Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə75/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   71   72   73   74   75   76   77   78   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

başlanğıcına  xidmət  edənlərin-filosofların  əlindədir.  Ruhun  çılğınlıq, 

qızğınlıq  tərəfini  ifadə  edənlər  döyüşçülərdirlər  və  onların  işi  dövləti 

müdafiə etməkdən ibarətdir. Var-dövlət arzusunda olan və onun üçün 

çalışanlar  isə  istehsalla  və  ticarətlə  məşğul  olan  şəxslərdən  ibarət 

təbəqəni  təşkil  edir.  Onlar  ruhun  tamahkarlıq,  nəfs  başlanğıcına 

xidmət  edirlər.  Cəmiyyətdə  insanların  həmin  bölgüyə  uyğun  olaraq 

təbəqələşməsi, ictimai fəaliyyətlə və peşə fəaliyyəti ilə məşğul olması 

ədalətli dövlətin mövcud olmasını təmin edir. 

Platona  görə,  bu  cür  dövlətdə  pozuntuların  baş  verməsi 

nəticəsində  torpaq  üzərində  xüsusi  mülkiyyətin  yaranması,  azad 

insanların  qula  çevrilməsi,  hakimiyyətin  döyüşkən  təbəqənin  əlində 

cəmləşməsi timokratiyanın meydana gəlməsinə səbəb olur. Spartada 

belə bir forma (timokratiya) mövcud olmuşdur. Timokratik dövlət daim 

müharibədədir.  Bu  cür  dövlətdə  var-dövlətin  böyük  hissəsinin 

tədricən  müəyyən  şəxslərin  əlində  cəmləşməsi  oliqarxiyanın 

yaranmasına  gətirib  çıxarır.  Oliqarxiyanın  olduğu  yerdə  hakimiyyət 

varlı təbəqənin əlindədir, kasıblar isə hakimiyyətdən uzaqdırlar. Belə 

bir  şərait  kasıblarda  hakimiyyət  əllərində  olduğuna  görə  İstədiyini 

həyata keçirən varlılara qarşı nifrəti gücləndirir və hakimiyyətə qarşı 

üsyan  baş  verir.  Nəticədə  də  demokratiya  yaranır.  Demokratiya 

xalqın hakimiyyəti olsa da, insanların azadlıqdan sui-istifadə etməsi, 

bərabər  olanlarla  olmayanların  eyniləşdirilməsinə şərait  yaradan  və 

demokratiyaya  əks  olan  bir  formanın  -  tiraniyanm  meydana 

gəlməsinə yol açır. Tiraniya dövlətin ən pis formasıdır. Çünki tiraniya 

olan yerdə hakimiyyətdəki şəxsin özbaşınalığı əhalinin hüquqsuzluğu 

və  zorakılıq  tədbirlərinin  həyata  keçirilməsi  ilə  müşayiət  olunur. 

Dövlət  başçısı  hakimiyyəti  xalqın  adından  istifadə  edərək  əldə  etsə 

də, hakimiyyəti qəsb edir və dövlət maşınını xalqın özünə qarşı çevirir. 

Platon həqiqi idarəçilikdən əlavə, dövlətin altı formasından bəhs 

edir. Həmin formalar bunlardır; 

-  bir  şəxsin  hakimiyyətini  ifadə  edən  qanuni  monarxiya  və 

tiraniya; 

225 



ilqar Məmmədov 

-

 



cəmiyyətdə  müəyyən  bir  təbəqənin  hakimiyyətini  ifadə  edən 

aristokratiya və oliqarxiya; 

-

 

qanunların  üstünlüyü  ilə  müşayiət  olunan  və  qanunsuzluq 



şəraitində mövcud olan demokratiya. 

Aristotel də dövlətin formasını ali hakimiyyətin kimə və ya hansı 

orqana mənsub olması İlə əlaqələndirirdi. Buna görə də o, dövlətin 

formalarını  fərqləndirərkən  hakimiyyətdə  olanların  sayını  əsas 

götürürdü. Aristotel həm də düzgün olan və düzgün olmayan dövlət 

formalarından bəhs edir. Məşhur yunan filosofunun fikrincə, dövlətin 

düzgün  formalarında  hakimiyyət  ümumi  mənafeyə,  ümumi 

maraqların  təmin  olunmasına  xidmət  edir.  Düzgün  olmayan 

formalarda  İsə  şəxsi,  xüsusi  maraqlar  əsas  götürülür.  O,  dövlətin 

düzgün  olan  formalarına  monarxiyanı,  aristokratiyanı  və  politiyanı, 

düzgün  olmayan  formalarına  isə  tiraniyanı,  oliqarxi-  yanı  və 

demokratiyanı aid etmişdir. 

Aristotelə  görə,  dövlətin  bütün  bu  formalarından  ən  düzgünü 

polltiyadır. Politiyada hakimiyyət çoxluğun əlindədir və həmin çoxluq 

hakimiyyəti  həyata  keçirərkən  ümumi  mənafeyə  və  maraqlara 

əsaslanır.  Ən  yaxşı  dövlət  forması  olan  politiya  oliqar-  xiyanın  və 

demokratiyanın yaxşı tərəflərini özündə cəmləşdirir. 

Aristotel  demokratiyanın  İfrat  formasını  ciddi  şəkildə  tənqid 

edərək  göstərir  ki,  ali  hakimiyyət  qanunların  deyil,  demosun  əlində 

olduqda kütlənin özbaşınalığı başlayır. 

Ellinizm  dövrünün  məşhur  mütəfəkkirlərindən  və  siyasi 

xadimlərindən biri olmuş Polibiy dövlətin formalarının yaranmasını və 

birinin  digəri  ilə  əvəz  olunmasını  «təbiətin  qanununa»  uyğun  olan 

təbii  bir  proses  kimi  xarakterizə  edir.  O,  bütövlükdə  dövlətin  altı 

formasını  fərqləndirir.  Onlara  çar  hakimiyyəti  (monarxiya),  tiraniya, 

aristokratiya,  oliqarxiya,  demokratiya  və  oxlokratiya  aiddir.  Dövlətin 

həmin  bu  formaları  cəmiyyətdə  ziddiyyətlərin  baş  verməsi 

səbəbindən  bir-birini  əvəz  edir  və  belə  bir  əvəzolunma  sikllnl 

(dövriyyəsini)  oxlokratiya  tamamlayır.  Polibiy  hesab  edir  ki, 

oxlokratiya zorun, gücün özbaşınalığı, ağalığı olduğuna görə o, həm 

də  ən  pis  dövlət  formasıdır.  Oxlokratiyanın  doğurduğu  özbaşınalıq 

nəticəsində yenidən çar hakimiyyəti bərqərar edilir 



226 


Dövlət və hüquq nəzəriyyəsi 

və  dövlət  formalarının  əvəz  olunmasının  yeni  silsiləsi  başlayır. 

Polibiyin 

fikrincə, 

dövlətin 

formaları 

dayanıqlılıq 

göstərə 


bilmədiyindən onlardan hər biri müəyyən müddətdən sonra öz əksinə 

çevrilir.  Proseslərin  bu  cür  inkişafı  nəticəsində  çar  hakimiyyətini 

tiraniya, demokratiyanı isə zorun qeyri-məhdud hakimiyyəti əvəz edir. 

Polibiy çar hakimiyyətinə, aristokratiyaya və demokratiyaya xas 

olan ümumi cəhətləri özündə cəmləşdirə bilən dövlət formasını dövlət 

formalarının  ən  yaxşısı  hesab  edir.  Bu  baxımdan,  o.  Qədim  Roma 

dövlətini ən yaxşı quruluşa malik olan dövlət hesab edirdi. Polibiyin 

fikrincə, Romada konsulların, senatın və xalq hakimiyyətinin bir yerdə 

cəmləşməsi bir növ dövlətin göstərilən üç formasına müvafiq olaraq 

çarın,  aristokratların  və  demo-  sun  hakimiyyətinin  bir  dövlətdə 

birəşdirllməsinə bənzəyir. 

Qədim yunanların formalaşdırdığı nəzəri fikrin bir çox ənənələri 

Qədim Romada da inkişaf etdirilmişdir. Bundan əlavə. Qədim Roma 

hüquqşünaslarının  da  dövlətin  formaları  ilə  bağlı  nəzəri  fikrin 

inkişafında  böyük  rolu  olmuşdur.  Bu  baxımdan,  məşhur  Roma 

hüquqşünası Siseronun yaradıcılığından xüsusi danışma- hyıq. 

Qədim yunan fikrininin ənənlərinə uyğun olaraq, Slseron da öz 

yaradacılğında dövlətin  müxtəlif  formalarının,  onlardan birinin digəri 

ilə  əvəz  olunmasına  təsir  edən  amillərin  təhlilinə  və  dövlət 

formalarından  hansının  daha  yaxşı  olmasının  müəyyənləşdiril- 

məsinə əhəmiyyətli yer ayırmışdır. Q, hakimiyyəti həyata keçirənlərin 

«xarakterini  və  iradəsini»,  həmçinin  onların  sayını  dövlətin 

formalarının  blr-blridən  fərqlənməsinin  əsas  krlterlyaları  kimi 

götürürdü.  Siseron  hakimiyyətdə  olanların  sayına  görə  dövlətin  üç 

sadə  formasını:  monarxiyanı,  aristokratiyanı  və  demokratiyanı 

fərqləndirmişdir. Siseron ayrıca olaraq, dövlətin qarışıq formasından 

da bəhs edir. 

Siseron göstərir ki, dövlətin həmin üç sadə forması ən yaxşı və 

təkmil formalar olmasa da, dözüləsi formalardır. Qnlardan ən üstünü 

çar hakimiyyəti, axırıncı yerdə duranı isə demokratiyadır. 

227 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə