Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə141/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   137   138   139   140   141   142   143   144   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

İcra  hakimiyyəti  orqanları  icraedici-sərəncamverici  fəaliyyəti 

həyata  keçirir.  Yəni  bu  orqanların  səlahiyyətlərinə  həm  icraedicilik, 

həm  də  sərəncamvericilik  fəaliyyəti  daxildir.  Dövlət  idarəetmə 

orqanlarının  icraedicilik  fəaliyyəti  qanunlardan  və  digər  normativ 

hüquqi  aktlardan  irəli  gələn  tələblərin  bilavasitə  icrasında  ifadə 

olunur.  İctimai  həyatın  bütün  sahələri  üzrə  dövlət  idarəetməsinin 

təşkili  və  tətbiqi  məhz  icra  hakimiyyəti  orqanları  vasitəsilə  həyata 

keçirilir.  Bu  orqanların  üzərinə  cəmiyyətin  və  dövlətin  müxtəlif 

sahələrinin  idarə  olunması,  bu  sahələr  üzrə  münasibətlərin  hüquqi 

tənzimlənməsi kimi mühüm vəzifələr düşür. Həmin məsələlər birbaşa 

qanunlar  vasitəsilə  tənzimlənir.  İcra  hakimiyyəti  orqanlarının 

fəaliyyəti,  o  cümlədən,  onlar  tərəfindən  qəbul  olunan  hüquqi  aktlar 

konstitusiyaya, qanunlara uyğun olmalıdır. 

Dövlət  idarəetmə  orqanlarının  sərəncamvericilik  fəaliyyəti  isə 

onda  ifadə  olunur  ki,  həmin  orqanlar  dövlət  idarəetməsini 

sərəncamlar verməklə və özləri qəbul etdiyi aktlar vasitəsilə həyata 

keçirir.  Yəni  onlar  həm  hüquqi  aktlar  qəbul  etmək,  həm  də 

sərəncamlar  verməklə  cari  məsələləri  həll  edir,  hüquq  normalarını 

tətbiq  edir,  həm  də  ümumi,  tipik  hallarda  dəfələrlə  tətbiq  olunması 

nəzərdə tutulan normativ aktlar (qanun qüvvəli aktlar) qəbul edərək 

onların  icrasını  təmin  edirlər.  Qanunvericilik  orqanlarından  fərqli 

olaraq  icra  hakimiyyəti  orqanları  hüquqi  aktların  tətbiqində 

məcburetmə tədbirlərindən də istifadə edirlər. 

Elmi  ədəbiyyatda  icra  hakimiyyəti  orqanlarına  həm  də  İnzibatı 

hakimiyyət orqanları deyilir. 

İcra  hakimiyyəti  orqanları  dövlət  ərazisinin  hər  yerində,  bütün 

cəmiyyəti  əhatə  etməklə  fasiləsiz  olaraq  dövlət  idarəçiliyini  həyata 

keçirdiyinə görə, icra hakimiyyəti universal xarakterə malikdir və bu 

əlamət  onun  vacib  əlaməti  hesab  olunur.  İcra  hakimiyyətinin  digər 

mühüm  əlaməti  isə  onun  maddi  xarakter  daşımasıdır.  Yəni  bu 

hakimiyyətin  ixtiyarında  dövlət  idarəetməsini  reallaşdıran  nəhəng 

aparat  və  həmin  aparata  daxil  olan  böyük  məmur  kütləsi,  hüquqi, 

iqtisadi, texniki, təşkilati və s. vasitələr cəmləşir, sərəncamında silahlı 

qüvvələr, polis, digər məcburetmə orqanları durur. 

423 



ilqar Məmmədov 

İcra  hakimiyyəti  orqanlarının  mühüm  bir  xüsusiyyəti  də  həmin 

orqanlar sisteminin iyerarxikliyidir. Bu sistem daxilində hər bir dövlət 

qulluqçusu, vəzifəli şəxs, orqan iyerarxiyanın yuxarı pilləsində özünə 

yer  almış  subyektə  tabedir,  qanunlarla  bərabər  həmin  subyektlərin 

qərarlarını, sərəncamlarını, əmrlərini yerinə yetirməlidir. 

Bir qism ölkələrdə bu iyerarxiyanın başında dövlət başçısı olan 

prezident, bəzi ölkələrdə isə hökumətin başçısı, yəni baş nazir durur. 

Elə  ölkələr  var  ki,  onlarda  (misal  üçün,  Fransada)  «ikibaşlı»  icra 

hakimiyyəti mövcuddur. Yəni ali icra hakimiyyəti həm prezident, həm 

də  hökumət  tərəfindən  həyata  keçirilir.  Bəzi  ölkələrdə  isə,  ali  icra 

hakimiyyəti monarxa məxsusdur. Ərəb ölkələrindən bəzilərini buna 

misal göstərə bilərik. 

Dövlət başçısı. Dövlət orqanları sistemində elə bir orqan və ya ali 

vəzifə  var  ki,  o  dövləti  xaricdə  və  daxildə  təmsil  edir,  dövlətin 

bütövlüyünü,  xalqın  birliyini  simvolizə  edir.  Həmin  orqan  (və  ya  ali 

vəzifəli şəxs) dövlət başçısıdır. 

Ümumiyyətlə,  müasir  dövrdə  dövlət  başçısı  institutu  icra 

hakimiyyətinə  daha  yaxındır.  Hakimiyyətlərin  bölünməsi  prinsipinin 

həyata  keçirilməsinin  ilk  dövrlərindən  icra  hakimiyyətinə  rəhbərlik 

etmək dövlət başçısının səlahiyyətinə aid edilmişdir. Hal- hazırda bir 

çox  dövlətlərdə  ali  icra  hakimiyyəti  bilavasitə  dövlət  başçısına 

məxsusdur. Bir sıra ölkələrin konstitusiyasına görə isə, dövlət başçısı 

heç  bir  hakimiyyətə  daxil  deyil.  Bəzi  ölkələrdə  bu  institut  həm 

qanunverici, həm də icra hakimiyyətinə daxildir. 

Dövlət  başçısı  institutunun  müasir  dövrdə  mövcud  olan  əsas 

formaları aşağıdakılardır; 

1)

 



öz  vəzifəsini  varislik  yolu  ilə  əldə  etmiş  monarx  (Böyük 

Britaniya, İspaniya, Yaponiya, Belçika və s.); 

2)

 

hakim  sülalə  tərəfindən müəyyənləşən  monarx  (misal  üçün. 



Səudiyyə Ərəbistanı); 

3)

 



federasiya  subyektlərinin  monarxlarının  öz  sıralarından 

seçdiyi federativ dövlətin monarxı (misal üçün, Malayziya, Birləşmiş 

Ərəb Əmirlikləri); 

424 



Dövlət və hüquq nəzəriyyəsi 

4)

 



xalq, parlament və ya xüsusi olaraq müəyyənləşmiş kollegiya 

tərəfindən  müəyyən  müddətə  seçilən  prezident  (ABŞ,  AFR,  İtaliya, 

Rusiya Federasiyası, Hindistan, Azərbaycan Respublikası və s.); 

5)

 



parlament  tərəfindən  müəyyən  müddətə  seçilən  kollegial 

orqan (məsələn, Kubada belə orqan Dövlət Şurasıdır); 

6)

 

Britaniya  dominionu  statusuna  malik  olan  dövlətlərdə 



Britaniya  monarxının  nümayəndəsi  (məsələn,  Kanada,  Avstraliya, 

Yeni Zelandiya və s.): 

7)

 

hakimiyyəti  inhisara  almış  ömürlük  prezident  (Misal  üçün, 



Türkmənistan, Belarusiya və yaxud bu yaxınlara kimi İraq). 

Dövlətin  idarəetmə  formasından,  siyasi  rejimdən,  siyasi 

münasibətlər sistemindən asılı olaraq dövlət başçısının konstitusion 

səlahiyyətləri  nomianal  və  yaxud  real  ola  bilər.  Həmçinin  həmin 

amillərdən  asılı  olaraq  real  və  nominal  səlahiyyətlər  müxtəlif  cür 

uzlaşdırılır. 

Parlamentli  monarxiyalarda  və  parlamentli  respublikalarda 

dövlət  başçısının  səlahiyyətləri  xeyli  məhduddur.  Məsələn, 

Almaniyada  prezidentə  verilmiş  səlahiyyətlər  İspaniya  kralının 

səlahiyyətlərindən  də  azdır,  italiyanın  prezidenti  kimi,  bu  ölkənin 

prezidenti də yalnız dövlət başçısı statusuna malikdir və hakimiyyət 

qollarından  heç  birinə  daxil  deyil.  Yaponiyada,  Böyük  Britaniyada, 

digər parlamentli monarxiyalarda dövlət başçısı statusuna malik olan 

monarx  dövlət  mexanizmində  dövlət  bütövlüyünü,  dövlətçilik 

ənənələrinin qırılmazlığını, xalqın birliyini simvo- lizə edən ali vəzifəli 

şəxs kimi özünə yer alır. Bu ölkələrdə mo- narxın dövlət əhəmiyyətli 

bütün  fəaliyyəti  hökumətlə  razılaşdırılır.  Yəni  onun  fəaliyyəti 

hökumətin  nəzarətindədir.  Onun  fəaliyyətinə  görə  məsuliyyət  də 

hökumətin üzərinə düşür. 

Parlamentli  monarxiyalarda  və  parlamentli  respublikalarda  icra 

hakimiyyəti qanunverici hakimiyyətin nəzarəti altındadır. 

Prezidentli  respublikalarda  isə  ali  vəzifəli  şəxs  olan  prezident 

həm dövlət başçısıdır, həm də icra hakimiyyəti ona məxsusdur. Bu 

növ idarəetmə formasına malik olan dövlətlərdə hökuməti prezident 

özü  təşkil  edir  və  hökumət  də  onun  qarşısında  cavabdehdir. 

Prezident icra hakimiyyətini formalaşdırmaqla bərabər. 



425 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə