Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə120/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   116   117   118   119   120   121   122   123   ...   205

ilqar Məmmədov 

münasibətlər 

qaydasının 

əsaslandırılması 

üçün 

müəyyən 


təsəvvürlərdən,  inanclardan,  sakral  obrazlardan  istifadə  olunmuş, 

dövlət inandırma üsullarından istifadə etməklə ictimai münasibətlərin 

tənzimlənməsi fəaliyyətini həyata keçirmişdir. Müasir mənada başa 

düşülən ideologiyaların yaranması ilə dövlətin ideoloji funksiyası da 

dəyişikliyə  uğramış  və  ictimai-siyasi  həyatda  fərqli  rola  malik 

olmuşdur. 

XX  əsrin  axırlarına  doğru  elmi  ədəbiyyatda,  publisistik 

materiallarda «ideologiyanın sona çatması» ideyası ilə bağlı diskusi- 

yalar başlamışdır. Vətəndaş cəmiyyətinin inkişafı nəticəsində müxtəlif 

sosial  maraqların  ideologiya  elementləri  olmadan  ictimai  həyatda 

özünə  yer  alması,  ictimai  münasibətlərdə  praqmatizmin  inkişaf 

etməsi,  fikir  plyuralizminin  təmin  edilməsi,  dövlət  hakimiyyətinin 

rəsmi ideologiya olmadan həyata keçirilməsi və digər amillər belə bir 

fikrin yaranmasına xüsusi təsir göstərmişdir. 

İnkşaf  etmiş  industrial  cəmiyyətlərdə  hakimiyyətin  rəsmi 

ideologiyaya  əsaslanmadan  həyata  keçirilməsi  heç  də  dövlətin 

ideoloji funksiyasının ləğv olunması demək deyil. Müasir demokratik 

dövlətlərin demokratiya ideallarının, liberal dəyərlərin təbliğ edilməsi 

ilə bağlı fəaliyyəti göz qabağındadır. Bu təbliğat müxtəlif formalarda 

və  səviyyələrdə  elmdən,  təhsil  sistemindən,  kütləvi  informasiya 

vasitələrindən,  siyasi  proyektlərdən  və  s.  vasitələrdən  istifadə 

etməklə aparılır. 

Ekoloji  funksiya.  Müasir  dövrdə  insanların  istehsal  fəaliyyəti 

istər-istəməz ətraf mühitə, təbiət aləminə, bütövlükdə planetin özünə 

ciddi təsir göstərir və təbii aləmdə balansın pozulması bir çox hallarda 

insanın mövcudluğunu təmin edən təbii mühiti və bəşəriyyəti təhlükə 

qarşısında  qoyur.  Həmin  təhlükələr  qlobal  masştablı  olduğundan 

onların  yaratdığı  qlobal  xarakterli  ekoloji  problemlərin  həll  edilməsi 

üçün  bütün  dövlətlər  tərəfindən  müəyyən  tədbirlərin  həyata 

keçirilməsi  zərurəti  yaranmışdır.  Dövlətin  obyektiv  olaraq  həmin 

istiqamətdə fəaliyyət göstərmək zərurəti ilə qarşılaşması onun ekoloji 

funksiyanın meydana gəlməsinə səbəb olmuşdur. 



360 


Dövlət və hüquq nəzəriyyəsi 

Müasir  ekoloji  böhran  alimlər  tərəfindən  ekoloji  sistemlərdə  və 

insan 

cəmiyyətinin 



təbiətlə 

münasibətlərindəki 

tarazlığın 

pozulmasının nəticəsi kimi xarakterizə olunur. Həmin tarazlıq istehsal 

qüvvələri və istehsal münasibətlərinin inkişafının ətraf mühitin ekoloji 

imkanlarına uyğun gəlməməsi səbəbindən pozulmuşdur. Antropogen 

fəaliyyət prosesində yaranan disbalans və insan cəmiyyəti tərəfindən 

ətraf  mühitin  pisləşməsi  tendensiyasının  qarşısının  alına  bilməməsi 

ekoloji böhranın əsas əlamətlərindən hesab olunur. 

Ekoloji böhran mürəkkəb tərkiblidir. Bu böhran bir çox sahələrdə 

özünü göstərir. Məsələn, insan əməli nəticəsində XX əsrin sonlarına 

doğru Yer planetində əlavə olaraq təxminən 9 milyon kvadrat kilometr 

ərazi  heç  nəyə  yaramayan  quru  səhraya  çevrilmişdir.  30  milyon 

kvadrat kilometr ərazinin isə səhraya çevrilmək təhlükəsi var. Bu isə 

planetin quru hissəsinin beşdə birini təşkil edir. Son beş yüz ildə Yer 

kürəsində  meşələrin  üçdə  ikisi  məhv  edilmiş  və  bu  proses  indi  də 

davam  edir.  Meşələrin  məhv  olmasına  ətraf  mühitin  çirklənməsi  də 

ciddi təsir göstərir. 

Qlobal ekoloji dəyişikliklərdən ən təhlükəlisi atmosferdəki ozon 

qatının dağılması və parnik effekti deyilən hadisə nəticəsində qlobal 

istiləşmənin baş verməsidir. Alimlər qlobal istiləşməni qarşısıalınmaz 

fəlakət hesab edirlər. Onun əsas səbəbi parnik qazlarının atmosferə 

texnogen tullantılar, ilk növbədə də, CO

buraxmasıdır. Parnik qazları 



günəş istiliyinin yer səthinə daxil olmasına imkan yaratsa da, istiliyin 

kənara  getməsinin  qarşısını  alır.  Beləliklə,  bir  növ  istilikxanalarda 

olduğu  kimi,  örtük  rolunu  oynayır.  Belə  hesab  olunur  ki,  qlobal 

səviyyədə  baş  verəcək  istiləşmə  nəticəsində  qütblərdəki  buzlar 

əriyərək  dünya  okeanının  səviyyəsini  qaldıracaq  və  bu  da  quru 

səthinin  xeyli  hissəsinin  su  altında  qalmasına  səbəb  olacaqdır. 

Alimlərin  hesablamasına  görə,  XIX  əsrin  sonlarından  başlayaraq 

parnik effekti 0,5 dərəcə istiləşməyə səbəb olmuşdur. 

Ozon  qatında  baş  verən  dağılmalar  insanın  və  digər  canlı 

orqanizmlərin  ultrabənövşəyi  şüaların  məhvedici  təsiri  ilə  üzbəüz 

qalması təhlükəsini yaradır. Tədqiqatlar nəticəsində əldə olu 

361 



ilqar Məmmədov 

nan məlumata görə, 1996-ci ildə Yer kürəsinin cənub qütbü üzərində 

atmosferin  ozon  təbəqəsində  yaranmış  nəhəng  boşluğun  ölçüsü 

təxminən Avropa ərazisindən iki dəfə böyük olmuşdur. 

Tədqiqatçıların fikrincə, ekoloji böhran səbəbindən həm təbiətin 

özü,  həm  də  bəşəriyyət  deqradasiyaya  uğrayır.  Mütəxəssislər 

yazırlar  ki,  ekoloji  böhran  genetik  xəstəliklərin  artmasına  ciddi  təsir 

göstərir. «O da mümkündür ki, alkoqolizmin, narkomaniyanın geniş 

yayılması,  lokal  konfliktlərdə  görünməmiş  vəhşiliklərin  törədilməsi, 

insan  orqanizmində  immun  statusunun  aşağı  düşməsi,  yeni 

xəstəliklərin  meydana  gəlməsi,  məhv  edilmiş  hesab  olunan 

xəstəliklərə (məsələn, xolera və malariya) yoluxan insanların sayının 

artması,  qadağaların  və  tormozlaşdırıcı  proseslərin  pozulması  da 

onunla  bağlıdır.  Beləliklə,  bilavasitə  ətraf  mühitin  çirklənməsi  ilə 

əlaqələndirilərək  «ekoloji»  xəstəliklər  adlandırılan  hadisələr  əslində 

aysberqin  üst  tərəfidir.  «Məlum»  səbəblər  arxasında  insan 

genomunun dağılmasına aparıb çıxaran dərin mexanizmlər durur». 

Ekspertlərin rəyinə görə, «xalqların yaşamaq qabiliyyəti» bu və 

ya digər ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətdən və ekoloji 

şəraitdən  asılıdır.  Onlar  yaşaya  bilmək  qabiliyyətinin  koeffisientini 

ölçmək üçün beş ballıq bir şkala hazırlamış və 1992-1993-cü illərdə 

aparılan  araşdırmalar  nəticəsində  o  qənaətə  gəlmişlər  ki,  dünya 

ölkələrinin  heç  biri  beş  bala  uyğun  deyil.  Yalnız  İsveç,  Hollandiya, 

Belçika,  Danimarka  və  İslandiya  4  bala  uyğun  bilinmişdir.  ABŞ, 

Yaponiya,  Almaniya  və  sənayecə  inkişaf  etmiş  digər  ölkələrdə 

yaşaya  bilmək  qabiliyyətinin  koeffisienti  3  bala  uyğun  olmuşdur. 

Rusiyada isə yaşaya bilmək qabiliyyətinin koeffisienti 1,4 bala uyğun 

gəlmişdir. 

Ekspertlərin  fikrincə,  1,5-dən  aşağı  bal  o  deməkdir  ki,  əhali 

arasında xəstəliklərin və infeksiyaların getdikcə daha çox yayılması 

imkanı  genişlənir,  insanların  işləmək  qabiliyyəti  isə  getdikcə  azalır. 

Bütün bunlar əhali arasında fərdi yaradıcılığın daim 

’ Права человека: итоги века, тенденции, перспективы. М., 

2002, 

S. 


47.

 

362 




Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə