Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə73/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   69   70   71   72   73   74   75   76   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

hesab  etdikləri  kimi,  gücə,  zora  əsaslanmaqla  hər  nə  istəsə  onu 

həyata  keçirən  «iradə»  deyil.  O,  ümumi  rifahın  qayğısına  qalmaq 

borcunun  həyata  keçirilməsi,  hakimiyyətə  tabe  olan  şəxslərin  idarə 

olunması  və  onlara  başqa  cür  təsir  göstərmək  məqsədi  ilə  məlum 

şəxslərin  (burada  hakimiyyəti  həyata  keçirən  insanlar  nəzərdə 

tutulur-İ.Məmmədov) və digərlərinin (idarə olunanlar- İ.Məmmədov) 

hüquqi psixikası tərəfindən müəyyənləşən ümumi hüquqdur».”' 

Tanınmış nəzəriyyəçi V.Xropanyukun o fikri ilə razılaşmalıyıq ki, 

dövlətin sosial təyinatı ilə bağlı təsəvvürlər cəmiyyətin müvafiq inkişaf 

səviyyəsinin  obyektiv  şərtləri  ilə  müəyyənləşir.  Həmin  şərtlərin 

dəyişməsi nəticəsində dövlətin sosial təyinatı ilə bağlı təsəvvürlər də 

dəyişir. Onu da əlavə etməliyik ki, cəmiyyət və dövlət inkişaf etdikcə, 

dövlətin  sosial  təyinatı  məzmunca  genişlənir,  daha  mürəkkəb  olur. 

Misal üçün, müasir dövləti bir neçə yüz il bundan əvvəl mövcud olan 

dövlətlə  müqayisə  etdikdə,  dövlətin  sosial  təyinatındakı  dəyişikliyi, 

məzmunca mürəkkəbləşməyə və genişlənməyə doğru inkişaf etdiyini 

anlamaq çətin deyil. 

Müasir dövlətin sosial təyinatı cəmiyyətin güclü sosial konfliktlər 

olmadan, firavanlıq şəraitində yaşamasına imkan verən çoxşaxəli və 

geniş  əhatəli  fəaliyyəti  çevrələyir.  Müasir  demokratik  hüquqi  dövlət 

cəmiyyətdə güclü sosial arbitr rolunu oynayır və onun təyinatının əsas 

məğzini qorxu və ehtiyacdan azad insan şəxsiyyətini formalaşdıran 

mühitin  təmin  edilməsi,  hər  kəsin  öz  iqtisadi,  sosial  və  mədəni, 

həmçinin  mülki  və  siyasi  hüquqlarından  istifadə  edərək  öz 

potensialını  reallaşdıra  bilməsi,  firavan  yaşaması  üçün  müvafiq 

şəraitin yaradılması təşkil edir. Odur ki, insan və vətəndaş hüquq və 

azadlıqlarının  ictimai  münasibətlərdə  və  hüquq  münasibətlərindəki 

yerinin  möhkəmləndirilməsi,  onların  təmin  edilməsi,  ekoloji 

təhlükəsizliyin, əhalinin 



Проф.

 

Петражнцкнй 



Л.И.  Теория  права  и  государства  в  связи  с 

теорией нравственности. Том 1. С.-Петербургъ, 1907, 5.209. 



219 


ilqar Məmmədov 

sağlamlığının, ictimai və texniki proqresin, əhali üçün yüksək həyat 

səviyyəsinin təmin edilməsi, elmin, mədəniyyətin, təhsilin inkişafının 

dəstəklənməsi,  analığın  və  uşaqların  müdafiə  olunması  göstərilən 

sahədə birinci yerləri tutur. Güclü sosial konfliktlərin qarşısını almaq 

üçün cəmiyyətin sərt şəkildə diferensiasiyasının aradan qaldırılması 

üzrə  dövlət  fəaliyyəti  də  müasir  dövlətin  sosial  təyinatında  özünə 

mühüm yer tutur. 

Dövlətin  mahiyyətini  əks  etdirən  mühüm  cəhətlərdən  biri  də 

sosial dəyər kimi çıxış edən sabitliyin, ənənələrin qırılmazlığının təmin 

edilməsi  və  cəmiyyətin  gələcəyinə  olan  inamın,  gözlənilən  və 

arzuolunan  gələcəyə  əminliyin  yaradılması  ilə  bağlıdır.  Dövlətin 

varlığı  ictimai  münasibətlərin  tənzimlənməsini,  hüquq  qaydasının 

təmin edilməsi və mühafizə olunmasını, cəmiyyətin inkişafını ehtiva 

etməklə  insanların  həyata  inam  hissini  gücləndirir.  Cəmiyyətdə 

həyatın sabit qaydada davam etməsi, insanlara rahatlıq duyğusunu 

aşılayan  ictimai  qaydanın  təmin  edilməsi,  ən  nəhayət,  insanların 

cəmiyyətin gələcəyinə və həmin kontekstdə öz gələcəklərinə inana 

bilməsi  yalnız  tarixi  dayanıqlığa  malik  dövlətin  mövcud  olması  ilə 

mümkündür. Dövlət cəmiyyətin bütövlüyünü təmin etməklə və onun 

inkişafına  şərait  yaratmaqla  həmin  antrop  birlik  üçün  perspektivli 

həyat vəd edir. Belə ki, cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb 

edən  problemlərin  məqsədyönlü  şəkildə  həll  edilməsi,  ictimai 

inkişafın  müəyyən  istiqamətdə  planlaşdırılması,  cəmiyyət  üçün 

müəyyənləşmiş  məqsədlərin  reallaşması  üçün  həyata  keçirilən 

fəaliyyətin  səmərə  verməsi  dövlətin  olması  ilə  mümkündür. 

Perspektivli həyat hər bir cəmiyyətin, hər bir xalqın mövcud olmasının 

vacib şərtlərindəndir. 

Dövlət  cəmiyyətin,  ictimai  həyatın  sabitliyini  təmin  etməklə 

insanların ictimai əhəmiyyətli fəaliyyətinin gerçəkləşməsinə də stimul 

verir.  Cəmiyyətin  inkişafında,  tarixi  sabitliyində  fərdlərin  ictimai 

əhəmiyyətli  fəaliyyətinin  çox  böyük  rolu  var.  İnsanın  cəmiyyətə 

inanaraq  ictimai  əhəmiyyətli  fəaliyyətə  dəyər  verməsi  ictimai 

münasibətlərdə  harmoniya  yaradır,  ayrı-ayrı  insanların  fəaliyyətinin 

ictimai baxımdan faydalı fəaliyyətə çevrilməsinə səbəb olur. 

220 



Dövlət və hüquq nəzəriyyəsi 

Dövlətin  mövcudluğu  hadisələrdə  və  proseslərdəki  dəyişkənlik 

amplitudasının  müəyyən  həddə  saxlanılması  ilə  mümkün 

olduğundan, hadisələrin, dəyişikliklərin nəzarətdə saxlanılması, daha 

əhəmiyyətli  olanların  öncədən  nəzərə  alınması  və  idarə  olunması 

onun  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Hadisələrin,  proseslərin 

nəzarətdə  saxlanması  və  idarə  olunması  həyatın  bütün  cəmiyyət 

səviyyəsində  nizamlanmasını  təmin  edir.  Odur  ki,  dövlətin 

güclənməsi,  inkişaf  etməsi  həm  bütövlükdə  cəmiyyətin,  həm  də 

ayrı-ayrı fərdlərin mənafeyinə xidmət edir. Hər bir etnos, hər bir millət 

öz  dövlətinin  güclü  olmasına,  dövlətçiliyinin  qırılmazlığının  təmin 

edilməsinə  can  atır.  Bu  tendensiyanın  insanın  öz  gələcəyinə,  üzvü 

olduğu  cəmiyyətin  gələcəyinə  əmin  olaraq  yaşamağa  psixoloji 

tələbatı ilə yaxın əlaqəsi var. 

Sosial idarəçiliyi həyata keçirməklə ictimai həyatın nizamlanması 

və  cəmiyyətdə  sabit  münasibətlərin  yaradılması  cəmiyyət  kənar 

aqressiyalardan müdafiə olunduğu təqdirdə mümkündür. Cəmiyyətin 

müdafiə olunmasının özü də dövlətin zəruri cəhəti kimi çıxış edir. Belə 

ki,  məhz  dövlət  cəmiyyətin,  xalqın  təhlükəsizliyini  təmin  edir  və  bu 

funksiyanın  həyata  keçməsi  nəticəsində  xalqların  bir-birilə 

mübarizəsi şəraitində onların mövcudluğu təmin edilir. Dövlətin özü 

də həmin bu fuksiyanın reallaşması hesabına mövcud olur. Belə ki, 

cəmiyyəti, xalqı qoruya bilməyən dövlət məhvə məhkumdur. 

Dövlətin mahiyyəti ilə bağlı olan mühüm bir xüsusiyyət də onun 

etnosun, millətin bütövlüynü təmin edə bilən yeganə təşkilat olması 

ilə bağlıdır. 

insanların  birgəyaşayışı  prosesində  müxtəlif  antrop  birliklər 

yaranır.  Bu  birliklərin  içərisində  özünün  tarixi  dayanıqlığına  və 

sosio-mədəni  əhəmiyyətinə  görə  adətən  «xalq»  kimi  başa 

düşdüyümüz  etnoslar  xüsusilə  fərqlənir.  Etnik  mənsubiyyət  hər  bir 

kəsin bu və ya digər etnosa mənsub olmasını ifadə edir. Elə bir insan 

olmaz  ki,  hansısa  bir  etnosun  nümayəndəsi  olmasın.  «Biz-  onlar» 

şəklində təzahür olunan dixotomik münasibətlər etnik- liyin, yəni etnik 

mənsubiyyətin  zəruri  şərtidir.  Etnoloqların  yazdığı  kimi,  «etniklik 

şəxsiyyətin  xüsusi  bir  xarakteristikası  olmaqla  genetik  və  sosial 

əsasda formalaşan və digər etnoslara müna- 

221 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə