Dövlət və hüquq nəzəriyyəsi
Bəzən hüquq ədəbiyyatında dövlət qulluqçusu və dövlət
idarəetməsinin personalı anlayışları bir-birinə çox yaxın mənada
işlədilir. Ayrı-ayrı tədqiqatçılar tərəfindən dövlət idarəetməsi
personalının bir neçə təsnifatı yaradılmışdır. Məsələn, inzibati-hüqu-
qi kriteriya əsasında aparılan təsnifləşdirməyə görə, həmin per- sonal
hakimiyyət nümayəndələrinə, vəzifəli şəxslərə və texniki icraçılara
bölünür. Funksional kriteriya əsas götürüldükdə isə rəhbərlər,
mütəxəssislər və texniki icraçılar kateqoriyası üzrə bölgü aparılır. Bir
sıra alimlər, eləcə də, Q.V.Atamançuk belə hesab edir ki, dövlət
qulluğunda çalışan şəxslərin, yəni dövlət idarəetməsi personalının iki
kateqoriyaya; vəzifəli şəxslərə və xidmət işlərini icra edən işçilərə
bölünməsi daha düzgündür.
Göstərilən bu təsnifatlar təbii ki, elmi təsnifatlardır və onlar
qanunvericilikdəki təsnifatla eyni deyildir.
Nəzəriyyədə dövlət qulluqçularından danışarkən vəzifəli şəxs
anlayışına da xüsusi diqqət verilir. Bu anlayış dövlət qulluğu institutu
üçün də xüsusi əhəmiyyət kəsb edir. Dövlət qulluğunda çalışan
vəzifəli şəxs hakimiyyət nümayəndəsinin funksiyalarını icra etməklə
xüsusi səlahiyyətiər əsasında bilavasitə təşkilati-sərəncamverici və
ya inzibati-təsərrüfat işlərini həyata keçirir. Vəzifəli şəxslər digər
döviət qulluqçuları ilə müqayisədə daha geniş hüquqlara malik
olmaqla bu və ya digər orqanın adından da fəaliyyət göstərə bilirlər.
Eyni zamanda, qanunveri- ciiik onlara qarşı daha tələbkardır. Vəzifəli
şəxsiərdən öz vəzifələrinin icrasında daha dəqiq olmaq tələb olunur
və vəzifə səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq
onların üzərinə daha çox məsuliyyət düşür.
Dövlət qulluğuna girmənin və dövlət qulluğu vəzifələrinin
tutulmasının bir neçə qaydası var. Onlara müvafiq orqanın rəhbəri
tərəfindən dövlət qulluğu vəzifəsinə təyin olunma, müsabiqə və
qulluqda yüksəliş aiddir. Müsabiqənin özü test imtahanından və
söhbətdən ibarət olur. Qulluqda yüksəliş qaydası tətbiq olunarkən
dövlət qulluqçularının attestasiyadan keçirilməsindən də istifadə
edilir.
399
ilqar Məmmədov
Dövlət qulluğu vəzifəsi tutan şəxslər üçün təminatlar verilməklə
bərabər, onların fəaliyyətinə məhdudiyyətlər də qoyulur. Dövlət
qulluqçuları üçün təminatlara onlara layiqli həyat səviyyəsini təmin
edən dövlət məvacibi və digər ödənişlərin verilməsi, lazımi qulluq
şəraitinin yaradılması, haqqı ödənilən məzuniyyətin verilməsi,
pensiya təminatının verilməsi və dövlət sosial sığortasının aparılması,
icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti
nəqliyyatın və ya müvafiq kompensasiyanın verilməsi, vəzifə
öhdəliklərinin icrası ilə əlaqədar törədilən zorakılıqdan, hədələrdən
və təhqirlərdən onun və ailə üzvlərinin müdafiə olunması və s. aiddir.
Dövlət qulluğu vəzifəsi tutan şəxslər üçün dövlət qulluğu ilə əlaqədar
yaradılan məhdudiyyətlər onunla ifadə olunur ki, həmin şəxslərə
müəyyən fəaliyyət növləri ilə məşğul olmaq və ya müəyyən
hərəkətləri etmək ixtiyarı verilmir. Misal üçün, Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən, elmi və yaradıcılıq
fəaliyyəti istisna olmaqla dövlət qulluqçusunun dövlət orqanlarında
əlavə ödənişli vəzifə tutmağa, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi
olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa,
dövlət orqanının və ya yerli özünüidarəetmə orqanının işləri üzrə
üçüncü şəxslərin vəkili olmağa, istefaya getdikdən, işdən və ya
pensiyaya
çıxdıqdan
sonra
Azərbaycan
Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq
fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən
digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin
xeyrinə istifadə etməyə, dövlət orqanının rəhbərinə bildirmədən xarici
ölkənin vəsaiti hesabına oraya getməyə, qulluq vəzifələrini icra etdiyi
dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə, tətillərdə və
dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə, dini
təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə
və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin
keçirilməsinə rəsmi xarakter verməyə ixtiyarı yoxdur.
Dövlət qulluqçularının dövlətin məqsəd və vəzifələrinin,
funksiyalarının
həyata
keçirilməsi
sahəsində
öz
vəzifə
səlahiyyətlərini yerinə yetirməsi dövlət qulluğu institutunu meydana
gətirir.
400
Dövlət və hüquq nəzəriyyəsi
Dövlət qulluğunun institutlaşması cəmiyyətdəki siyasi, iqtisadi,
sosial-mədəni münasibətləri və sosial idarəetmənin təşkili qaydasını
əks etdirir və bu institutun spesifik məzmunu cəmiyyətin dərin,
dayanıqlı xüsusiyyətləri, onun siyasi inkişafı, ənənələri ilə
müəyyənləşir. Sosial planda dövlət qulluğu institutu özündə cəmiyyət
və dövlət, dövlət aparatı və ictimai strukturlar, dövlət qulluqçusu və
vətəndaş münasibətlərini ifadə edir.
Q.V.Atamançuk yazır ki, dövlət qulluğunun əsas tərəfini dövlətlə
cəmiyyət, dövlət orqanları ilə onların idarə etdiyi və təsir göstərdiyi
obyektlər arasındakı hakimiyyət-idarəetmə münasibətləri təşkil edir.
Həmin münasibətlərə əsasən, «dövlət-dövlət orqanları sistemi-dövlət
orqanı-dövlət qulluğu vəzifəsi-dövlət qulluqçusu-cəmiyyət-dövlət»
elementlərinin sistemində dövlət qulluğu vəzifəsini, dövlət
qulluqçusunu və vətəndaşı əlaqələndirir, onları bir-birinə bağlayır.
Əksər demokratik dövlətlərdə dövlət qullgğu məhz bu kontekstdə
başa düşülür və inkişaf edir».''
Dövlət qulluğunun sosial-hüquqi əsasları ictimai inkişafın dövlət
tərəfindən müəyyənləşdirilən istiqamətlərini, prioritetlərini, onlara
müvafiq məqsədləri, həmçinin dövlət qulluğunun təşkilinin normativ
qaydada müəyyənləşən prinsiplərini formalaşdırır. Burada sosial
əsas kimi, ilk növbədə, cəmiyyətin dəyərləri və prioritetləri, insan və
vətəndaş hüquq və azadlıqları və s. çıxış edir, hüquqi əsası isə hüquq
normalarından irəli gəlir. Cəmiyyətlə və hüquqla özünəməxsus
şəkildə qarşılıqlı əlaqəsi olan dövlət hakimiyyətinin özü də dövlət
qulluğunun sosial-hüquqi əsasına xüsusi təsir göstərir.
Beləliklə, dövlət mexanizminin göstərilən üç əsas elementi:
dövlət orqanları, dövlət müəssisələri və dövlət qulluqçusu (bu
element həm də müəyyən mənada dövlət qulluğu institutunun
elementi kimi çıxış edir) bir-birilə tamamlayıcı əlaqəyə malik olmaqla
dövlət mexanizminin işləkliyini, sistemli və məqsədyönlü fəaliyyətini,
ümumiyyətlə, mövcudluğunu təmin edir. Bu zaman
'Атаманчук
S.364.
Г.В. Теория государственного управления.
401
Dostları ilə paylaş: |