Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə126/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   122   123   124   125   126   127   128   129   ...   205

ilqar Məmmədov 

duran orqanların onlara tabe olan orqanlar üzərində nəzarəti həyata 

keçirməklə),  həm  də  xüsusi  səlahiyyətli  orqanların  onların 

tabeçiliyində olmayan və ya onlardan asılı olmayan orqanlar üzərində 

nəzarətin həyata keçirilməsində ifadə olunur. 

Ümumimiyyətlə,  qanunçuluğun  təmin  edilməsi  məqsədi  ilə 

həyata  keçirilən  dövlət  nəzarətinin  iki  əsas  növünü  fərqləndirmək 

olar. Onlardan biri məhkəmə nəzarəti, digəri isə inzibati nəzarətdir. 

Məhkəmə  nəzarəti  məhkəmə  orqanları  tərəfindən  həyata 

keçirilən  hüquq  mühafizəetmə  fəaliyyəti  ilə  reallaşır.  Məhkəmə 

nəzarəti sahəsində konstitusiya nəzarətinin xüsusi yeri var. 

inzibati  nəzarətin  həyata  keçirilməsində  isə  müxtəlif  dövlət 

strukturları,  o  cümlədən,  gömrük,  maliyyə,  vergi,  ekoioji,  sanitar- 

epidemioloji və s. nəzarətlə bağlı ixtisaslaşmış qurumlar iştirak edir. 

Bu növ nəzarət həyata keçirilərkən müxtəlif inzibati məcburiyyət və 

inzibati məsuliyyət tədbirlərindən istifadə olunur. İnzibati məsuliyyət 

tədbirləri inzibati hüquqpozmalarına yol verildiyi halda tətbiq olunur. 

Bəzən  geniş  səlahiyyətli  xüsusi  dövlət  nəzarəti  orqanları  da 

yaradılır. Rusiya Federasiyasında prokuror nəzarətini həyata keçirən 

prokurorluq orqanlarını buna misal göstərə bilərik. 

Qanunların  həyata  keçirilməsi  üzərində  dövlət  nəzarətinin 

spesifikliyi ondan ibarətdir ki, nəzarəti həyata keçirən orqan müvafiq 

obyektin operativ-təsərrüfat və ya digər peşə fəaliyyətinə bilavasitə 

müdaxilə  etmir,  onun  fəaliyyətində  qanunçuluğun  səviyyəsini 

yoxlayır,  faktları  müəyyənləşdirir  və  öz  qərarlarında  həmin  faktlara 

qiymət  verir.  Buna  əsas  olduqda  isə  müvafiq  qaydada  məsuliyyət 

məsələsinin həll edilməsi təşəbbüsünü həyata keçirir. 

Dövlət və hüquq nəzəriyyəsində dövlətin funksiyalarının həyata 

keçirilməsi formalarının təsnifləşdirilməsi üçün geniş istifadə olunan 

başqa  bir  kriteriya  isə  dövlət  orqanlarının  xarici  əlamətlərinə  görə 

eyni  növdən  olan  fəaliyyəti  ilə  bağlıdır.  M.İ.Baytin  yazır  ki,  bu 

təsnifləşdirmə dövlətin öz funksiyalarını necə həyata 



378 


Dövlət və hüquq nəzəriyyəsi 

keçirməsini,  öz  vəzifələrini  və  funksiyalarını  həyata  keçirərkən 

hüquqdan necə istifadə etməsini açıqlamağa xidmət edirJ 

Həmin  təsnifləşdirmədə  dövlətin  funksiyalarının  həyata 

keçirilməsinin  hüquqi  və  təşkilati  (faktiki)  formaları  fərqləndirilir.  Bir 

çox hallarda təşkilati formalara qeyri-hüquqi formalar da deyilir. Lakin 

bu,  onları  bir-birinə  qarşı  qoymaq,  bir-birindən  ayırmaq  kimi  başa 

düşülməməlidir. Belə ki, dövlətin funksiyalarının həyata keçirilməsinin 

hüquqi  formaları  həm  də  təşkilati  formada  olur.  Lakin  təşkilati 

formalardan  elələri  var  ki,  onlar  bilavasitə  hüquqi  əhəmiyyət  kəsb 

etmir. V.E.Çirkin qeyri-hüquqi formalardan danışarkən yazır ki, onlara 

dövlət  orqanlarında  və  vəzifəli  şəxslər  tərəfindən  həyata  keçirilən 

gündəlik  təşkilati,  cari  operativ  işlər,  iqtisadiyyatın  və  mədəniyyətin 

inkişaf  etdirilməsi  ilə  bağlı  proqramların  işlənib  hazırlanması  və 

həyata  keçirilməsi,  təbii  fəlakətin  doğurduğu  nəticələrin  aradan 

qaldırılması üçün ekstern tədbirlərin görülməsi və s. bu kimi fəaliyyət 

növləri aiddir.2 

Dövlətin  funksiyalarının  həyata  keçirilməsi  formalarından  bir 

qisminin qeyri-hüquqi formalar kimi izah edilməsi onların hüquqazidd 

olması mənasını vermir. 

Həmin  yanaşmaya  görə,  dövlətin  funksiyalarının  həyata 

keçirilməsinin  hüquqi  formalarına  hüquqyaradıcılığı  və  hüquq 

tətbiqetmə fəaliyyəti aiddir. 

Beləliklə, dövlətin hüquqyaradıcı fəaliyyəti, yəni normativ aktların 

işlənib  hazırlanması  və  qəbul  olunması,  dərc  edilməsi,  hüquq 

normalarının  dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  dövlətin 

funksiyalarının  həyata  keçirilməsinin  bir  forması  kimi  qəbul  edilir. 

Hüquqyaradıcı  fəaliyyətin  nüvəsi,  əsas  tərkib  hissəsi  dövlətin 

qanunvericilik fəaliyyətindən ibarətdir. 

Dövlət  orqanlarının  hüquq  tətbiqetmə  aktlarının  qəbul  edilməsi 

yolu ilə normativ hüquqi aktların realizə olunması istiqamə- 

’ Общая теория государства и права. Академический 

. 8. 351. 

' Чиркии 

В.Е. Современное государство. 8. 208. 



379 

курс. Том 




ilqar Məmmədov 

tindəki  hüquq  tətbiqetmə  fəaliyyəti  iki  növə  bölünür.  Onlardan  biri 

operativ-icra fəaliyyəti, ikincisi isə hüquq mühafizəetmə fəaliyyətidir. 

Dövlətin  funksiyalarının  həyata  keçirilməsinin  faktiki  və  ya 

təşkilati  formaları  bilavasitə  hüquqi  nəticə  doğurmayan  təşkilati 

xarakterli fəaliyyətdə öz əksini tapır. Dövlətin funksiyalarının həyata 

keçirilməsi baxımından bu cür fəaliyyətin mühüm əhəmiyyəti var və 

həmin  formalar  hüquqi  nəticələr  doğurmasa  da,  hüquqi  cəhətdən 

tənzimlənən sahədən kənara çıxmır, qanunçu- luğa riayət olunmaqla 

həyata keçirilir. 

Dövlət və hüquq nəzəriyyəsində dövlətin funksiyalarının həyata 

keçirilməsinin aşağıdakı təşkilati formalarından bəhs olunur: 

1)

 

təşkilati-reqlamentləşdirici fəaliyyət forması; 



2)

 

təşkilati-təsərrüfat fəaliyyət forması; 



3)

 

təşkilati-ideoloji fəaliyyət forması. 



Təşkilati-reqlamentləşdirici fəaliyyət dövlət mexanizminin tərkib 

hissələrinin fəaliyyət göstərə bilməsi üçün texniki-təşkilati təminatın 

yaradılması, o cümlədən, bu və ya digər konkret-siyasi məsələlərin 

həlli  ilə  bağlı  operativ-təşkilati  işlərin  həyata  keçirilməsində  ifadə 

olunur. 

Təşkilati-təsərrüfat  fəaliyyəti  dövlətin  müxtəlif  funksiyalarının 

həyata keçirilməsinin maddi təminatını yaratmaq məqsədinə xidmət 

edən operativ-texniki, cari təsərrüfat işlərinin görülməsi ilə bağlı olan 

fəaliyyətdir. 

Təşkilati-ideoloji fəaliyyət isə dövlətin funksiyalarının reallaşması 

üçün mütəmadi olaraq operativ-izahedici, tərbiyəedici, maarifləndirici 

və informasiya təminatı ilə bağlı fəaliyyətin həyata keçirilməsi yolu ilə 

reallaşan fəaliyyətdir. 

Dövlətin  funksiyalarının  həyata  keçirilməsi  formaları  kimi 

metodları da müxtəlifdir. Həmin metodlar dövlətin funksiyalarına görə 

də  bir-birindən  fərqlənir.  Məsələn,  müdafiə  funksiyasını  həyata 

keçirmək  üçün  dövlət,  əsasən,  inandırma  və  məcburetmə 

metodlarından istifadə edir. İqtisadi funksiyanı həyata keçirərkən isə 

başqa metodlara, yəni investisiya qoyma, proqnozlaşdırma, 

380 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə