Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə134/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   130   131   132   133   134   135   136   137   ...   205

ilqar Məmmədov 

«dövlət qulluqçusu» həm geniş, həm də dar mənada başa düşülən 

element kimi çıxış edir və iki tərkib hissəyə ayrılır. Geniş mənada bu 

element bütün dövlət mexanizmində - həm dövlət orqanlarında, həm 

də  dövlət  müəssisələrində  çalışan  qulluqçuları  əhatələyir.  Dar 

mənada  isə  dövlət  orqanlarında  dövlət  qulluğu  vəzifəsini  tutan 

şəxslərlə məhdudlaşır. 

§ 2. DÖVLƏT MEXANİZMİNİN STRUKTURU 

Hüquq  ədəbiyyatında  dövlət  mexanizminin  strukturu  həmin 

mexanizmin  daxili  quruluşu,  onu  təşkil  edən  tərkib  hissələrin 

yerləşmə qaydası və onlar arasındakı əlaqələr kimi izah edilir. Bu cür 

yanaşmanı  əsas  götürərək  deyə  bilərik  ki,  dövlət  mexanizmi 

mürəkkəb  bir  sistem  olmaqla  həm  dövlət  orqanları,  həm  də  onlar 

arasındakı  əlaqələri,  münasibətləri  əhatə  edir.  Dövlət  orqanları 

arasındakı  əlaqələr  isə  müxtəlifdir,  çoxçeşidlidir.  Bütün  bu  konkret 

əlaqələr  müvafiq  sahələrə  uyğun  olaraq  dövlət  hüququ,  inzibati 

hüquq,  maliyyə  hüququ  və  s.  sahəvi  hüquq  elmləri  tərəfindən 

öyrənilir, onlardan irəli gələn spesifik cəhətlərin təhlili aparılır. Dövlət 

və  hüquq  nəzəriyyəsi  isə  həmin  hüquq  elmlərindən  fərqli  olaraq, 

bütün  dövlət  orqanlarını,  digər  dövlət  qurumlarını  məqsədyönlü  və 

nizamlı  şəkildə  fəaliyyət  göstərən  vahid  mexanizmdə  birləşdirən 

əsas struktur əlaqələri öyrənir. Dövlət və hüquq nəzəriyyəsi ayrı-ayrı 

hüquq elmlərinin verdiyi bilikləri ümumiləşdirir, dövlət mexanizminin 

tərkib hissələrini, həmin tərkib hissələri arasındakı subordinasiyanın 

və  koordinasiyanın  necə  qurulduğunu,  həmçinin  bu  mexanizmin 

təşkil olunma və fəaliyyət prinsiplərinin təhlilini aparır. Beləliklə, vahid 

və  bütöv  bir  sistemdə  birləşən,  onun  tərkibində  özünə  yer  alan 

müxtəlif  xüsusi  sistemlər  müəyyənləşir,  həmin  xüsusi  sistemlərin 

bir-birindən  fərqlənən  fəaliyyəti  və  eyni  zamanda,  onların  bir-birini 

tamamlamasının mahiyyəti açıqlanır. 

Alimlər  dövlət  mexanizminin  strukturunu  tədqiq  edərkən  yalnız 

müasir dövlətlərlə məhdudlaşmırlar. Tarixilik kontekstindən 



402 


Dövlət və hüquq nəzəriyyəsi 

və  müqayisəli  yanaşmadan  çıxış  etməklə  ayrı-ayrı  tarixi  dövrlərin, 

sivilizasiyaların,  cəmiyyətlərin  özünəməxsus  cəhətləri  və  həmin 

özünəməxsusluqların  dövlət  mexanizminin  strukturuna  təsiri 

məsələləri də nəzərə alınır. Bununla da, dövlət mexanizminin tərkib 

hissələrinin,  elementlərinin  əlaqələnməsinin  bir  neçə  üsul  və  ya 

qaydası bir-birindən fərqləndirilir. 

Dövlət  mexanizminin  tərkib  hissələrinin,  elementlərinin 

əlaqələnməsinin əsas üsulları bunlardır: 

1)

 



hakimiyyətin  bir  şəxsin  əlində  cəmləşməsi  qaydasına  uyğun 

dövlət  mexanizminin  strukturunun  qurulması  və  onun  tərkib 

hissələrinin əlaqələnməsi; 

2)

 



dövlət mexanizminin strukturunun «xalq hakimiyyəti» prinsipi 

əsasında qurulması və onun tərkib hissələrinin əlaqələnməsi; 

3)

 

hakimiyyətin qanunverici, icra və məhkəmə hakimiyyətlərinə 



bölünməsi əsasında dövlət mexanizminin strukturunun qurulması və 

onun tərkib hissələrinin əlaqələnməsi; 

4)

 

demokratik mərkəzçilik prinsipləri (hakimiyyətlərin bölünməsi 



prinsipini  rədd  edən  ümumxalq  hakimiyyəti  konsepsiyası)  əsasında 

dövlət  mexanizminin  strukturunun  qurulması  və  onun  tərkib 

hissələrinin əiaqələnməsi. 

Onu  da  əlavə  etməliyik  ki,  bu  cür  bölgüyə  qeyd-şərtsiz 

yanaşmaq da düzgün deyil. Belə ki, bəzi dövlətiərdə həmin üsui- iarın 

bir-birinə  qarışması  halları  da  olur.  Lakin  bu  halda  da,  həmin 

üsullardan  biri  üstünlük  təşkil  edir  və  dövlət  mexanizminin  tərkib 

hissələri arasındakı əlaqələr də, əsasən ona uyğun qurulur. 

Göstərilən  üsullardan  birinicisi  qədim  tarixə  malikdir.  Dövlət 

mexanizminin  strukturunun  hakimiyyətin  bir  şəxsin  əlində 

cəmləşməsi qaydasına uyğun qurulması və onun tərkib hissələrinin 

əlaqələndirilməsi,  əsasən,  qeyri-məhdud  monarxiya  idarəetmə 

formasına xas olan üsuldur. Qeyri-məhdud monarxiyalarda, despotik 

dövlətlərdə  bütün  hakimiyyət  hökmdarın  əlində  cəmləşdiyindən 

dövlət mexanizminin tərkib hissələri arasındakı əlaqələr tam şəkildə 

bir mərkəzə tabeçilik qaydasında qurulur. Bütün 



403 


ilqar Məmmədov 

orqanlar  hökmdarın  iradəsini  reallaşdırmaq üçün  fəaliyyət  göstərən 

strukturlara  çevrilir.  Beləliklə  də,  dövlət  hakimiyyətini  reallaşdıran 

aparat hökmdarın öz aparatı kimi təşkil olunur və fəaliyyət göstərir. 

Ayrı-ayrı  orqanlar,  əyalətlərin,  vilayətlərin  idarə  olunmasını  və 

mərkəzə tabeçiliyini təmin edən hakimiyyət qurumları, həmçinin güc 

tətbiqetməni  həyata  keçirən  qurumlar  hökmdarın  xidmətində 

durmaqla  onun  istədiyi  kimi  bir-birilə  əlaqələnir  və  bu  halda  da 

hökmdarın  iradəsi  əsas  götürülür.  Bu  mexanizmin  əsas 

elementlərindən biri olan məmurlar hökmdarın qulluqçusu qismində 

ona  xidmət  etməklə  xalqdan  asılı  olmadan  fəaliyyət  göstərdiklərinə 

görə cəmiyyətə yad bir münasibət göstərirlər. Hökmdar zəif iradəli və 

ya əzazil olduqda isə onlar aşağı təbəqədən olan insanların qəniminə 

çevrilirlər. 

Ancaq elə başa düşülməməlidir ki, qeyri-məhdud monarxiyada 

qanunverici,  icra  və  məhkəmə  hakimiyyəti  bir  şəxsdə  cəmləşirsə, 

demək  qanunvericilik  və  ya  məhkəmə  fəaliyyəti  ilə  əlaqədar 

strukturlar  fəaliyyət  göstərmir.  Bu  halda  da  dövlət  mexanizminin 

tərkib  hissəsi  olan  məhkəmələr,  bilavasitə  icra  orqanları  və 

hökmdarın  yanında  qanunvericiliklə  bağlı  məşvərət  orqanı  fəaliyyət 

göstərir.  Onlar  dövlət  hakimiyyətinin  ayrı-ayrı  qolları  kimi  fəaliyyət 

göstərmədən bir şəxsin hakimiyyətində birləşir və onun ictimai-maddi 

ünsürləri kimi çıxış edir. Odur ki, belə bir mexanizmin tərkib hissələri, 

sadəcə,  mexanizm  daxilindəki  əmək  bölgüsünə  uyğun  fəaliyyət 

göstərən elementlər rolunu oynayır. 

Dövlət  mexanizminin  strukturunun  qurulması  və  onun  tərkib 

hissələrinin  əlaqələnməsinin  ikinci  üsulu  antik  dövlətlər  tərəfindən 

tətbiq  olunmuşdur.  Respublika  dövründə  həmin  dövlətlərdə  dövlət 

mexanizminin əsas orqanları xalqın iradəsi ilə təşkil olunurdu. Xalqın 

özü,  yəni  dövlətin  azad  əhalisini  təmsil  edən  xalq  yığıncağı  isə  bu 

mexanizmin  nüvəsini  təşkil  edirdi.  Bir  sıra  digər  orqanlar  da,  bu 

orqanın  fəaliyyəti  əsasında  təşkil  olunur  və  onunla  əlaqəli  şəkildə 

fəaliyyət göstərirdi. 

Antik respublikalarda dövlət mexanizminin fəaliyyətindəki əsas 

xüsusiyyət  dövlət  hakimiyyətinin  təşkili  və  həyata  keçirilməsində 

vətəndaşların iştirakının təmin edilməsi ilə bağlı olmuş 

404 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə