Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə122/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   118   119   120   121   122   123   124   125   ...   205

ilqar Məmmədov 

-

 



digər  dövlətin  ərazisində  vətəndaş  müharibəsinin  və  yaxud 

terror aktlarının təşkil edilməsi, onlara yardım edilməsi və ya onlarda 

birbaşa iştirak edilməsi; 

-

 



digər dövlətin ərazisinin qeyri-qanuni güc tətbiq etməklə işğal 

edilməsi; 

-

 

güc  tətbiq  etməklə  və  ya  güc  tətbiqi  ilə  hədələməklə  digər 



dövlətin ərazisinin ələ keçirilməsi; 

-xalqları  özünümüəyyənetmə  hüququndan,  azadlıq 

və 

müstəqillikdən məhrum edən zorakı hərəkətlərin törədilməsi. 



Güc  tətbiq  etməmək  və  ya  güclə  hədələməmək  prinsipinin  ən 

ağır pozuntusu isə silahlı təcavüz hesab olunur.'' 

Müasir dövrdə işğalçılıq siyasəti, bir dövlətin digərinə qarşı güc 

tətbiq edilməsi antihüquqi xarakterli hadisə hesab olunduğundan, sırf 

formal-hüquqi  yanaşmadan  çıxış  edən  nəzəriyyəçilər  dövlətin  və 

ölkənin müdafiə olunması funksiyasının başqa dövlətlərin ərazisinin 

zəbt  edilməsi,  iqtisadi  imkanların  artırılması  və  digər  dövlətlər 

üzərində nəzarəti həyata keçirmək imkanının əldə edilməsi məqsədi 

ilə  aparılan  işğalçılıq  fəaliyyəti  (imperialist  xarakterli  siyasətlə)  ilə 

iç-içə  olmasını  inkar  edirlər.  Həmin  mövqedən  çıxış  edən 

V.A.Çetverinin yazır ki, «hüquq və dövlətçiliyin müasir paradiqması 

baxımından  aqressiv  xarici  siyasəti,  aqres-  siv  müharibələrin 

aparılmasını,  imperialist  fəaliyyəti  dövlətin  funksiyası  hesab  etmək 

olmaz. Bu beynəlxalq hüquqa zidd olan, hüquqazidd fəaliyyətdir».2 

Bu  fikir  elmdə  son  bir-iki  əsrdə  özünə  yer  alıb.  Dövlətlərarası 

münasibətləri  tənzimləyən  norma  və  prinsiplərə  isə  yalnız  İkinci 

Dünya müharibəsindən sonra real təsir göstərə bilmişdir. 

Təxminən bir əsr bundan əvvəl tanınmış alman alimi G.Yellinek 

yazırdı  ki,  cəmiyyətin  və  onun  üzvlərinin,  o  cümlədən,  dövlət 

ərazisinin müdafiə olunması istisnasız olaraq dövlətin səlahiyyətinə 

aiddir. «Bu funksiya və dövlətin ona müvafiq olan 

'' Hüseynov L.H. 

Beynəlxalq hüquq. S. 35-36. 

2 Проблемы общей теории права и государства. 



Под ред. Нерсесянца 

В.С.

 S. 630. 

Збб 



Dövlət və hüquq nəzəriyyəsi 

məqsədi  hər  zaman,  hətta  dövlət  ən  rudimentar  formada  olduqda 

belə, mövcud olmuşdur. (...) Bundan əlavə, uzun müddət müdafiə ilə 

yanaşı  işğallar  yolu  ilə  dövlət  ərazisinin  və  ya  müharibələr  yolu  ilə 

dövlət  hakimiyyəti  məkanının  genişləndirilməsi  dövlətin  əsas 

məqsədlərindən biri hesab olunmuşdur. İndinin özündə belə, dövlətin 

digər  dövlətlərlə  münasibətindəki  məqsəd  nəzəri  olaraq  müdafiə 

olunmaq çərçivəsinə salınsa da, müasir xalqların şüurunda dövlətin 

ərazisinin  genişləndirilməsi  ilə  bağlı  müxtəlif  təmayüllər,  istək  və 

məqsəd təsəvvürləri mövcuddur. Müasir dövrün siyasi, iqtisadi, milli 

düşüncəsinə  görə  də  dövlət  fəaliyyətinə  bu  cür  münasibət  bir  çox 

hallarda onun məqsədlərinə uyğun hesab edilir. Hamılıqla belə hesab 

olunur  ki,  Almaniyanın  birləşdirilməsi  üçün  Prussiyanın,  İtaliyanın 

birləşdirilməsi  üçün  isə  italiyanın  apardığı  müharibələr.  Balkan 

yarımadasın-  dakı  dövlətlərin  azad  olunması  məqsədi  ilə  Rusiya 

tərəfindən  törədilən  müharibələr  və  s.  hüquqauyğundur  və  dövlətin 

məqsədlərinə cavab verir. Dövlətin böyüdülməsinin bizim dövr üçün 

xarakterik  olan  formasına,  yəni  müstəmələklərə  yiyələnməklə 

dövlətin  təsir  dairəsinin  genişləndirilməsinə  də  eyni  münasibət 

bəslənilir».'* 

İşğalçılıq  siyasətinə,  bir  dövlətin  digərinə  qarşı  güc  tətbiq 

etməsinə  müasir  dövrün  beynəlxalq  hüquq  sistemində  antihüquqi 

xarakterli hadisə kimi dəyər verilməsinə baxmayaraq, G.Yellina- kın 

diqqətini  çəkən  hadisə  müasir  dövrdə  də  təkrarlanır.  Özümüz  də 

şahidik  və  tədqiqatçılar  da  yazırlar  ki,  ABŞ  milli  maraqlarını  həyata 

keçirmək,  təhlükəsizliyini  təmin  etmək,  təbliğ  etdiyi  dəyər  və 

normaları  dünyaya  yaymaq  üçün  dünya  liderliyinə  nail  olmaq  və 

bütün  dünyada  hərbi  üstünlüyünü  gücləndirmək  siyasətini  həyata 

keçirir.  Bu  dövlətin  müdafiə  funksiyasını  həyata  keçirmək  adı  ilə 

Əfqanıstanda,  İraqda  və  başqa  ölkələrin  ərazisində  apardığı 

müharibələri,  bilavasitə  həmin  ölkələrin  ərazisində  hərbi  qüvvələri 

yerləşdirməklə  oradan  «özünü  müdafiə  etməsini»  nəzərdən 

qaçırmaq mümkün deyil. ABŞ rəsmiləri həmin hadisələrə 

* Снесаров A.E. Философия войны. M., 2003, s. 187. 

367 



ilqar Məmmədov 

bəraət  qazandırmaq  üçün  Amerikanın  milli  maraqlarından  çıxış 

edərək  və  dünyada  demokratiyanı  müdafiə  etmək,  terrorizmlə 

mübarizə  aparmaq  məqsədi  ilə  başqa  dövlətlərə  qarşı  güc  tətbiq 

olunduğunu  bəyan  edirlər.  Amerikalıları,  həmçinin  dünya 

ictimaiyyətini buna inandırmaq üçün nəhəng təbliğat mexanizmi işə 

salınmışdır. Beynəlxalq təşkilatlardan da bu məqsədlə istifadə olunur. 

Lakin  bir  çox  analitiklər,  tədqiqatçılar  hadisələrə  tənqidi  yanaşaraq 

ABŞ-ın 

«özünümüdafiə 



fəaliyyətində» 

müasir 


dövlətin 

məqsədlərindən,  beynəlxalq  hüquq  normalarından  kənara  çıxdığını 

bildirirlər.  Real  münasibətlər,  müasir  dövrün  siyasi  gerçəklikləri  bir 

daha  təsdiq  edir  ki,  dövlət  gücləndikcə  onun  özü  tərəfindən 

özünümüdafiə kimi qəbul etdiyi fəaliyyət daha çox başqa dövlətləri öz 

təsir dairəsinə salmaq, bu və ya digər qaydada özündən asılı etmək, 

digər dövlətlərə qarşı güc tətbiq etmək fəaliyyətinə çevrilir. 

Dövlətin, 

ölkənin 

müdafiə 


olunması 

funksiyasının 

reallaşmasında  dövlətlərin  hazırladığı  hərbi  doktrinanın  xüsusi  rolu 

var.  Hərbi  doktrina  dövlətin  müdafiə  doktrinasının  ən  əsas  tərkib 

hissəsidir. Belə ki, hərbi doktrina reallaşmadan müdafiə doktrinasının 

həyata  keçirilməsi  mümkün  deyil.  Müdafiə  doktrinası  kompleks 

tədbirlərin  görülməsini  ehtiva  edir.  Buraya  həm  ordunun 

gücləndirilməsi,  hərbi  texnikanın  təkmilləşdirilməsi,  vətəndaşların 

vətənpərvərlik  ruhunda  tərbiyə  olunması,  həm  də  ordunun 

maddi-texniki  təminatını  yüksək  səviyyədə  həyata  keçirmək  üçün 

iqtisadi  imkanların  genişləndirilməsi,  hərbi  qulluqçuların  və  onların 

ailəsinin  sosial  ehtiyaclarının  və  tələbatlarının  yüksək  səviyyədə 

ödənilməsi, ölkədə və orduda hüquq qaydasının təmin edilməsi və s. 

tədbirlər daxildir. 

Müasir  dövrdə  dövlətin  müdafiə  siyasəti  bu  sahə  üzrə  dövlət- 

lərarası əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi ilə sıx əlaqədə 

həyata  keçirilir.  Buna  əsasən,  dövlətin,  ölkənin  müdafiə  siyasəti 

yalnız dövlətin özünün müvafiq fəaliyyəti ilə məhdudlaşmır, həm də 

digər  dövlətlərin  yardımını  və  ya  iştirakını  ehtiva  edir.  Bu  məqsədlə 

dövlətlər arasında müqavilələr bağlanır, birgə fəaliyyətin koordinasiya 

olunması  üçün  onun  maddi-texniki  bazası  və  müvafiq  mexanizmi 

yaradılır. 



368 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə