Dövlət və hüquq nəzəriyyəsi
bilməsi bir çox hallarda hakimiyyətin eybəcər formaya düşməsi,
antidövlət xarakterli bir hadisəyə çevrilməsi ilə nəticələnir. Bu isə
despotiyanın, yəni dövlət başçısının özbaşınalığı ilə müşayiət olunan
bir hakimiyyətin yaranması deməkdir. Bu məsələyə qədim dövrlərdən
xüsusi diqqət yetirilmişdir. Məsələn, Aristotel monarxiyaların
təsnifatını apararkən göstərmişdir ki, monarxiyanın həddindən artıq
eybəcərləşərək bir şəxsin «özbaşınalığının hakimiyyətinə» çevrilməsi
nəticəsində onun «qeyri-düzgün» for- maları-despotiya və tiraniya
meydana gəlir. Yəni monarxiyanın «düzgün» forması «qeyri-düzgün»
formalarla əvəz olunur, mo- narx ümumi maraqları müdafiə etmək
əvəzinə yalnız öz maraqlarından çıxış edərək özbaşınalıq edir, öz
istədiklərini istədiyi şəkildə həyata keçirməyə başlayır.
Bəzən qeyri-məhdud monarxiya ilə mütləq monarxiya
eyniləşdirilir, bəzi müəlliflər isə mütləq monarxiyaya yalnız
feodalizmin son dövrlərində Avropada formalaşan mərkəzləşdirilmiş
dövlətlərin
idarəetmə
formasını
aid
edirlər.
Belə
bir
qeyri-müəyyənliyin aradan götürülməsi üçün hesab edirik ki,
qeyri-məhdud
monarxiyalarla
mütləq
monarxiyalar
eyniləşdirilməməli, mütləq monarxiya qeyri-məhdud monarxiyanın bir
növü və ya bir forması kimi başa düşülməlidir. Qeyri-məhdud
monarxiyanın başqa formalarına isə Qədim Misiri, Çin dövlətini,
Əhəmənilər, Sasanilər sülaləsinin hakimiyyəti altında olan İran
şahlığını, Assuriya çarlığını. Qədim Romanın imperatorluq dövrünü.
Monqol imperatorluğunu və s. misal göstərə bilərik. Daha ümumi
bölgü aparsaq, qeyri-məhdud monarxiyanın əsas formalarına
teokratik
monarxiyaları,
despotiyaları,
tiraniyaları,
ənənəvi
monarxiyaları aid etmək olar.
Burada biz ənənəvi monarxiyalar deyərkən, dayanıqlı tarixi-
siyasi ənənələrə, müqəddəs bilinən dini ehkamlara, adətlərə uyğun
fəaliyyət göstərən hakimiyyəti nəzərdə tuturuq. Bu cür
monarxiyalarda hakimiyyət ənənələrə söykənir və həmin ənənələr,
dini normalar, bir sıra ictimai əhəmiyyətli dəyərlər, həmçinin müəyyən
qruplar hakimiyyətə onu faktiki olaraq məhdulaşdır- maq baxımından
müəyyən dərəcədə təsir göstərə bilir. Yəni
243
ilqar Məmmədov
monarx öz hakimiyyətini təkbaşına həyata keçirsə də, cəmiyyətdə
kök atmış ənənələrlə, dini normalarla, həmçinin bir sıra qruplarla
hesablaşmalı olur, monarxın özünün novatorluğuna yer qalmır. Buna
misal göstərmək üçün. Çar Rusiyasının tarixinə müraciət edə bilərik.
Romanovlar sülaləsi hakimiyyətə gəldikdən sonra bu sülalənin
nümayəndələri hakimiyyəti həyata keçirərkən cəmiyyətdə və ictimai
şüurda kök atmış ənənələrlə, normalarla, həmçinin boyarlarla
hesablaşırdılar. Bu, o dövrdə Rusiyada ənənəvi monarxiyanın
mövcud olması demək idi. I Pyotrun hakimiyyətə gəldiyi ərəfədə
Rusiyada baş verən proseslər böhrana səbəb olmuş və I Pyotr
böhrandan çıxmağa və öz hakimiyyətini möhkəmləndirməyə cəhd
edərkən boyarların, ənənələrin müqaviməti ilə qarşılaşmışdır. Lakin
o, iradə göstərərək bu müqaviməti qırmaqla öz hakimiyyətini
gücləndirə bilmişdir. I Pyotrun hakimiyyətinin güclənməsi ənənəvi
monarxiyanın mütləq monarxiya ilə əvəz olunmasına gətirib
çıxarmışdır. Beləliklə, deyə bilərik ki, ənənəvi monarxiyalarda ictimai
sabitliyi pozan, cəmiyyətin, dövlətin bütövlüyünü təhlükə altına alan
hadisələr, böhranlar zamanı hakimiyyət güclü şəxsiyyətin əlinə
keçdikdə despotiya- nın, tiraniyanın, mütləq monarxiyanın yaranması
labüd olur.
Qeyri-məhdud monarxiyalar üçün xarakterik olan əsas cəhətlər
aşağıdakılardır:
-
monarx, hakimiyyəti təkbaşına həyata keçirməklə qanunverici,
icra və məhkəmə hakimiyyətini öz əlində cəmləşdirir;
-
hüquqi cəhətdən monarxın hakimiyyəti məhdudlaşdırılmır.
Əgər hakimiyyət müəyyən dərəcədə məhdudlaşdırılsa da, bu,
ənənələrə əsaslanır və faktiki xarakter daşıyır;
-
monarx öz əməllərinə və fəaliyyətinə görə hüquqi məsuliyyət
daşımır, o, məsuliyyətdən kənar hesab edilir;
-
dövlət aparatı monarxa xidmət edir;
-
hakimiyyət tam şəkildə mərkəzləşdirilmiş vəziyyətdə olur;
-
təbəələr hüquqsuz vəziyyətə salınır;
-
hakimiyyət avtoritar rejim şəraitində həyata keçirilir.
244
Dövlət və hüquq nəzəriyyəsi
Hüquq ədəbiyyatında monarxiyanın növləri sadalanarkən ayrıca
olaraq silki-nümayəndəli monarxiyadan da bəhs olunur. Monarxiya
idarəetmə
formasının
bu
növü
monarx
hakimiyyətinin
silki-nümayəndəli orqanlar tərəfindən məhdudlaşması ilə xarakterizə
olunur. Nəzəriyyəçilər hesab edirlər ki, məhdud monarxiya kimi
xarakterizə edilən monarxiya formaları yeni dövrün hadisəsidir və
onlara dualist monarxiya və parlamentli monarxiya, yəni konstitusiyalı
monarxiyalar aiddir. Belə olan halda təbii ki, silki-nümayəndəli
monarxiyanı konstitusiyalı monarxiyalar sırasına daxil etmək düz
deyil. Lakin biz, onu qeyri-məhdud monarxiya kimi də xarakterizə edə
bilmirik. Odur ki, hesab edirik ki, silki-nümayəndəli monarxiya
monarxiyanın yarım-məhdud monarxiya növünə aiddir. Dövlət və
hüquq nəzəriyyəsində monarxiyaların təsnifatı aparılarkən, əksər
hallarda «yarım-məh- dud monarxiya» anlayışından istifadə olunmur.
Lakin
buna
baxmayaraq,
silki-nümayəndəli
monarxiyanın
qeyri-məhdud monarxiyalar sırasına aid olunmasını düzgün hesab
etmədiyimizdən onun monarxiyanın yarım-məhdud monarxiya
növünə aid edilməsini daha məqbul hesab edir və düşünürük ki, bu
anlayışın istifadə olunmasında heç bir yanlışlıq yoxdur.
İndi isə monarxiyanın ayrı-ayrı növlərini nəzərdən keçirək.
Quldarlıq monarxiyaları. Quldarlıq monarxiyalarına ilk növbədə
Qədim Şərq monarxiyaları və Qədim Roma monarxiyası aid edilir.
Nəzəriyyəçilərin bir qismi «şərq monarxiyaları» anlayışı əvəzinə
«şərq despotiyası» istilahını işlətməyə üstünlük verir. Qədim Şərqdə
mövcud olmuş monarxiyaların, demək olar ki, hamısını despotiya kimi
xarakterizə edirlər. Elə müəlliflər var ki, bununla razılaşmır,
despotiyanın tam şəkildə zora əsaslanan dövlət forması olduğunu
bildirirlər. Misal üçün, V.N.Xropanyuk yazır ki, «Qədim Şərq
ölkələrində (Misir, Babil, Assuriya, Çin, Hindistan və digərləri)
mövcud olmuş idarəetmə formasını şərq despotiyası adlandırırlar.
Despotiya deyərkən də, despotun hərbi-bürokratik aparatın gücünə
söykənən qeyri-məhdud irsi hakimiyyəti nəzərdə tutulur. Ancaq buna
baxmayaraq, tarixi- hüquqi materiallar göstərir ki, despotiya Qədim
Şərq ölkələrinin
245
Dostları ilə paylaş: |