  mahiyyətcə  bir-birindən  fərqlənməsi  kimi 

başa  düşülməməlidir.  Belə  ki,  həmin  fərqlər  daha  çox  fikrin  ifadə 

olunma üsulu ilə bağlıdır. Bunu təsdiq etmək üçün verilən izahların, 

təriflərin bəzilərinə nəzər yetirək. 

Təriflərdən birində deyilir ki, dövlətin forması «dövlət sisteminin 

əsas strukturları-dövlət hakimiyyətinin ali orqanları, bu or- 

’ Марченко М.Н. 

Проблемы теории государства и права. 

8

.

174


.

 

2  Обшая  теория  государства  и  права.  Академический  курс.  Том 



1

.

5

279

.

 

229 




tIqar Məmmədov 

qanlarla dövlətin ərazi hissələrinin hakimiyyət və idarəetmə orqanları 

arasındakı  qarşılıqlı  əlaqələrinin  xarakteri  ilə  müəyyənləşən 

sosial-sinfi və milli-ərazi məzmunun zahiri ifadəsidir».'' 

Başqa  bir  tərifə  görə,  dövlətin  forması  deyərkən,  «dövlət 

hakimiyyətinin  idarəetmə,  dövlət  quruluşu  və  siyasi  rejim  (dövlət 

rejimi) formasında təşkili başa düşülür».^ 

Digər bir tərifə görə, «xüsusi bir kompleks institut kimi dövlətin 

forması  özü  ilə  ali  orqanların,  dövlətin  inzibati  və  ya  milli-  ərazi 

quruluşunun  formalaşması  və  təşkilini  müəyyənləşdirən  zahiri 

əlamətlərin  məcmusunu,  həmçinin  də  dövlət  hakimiyyətinin  həyata 

keçirilməsinin üsul və metodlarını ifadə edir».^ 

Başqa  bir  açıqlamada  deyilir  ki,  «dövlətin  forması  dövlət 

hakimiyyətinin  təşkili,  quruluşu  və  fəaliyyətinin  mühüm  tərəflərinin 

(üsullarının) məcmusudur».'^ 

Bir qisim müəlliflərin fikrincə isə, «dövlətin formaları kateqoriyası 

dövlətin  daxilən  təşkilatlanması  xüsusiyyətlərini,  dövlət  hakimiyyəti 

orqanlarının  strukturunu  və  formalaşma  qaydasını,  onların  ərazicə 

münfərdiləşməsinin  spesifikasını,  əhali  ilə  və  bir-  birilə  qarşılıqlı 

münasibətlərinin  xarakterini,  həmçinin  təşkilati  və  idarəetmə 

fəaliyyətində  istifadə  olunan  metodları  əks  etdirir».^  V.Çirkinlə 

razılaşa bilərik ki, dövlətin forması, sadəcə olaraq, dövlətşünaslığa, o 

cümlədən dövlət və hüquq nəzəriyyəsinə aid bir anlayış kimi qəbul 

edilməməlidir. Belə ki, dövlətin forması həm də dövlətçilik institutudur 

və hər bir dövlətə xas olan konkret hadisədir, yəni real olan bir şeydir. 

Dövlətin 

forması 

bir 


institut 

kimi 


yekcins 

əlamətlərin 

ümumiləşdirilməsi  ilə  ifadə  olunur.  Konkret  hadisə  kimi  isə  hər  bir 

dövlətin mövcudluğunda 

'Марченко M.H. Проблемы теории государства и права. S.177. 2уепэ 

orada. 


^Теория государства и права. Под ред. 

Малахова В.П., Казакова 

В.Н. 

S.430. 


''Власов В.И. 

Теория государства и права. S.136. 

^Теория  государства  и  права.  Под  ред. 

Н.И.Матузова  и 

А.В.Малъко. 

М., 1997, s. 78. 



230 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə