Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə132/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   128   129   130   131   132   133   134   135   ...   205

ilqar Məmmədov 

SU  dövlət  hakimiyyətinin  agenti  kimi  ictimai  siyasətin  həyata 

keçirilməsini  təmin  edir.  Onun  tərefindən  dövlət  qulluğu  vəzifəsinin 

icra  edilməsi  isə  «iradəvi,  əqli,  emosional  proses  olmaqla  həm 

hüquqauyğun  tərzdə,  rasionalcasına,  həm  də  volyuntaristcə-  sinə, 

irrasional  tərzdə  həyata  keçirilə  bilər.  (...)  Odur  ki,  o,  həm  yaradıcı 

qüvvə, həm də dağıdıcı gücdür».'' 

Hər bir dövlət qulluqçusu müəyyən bir dövlət qulluğu vəzifəsini 

icra  edir.  Dövlət  qulluğu  vəzifəsi  dövlət  orqanının  və  bütövlükdə 

dövlət  aparatının  ilkin-təşkilati-struktur  vahidi  olmaqla  dövlət 

orqanının səlahiyyətlərinin müəyyən bir hissəsini özündə cəmləşdirir. 

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda 

da deyilir ki, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla 

müəyyən  edilən  struktur  quruluşu  və  ştat  cədvəlinə  uyğun  olan 

struktur vahididir. 

Tanınmış  dövlətşünas-alim  N.İ.Qlazunova  yazır  ki,  dövlət 

qulluğu vəzifəsi həm ictimai status və formal olaraq müəyyənləşən 

hüquq  və  vəzifələrin  məcmusu,  həm  də  normativ  sənədlərlə 

müəyyənləşən  müəyyən  davranış  standartıdır.  N.İ.Qlazu-  novanın 

fikrincə, dövlət aparatının ilkin təşkilati-struktur vahidi kimi çıxış edən 

dövlət qulluğu vəzifəsi özü ilə dörd formal elementi əhatələyir. Həmin 

formal elementlər aşağıdakılardır: 

-

 



ştat cədvəlində yalnız bir şəxsin tuta biləcəyi dəqiq göstərilmiş 

xidməti yer; 

-

 

hər bir dövlət qulluğu vəzifəsinin üzərinə düşən öhdəliklər; 



-

 

hüquq və səlahiyyətlər; 



-dövlət qulluğu vəzifəsində olan qulluqçunun məsuliyyəti.2 

Dövlət qulluğu vəzifəsini vətəndaşın öz səlahiyyətlərinə, hüquq 

və  vəzifələrinə,  təcrübəsinə,  biliyinə  və  kvalifikasiyasına  uyğun 

qaydada  dövlət  orqanında  həyata  keçirdiyi  hüquqi  cəhətdən 

müəyyənləşmiş (sosial) rol kimi də izah edə bilərik. Belə ki. 

'  Василенко  И.А.  Адмнистративное  государственное  управление  в 

странах  запада:  США,  Великобритания,  Франция,  Германия.  М.,  2000,  я. 

30. 


2 Глазунова Н.И. Система государственного управления. 8.411. 

396 


Dövlət və hüquq nəzəriyyəsi 

müəyyən  bir  döviət  qulluğu  vəzifəsini  tutan  şəxs  müvafiq  üsul  və 

vasitələrə,  metodlara  əsaslanaraq  dövlət  idarəçiliyinin  həyata 

keçirilməsində iştirak etməklə cəmiyyətdə xüsusi statusa, rola malik 

olur. 

Dövlət  qulluğu  sahəsində  münasibətlərin  nizamlı  şəkildə 



tənzimlənməsi,  idarəçiliyin  səmərəli  təşkil  edilməsi  üçün  dövlət 

qulluğu  vəzifələrinin  təsnifatı  aparılır,  ali  dövlət  vəzifələrində  olan 

şəxslər  xüsusi  kateqoriyaya,  digərləri  isə  başqa  kateqoriyalara  aid 

edilir.  «Dövlət  qulluğu  haqqında»  Azərbaycan  Respublikasının 

Qanununda  da  dövlət  qulluğu  vəzifələrinin  təsnifatı  aparılmış  və 

həmin  vəzifələr  funksiyalarının  məzmunundan,  səlahiyyətlərinin 

mənbəyindən və tutulma üsullarından asılı olaraq siyasi, inzibati və 

yardımçı  vəzifələrə  bölünmüşdür.  Sonradan  qanunvericilikdə 

dəyişikliklər edilmiş, həmin Qanunda dövlət orqanların- dakı vəzifələr 

inzibati  və  yardımçı  vəzifələrə  bölünmüşdür.  Siyasi  vəzifələri  tutan 

şəxslərin hüquqi statusunun başqa qanunvericilk aktları ilə müəyyən 

olunmasına üstünlük verilmişdir. 

«Dövlət  qulluğu  haqqında»  Azərbaycan  Respublikasının 

Qanununda  dövlət  orqanlarının  təsnifatı  aparılmışdır.  Bu  təsnifata 

görə,  inzibati  vəzifələr  1-7-ci  kateqoriyalı  dövlət  orqanları  aparatları 

və  bölmələrinin  rəhbərləri,  onların  müavinləri,  habelə  dövlət 

qulluğunda  çalışan  mütəxəssislərin  vəzifələridir.  Həmin  Qanunda 

göstərilir  ki,  inzibati  vəzifə  tutan  şəxsin  hüquqi  statusu  müvafiq 

orqanın  səlahiyyətlərini  müəyyən  edən  qanunvericilik  aktları  ilə, 

habelə vəzifə tutmaları ilə müəyyən edilir. 

Yardımçı  vəzifələrə  İsə  1-7-ci  kateqoriya  dövlət  orqanlarında 

texniki  işləri  həyata  keçirən  mütəxəssislərin  (kargüzarın,  maki- 

naçının,  kuryerin,  arxiv  qeydiyyatçısının,  liftçinin,  sürücünün  və  sair 

işçilərin) vəzifələri aid edilir. Yardımçı vəzifə tutan şəxsin də hüquqi 

statusu 

müvafiq 


orqanın 

səlahiyyətlərini 

müəyyən 

edən 


qanunvericilik aktları ilə, habelə vəzifə tutmaları ilə müəyyən edilir. 

inzibati  və  yardımçı  vəzifələrin  təsnifat  toplusuna  vəzifələrin 

İxtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü və vəzifələrin tutulması 

şərtləri haqqında məlumatlar daxil edilir. Qanunvericiliyə 



397 


ilqar Məmmədov 

əsasən, hər bir dövlət qulluqçusunun tutduğu İnzibati vəzifəyə uyğun 

olaraq  ona  ixtisas  dərəcəsi  verilir,  inzibati  və  yardımçı  vəzifələrin 

təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və 

dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. 

«Dövlət  qulluğu  haqqında»  Azərbaycan  Respublikasının 

Qanunu  icra  hakimiyyəti  orqanlarında,  qanunvericilik  və  məhkəmə 

hakimiyyətləri  orqanlarının  aparatlarında  dövlət  qulluğu  keçən 

qulluqçulara  şamil  edilir.  Prokurorluq,  ədliyyə,  milli  təhlükəsizlik, 

sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldye- ger 

rabitəsi  orqanlarında,  Azərbaycan  Respublikasının  Milli  Bankında 

dövlət  qulluğunda  olan  şəxslərin  dövlət  qulluğu  keçməsi  göstərilən 

Qanunun  vətəndaşların  dövlət  qulluğuna  girmək  haqqında,  dövlət 

qulluğuna  qəbulun  müsabiqə  və  şəfvaflıq  əsasında  həyata 

keçirilməsinə  aid  müddəaları  nəzərə  alınmaqla,  Azərbaycan 

Respublikasının başqa qanunları ilə tənzimlənir. 

«Dövlət  qulluğu  haqqında»  Azərbaycan  Respublikasının 

Qanunu,  həmçinin  Azərbaycan  Respublikasının  Prezidentinə, 

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan 

Respublikasının  Baş  Nazirinə  və  onun  müavinlərinə,  Azərbaycan 

Respublikası 

məhkəmələrinin 

hakimlərinə, 

Azərbaycan 

Respublikasının insan hüquqları üzrə müvəkkilinə (om- budsmana), 

Azərbaycan  Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 

rəhbərlərinə  və  onların  müavinlərinə,  Azərbaycan  Respublikası 

Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və 

üzvlərinə,.  Azərbaycan  Respublikası  Hesablama  Palatasının 

sədrinə,  sədr  müavinlərinə  və  auditorlarına,  yerli  icra  hakimiyyəti 

orqanlarının  başçılarına,  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məclisinin  deputatlarına,  Naxçıvan  Muxtar  Respublikasının  Baş 

nazirinə  və  onun  müavinlərinə,  Naxçıvan  Muxtar  Respublikası 

mərkəzi  icra  hakimiyyəti  orqanlarının  rəhbərlərinə,  habelə  hərbi 

qulluqçulara şamil edilmir. Bunlardan bir çoxu siyasi xarakterinə görə 

fərqlənən dövlət qulluğu vəzifələridir. Qdur ki, onlar siyasi vəzifələr 

hesab  olunur.  Siyasi  vəzifələr  öz  əhəmiyyətinə  görə  digərlərindən 

seçilməklə dövlət qulluğunun «yuxarı səviyyəsini» təşkil edir. 



398 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə