Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə77/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   73   74   75   76   77   78   79   80   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

özünü göstərir və elə bir dövlət yoxdur ki, bütün detalları ilə yalnız ona 

xas  olan  unikal  dövlət  formasına  malik  olmasın.  Ümumiyyətlə  isə, 

həmin bu institut, konkret hadisə və anlayışın özü eyni bir fenomeni 

ifadə  edir.  Odur  ki,  hansı  fəlsəfi  kateqoriyalar  vasitəsi  ilə  şərh 

edilməsindən asılı olmayaraq, hər bir halda dövlətin forması əhali ilə 

birbaşa  və  əks  əlaqələri  bazasında  dövlət  hakimiyyətinin  təşkili  və 

fəaliyyəti üsulunu ifadə edir. 

Dövlət  və  hüquq  nəzəriyyəsində  daha  çox  istifadə  olunan 

yanaşmaya  görə,  dövlətin  forması  üç  elementdən:  idarəetmə 

formasından, dövlət quruluşu formasından və siyasi rejimdən (dövlət 

rejimindən) ibarətdir. Bu yanaşmaya əsasən, dövlətin formalarından 

danışarkən ilk növbədə aşağıdakılar nəzərdə tutulur: 

a)

 



ali dövlət hakimiyyətinin təşkili, onun yaranma mənbəyi və ali 

dövlət  orqanlarının  bir-biri  ilə,  həmçinin  də  əhali  ilə  qarşılıqlı 

əlaqəsinin prinsipləri (idarəetmə forması); 

b)

 



dövlət hakimiyyətinin ərazi üzrə təşkili, bir tam kimi dövlətin öz 

tərkib hissələri, ərazi vahidləri ilə əlaqəsi (dövlət quruluşu forması); 

c)

 

dövlət hakimiyyətinin həyata keçirilməsinin üsul və metodları 



(siyasi və yaxud dövlət rejimi forması). 

Dövlətin göstərilən formalarından hər biri dövlət hakimiyyətinin 

təşkilinin  və  fəaliyyətinin  yalnız  müəyyən  bir  tərəfini,  müəyyən  bir 

aspektini  ifadə  edir.  Onlar  nisbətən  müstəqil  fenomen  olmaqla 

bərabər,  həm  də  real  həyatda  ayrılmaz  şəkildə  bir-biri  ilə  qarşılıqlı 

əlaqədə  olan,  bir-birini  tamamlayan  hadisələrdir.  Nəzəriyyədə  təbii 

ki, buna xüsusi diqqət verilir. Yəni onların nə qədər müstəqil və nə 

dərəcədə  bir-birindən  asılı  olması  öyrənilir.  Lakin  irəli  sürülən 

mühakimələr yenə də mübahisəlidir. Dövlətin göstərilən formalarının 

hər birinin tam olaraq müstəqil forma olması və yaxud daha ümumi 

bir formanın tərkib hissəsi kimi çıxış etməsi ilə bağlı sual daha çox 

mübahisə doğurur. 

M.N.Marçenkonun  fikrincə,  həmin  suala  cavab  verməyə 

çalışarkən belə bir fakt nəzərə alınmalıdır ki, hər bir suveren dövlətin 

hakimiyyəti  vahiddir və  bölünməzdir.  Bu,  hər  şeydən  əvvəl,  onunla 

şərtlənir ki, dövlət hakimiyyətinin mənbəyi birdir. Belə ki. 

231 



ilqar Məmmədov 

respublikada hakimiyyətin mənbəyi xalq, monarxiyada isə monarxın 

özüdür.  Bundan  əlavə,  hakimiyyətin  yeganə  daşıyıcısı  və  həyata 

keçiricisi  dövlət  mexanizmidir.  Həmin  «ikili  birlikdən»  çıxış  etməklə 

məntiqi olaraq o qənaətə gəlmək olar ki, hakimiyyətin mənbəyinin və 

onun  daşıyıcısının  təbiəti  və  xarakteri  necədirsə,  onları 

«formalaşdıran» forma da o cür olmalıdır. Yəni dövlət hakimiyyətinin 

vahid mənbəyi və onun həyata keçirilməsinin vahid mexanizmi, təbii 

olaraq,  onların  təbiətinə  və  xaraterinə  uyğyn  gələn  vahid  formanın 

mövcudluğunu ehtiva edir. Vahid, ümumi formanın olması isə onun 

müxtəlif növlərinin yaranmasını istisna etmir, əksinə bunu ehtiva edir. 

Bu hadisənin özü isə çoxsaylı iqtisadi, siyasi, milli, coğrafi və digər 

faktorlarla şərtlənir. Çünki onlar bu və ya digər dövlətin yaranmasına, 

fəaliyyət  göstərməsinə  və  müvafiq  olaraq  onların  təbiətinə,  dövlət 

hakimiyyətinin xarakterinə təsir göstərir. M.N.Marçenkonun fikrincə, 

vahid  və  ümumi  forma  əsasında  müxtəlif  dövlət  formaları  təşəkkül 

tapır, inkişaf edir.“' Lakin o, bu ümumi forma barəsində danışsa da, 

onun  mahiyyətini  açıqlamır,  həmin  ümumi  dövlət  formasının  necə 

olması  barədə  artıq  heç  nə  demir.  Beləliklə,  bir  növ  onun  fikri 

yarımçıq qalır. Belə olan halda dövlətin vahid, ümumi forması barədə 

tam təsəvvür formalaşmır. 

V.İ.Vlasov  isə  belə  hesab  edir  ki,  dövlətin  forması  tam,  bütöv 

hadisə deyil. Forma mahiyyətcə dövlətin xarakterizə olunması üçün 

əsas  götürülən,  vacib  bilinən  mühüm  parametrlərin  məcmusu, 

yığımıdır. Həmin parametrlərin nəzərə alınması dövləti daha dolğun 

şəkildə  xarakterizə  etməyə  kömək  edir.  V.İ.Vlasovun  fikrincə, 

dövlətin  formasını  növlərə  ayırmaq  mümkün  deyil.  O,  öz  fikrini 

əsaslandırmaq üçün yazır ki, nəzəriyyədə dövlətin formasının deyil, 

idarəetmə formasının, dövlət quruluşu formasının və dövlət rejiminin 

növlərindən  danışılır.  Vlasov  hesab  edir  ki,  idarəetmə  formasını, 

dövlət  quruluşu  formasını  və  dövlət  rejimini  dövlət  formasının 

«elementləri» adlandırmaq 

'Марченко M.H. 

Проблемы теории государства и права. S. 178-179. 



232 


Dövlət və hüquq nəzəriyyəsi 

əsassızdır.  Çünki  element  hansısa  bir  tamın  tərkib  hissəsi,  yəni 

funksional  vahididir.  Həmin  hadisələr  isə  mürəkkəb  bir  sistem  olan 

dövlətin bir-birindən çox fərqlənən xarakterik tərəflərini ifadə edir.’' 

Bu  cür  fikir  ayrılığının  olmasına  baxmayaraq,  nəzəri  təhlillər 

göstərir ki, dövlət formasının həmin elementlər əsasında öyrənilməsi 

onun  düzgün  dərk  edilməsi  baxımından  çox  əhəmiyyətlidir.  Bu  fikri 

V.Y.Çirkin  də  dəstəkləyir.  O  yazır  ki,  həmin  yanaşma,  həm  təhlil 

üçün,  həm  də  bu  problemlə  bağlı  nəzəri  biliklərin  tədris  olunması 

baxımından çox əlverişlidir. 

Onu da qeyd edək ki, dövlət formasının göstərilən üç elementdən 

ibarət  olması  fikri  dövlət  və  hüquq  nəzəriyyəsində  son  dövrlərdən, 

yəni XX əsrin axırlarından özünə yer almışdır. Buna qədər isə dövlət 

rejimindən bəhs edilmir, dövlət formasının idarəetmə formasından və 

dövlət  quruluşu  formasından  ibarət  olduğu  göstərilirdi.  Hal-hazırda 

dövlət  və  hüquq  nəzəriyyəsinə  aid  ədəbiyyatda  həmin  üçüncü 

formaya  bəzən  «siyasi  rejim»,  bəzən  isə  «dövlət  rejimi»  deyilir. 

«Dövlət  rejimi»  anlayışından  istifadə  etməyin  vacib  olduğunu 

göstərən  müəlliflər  siyasi  rejimi  dövlətin  formaları  sistemindən 

kənarlaşdırırlar. Həmin müəlliflərin fikrincə, dövlətin fəaliyyətini siyasi 

rejim  yox,  məhz  dövlət  rejimi  xarakterizə  edir.  Dövlət  və  hüquq 

nəzəriyyəsində özünə yer alan bu cür diskusiyalar göstərilən üçüncü 

formanın geniş və dar mənada başa düşülməsinin nəticəsidir. Demək 

olar ki, bütün müəlliflər o fikirlə razıdırlar ki, dövlət rejimi cəmiyyətdə 

siyasi sistemin bütün digər elementlərini də əhatələyən siyasi rejimin 

ən mühüm tərkib hissəsidir. 

Hesab edirik ki, «siyasi rejim» anlayışı geniş və dar yanaşmanı 

əhatə  etdiyindən  iki  əsas  sahədə  baş  verən  proseslərin,  yəni  həm 

bilavasitə  dövlətin  fəaliyyətindən  irəli  gələn  proseslərin,  həm  də 

ictimai-siyasi  proseslərin  başa  düşülməsi,  onların  hamısının  nəzərə 

alına  bilməsi  baxımından  həmin  anlayışdan  istifadə  etmək  daha 

məqbuldur. Odur ki, həmin «dövlət forma- 

BjıacoB 

M.H. TeopHa rocyAapcxBa n npaea. S. 136. 

233 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə