ilqar Məmmədov
Dövlət ideologiyasına görə, Kommunist partiyasının rəhbər
göstərişləri vahid dövlət aparatı sisteminin bütün hissələrinin
fəaliyyətinin əsasını təşkil edirdi. Həmçinin bildirilirdi ki, Sov. İKP
nəinki dövlət aparatı orqanlarının fəaliyyətinin baş xəttini hazırlayır,
habelə müəyyənləşdirilmiş perspektivlərin həyata keçirilməsi və bu
sahədəki vəzifələrin vaxtlı-vaxtında və dəqiq yerinə yetirilməsinə
nəzarət edir.''
Beləliklə, bizə aydın olur ki, həm avtoritar konsepsiyadan çıxış
edərək hakimiyyətlərin bölünməsi prinsipini qəti şəkildə rədd edən,
əsas prinsiplərdən biri kimi demokratik mərkəziyyət prinsipinə
əsaslanan «Sovetlər sistemi»nin yaradılması, həm də Sov. İKP
dövlət aparatına rəhbərliyin həyata keçirilməsi SSRİ-də dövlət
hakimiyyətinin radikal şəkildə mərkəzləşdirilməsinə və hakimiyyətin
müəyyən bir qrup tərəfindən inhisara alınmasına səbəb olmuşdur.
Belə bir sistem digər sosialist dövlətlərində-Çində, Şimali
Koreyada, Şərqi Avropa dövlətlərində də yaradılmışdır.
«Xalq hakimiyyətinin» diktaturanın mənbəyinə çevrildiyi
dövlətlərdən biri də Faşist Almaniyasıdır.
Hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq dövlət
mexanizminin təşkili və onun tərkib hissələri arasında qarşılıqlı
əlaqələrin qurulması isə demokratik hüquqi dövlətlər üçün
xarakterikdir. Bu prinsip əsasında qurulan dövlət mexanizminin ən
vacib tərkib hissələri qanunverici hakimiyyət orqanları sistemindən,
dövlət idarəetmə orqanları (icra hakimiyyəti orqanları) sistemindən,
məhkəmə orqanları sistemindən və nəzarət orqanları sistemindən
ibarətdir.
XVII əsrdə İngiltərədə formalaşan hakimiyyətlərin bölünməsi
konsepsiyasının daha sonrakı inkişafı Fransa maarifçiliyi ilə bağlı
olmuşdur. XVIII əsrdə hakimiyyətlərin bölünməsi konsepsiyasının
inkişaf etməsi, ilk növbədə, Ş.L.Monteskyenin yaradıcılığı ilə bağlıdır.
Ş.L.Monteskye insan və dövlət barəsində olan teoloji təsəvvürləri
kənara qoyaraq əsas diqqəti dövlət hakimiyyətinin rasional şəkildə
təşkil olunması, bu cür təşkil edilən hakimiyyətin
Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S.200.
408
Dövlat və hüquq nəzəriyyəsi
azadlığın təminatçısı kimi çıxış etməsi məsələsinə yönəltmişdir. Onun
fikrincə, hakimiyyətin rasional şəkildə təşkil olunması və azadlığın
təminatçısı kimi çıxış etməsi hakimiyyət səlahiyyətlərinin müxtəlif
orqanlar arasında bölünməsini ehtiva edir.
XVIII-XIX əsrlərdə hakimiyyətlərin bölünməsi konsepsiyasının
əsas ideyaları Amerikada ciddi şəkildə müzakirə edilmiş, A.Hamilton,
C.Medison, C.Cey və başqaları bu nəzəriyyənin daha da inkişaf
etdirilməsində xeyli iş görmüşlər. Şimali Amerikada ingilis
müstəmləkələrənin azad olmaq uğrunda apardıqları mübarizənin
gedişində və ABŞ yarandıqdan sonra hakimiyyətlərin bölünməsi
konsepsiyası ən çox diqqət mərkəzində saxlanılan konsepsiyalardan
biri olmuş və adlarını çəkdiyimiz şəxslər də daxil olmaqla bir sıra
mütəfəkkirlər, siyasətçilər tərəfindən məqalələr seriyasını təşkil edən
«Federalist»də onun tətbiqi ilə bağlı ciddi polemikalar aparılmışdır.
Həmin polemikalar dövlət mexanizminin formalaşması və
təkmilləşdirilməsi məsələləri ilə bağlı olduğundan Amerika
ictimaiyyəti üçün həm nəzəri, həm də praktiki yöndən mühüm
əhəmiyyət kəsb etmişdir.
Hakimiyyətlərin bölünməsi konsepsiyası müasir dövrün
siyasi-hüquqi nəzəriyyəsində də özünə çox mühüm yer tutur. Bu
konsepsiyanın elmdə özünə belə bir yer tutması, artıq Qərbdə bir
ənənə kimi qəbul edilir. Postsovet respublikalarında, o cümlədən,
Azərbaycan Respublikasında da ona maraq getdikcə artmaqdadır.
Bunun bir neçə səbəbi var. M.N.Marçenkonun açıqlamasına əsasən
deyə bilərik ki, həmin səbəblərdən biri hakimiyyətlərin bölünməsi
nəzəriyyəsinin praktiki əhəmiyyətə malik olması və real
münasibətlərdə təcəssüm olunması ilə bağlıdır, ikinci səbəb, onun
əsas müddəalarının və tələblərinin həyata uyğun olmasından,
cəmiyyətin, insanların maraqları İlə uzlaşmasından irəli gələn
səbəbdir. Üçüncüsü isə, hakimiyyətin inhisara alınmasının qarşısını
almaq baxımından perspektivli nəzəriyyə kimi çıxış etməsi ilə
bağlıdır.''
' Разделение властей. Ответственный редактор -
проф.
Марченко
М.Н.
М., 2004,
S.
3.
409
ilqar Məmmədov
Hakimiyyətlərin bölünməsi nəzəriyyəsinin baniləri olan C.Lokk
və Ş.L.Monteskyedən başlayaraq müasir dövrdə bu məsələ ilə
məşğul olan ekspertlərin formalaşdırdıqları universal və konkret
müddəalar əsasında hakimiyyətlərin bölünməsi konsepsiyası
haqqında ümumi təsəvvür yaratmaq mümkündür. Hakimiyyətlərin
bölünməsi nəzəriyyəsinin əsasını təşkil edən həmin müddəalara
görə, demokratik dövlətdə qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri vahid dövlət mexanizmi vasitəsilə bir- birinə bağlı
olmaqla bərabər, həm də nisbi müstəqildirlər. Qanunvericilik, icra və
məhkəmə funksiyalarını həyata keçirən ali orqanlar arasında
müəyyən hakimiyyət balansı olur. Hər üç hakimiyyət, bir qayda
olaraq, daim hüquqi əsasda fəaliyyət göstərir.
Onu da əlavə etmək lazımdır ki, bu konsepsiyanın bu və ya digər
ölkədə realizə olunması və tətbiq olunması prosesinə təsir edən
amillərin sayı çoxdur. Həmin amillərin ən mühüm olanları
aşağıdakılardır.
1.
Dövlətin idarəetmə forması. Bu baxımdan prezidentli
respublika hakimiyyətlərin bölünməsinə daha çox imkan yaradır.
Məsələn
ABŞ-da
hakimiyyət
mexanizmi
hakimiyyətlərin
bölünməsinə daha çox meyllidir, nəinki, konstitusiyalı monarxiya
idarəetmə formasına malik olan Böyük Britaniya və yaxud Belçika.
2.
Dövlət quruluşu forması. Unitar dövlətdən fərqli olaraq,
federativ dövlətdə hakimiyyətlərin «üfüqi» bölünməsi (mərkəzi
orqanlar arasında) ilə yanaşı «şaquli» bölünməsi (Mərkəzlə
federasiya subyektləri arasında) də özünə yer alır.
3.
Siyasi rejim. Bir qayda olaraq demokratik rejimlər
hakimiyyətlərin bölünməsi prinsipinin reallaşmasına meylli olur.
Avtoritar və totalitar rejimlər isə formal olaraq bu prinsipi qəbul
etsələr də, əslində,
0
həyata keçirilmir.
4.
Hər bir ölkənin özünün tarixi, milli və siyasi ənənələri də
hakimiyyətlərin bölünməsi prinsipinin reallaşmasına neqativ və ya
pozitiv yöndən təsir göstərir. Məsələn, ənənəvi cəmiyyətlərdə
paternalist xarakterli münasibətlər, patriarxal-təbəəçi şüur forması
cəmiyyəti hakimiyyətin bir əldə və ya bir orqanda cəmləş- məsinə
meylli edir.
410
Dostları ilə paylaş: |