Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə115/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   111   112   113   114   115   116   117   118   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

9)

 



cəmiyyətin əsas təbii özəyi olan ailənin möhkəmləndirilməsi, 

vətəndaşların mənəvi, mədəni inkişafı, keçmiş nəsillərin irsinə və irsin 

varisliyinə xüsusi diqqət göstərilməsi, orijinal milli və tarixi ənənələrin 

qorunması üçün təminatın yaradılması. 

Müasir  dövlətin  sosial  funksiyası  onun  həyata  keçirdiyi  sosial 

siyasətlə müəyyənləşir. Sosial siyasət dövlətin daxili siyasətinin əsas 

istiqamətlərindən  biri  olmaqla  həm  idarəetmə  xarakterli  fəaliyyəti, 

həm də müvafiq istiqamətdə həyata keçirilən fəaliyyət üçün hüquqi 

bazanın  yaradılması  və  təkmilləşdirilməsini  ehtiva  edir.  Dövlətin 

sosial  funksiyasının  həyata  keçirilmə  obyekti  olan  ictimai  həyatın 

sosial sahəsi, həm istehsal sahələrinin bir çox aspektini, yəni iş günü 

müddətinin,  minimum  əmək  haqqının,  əməyin  mühafizəsinin 

müəyyən  olunmasını  və  s.  həm  də  təsərrüfatın  qeyri-istehsal 

sahələrini, yəni təhsili, elmi, səhiyyəni, mədəniyyəti, sosial müdafiəni 

əhatə edir. 

Sosial siyasətin məqsədi cəmiyyət üzvlərinin normal səviyyədə 

yaşaya  bilməsi  üçün  zəruri  olan  tələbatların  tam  təmin  olunması, 

insanların  həyat  səviyyəsinin  yaxşılaşdırılması,  dövlətlə  insan 

arasında  himayəçilik  münasibətləri  yaratmaqla  fərdin  sosial 

ədalətsizlikdən  müdafiə  olunmasını  və  ictimai  həmrəyliyin  təmin 

edilməsidir. Bu siyasətə əsasən, dövlətin sosial funksiyası çoxşaxəli 

fəaliyyət  formasında  reallaşır.  Dövlət,  həm  sosial  münasibətləri 

tənzimləyir,  insanlara  himayəçilik  edir  və  qayğı  göstərir,  həm  də 

onların  şəxsiyyətini  mühafizə  altına  alır.  Beləliklə,  dövlət  cəmiyyət 

üzvlərini insanların təbiətindən və sosial bərabərsizlikdən doğan və 

İnsan  şəxsiyyətinin  müstəqilliyinə  mənfi  təsir  göstərən,  insan 

şəxsiyyətini  alçaldan  hadisələrdən  qorumuş  olur,  cəmiyyət  üzvləri 

arasında  maddi  və  mənəvi  nemətlərin  ədalətli  qaydada 

bölüşdürülməsi  prinsipinin  həyata  keçməsini  təmin  edir.  Bunların 

reallaşması,  məhz,  dövlətin  qayğısı  və  köməyi  ilə  baş  verir.  Sosial 

sahədə  dövlətin  mövqeyini  və  rolunu,  sosial  siyasətin  əhəmiyyətini 

tədqiqatçılarımız  belə  açıqlayırlar:  «Sosial  siyasətin  həyata 

keçirilməsi  çərçivəsində  insanların  zəruri  tələbatlarının  təmin 

olunması  barədə  söhbət  getdikdə  yalnız  cəmiyyət  üzvlərinin  öz 

hesabına deyil, həm də dövlətin 

345 



ilqar Məmmədov 

köməyi ilə ehtiyacı olan hər bir adama qayğı və köməyin göstərilməsi 

nəzərdə tutulur. Sosial siyasət əmək qabiliyyətli vətəndaşların özlərini 

təmin  etməsi  üçün  müvafiq  proseslərin  inkişafı  və  eyni  zamanda 

əmək  qabiliyyətini  artıq  itirmiş  və  cəmiyyətin  və  dövlətin  qayğısına 

ehtiyacı  olanlara  ünvanlı  təminat  üçün  əlverişli  şərait  yaradır. 

Beləliklə, sosial siyasət-dövlətin, siyasi, ictimai və digər institutların, 

yerli  özünüidarəetmə  orqanlarının  cəmiyyətin  həyatının  sosial 

sahəsinin  mütərəqqi  inkişafına,  insanların  həyat  şəraitinin  və  zəruri 

tələbatlarının təmin olunmasına, onlara lazımi sosial qayğı göstərmək 

və müdafiə etməyə istiqamətlənmiş fəaliyyətdir»."' 

Hesab edirik ki, sosial siyasət insanlara sosial qayğı göstərilməsi 

və onların müdafiə olunmasına, həyat şəraitinin və zəruri tələbatların 

təmin  olunmasına,  sosial  sahənin  inkişafı  ilə  yanaşı  həm  də  sosial 

ədalətin, sosial həmrəyliyin və əməkdaşlığın təmin edilməsinə, maddi 

müstəqilliyə  imkan  yaratmaqla  insanı  asılılıqdan  qurtarmağa,  insan 

şəxsiyyətinə  hörmətlə  yanaşma  ənənəsi  əsasında  mövcud  olan 

ictimai mühitin formalaşmasına və inkişaf etdirilməsinə, ən nəhayət, 

insan  azadlığının  faktiki  olaraq  reallaşmasına  yönəlmiş  bir 

fəaliyyətdir. Sosial siyasət sosial hüquqların təmin edilməsinə xidmət 

etməklə  insanların  müstəqil  yaşaya  bilməsinə  imkan  yaradır,  insan 

həyatı  yalnız  zəruri  tələbatların  ödənilməsinə  xərclənmir,  ehtiyac 

içində  yaşamaq  səbəbindən  insanın  başqalarından  asılı  olmasına 

şərait yaradan amillər aradan qalxır və fərd öz azad iradəsini itirmir, 

onun  özünə  və  həyata  inamı  olur.  Bütün  bunlar,  öz  növbəsində, 

insanın  azad  düşüncəli  olmasına,  müstəqil  şəkildə  ictimai  və  siyasi 

aktivlik göstərə bilməsinə, siyasi hüquq və azadlıqların reallaşmasına 

rəvac verir, müvafiq sosial-psixoloji mühit formalaşdırır. 

Bəzən elə hesab edilir ki, sosial problemlərin həll edilməsi yalnız 

gəlirləri indeksləşdirmək, əlillərə, pensiyaçılara, uşaqlı ailələrə və bir 

sıra başqa kateqoriyadan olan insanlara müavi- 

Mehbaliyev Səttar, İsgəndərov Ramiz. 

Əmək bazarı və əhalinin 

sosial müdafiəsi. Bakı, 2002, s. 215. 



346 


Dövlət və hüquq nəzəriyyəsi 

nətlərin  verilməsindən  ibarətdir.  Sosial  müdafiə  obyektləri  dedikdə 

isə,  cəmiyyətin  bütün  üzvləri  deyil,  onların  ayrı-ayrı  kateqoriyaları 

nəzərdə tutulur. Bu mövqe onunla əsaslandırılır ki, bazar iqtisadiyyatı 

şəraitində  əmək  qabiliyyətli  insanların  hər  biri  özünün  və  ailəsinin 

rifahını,  sosial  müdafiəsini  öz  qüvvəsi  və  fəaliyyəti  hesabına  təmin 

etməlidir.  Həmin  mövqe  ilə  razılaşmayan  tədqiqatçılar  isə  bir  çox 

ölkələrin  təcrübəsinə  əsaslanaraq  bildirirlər  ki,  insanların  özlərini 

maddi  cəhətdən  təmin  etməsinin  bu  cür  sistemi  heç  də  öz-özünə 

yaranmır:  bundan  ötrü  cəmiyyətin  bütün  üzvləri  ilə  bağlı  olan 

müəyyən  makroiqtisadi  ilkin  şərait  yaradılmalıdır  və  həmin  ilkin 

şəraitin yaradılması dövlətin iqtisadiyyatı tənzimləməsi funksiyasının 

tərkib hissəsini təşkil edir. Bu halda həmin funksiyanın tətbiq edildiyi 

Ölkələrin-Skandinaviya ölkələrinin. Qərbi Avropanın digər ölkələrinin, 

qismən tətbiq edildiyi ABŞ-ın təcrübəsinə diqqət yetirilir. Göstərilir ki, 

müəyyən  fərqlərin  olmasına  baxmayaraq,  hər  yerdə  çoxşəkilli  «iş 

yerləri bankları» şəbəkəsi qurulur, əhalinin ərazi baxımdan və peşə 

mobilliyinə  stimul  yaradılır,  məşğulluğun  tənzimlənməsi,  kadrların 

hazırlanması  və  təkmilləşdirilməsi  üzrə  dövlət  sistemləri  fəaliyyət 

göstərir,  vergilərin  köməyi  ilə  əhalinin  gəiirlərindəki  diferensiasiya 

qabaqcadan  tənzimlənir,  əhalinin  ümumi  sosial  müdafiə  dərəcəsini 

təmin edən digər vasitələr tətbiq edilir. Hətta bütövlükdə mühafizəkar 

iqtisadi  siyasət  yeridilən  ölkələrdə  də  dövlətin  bu  məqsədlər  üçün 

xeyli vəsait sərf etdiyi bildirilir. Amerika Birləşmiş Ştatlarını buna misal 

çəkirlər. Belə ki, ABŞ-da federal büdçənin təqribən 50 faizi, ştatların 

və  yerli  hakimiyyət  orqanlarının  büdcəsinin  60  faizi  dövlətin  sosial 

xərclərinə sərf edilir. 

Hər  bir  dövlətin  sosial  siyasəti  onun  iqtisadi  potensialından, 

iqtisadiyyatının  inkişaf  səviyyəsindən  asılıdır.  Ölkənin  iqtisadi 

imkanları  və  potensialı  dövlətin  sosial  funksiyasının  maddi  əsasını 

təşkil  edir.  İqtisadi  funksiyanın  səmərəli  şəkildə  həyata  keçirilməsi, 

iqtisadiyyatın  inkişaf  etdirilməsi  güclü  sosial  müdafiə  sisteminin 

yaradılmasına imkan verir, iqtisadi təminat olmadan sosial təminatlar 

proqramı,  sadəcə,  kağız  üzərində  qalır.  Odur  ki,  sosial  təminatlar 

poqramının həyata keçirilməsinin zəruri makroiqtisadi 

347 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə