Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə129/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   125   126   127   128   129   130   131   132   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

yekti  kimi  çıxış  edir.  Dövlət  orqanları  cəm  halda,  yəni  bütövlükdə 

dövlət  aparatını  təşkil  edirlər.  Dövlət  aparatı  dövlət  mexanizminin 

əsas tərkib hissəsidir. 

Dövlət  aparatının  strukturu  dövlət  hakimiyyətinin  bütün 

qollarının:  qanunverici,  icra  və  məhkəmə  hakimiyyətinin  həyata 

keçirilməsi  istiqamətində  fəaliyyət  göstərən,  hakimiyyətin  qollarına 

xas olan funksiyaların realizəsini təmin edən hakimiyyət səlahiyyətli 

orqanları, həmçinin hakimiyyətin qollarından heç birinə aid olmadan 

fəaliyyət göstərən orqanları və bütün dövlət qulluqçularını özünə daxil 

edir.  N.İ.Qlazunovanın  yazdığı  kimi,  məhz  dövlət  aparatı  icra 

fəaliyyətini təşkil edir, qəbul olunmuş qərarların, müəyyənləşdirilmiş 

qaydaların tətbiq olunmasını təmin edir, reallaşdırır, bütünlüklə dövlət 

orqanları  sisteminin  və  bütövlükdə  dövlətin  fəaliyyətini  təmin  edən 

ölçülər  müəyyənləşdirir.  «Cəmiyyətlə  hakimiyyət  arasındakı 

münasibətlərdən  irəli  gələn  əks  reaksiyalar  da  ondan  keçir  və  ölkə 

əhalisinin  həyatının  bütün  sahələrində  özünə  yer  alan  zəruri  dövlət 

tənzimləmə tədbirləri onun vasitəsi ilə həyata keçirilir».'' 

Dövlət  orqanı  öz  təyinatına  uyğun  qaydada  dövlət  adından 

fəaliyyət  göstərən  və  qanunla  müəyyənləşmiş  səlahiyyətlər 

çərçivəsində onun funksiyalarının həyata keçirilməsində iştirak edən 

hakimiyyət  səlahiyyətli  dövlət  qurumudur.  Hər  bir  dövlət  orqanının 

yaradılması və fəaliyyəti normativ aktlara əsaslanır. Dövlət orqanının 

fəaliyyət  istiqaməti  və  hüdudu,  təyinatı,  təşkil  olunma  qaydası, 

həmçinin  bütün  digər  təşkilati  və  funksional  məsələlər  normativ 

hüquqi aktlarda dəqiq müəyyənləşdirilir. «Dövlət qulluğu haqqında» 

Azərbaycan Respublikasının qanununda da göstərilir ki, Azərbaycan 

Respublikasının  qanunvericilik  aktları  ilə  müəyyən  edilmiş 

hüdudlarda  Azərbaycan  Respublikasının  məqsəd  və  funksiyalarını 

həyata  keçirən,  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  dövlət 

qulluqçularının qurumu dövlət orqanıdır. 

' Глазунова Н.И. Система государственного управления. M.. 2002, s. 

98. 

387 



ilqar Məmmədov 

Dövlət  orqanı  məhz  dövlət  iradəsi  ilə  yaradılır  və  onun  nisbi 

müstəqil, əlahidləşmiş tərkib hissəsi kimi fəaliyyət göstərir. Yəni hər 

bir dövlət orqanı dövlət orqanlarının vahid sistemində bir vəsilə, nisbi 

müstəqil  struktur  vahidi  kimi  çıxış  edir  ki,  bu  da  M.Məli-  kovanın 

yazdığı kimi, həmin sistemin «bitkinliyini, onun hissələrinin qarşılıqlı 

əlaqələrinin  lazımi  qaydaya  salınmasını  və  mütə-  şəkkilliyini  təmin 

edir».''  Hər  bir  dövlət  orqanının  dəqiq  müəyyənləşmiş  hüquq  və 

vəzifələr,  səlahiyyətlər  dairəsində  fəaliyyət  göstərməsi  dövlət 

aparatının ayrı-ayrı hissələrinin dəqiq işləməsini, orqanlar arasındakı 

qarşılıqlı  əlaqənin  sistemliyini  təmin  edir,  onların  fəaliyyətində 

təkrarlığı aradan qaldırır. Q.V.Atamançuk yazır ki, dövlət orqanlarının 

vahid  sistemini  özündə  əks  etdirən  dövlət  aparatı  daxili  hissələri 

bir-birini tamamlamış şəkildə, həmçinin insanların həyati fəaliyyəti ilə 

əlaqədə  mövcuddur.  Bu  sis-  temliyi  yaradan  təşkilati  struktur 

daxilində  təcrid  olunmuş  orqan  yoxdur,  onlar  birlikdə  fəaliyyət 

göstərir  və  bunun  təsiri  ilə  də  idarə  olunan  obyektlər  inkişaf  edir. 

«Xalqa  mənsub  olan  vahid  dövlət  hakimiyyətinin  bütün  orqanları 

funksiyalar, səlahiyyətlər və peşəkarlıq baxımından bir-birindən ayrılır 

və son nəticədə onların hamısının təyinatı ictimai münasibətlərin və 

proseslərin nizama salınması, müxtəlif üsullarla insanların şüuruna, 

davranışına,  həmçinin  onların  təşkil  etdiyi  kollektivlərin  fəaliyyətinə 

təsir etməsi, yəni idarəetmə işi ilə bağlı olur».2 

Dövlət  orqanının  öz  səlahiyyətlərindən,  hüquq  və  vəzifələrinin 

dairəsindən  kənara  çıxması  isə  hüquq  pozuntusu  hesab  edilir  və 

səlahiyyətlərdən  kənara  çıxmaqla  qəbul  olunmuş  qərarların  hüquqi 

qüvvəsi olmur. V.A.ÇetvernInIn yazdığı klml, müasir hüquqi dövlətdə 

dövlət orqanlarının səlahiyyətləri və fəaliyyəti «qanunla birbaşa icazə 

verilməyən  hər  şey  qadağandır»  prinsipinə  uyğun  müəyyənləşir. 

Buna  baxmayaraq,  dünya  təcrübəsində  müəyyən  istisnalar  da 

mövcuddur. Məsələn, ABŞ-da qanun- 

Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəsi. S. 191. ^Атаманчук Г.В. 

Теория государственного управления. S.199. 

388 



Dövlət və hüquq nəzəriyyəsi 

vericilikdə birbaşa nəzərdə tutulmasa da, Ali Məhkəmənin yaratdığı 

presedentə əsasən, bu Məhkəmə konstitusiya nəzarəti səlahiyyətinə 

də  malikdir.  Bundan  əlavə,  fövqəladə  vəziyyətdə  bəzi  dövlət 

orqanlarına  öz  mülahizələri  əsasında  müəyyən  fəaliyyət  növlərini 

həyata  keçirmək  imkanı  yaradan  diskresion  səlahiyyətlər  də  verilə 

bilər.  Ancaq  diskresion  səlahiyyətlərin  özü  və  bu  səlahiyyətlərin 

hüdudları  qanunla  nəzərdə  tutulmuş  olmalıdır.  Əks  halda,  bu  cür 

fəaliyyət qanuna zidd olacaqdır. 

Struktur  baxımından  hər  bir  dövlət  orqanı  digərlərindən 

fərqlənməklə  hüquq  münasibətlərində  və  dövlət  hakimiyyətinin 

realizəsində  ayrıca  bir  subyekt  kimi  çıxış  edir  və  öz  səlahiyyətləri 

çərçivəsində  başqa  orqanlar  və  vəzifəli  şəxslər  tərəfindən  icazə 

verilməsinə  və  ya  sonradan  təsdiq  edilməsinə  ehtiyac  olmadan 

qərarlar qəbul edir. Müəyyən növ fəaliyyətin və dövlətin hansısa bir 

funksiyasının bir neçə orqan tərəfindən həyata keçirilməsinə də yol 

verilir.  Misal  üçün,  qanunverici  orqan  tərəfindən  qəbul  edilən 

normativ  hüquqi  akt  prezident  tərəfindən  imzalandıqdan  sonra 

qüvvəyə minir. 

Təşkilati  baxımdan  dövlət  orqanı  müəyyən  iyerarxiya 

çərçivəsində  bir-birilə  əlaqəsi  olan  dövlət  qulluğu  vəzifələrindən, 

dövlət  orqanının  bölmələrindən  və  texniki  aparatdan  formalaşır. 

Dövlət  qulluğu  vəzifəsi  normativ  aktlar  əsasında  müəyyən  edilən, 

dövlət  orqanının  struktur  quruluşu  və  ştat  cədvəlinə  uyğun  olan 

struktur  vahididir.  Müəyyən  vəzifə  tutan  şəxsin  səlahiyyət  və 

funksiyalarının hüdudu isə təmsil olunduğu orqanın səlahiyyətləri ilə 

müəyyənləşir.  Dövlət  orqanının  bölməsi  isə  müvafiq  qanunvericilik 

aktlarında  nəzərdə  tutulmuş  və  yaxud  müəyyən  qaydada  təsis 

edilmiş  elə  struktur  hissəsidir  ki,  ona  həvalə  edilmiş  funksiyalar 

çərçivəsində  həmin  orqanın  səlahiyyətlərinin  bir  hissəsini  həyata 

keçirir.  Dövlət  orqanının  malik  olduğu  texniki  aparatın  təyinatı  isə 

yardımçı  və  texniki  xarakterli  işlərin  görülməsi  ilə  bağlıdır.  Dövlət 

orqanı  dövlət  qulluqçularının  qurumu  olmaqla  müəyyən  qaydaya 

uyğun  şəkildə  təşkil  edilən  kollegial  orqan  kimi  çıxış  edir.  Bununla 

bərabər, dövlət orqanının bir şəxsdən ibarət olması da mümkündür. 

Prezident institutunu buna 



389 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə