Mutasiya anlayışı



Yüklə 21,09 Kb.
tarix22.03.2024
ölçüsü21,09 Kb.
#183758
Mutasiya anlayışı


Mutasiya anlayışı
İrsiyyət və dəyişkənlik təkamül prosesinin əsas materialı hesab olunur. Xüsusən dəyişkıənlik ister tebii, ister sede süni seçmıə üçün təbii materialdıdr. Məhz dəyişkənlik sayəsində yaşayış şəraitinə müxtəlif dərəcədə uygunlaşa bilən müx. formalar əmələ gəlir. Biologiyada dəyişkənliyin 2 forması vardır.

  1. Irsi və qeyri-irsi dəyişkənlik.

Hər ikisinin əsas səbəbi xarici mühit şəraiti amilləridir. Ümumiyyətlə dəyişkənlik orqanizm və mühit arasındakı qarşılıqlı əlaqə və münasibətlər sayəsində meydana gəlir.Orqanizmdə baş verən bucür irsi dəyişkənliklər nəticəsində orqanizmlərin genotipindəəə dəyişkənliklər baş verir. Buda özünü genlərdə, xromosomlarda və genlərin başqa hissələrində özünü göstərir. Orqanizmlərin genotipində baş verən dəyişkənlik mutasiya dəyişkənliyi adlanır. Xarici şəraitin təsiri altında orqanizmlərin fenotipində baş verən dəyişkənlik modifikasiya dəyişkənliyi adlanır. Mutasiya dəyişkənliyi sıçrayışlar nəticəsində olur. Mutasiyaya səbəb olan amillər aşağıdakılardır: Fiziki... kitabdan yaz..
Gen mutasiyalar--- bir genin xromosom üzərindəki yerini dəyişmədən bir stabil haldan başqa bir stabil hala keçməsi gen və ya nöqtəvi mutasiya adlanır. Gen mutasiyaları somatik hüceyrələrdə və qametlərdə və ya onları hazırlayan ana hüceyrələrdə meydana gələ bilər. Lakin somatik hüceyrələrdə müşahidə olunan mutasiyalar cinsi çoxalmada nəsilə keçmir. Hər hansı bir lokusdakı gen ayrı-ayrı vəziyyətlərdə fərqli mutasiyalara uğrayaraq fərqli allelər əmələ gəlir. Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir.
F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlüaa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir. Bu işarə bitkilərdə və heyvanlarda çarpazlaşdırmanı, insanda isə evlənməni, ailə qurmağı, nigahı göstərir.
Qeyd: F1 birinci nəsil (övladlar); F2 – ikinci nəsil (nəvələr); F3 – üçüncü nəsil (nəticələr) və i.a. kimi qeyd edilir.
Çox nadir hallarda mutasiyaya məruz qalmış ressesiv gen dominat genə çevrilə bilər. Bu hadisəyə tərsinə və ya qayıdan mutasiya deyilir. Gen mutasiyaları Dnt-də meydana çıxan dəyişkənliyin nəticəsidir.

Gen mutasiyaları 2 əsas qrupda toplanır. Birinci qrupda əsas cütünün tamamlayıcılarında baş verən mutasiyalar transiziya və transversiya formasında 2 -ə ayrılırlar. Birin purin əsasının yerinə başqa bir purin, bir primidin əsasının yerinə başqa bir primidin qoşularsa bu mutasiya formasına transiziya deyilir. Transversiyada isə bir purin əsasının yerinə bir primidin, bir primdin əsasının yerinə purin əsasının qoşulması yolu ilə mutasiya baş verir.


Mutasiya hadisəsinin ilk tədqiqatçısı hollandiya alimi Quqo de Friz-dən başlayır. De friz 1880-ci ildə əvvəlcə təbiətdə sonra öz bağında Oenothera Lamarciana bitkisi üzərində sıçrayışla qəflətən baş verən bir sıra dəyişkənlik müşahidə etmiş və bu hadisəyə mutasiya adını vermişdir. Onun bağındakı bitkidə baş verən bir mutasiya sayəsində bitkininin çiçəkləri iri, yarpaqları, gövdəsi qalın olmuşdur. De friz mutasiyanı gigas-nəhəng adlandırmışdır. Enotera gigas tetraploid olmuşdur. Bundan başqa yarpaqları geniş və s. Formalar meydana gəlmişdir.
De frizə görə mutasiya sıçrayışla və heç bir keçid olmadan baş verən irsən keçən və müxtəlif istiqamətlərdə meydana çıxan faydalı və faydasızdəyişkənlikdir. De friz mutaisya dəyişkənliyinin öyrənilməsini çox böyük nəzəri və praktiki əhəmiyyətə malik olacağı fikrini inamla irəli sürürdü.
Drozofil milçəyində 400-dən yuxarı mutasiya alınmışdır. Bu mutyasiyalka drozofilin bədəninə və gözlərinə, gözlərin və qanadların formasına və s. Kimi əlamətlərinə toxunmuşdur. Mutasiya hadisəsinin anlaşılmasında mendel və morqanın genlərin ilişikliyi və krossinqover qanunlarının və bir sıra yeni tədqiqat işlərinin çox böyük əhəmiyyəti olmuşdur. Mutasiya dəyişkənliyini müxtəlif nöqteyi-nəzərdən təsnif edilir. Biz burada ancaq bir faktı nəzərə alırıq. Mutasiya orqanizmlərin genotipində baş verən dəyişkənlikdir. Buna görə də mutasiyanı aşağıdakı qruplara bölürlər.

  1. Gen mutasiyası. Belə mutasiya histoloji cəhətdən xromosomda görünməyən dəyişkənlikdir.

  2. Xromosomdaxili və xromosomlararası dəyişilmələr, xromosomların yenidən qurulması sayəsində baş verən mutasiya

  3. Xromosom miqdarının dəyişilməsi nəticəsində meydana çıxan mutasiya.

Xromosom və gen mutasiyaları irsi xəstəliklərin yaranmasına səbəb olur.
Yüklə 21,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə