Dövlət və hüquq nəzəriyyəsi
məsinə xidmət edir. Cəmiyyətin idarə olunmasını təşkil edən dövlət
qanunvericilik vasitəsilə mədəni həyatın tənzimlənməsini də həyata
keçirir. Bu baxımdan, dövlətin mədəni siyasəti mədəniyyətin
qorunması, inkişaf etdirilməsi və genişlənməsi üzrə dövlət fəaliyyətini
tənzimləyən
hüquqi
prinsiplərin
və
hüquq
normalarının
müəyyənləşməsi və həyata keçirilməsi kimi izah edilir.
Sosial-iqtisadi inkişafın əsas faktorlarından olan təhsilin dövlət
siyasətində xüsusi yeri var. Təhsilin inkişaf səviyyəsi bilavasitə əmək
resurslarının keyfiyyətinə və ölkə iqtisadiyyatının vəziyyətinə təsir
göstərir. Təhsil mədəni-tərbiyəvi funksiyanı həyata keçirməklə
cəmiyyətin mənəvi sahəsinə təsir edir. Təhsil sistemi fərdin vətəndaş
kimi formalaşmasında da əhəmiyyətli rol oynayır. Səlahəddin
Xəlilovun yazdığı kimi, «əgər iqtisadi dirçəliş, elmi-texniki tərəqqi
daha çox rasional düşüncə, intellektual potensialla şərtlənirsə,
insanın sosial və mənəvi yüksəlişi daha çox siyasi mədəniyyət və
hüquqi təfəkkürlə şərtlənir. Bütün bunların inkişafı isə, ilk növbədə,
təhsil sisteminin necə təşkil olunmasından asılıdır. Təsadüfi deyil ki,
dövrümüzün ən güclü dövlətləri də məhz təhsil sahəsindəki
vəziyyətdən narahatlıq keçirir, məqsədyönlü təhsil islahatlarının
həyata keçirilməsini başlıca strateji vəzifə hesab edirlər».''
Cəmiyyətdə təhsilə olan tələbat dövlətin təhsil siyasətinin
prinsiplərində öz ifadəsini tapır. Bu sahədə dövlət siyasətinin əsas
məqsədlərindən biri də, öz vətəndaşları üçün təhsil hüquqlarının
reallaşmasına əlverişli şəraitin yaradılmasından ibarətdir. Göstərilən
sahəyə dövlət qayğısı, yalnız vətəndaşların təhsil almasının təmin
edilməsi ilə məhdudlaşmır. Dövlət, həm də elmin və cəmiyyətin
inkişaf səviyyəsinə uyğun gələn və gələcək inkişaf üçün zəmin
yarada bilən keyfiyyətcə yüksək təhsilin vətəndaşlara verilməsinin
qayğısına qalmalıdır.
Dünyada təhsilin vəziyyəti və təhsilin cəmiyyətdəki rolu ilə
əlaqədar aparılan tədqiqatlar nəticəsində bu sahənin mütəxəs-
1
Xəlilov Səlahəddin.
Təhsil sistemi: nəzəriyyə və praktika. Bakı, 1999,
s. 9.
357
ilqar Məmmadov
sislərinin gəldiyi nəticə ondan ibarətdir ki, «kasıbçılıqla mübarizəyə
yönəlmiş siyasətin həyata keçirilməsi, uşaq ölümünün azaldılması və
insanların sağlamlığının yaxşılaşdırılması, ətraf mühitin qorunması,
insan hüquqlarının möhkəmləndirilməsi, beynəlxalq münasibətlərinin
inkişaf etdirilməsi və milli mədəniyyətin zənginləşdirilməsi təhsil
sahəsində müvafiq strategiyanı həyata keçirmədən gözlənilən
nəticəni verməyəcək, aparıcı texnologiyanın mənimsənilməsi
sahəsində rəqabətə dözümlüyün təmin edilməsinə yönəlmiş cəhdlər
nəticəsiz olacaqdır».''
Son onilliklərdə, demək olar ki, sənayecə inkişaf etmiş bütün
dövlətlərdə bu və ya digər səviyyədə milli təhsil sistemi ilə bağlı
islahatlar aparılmış və buna külli miqdarda maliyyə vəsaitləri
ayrılmışdır.
Təhsilin
səviyyəsi
ölkənin
gələcək
inkişafını
müəyyənləşdirdiyindən islahatlar xüsusi dövlət siyasəti statusunu
qazanmışdır. Hal-hazırda Azərbaycanın təhsillə bağlı əsas problemi
cəmiyyətin inkişafını şərtləndirə biləcək milli təhsil sisteminin for-
malaşdırılmasından ibarətdir.
İdeoloji funksiya. Bu funksiya bu və ya digər formada hər bir
dövlətə xas olan funksiyadır. Belə ki, dövlət hakimiyyətinin həyata
keçirilməsi, ictimai münasibətlərin dövlət tərəfindən tənzimlənməsi
müəyyən dəyərlər sisteminə, inanclara, prinsiplərə və ideyalara
əsaslanır. Dövlət öz hakimiyyətinin ədalətli olmasını, cəmiyyətin
maraqlarına uyğun fəaliyyət göstərdiyini əsaslandırmaq üçün
müəyyən ideyalardan, nəzəri konsepsiyalardan və ya konsepsiyadan
çıxış edir, bu və ya digər inandırma üsullarından istifadə edir və
müxtəlif formalarda təbliğat işi aparır. Tipindən, idarəetmə və siyasi
rejim formalarından asılı olmayaraq bütün dövlətlər özünün, təmsil
etdiyi ictimai-iqtisadi quruluşun təbliğ edilməsi ilə məşğul olur. Bu
sahədə onların bir-birindən əsas fərqi təbliğatın hansı üsul və
vasitələrlə, hansı intensivlikdə aparılması ilə bağlıdır. Totalitar
dövlətlər mövcud rejimə bəraət qazandıran və mövcud hakimiyyətin
əsaslı olmasını təbliğ edən
' Социальная политика.
Под общ. ред. Волгина Н.А.
М., 2002,
S.
391.
358
Dövlət və hüquq nəzəriyyəsi
hakim ideologiyanın hamı tərəfindən qeyd-şərtsiz qəbul edilməsinə
çalışır, ona qarşı çıxan hər kəs dövlət maşınının əzici gücü ilə
neytrallaşdırılır. Demokratik dövlətlər isə mövcud rejimi, idarəetmə
formasını təbliğ etsələr də, ideoloji plyuralizmə imkan yaradır və
ayrı-ayrı insanlar, qruplar fikir müxtəlifliyinə görə təqib olunmur.
«İdeologiya» termini elmə XVIII əsrin sonlarında fransız
tədqiqatçısı A.Destyutom de Trasi tərəfindən gətirilmişdir. Bu termini
o, «ideyalar haqqında elm» mənasında işlətmişdir. Sonradan isə
həmin terminin mənası xeyli dəyişərək siyasi rəng qazanmış və bu
əsasda da müxtəlif cür şərh edilmişdir. T.Parsons daha geniş
yanaşmadan çıxış edərək ideologiyanı konkret cəmiyyətdə sosial
fəaliyyət yönümlüklərini müəyyənləşdirən dəyərlər sistemi kimi şərh
etmişdir. M.Veber, K.Mangeym, E.Dyurkgeym isə ideologiyanı
mədəniyyət kontekstində nəzərə alaraq onun mədəniyyətin bir
elementi kimi izah edilməsi ənənəsini yaratmışlar. M.Veber, həm də
siyasi idealların dini normalarla şərtləndiyini və ideologiyanın
cəmiyyətin həyatında oynadığı rolu öyrənərkən bunun nəzərə
alınmasının vacib olduğunu yazırdı. O hesab edirdi ki, dini norma və
dəyərlər insanlara müəyyən həyat və davranış tərzini aşılayır və onlar
mədəni kodlar olmaqla konkret cəmiyyətdə həyatın siyasi formalarına
xas olan spesifik cəhətləri başa düşməyə imkan yaradır. Kulturoloji
yanaşma E.Şİlz, U.Mats və digər müasir tədqiqatçılar tərəfindən də
inkişaf etdirilmişdir.
Müasir mənada başa düşülən ideologiya Avropada intibah
dövründən başlayan sekulyarizasiya prosesinin, yəni fərdi və ictimai
şüurun dini təsəvvürlərdən ayrılmasının, müstəqilləşmə- sinin təsiri ilə
meydana gəlmişdir. Sekulyarizasiya prosesi cəmiyyət, dövlət,
bütövlükdə dünya haqqında rasional təsəvvürlər sistemini
formalaşdırmış, beləliklə də, hakimiyyətin əsaslandırılması üçün
istifadə olunan əvvəlki dini təsəvvürlər yeni siyasi- nəzəri
konsepsiyalarla əvəz edilmişdir. Lakin bu o demək deyil ki, həmin
dövrə qədər dövlətlərin ideoloji funksiyası olmamışdır. Dövlətin
yarandığı ilk dövrlərdən dövlət hakimiyyətinin, mövcud
359
Dostları ilə paylaş: |