Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə89/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   85   86   87   88   89   90   91   92   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

hökumətə 

parlamentin 

aşağı 


palatası 

tərəfindən 

etimad 

göstərilməlidir.  Parlament  hökumətə  etimad  göstərmədikdə  tənbeh 



qətnaməsi  qəbul  edir.  Bunun  üçün  aşağı  palatanın  tam  tərkibindən 

mütləq səs çoxluğu tələb olunur. 

Bu  cür  hibrid  respublikaların  yaradılmasında  əsas  məqsəd 

prezidentli  və  parlamentli  respublikalara  xas  olan  pozitiv  cəhətləri, 

elementləri  birləşdirilmək  və  onlardan  daha  səmərəli  şəkildə 

faydalanmaqdır.  Ümumiyyətlə,  son  onilliklərdə  qarışıq  respublika 

formalarının  yaradılması  dünyada  dayanıqlı  bir  tendensiyaya 

çevrilmişdir. 

§ 3. DÖVLƏT QURULUŞU FORMALARI 

Dövlət quruluşu forması dedikdə, dövət hakimiyyətinin milli-ərazi 

və inzibati-ərazi vahidləri üzrə təşkili, dövlət ərazisinin bu və ya digər 

əsaslara  görə  tərkib  hissələrə  bölünməsi  və  onların  siyasi-hüquqi 

vəziyyəti,  dövlət  hakimiyyəti  ilə  dövlətin  həmin  tərkib  hissələri 

arasında,  həmçinin  mərkəzi  orqanlarla  yerli  orqanlar  arasındakı 

qarşılıqlı əlaqələri başa düşülür. 

Nəzəriyyəçilərin  ümumi  fikri  belədir  ki,  dövlət  quruluşu 

bütövlükdə dövlətlə onun ərazi baxımından tərkib hissələri olan ərazi 

vahidləri  arasındakı  qarşılıqlı  əlaqələrin  sistemini  və  dövlət 

hakimiyyətinin  mərkəzləşdirilmə  səviyyəsini  əks  etdirir.  Dövlət  və 

hüquq  nəzəriyyəsinə  aid  ədəbiyyatda  verilən  açıqlamalara  görə, 

dövlət quruluşu forması dövlət strukturunun hansı tərkib hissələrdən 

ibarət  olduğunu,  həmin  hissələrin  hüquqi  vəziyyətini  və  onlara  aid 

orqanlar  arasında  qarşılıqlı  əlaqələrin  hansı  qaydada  və  xarakterdə 

qurulduğunu,  mərkəzi  və  yerli  hakimiyyət  orqanları  arasında 

əlaqələrin  necə  təşkil  edildiyini,  dövlətin  ərazisi  daxilində  yaşayan 

etnik  birliklərin,  milli  azlıqların  maraqlarının  hansı  dövlət  forması  ilə 

ifadə olunduğunu göstərir. 

Dövlət quruluşunun hansı formalardan ibarət olması ilə əlaqədar 

hüquq ədəbiyyatında əsas iki yanaşma mövcuddur. 

267 



ilqar Məmmədov 

Birinci yanaşmaya görə, dövlət quruluşu forması iki növə: unitar və 

federativ dövlətlərə bölünür, ikinci yanaşmadan çıxış edən müəlliflər 

isə  konfederasiyanı  da  dövlət  qurulşu  formasına  aid  edir  və  dövlət 

quruluşunun  əsas  üç  formadan  ibarət  olduğunu  göstərirlər.  Birinci 

yanaşmadan  çıxış  edən  müəlliflər  konfederasiya  dövlət  deyil, 

dövlətlər  ittifaqı  olduğundan  onun  dövlət  quruluşu  formasından  biri 

kimi qəbul edilməsi ilə razılaşmırlar. Həmin müəlliflər konfederasiyanı 

dövlətlərdən  təşkil  olunan  beynəlxalq  hüquqi  birliyin  bir  növü  kimi 

qəbul  edir  və  bu  birliyin  beynəlxalq  hüquq  tərəfindən  öyrənilməsini 

daha düzgün hesab edirlər. 

Biz də hesab edirik ki, unitar dövlət və federativ dövlət, dövlət 

quruluşunun  əsas  formalarıdır.  Konfederasiya  isə  dövlət  deyil, 

dövlətlər  ittifaqıdır  və  buna  görə  də,  dövlət  quruluşu  forması  kimi 

təsnif  edilməməlidir.  Ancaq  dövlət  və  hüquq  nəzəriyyəsinə  aid 

dərsliklərin və dərs vəsaitlərinin bir çoxunda konfederasiyalardan da 

danışıldığından  və  dövlətlər  ittifaqı  olan  konfederasiyanın  dövlət  və 

hüquq nəzəriyyəsi tərəfindən də öyrənilməsini vacib bildiyimizə görə, 

mübahisəyə  səbəb  olmuş  həmin  təsisat  burada  da  diqqətdən 

kənarda qalmayacaqdır. 

Bəzi müəlliflər unitar və federativ dövlətləri dövlət quruluşunun 

əsas  formaları  kimi  təsnif  etməklə  yanaşı  imperiyanı  da  onun  bir 

forması hesab edirlər. Məsələn, V.İ.Vlasov yazır ki, unitar və federativ 

dövlət quruluşu formaları dövlət quruluşu formasının əsas növləridir. 

Bununla bərabər, o, imperiyanı da dövlət quruluşu formasının tarixi 

keçmişdə  qalmış  bir  növü  kimi  təsnif  edir.''  Biz  də  hesab  edirik  ki, 

dövlət  ərazisinin  təşkil  olunması  qaydaları  və  mərkəzi  hakimiyyətlə 

dövlət  ərazisinin  tərkib  hissələri  (metropoliya  ilə  müstəmləkələr) 

arasında əlaqələrin qurulması baxımından imperiyanın özünəməxsus 

cəhətləri olmuşdur. Bu cəhətlər nəzərə alınmalı və imperiyanın dövlət 

quruluşunun  bir  forması  kimi  qəbul  edilməsi  elmi  baxımdan  əsaslı 

hesab  olunmalıdır.  Beləliklə,  biz  də  belə  hesab  edirik  ki,  dövlət 

quruluşunun əsas formaları unitar dövlət 

' B a x .  

Власов В.И. 

Теория государства и права. S. 145-146. 

268 



Dövlət və hüquq nəzəriyyəsi 

quruluşu forması və federativ dövlət quruluşu formasından ibarətdir. 

Bununla bərabər, əsas olmasa da, imperiya da dövlət quruluşunun 

tarixi bir formasıdır. 

Unitar dövlət. Unitar dövlətlərdə («unitar» anlayışı latın sözü olan 

«unus»dan  götürülüb  və  bu  sözün  mənası  vahid,  tək  deməkdir) 

dövlətin  ərazisi  mərkəzi  hakimiyyətdən  birbaşa  asılı  olan 

siyasi-inzibati və ya inzibati-ərazi vahidlərinə bölünür və həmin ərazi 

vahidləri  üzrə  təşkil  olunan  orqanlar,  qurumlar  mərkəzdən 

formalaşdırılır və ya daim mərkəzin nəzarəti altında olur. Unitar dövlət 

quruluşunu  xarakterizə  edən  ən  əsas  cəhət  də  bütün  ölkə  ərazisi 

üçün dövlət aparatının vahid strukturda fəaliyyət göstərməsi və ərazi 

vahidlərinin  birbaşa  mərkəzdən  asılı  olması  ilə  bağlıdır.  Mərkəzi 

orqanların  səlahiyyətləri  hüquqi  cəhətdən  və  faktiki  olaraq  yerli 

orqanlara  verilən  səlahiyyətlərlə  məhdudlaşmır.  Adətən,  unitar 

dövlətlərdə  vahid  qanunvericilik,  məhkəmə  və  dövlət  inzibatçılığı 

sistemi mövcuddur. Ərazi vahidləri daxili məsələlərdə müstəqil olmur 

və onların özünün qanunvericiliyi, xüsusi orqanları da yoxdur. Lakin 

bunlar mütləq deyil, yəni istisnalar var. Həmin istisnaların olması isə 

hər hansısa unitar dövlət daxilində siyasi muxtariyyətin mövcudluğu 

ilə  bağlıdır.  Bu  baxımdan,  yəni  ərazi  vahidlərinin  hüquqi  statusuna 

görə  unitar  dövlətlər  sadə  və  mürəkkəb  unitar  dövlətlərə  bölünür. 

Unitar  dövlətin  ərazisində  muxtar  qurumun  olması  onu  mürəkkəb 

unitar dövlət kimi xarakterizə edir. Sadə unitar dövlətlərin ərazisi isə 

yalnız  inzibati-ərazi  vahidlərinə  bölünür  və  bütün  ərazi  vahidləri 

statusca bərabərdir. 

Sadə unitar dövlətlərin bir sıra ümumi cəhətləri mövcuddur. Bu 

cəhətlərin bir çoxu həm də unitar dövlətin bu növünü mürəkkəb unitar 

dövlətdən fərqləndirən cəhətlərdir. 

Birincisi,

  sadə  unitar  dövlətin  inzibati-ərazi  vahidləri  heç  bir 

siyasi müstəqilliyə, siyasi statusa malik deyil. Onlara yalnız təsərrüfat 

sahəsi,  həmçinin  sosial-mədəni  sahə  ilə  bağlı  geniş  səlahiyyətlər 

verilə  bilər.  Bu  isə  ərazi  üzrə  idarəetmənin  daha  səmərəli  təşkil 

olunması,  müvafiq  əraziyə  xas  olan  özünəməxsusluqların  nəzərə 

alınması üçündür. 



269 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə