Dövlət və hüquq nəzəriyyəsi
Sülhün, beynəlxalq təhlükəsizliyin dəstəklənməsi və təmin
edilməsi funksiyası. Dövlətin bu funksiyası regional və beynəlxalq
səviyyədə sülhün, əmin-amanlığın təmin edilməsi, beynəlxalq
terrorizmin qarşısının alınması, müvafiq məsələlər üzrə beynəlxalq
hüquq normalarından irəli gələn digər tələblərin həyata keçirilməsi ilə
əlaqədar olan fəaliyyəti əks etdirir. Sülhün, beynəlxalq təhlükəsizliyin
dəstəklənməsi və təmin edilməsi funksiyası həm fərdi qaydada, həm
də dövlətlərarası əməkdaşlıq yolu ilə, yəni kollektiv şəkildə həyata
keçirilir.
Sülhün, beynəlxalq təhlükəsizliyin təmin edilməsi fəaliyyəti
insanın təhlükəsiz şəraitdə yaşamaq hüququna malik olması ideyası
ilə də sıx bağlıdır. Beynəlxalq təhlükəsizlik şəraitinin təmin edilməsi
müasir dövrdə hər bir dövlətin, cəmiyyətin inkişafının ən mühüm
amillərindən biri hesab olunur. Beynəlxalq təhlükəsizlik, sülh,
insanların təhlükəsiz yaşaması deməkdir. Odur ki, müasir dövrdə
beynəlxalq təhlükəsizliyin təmin edilməsi dünya ictimaiyyətinin ən
əsas məqsədlərindən biri hesab olunur. Bu baxımdan K.S.Qadjiyev
yazır ki, müasir dövrdə «dünya ictimaiyyətinin ən əsas
məqsədlərindən biri beynəlxalq təhlükəsizliyin qorunub saxlanması
və təmin edilməsindən, dünyada sülhün pozulmasını və hər hansı bir
formada xalqların təhlükəsiz həyatını pozan halların meydana
gəlməsini istisna edən şəraitin yaradılmasından ibarətdir. Artıq, milli
təhlükəsizlik bir çox baxımdan beynəlxalq təhlükəsizlikdən, bütün
dünya ictimaiyyətinin təhlükəsizliyindən asılı olubdur».''
Müasir dövrdə həmin funksiya bütün dünya üçün xüsusi
əhəmiyyətə malik olduğundan dövlətlərin BMT-də, regional
təşkilatlarda (Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatı (ATƏT),
Ərəb dövlətləri liqası (ƏDL), Amerika dövlətləri təşkilatı (ADT) və s.),
BMT-nin ixtisaslaşdırılmış təsisatlarında (Atom enerjisi üzrə
beynəlxalq agentlik və s.) iştirakı dövlətlərin qarşısında duran mühüm
tələblərdən birinə çevrilmişdir. Beynəlxalq hüquq normaları,
beynəlxalq müqavilələr vasitəsilə dövlətlərin bu sahə ilə bağlı
FaflJKHeB K.C. Bee/ıeHHe
B
reono.nHTHKy. S. 356.
369
ilqar Məmmədov
olan fəaliyyəti məqsədəuyğun istiqamətə salınır, müəyyən növ
fəaliyyətlərin qarşısı alınır, onlara məhdudiyyətlər qoyulur. BMT- nin
nizamnaməsi, nüvə silahının atmosferdə sınaqdan keçirilməsinin
qadağan edilməsi, strateji nüvə silahlarının azaldılması ilə bağlı
müqavilələr. Kimyəvi silahların qadağan və məhv edilməsi barədə
konvensiya və s. beynəlxalq hüquqi sənədlər bu sahə üzrə fəaliyyəti,
münasibətləri tənzimləyən əsas aktlardır.
Soyuq müharibə dövründə dünyada təhlükəsizliyin təmin
edilməsi bir-birinə qarşı duran iki blok arasında balansın yaradılması
ilə əlaqələndirilirdi. Ona görə də sosialist sistemi ilə kapitalist
sisteminin konfrontasiyasının qəti şəkildə həll olunmadığı bir şəraitdə
dinc yanaşı yaşama prinsipi dövlətlərarası münasibətlərin
tənzimlənməsinin ən əsas prinsiplərindən biri hesab olunurdu. Bu
prinsipi məşhur beynəlxalq hüquq nəzəriyyəçisi Q.İ.Tunkin belə izah
edirdi; «Dinc yanaşı yaşamaq prinsipi beynəlxalq hüququn prinsipi
kimi ümumi xarakterə malikdir və ictimai quruluşundan asılı
olmayaraq bütün dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi,
sülhün və təhlükəsizliyin təmin edilməsi prinsipidir».''
ikinci Dünya müharibəsi dövründə hər iki sistemi təmsil edən
dövlətlərin faşizmə qarşı birləşməsi həmin prinsipin beynəlxalq
hüquq sisteminə daxil edilməsində mühüm rol oynamışdır. Dinc
yanaşı yaşamaq prinsipi beynəlxalq hüququn əsas prinsiplərinə aid
edilsə də, bu, həmin sistemləri təmsil edən dövlətlərin bir- birinə qarşı
total müharibə aparmadan özünü inkişaf etdirməklə və inkişaf
rəqabətinə girməklə əks tərəfi məhv etmək siyasətini həyata
keçirmələrinə mane olmurdu. Həmin prinsip soyuq müharibə
dövründə total müharibə aparmadan, dinc üsullarla tərəflərin
bir-birini üstələməsi prisipinə daha çox bənzəyirdi. Dinc yanaşı
yaşamaq prinsipinin göstərilən tərzdə reallaşması nəticəsində SSRİ
kimi nəhəng dövlət və sosialist bloku dağıldı və kapitalist sistemi qalib
gəldi.
Тункин Г.И. Теория международного права. M., 2000, s. 60.
370
Dövlət və hüquq nəzəriyyəsi
Lakin soyuq müharibənin başa çatması arzu oiunan beynəi- xaiq
təhiükəsiziiyin, süihün təmin edilməsinə gətirib çıxarmadı.
Bəşəriyyətin həyatında çox mühüm rola malik olan bu hadisə
dünyada lokal konfliktlərin artmasına səbəb oldu. Etnik, dini və s.
zəmində yaranmış həmin konfliktlərin artmasının və bəşəriyyəti
təhlükə qarşısında qoymasının rəsmi olaraq təbliğ olunan dəyərlərin,
prinsiplərin, normaların dünyanın güclü, inkişaf etmiş dövlətləri
tərəfindən həyata keçirilməməsi ilə yaxından əlaqəsi var. Bu isə
konfliktlərin həll edilməməsinə, nəticədə isə sülhün, beynəlxalq
təhlükəsizliyin təmin edilməməsinə səbəb olan mühüm amillərdən
biri kimi çıxış edir, həmçinin terrorizmin müxtəlif formalarda inkişaf
etməsinə təsir göstərir. Belə bir vəziyyətdə baş verən
ədalətsizliklərdən, arzuolunmayan siyasi proseslərdən narazı qalan
və güclü dövlətlərlə müqayisədə çox zəif olan ölkələrin, millətlərin
«qisasçı» nümayəndələri terror əməliyyatları vasitəsilə vəziyyəti
dəyişmək istəyirlər. Nəticədə isə münaqişələrin həll edilməsi daha da
çətinləşir.
Digər dövlətlərlə əməkdaşlıq funksiyası. Dövlətin digər
dövlətlərlə əməkdaşlığı iqtisadiyyat, mədəniyyət, elm, səhiyyə,
ekologiya, idman və s. sahələr üzrə həm ikitərəfli, həm də çoxtərəfli
əlaqələr şəklində qurulur. Qloballaşmanın yeni keyfiyyət qazanması
dövlətlərin əməkdaşlığına xüsusi təsir göstərir. Qloballaşma
prosesində transmilli sosial əlaqələr məkanının daha da
genişlənməsinin dövlətlərarası əməkdaşlığın beynəlxalq əhəmiyyətli
hadisəyə çevrilməsində mühüm rolu var. Qloballaşma prosesi o
qədər irəli getmişdir ki, hər hansısa bir dövlət və ya dövlətlər qrupu
artıq onun qarşısını ala bilməz. Münhen Universitetinin professoru
Ulrix Bekin yazdığı kimi, bu prosesin nəticəsində meydana gəlmiş
qloballığın qarşısı alınmazdır. Q, qloballı- ğın qarşısının alına
bilinməməsinin əsas səkkiz səbəbini göstərir:
1.
Beynəlxalq ticarət sahəsində əlaqələrin sıxlaşması və həmin
əlaqələr coğrafiyasının genişlənməsi, transmilli konsernlərin gücünün
artmasına səbəb olan maliyyə bazarlarının qlobal səviyyədə bir-birinə
qarışması.
2.
Davam edən informasiya və kommunikasion-texnoloji inqilab.
371
Dostları ilə paylaş: |