Dövlət və hüquq nəzəriyyəsi
Dövlət qulluqçusu bir tərəfdən bütövlükdə cəmiyyətin və dövlətin
maraqlarını müdafiə və təmin etməli, digər tərəfdən isə insanların
hüquq və azadlıqlarını, vətəndaşların maraqlarını müdafiə etməli,
mülkiyyətin hər bir formasına, cəmiyyətdə özünə yer alan fəalliyyət
növlərinə hörmətlə yanaşmalıdır. Odur ki, bu məsələlərlə bağlı dövlət
qulluqçusunun fəaliyyətində siyasi prioritetlərin rolu olmamalı və
həmin maraqlar harmonik şəkildə bir- birilə əlaqələnməlidir.
Dövlət qulluqçusunun fəaliyyətinin sosial-hüquqi xarakteri
hakimiyyətin müəyyənləşdirdiyi siyasi xəttin qanunvericilikdə
göstərilən çərçivədə praktiki olaraq reallaşmasında ifadə olunur.
Dövlət qulluqçusunun belə'bir sosial statusa malik olması onu
hakimiyyətin səlahiyyət verdiyi xüsusi şəxsə çevirir. V.A.Kozba-
nenkonun yazdığı kimi, dövlət qulluqçusunun həyata keçirdiyi
hakimiyyət fəaliyyəti üç mühüm komponenti əhatə edir. Onlardan
birincisi müxtəlif vasitələrin (qanunlar, məcburetmə, avtori- tet, iradə)
köməyi ilə insanların davranışına və fəaliyyətinə təsir göstərmək
imkanı və hüququnun olması, digəri müvafiq institutlar və orqanlar
sisteminin olması, üçüncüsü isə müvafiq səlahiyyətlərə malik olan
şəxsin mövcudluğudur.''
Dövlət qulluqçularının peşə fəaliyyətinin xüsusi xarakterə malik
olması onların dövlətin funksiyalarının həyata keçirilməsi
istiqamətində göstərdikləri fəaliyyətin spesifikliyi, bu fəaliyyətin
ictimai faydalılığının və əhəmiyyətinin böyüklüyü ilə şərtlənir. Dövlət
qulluqçusunun fəaliyyətini digər peşə fəaliyyətlərindən fərqləndirən
səciyyəvi əlamətlər aşağıdakılardır:
-
dövlət qulluqçusu konkret dövlət qulluğu vəzifəsinə malik
olmaqla dövlətə xidmət edir;
-
dövlət qulluqçusu dövlət orqanlarında peşə fəaliyyəti ilə
məşğul olur;
-
dövlət qulluqçusu öz peşə fəaliyyəti ilə dövlətin funksiyalarının
həyata keçirilməsində iştirak edir;
' Козбаиенко B.A.
Правовые основы государственного
управления. M., 2003, s. 222.
393
ilqar Məmmədov
-
dövlət qulluqçusu hakimiyyət nümayəndəsi olmaqla dövlət
hakimiyyətinin, dövlət idarəçiliyinin həyata keçirilməsində iştirak edir;
-
dövlət qulluqçusu məxsusi hakimiyyətə, təşkilati-sərən-
camverici funksiyalara malikdir;
-
dövlət qulluqçusu ilə vətəndaşlar arasındakı münasibətlər
inzibati-hüquqi xarakterə malikdir;
-
dövlət qulluqçusu dövlətə xidmət göstərdiyinə görə dövlət
büdcəsi vəsaitindən maaş alır və ona qanunvericiliklə
müəyyənləşmiş təminatlar verilir;
-
dövlət qulluqçusu siyasi partiyaların fəaliyyətində iştirak etmək
hüququna malik deyil.
Elmi ədəbiyyatda dövlət qulluqçuları, adətən, iki kateqoriyaya
bölünür. Birinci kateqoriyaya aid edilən dövlət qulluqçuları dövlət
qulluğunda aparıcı mövqeyə malik olmaqla çalışdıqları hər bir dövlət
orqanının
hakimiyyət
səlahiyyətlərinin
həyata
keçməsini
reallaşdırırlar. Yuxarıda göstərilən səciyyəvi xüsusiyyətlər də məhz
onlara aiddir. Bu kateqoriyaya aid olan dövlət qulluqçularına, adətən,
məmur deyilir. Ayrı-ayrı dövlətlərin təcrübəsi göstərir ki, birinci
kateqoriyaya aid etdiyimiz, yəni dövlət orqanlarında çalışan dövlət
qulluqçuları qanunvericilik qaydasında bir neçə kateqoriyaya
bölünür. Onlara ixtisas dərəcələri, adlar, dərəcələr verilir.
Digər kateqoriyaya aid olan qulluqçular (V.Çirkinin sözləri ilə
desək, «sadə» dövlət qulluqçuları) isə, əsasən dövlət
müəssisələrində çalışırlar. Onlara, adətən, «dövlət qulluqçusu» deyil,
«qulluqçu» deyilir. Bunlara tibb, tərbiyə, təhsil və s. dövlət
müəssisələrinin qulluqçuları aiddir. Həmin müəssisələrdə həyata
keçirilən funksiyalar sosial-mədəni, iqtisadi xarakter daşıyır. İkinci
kateqoriyaya aid qulluqçuların hüquqi vəziyyəti birinci kateqoriyadan
olan dövlət qulluqçularının hüquqi vəziyyətindən xeyli fərqlənir. Onlar
dövlət hakimiyyəti səlahiyyətlərinin həyata keçirilməsində iştirak
etmir, diskresion səlahiyyətlərə malik olmur, onlara dövlət
qulluqçuları üçün müəyyənləşmiş təminatlar verilmir, siyasi
fəaliyyətlə məşğul olmaq hüququ verilir və s.
394
Dövlat və hüquq nəzəriyyəsi
Burada biz dövlət qulluqçusu deyərkən, birinci kateqoriyaya aid
olanları (məmurları) nəzərdə tuturuq.
Dövlət hakimiyyətinin həyata keçirilməsini təmin edən bürokratik
aparat məmurlardan təşkil olunmaqla dövlətlə vətəndaşlar arasında
münasibətləri tənzimləyən əsas mexanizm kimi çıxış edir və bu
baxımdan, cəmiyyətin həyatında xüsusi rol oynayır. Həmin
münasibətlərin xarakteri isə dövlət qulluqçularının, yəni məmurların
peşə hazırlığından, dövlətin həyata keçirdiyi kadr siyasətindən, əsas
götürülən siyasi-hüquqi dəyərlərdən, dövlət qulluqçularının şəxsi
keyfiyyətlərindən çox asılıdır. Siyasi mədəniyyətin, siyasi düşüncənin
və hüquq düşüncəsinin, hüquq mədəniyyətinin, cəmiyyətinin özünün
inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşların maraqlarının
qorunması və dövlətlə vətəndaşlar arasına yaranan münasibətlər də
bir o qədər təkmildir.
Dövlət qulluqçuları cəmiyyətdə xüsusi bir təbəqəni təşkil edir. Bu
təbəqədən olan insanların fəaliyyəti bir qayda olaraq, əqli fəaliyyətdir.
Onlar maddi məhsulların istehsalı ilə məşğul deyillər, maddi sərvətlər
yaratmırlar və istehlak maraqlarına xidmət etmirlər. Dövlət
qulluqçularının əməyi dövlət idarəetməsinin, dövlət orqanlarının
fəaliyyətinin təmin edilməsinə yönəlməklə dövlət hakimiyyətinin
həyata keçirilməsi, dövlət-cəmiyyət münasibətlərinin, həmçinin
ictimai münasibətlərin tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə
malikdir. Bu əməyin özünəməxsusluğu hakimiyyət səlahiyyətlərinin
realizə olunması, dövlət idarəetməsinin həyata keçirilməsi ilə
əlaqədar olan əmrlərin, sərəncamların, göstərişlərin verilməsi və
onların yerinə yetirilməsi ilə bağlıdır. Dövlət qulluqçusunun əməyi
intellektual, psixoloji baxımdan dolğun və gərgin olmaqla insanlara
idarəetmə baxımından təsirgöstərməni ehtiva edir. Məmurların
fəaliyyətində implisit olaraq (fəaliyyətin özünə daxilən xas olan)
dövlət hakimiyyətinin ruhu, gücü ifadə olunduğundan bu fəaliyyət
məmurun özünə av- toritet verir. Belə olan halda məmurda öz
şəxsiyyətini şişirtmək, malik olduğu imkanlardan, nüfuzundan
sui-istifadə etmək, fəaliyyətindəki hakimiyyət ruhundan eqoistcəsinə
faydalanmaq meylləri yaranır. İ.A.Vasilenkonun yazdığı kimi, dövlət
qulluqçu-
395
Dostları ilə paylaş: |