Dövlət və hüquq nəzəriyyəsi
-cəmiyyətin müxtəlif təbəqələrinə, sosial qruplarına aid
maraqların təmsilçiliyini həyata keçirir və yüksək səviyyədə onları
müdafiə edir, onların təmin olunmasına şərait yaradır;
-
öz fəaliyyəti ilə siyasi-hüquqi düşüncənin və mədəniyyətin
inkişafına təsir göstərir;
-
dövlət büdcəsini formalaşdırır, bütövlükdə maliyyə siyasətini
müəyyənləşdirir;
-
dövlət siyasətinin əsaslarının formalaşdırılmasında yaxından
iştirak edir;
-
hökuməti, məhkəmə orqanlarını formalaşdırır, bir sıra mühüm
vəzifələr üzrə təyinetmə və təsdiqetmə işini həyata keçirir;
-
hökumətin, vəzifəli şəxslərin siyasi məsuliyyət məsələsini həll
edir (hökumətin parlament qarşısında hesabat verməsi, siyasi
qiymətvermə, impiçment və s. üsullarla);
-
bir sıra sahələrlə bağlı ali icra orqanının fəaliyyətinə nəzarət
edir;
-
ədalət mühakiməsi ilə bağlı müəyyən səlahiyyətləri həyata
keçirir (misal üçün, amnistiya aktı qəbul edir, impiçment məsələsini
mahiyyəti üzrə həll edir, hətta Böyük Britaniyada parlamentin yuxarı
palatası həm də ali instansiya məhkəməsi kimi fəaliyyət göstərir).
Hökumətin formalaşdırılmasında parlamentin iştirakı, hökumət
başçısının müəyyənləşdirilməsində bu orqanın rolu dövlət idarəetmə
formasından çox asılıdır. Belə ki, parlamentli respublikalarda və
parlamentli monarxiyalarda hökumət birbaşa parlament tərəfindən
formalaşır və hökumət parlament qarşısında məsuliyyət daşıyır, ona
hesabat verir. Prezidentli respublikalarda isə hökumət başçısını (əgər
belə bir vəzifə varsa) parlamentin razılığını almaqla prezidentin özü
təyin edir, hökumətin tərkibini də o özü müəyyənləşdirir. Prezidentin
yaratdığı hökumət ona tabe olmaqla, həm də hesabat verir və bu
orqan qarşısında məsuliyyət daşıyır.
Ümumiyyətlə isə, parlamentin əsas təyinatı qanunvericilik
fəaliyyətini həyata keçirməkdən ibarətdir. Bu orqanın qanunvericilik
fəaliyyəti dəqiq şəkildə tənzimlənən qanunvericilik prosesi
417
ilqar Məmmədov
kimi özünü göstərir. Həmin proses normativ hüquqi aktların
layihəsinin hazırlanaraq müzakirəyə verilməsi, həmin layihələrin
parlamentdə müzakirə olunması və qanunun qəbul edilməsini ifadə
edir. Qanun layihələrini parlamentə qanunvericilik təşəbbüsü
hüququna malik olan subyektlər təqdim edə bilər. Parlamentin qəbul
etdiyi qanunlar avtomatik olaraq qüvvəyə minmir. Belə ki, qəbul
olunmuş qanun dövlət başçısı tərəfindən sanksi- yalaşdırılmalı və
promulqasiya olunmalıdır. Yəni qanun dövlət başçısı tərəfindən
imzalanaraq dərc edilməli və onun həyata keçirilməsi üçün müvafiq
tədbirlərin görülməsinə dair müvafiq akt qəbul edilməlidir. Əgər
qanunun özündə başqa tarix nəzərdə tutulmazsa dərc olunduğu
gündən qüvvəyə minir. Demokratik ölkələrdə mövcud qaydaya
əsasən, dövlət orqanlarına ünvanlanmış və insan və vətəndaş hüquq
və azadlıqlarına toxunmayan qanunlar dərc olunduğu gündən
qüvvəyə minə bilər. Digər qanunların dərc olunduqdan sonra
qüvvəyə minməsi üçün müəyyən müddət ayrılır. Bunun mahiyyəti
vətəndaşların və digər şəxslərin qanunla tanışlığına imkan
yaradılması ilə bağlıdır.
ikipalatalı parlamentdə aşağı palatanın qəbul etdiyi normativ
hüquqi akt yuxarı palatanın müzakirəsinə göndərilir və yuxarı palata
tərəfindən də səsverməyə çıxarılır. Parlamentin yuxarı palatası güclü
olduqda qanun layihəsi bu palatada da eyni proseduradan keçərək
qəbul olunmalıdır. Yuxan palata zəif olduqda isə aşağı palata ilə
müqayisədə həmin prosedura daha sadə olur.
Qanunvericilik təşəbbüsü hüququna malik olan subyektlərin
dairəsi ölkələr üzrə dəyişikdir və əksər hallarda qanunvericilik
təşəbbüsünə malik olan subyektlər birbaşa konstitusiyada göstərilir.
Dövlətlərin bir çoxunda həmin dairə parlamentariləri və hökuməti
əhatə edir. ABŞ-da bu hüquq yalnız parlamentarilərə verilmişdir.
Hətta prezidentin də qanunvericilik təşəbbüsü hüququ yoxdur. Büdcə
layihəsinin təqdim olunması istisna təşkil edir. Lakin bu, əslində,
xüsusi bir aktın layihəsidir. Azərbaycan Respublikasında isə
qanunvericilik təşəbbüsü hüququna malik olan subyektlərin dairəsi
hər üç hakimiyyəti əhatələyir. Yəni Azərbaycan Respublikasında Milli
Məclisin deputatları və Nax
418
Dövlət və hüquq nəzəriyyəsi
çıvan Muxtar Respublikasının Ali Məclisi ilə yanaşı prezident və Ali
Məhkəmə də qanunvericilik təşəbbüsü hüququna malikdir.
Səlahiyyətlərin həcminə görə parlamentlər əsasən üç qrupa
bölünür:
1)
Qeyri-məhdud səlahiyyətli parlamentlər.
2)
Nisbi-məhdud səlahiyyətli parlamentlər.
3)
Məhdud məsuliyyətli parlamentlər.
Bunlardan əlavə, məşvərətçi qurum kimi fəaliyyət göstərən
parlamentlər də mövcuddur ki, elmi ədəbiyyatda onlar məşvərətçi
parlamentlər qrupuna aid edilir.
Qeyri-məhdud səlahiyyətli parlament ingilis-sakson hüquq
ailəsinə daxil olan ölkələrin çoxunda (Böyük Britaniya, ABŞ və s.)
mövcuddur. Bu növ parlament digər hakimiyyət orqanlarına aid
olmayan bütün məsələləri həll edir və onun səlahiyyətləri qismən
qanunvericiliklə dəqiqləşdirilir. Parlamentə istənilən məsələ üzrə
qərar qəbul etmək səlahiyyətinin verilməsi parlamentin aliliyi
konsepsiyasından irəli gəlir. Lakin bu prinsipin özünə də müəyyən
məhdudiyyətlər qoyulur. Misal üçün, ABŞ-da konstitusiya nəzarəti
orqanı olan Ali Məhkəmənin parlamentin qəbul etdiyi qanunun
konstitusiyaya
uyğun
olub-olmamasını
müəyyənləşdirmək
səlahiyyəti var. Bir sıra başqa ölkələrdə də konstitusiya nəzarəti
orqanı tərəfindən qanunların konstitusiyaya zidd elan edilməsi
parlamentin aliliyi prinsipinə müəyyən məhdudiyyət yaradır.
Ali nümayəndəli orqanın, yəni qanunverici orqanın qeyri-
məhdud səlahiyyətli orqan kimi tanınması konsepsiyası SSRİ-də və
digər sosialist dövlətlərində də qəbul edilmişdir.
Nisbi-məhdud
səlahiyyətli
parlamentlərin
səlahiyyətləri
qanunvericilikdə dəqiq müəyyənləşdirilir. Lakin bununla yanaşı, onun
səlahiyyətlərinin artırılması mexanizmi də mövcud olur. Z.Əsgərov
Azərbaycan Respublikası Milli Məclisini nisbi-məhdud səlahiyyətli
parlamentə misal göstərir. Qnun yazdığı kimi, Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrinin sonuncu
hissəsində Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi
ümumi qaydaların və həll etdiyi məsə
419
Dostları ilə paylaş: |