Dövlət və hüquq nəzəriyyəsi
9)
cəmiyyətin əsas təbii özəyi olan ailənin möhkəmləndirilməsi,
vətəndaşların mənəvi, mədəni inkişafı, keçmiş nəsillərin irsinə və irsin
varisliyinə xüsusi diqqət göstərilməsi, orijinal milli və tarixi ənənələrin
qorunması üçün təminatın yaradılması.
Müasir dövlətin sosial funksiyası onun həyata keçirdiyi sosial
siyasətlə müəyyənləşir. Sosial siyasət dövlətin daxili siyasətinin əsas
istiqamətlərindən biri olmaqla həm idarəetmə xarakterli fəaliyyəti,
həm də müvafiq istiqamətdə həyata keçirilən fəaliyyət üçün hüquqi
bazanın yaradılması və təkmilləşdirilməsini ehtiva edir. Dövlətin
sosial funksiyasının həyata keçirilmə obyekti olan ictimai həyatın
sosial sahəsi, həm istehsal sahələrinin bir çox aspektini, yəni iş günü
müddətinin, minimum əmək haqqının, əməyin mühafizəsinin
müəyyən olunmasını və s. həm də təsərrüfatın qeyri-istehsal
sahələrini, yəni təhsili, elmi, səhiyyəni, mədəniyyəti, sosial müdafiəni
əhatə edir.
Sosial siyasətin məqsədi cəmiyyət üzvlərinin normal səviyyədə
yaşaya bilməsi üçün zəruri olan tələbatların tam təmin olunması,
insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dövlətlə insan
arasında himayəçilik münasibətləri yaratmaqla fərdin sosial
ədalətsizlikdən müdafiə olunmasını və ictimai həmrəyliyin təmin
edilməsidir. Bu siyasətə əsasən, dövlətin sosial funksiyası çoxşaxəli
fəaliyyət formasında reallaşır. Dövlət, həm sosial münasibətləri
tənzimləyir, insanlara himayəçilik edir və qayğı göstərir, həm də
onların şəxsiyyətini mühafizə altına alır. Beləliklə, dövlət cəmiyyət
üzvlərini insanların təbiətindən və sosial bərabərsizlikdən doğan və
İnsan şəxsiyyətinin müstəqilliyinə mənfi təsir göstərən, insan
şəxsiyyətini alçaldan hadisələrdən qorumuş olur, cəmiyyət üzvləri
arasında maddi və mənəvi nemətlərin ədalətli qaydada
bölüşdürülməsi prinsipinin həyata keçməsini təmin edir. Bunların
reallaşması, məhz, dövlətin qayğısı və köməyi ilə baş verir. Sosial
sahədə dövlətin mövqeyini və rolunu, sosial siyasətin əhəmiyyətini
tədqiqatçılarımız belə açıqlayırlar: «Sosial siyasətin həyata
keçirilməsi çərçivəsində insanların zəruri tələbatlarının təmin
olunması barədə söhbət getdikdə yalnız cəmiyyət üzvlərinin öz
hesabına deyil, həm də dövlətin
345
ilqar Məmmədov
köməyi ilə ehtiyacı olan hər bir adama qayğı və köməyin göstərilməsi
nəzərdə tutulur. Sosial siyasət əmək qabiliyyətli vətəndaşların özlərini
təmin etməsi üçün müvafiq proseslərin inkişafı və eyni zamanda
əmək qabiliyyətini artıq itirmiş və cəmiyyətin və dövlətin qayğısına
ehtiyacı olanlara ünvanlı təminat üçün əlverişli şərait yaradır.
Beləliklə, sosial siyasət-dövlətin, siyasi, ictimai və digər institutların,
yerli özünüidarəetmə orqanlarının cəmiyyətin həyatının sosial
sahəsinin mütərəqqi inkişafına, insanların həyat şəraitinin və zəruri
tələbatlarının təmin olunmasına, onlara lazımi sosial qayğı göstərmək
və müdafiə etməyə istiqamətlənmiş fəaliyyətdir»."'
Hesab edirik ki, sosial siyasət insanlara sosial qayğı göstərilməsi
və onların müdafiə olunmasına, həyat şəraitinin və zəruri tələbatların
təmin olunmasına, sosial sahənin inkişafı ilə yanaşı həm də sosial
ədalətin, sosial həmrəyliyin və əməkdaşlığın təmin edilməsinə, maddi
müstəqilliyə imkan yaratmaqla insanı asılılıqdan qurtarmağa, insan
şəxsiyyətinə hörmətlə yanaşma ənənəsi əsasında mövcud olan
ictimai mühitin formalaşmasına və inkişaf etdirilməsinə, ən nəhayət,
insan azadlığının faktiki olaraq reallaşmasına yönəlmiş bir
fəaliyyətdir. Sosial siyasət sosial hüquqların təmin edilməsinə xidmət
etməklə insanların müstəqil yaşaya bilməsinə imkan yaradır, insan
həyatı yalnız zəruri tələbatların ödənilməsinə xərclənmir, ehtiyac
içində yaşamaq səbəbindən insanın başqalarından asılı olmasına
şərait yaradan amillər aradan qalxır və fərd öz azad iradəsini itirmir,
onun özünə və həyata inamı olur. Bütün bunlar, öz növbəsində,
insanın azad düşüncəli olmasına, müstəqil şəkildə ictimai və siyasi
aktivlik göstərə bilməsinə, siyasi hüquq və azadlıqların reallaşmasına
rəvac verir, müvafiq sosial-psixoloji mühit formalaşdırır.
Bəzən elə hesab edilir ki, sosial problemlərin həll edilməsi yalnız
gəlirləri indeksləşdirmək, əlillərə, pensiyaçılara, uşaqlı ailələrə və bir
sıra başqa kateqoriyadan olan insanlara müavi-
Mehbaliyev Səttar, İsgəndərov Ramiz.
Əmək bazarı və əhalinin
sosial müdafiəsi. Bakı, 2002, s. 215.
346
Dövlət və hüquq nəzəriyyəsi
nətlərin verilməsindən ibarətdir. Sosial müdafiə obyektləri dedikdə
isə, cəmiyyətin bütün üzvləri deyil, onların ayrı-ayrı kateqoriyaları
nəzərdə tutulur. Bu mövqe onunla əsaslandırılır ki, bazar iqtisadiyyatı
şəraitində əmək qabiliyyətli insanların hər biri özünün və ailəsinin
rifahını, sosial müdafiəsini öz qüvvəsi və fəaliyyəti hesabına təmin
etməlidir. Həmin mövqe ilə razılaşmayan tədqiqatçılar isə bir çox
ölkələrin təcrübəsinə əsaslanaraq bildirirlər ki, insanların özlərini
maddi cəhətdən təmin etməsinin bu cür sistemi heç də öz-özünə
yaranmır: bundan ötrü cəmiyyətin bütün üzvləri ilə bağlı olan
müəyyən makroiqtisadi ilkin şərait yaradılmalıdır və həmin ilkin
şəraitin yaradılması dövlətin iqtisadiyyatı tənzimləməsi funksiyasının
tərkib hissəsini təşkil edir. Bu halda həmin funksiyanın tətbiq edildiyi
Ölkələrin-Skandinaviya ölkələrinin. Qərbi Avropanın digər ölkələrinin,
qismən tətbiq edildiyi ABŞ-ın təcrübəsinə diqqət yetirilir. Göstərilir ki,
müəyyən fərqlərin olmasına baxmayaraq, hər yerdə çoxşəkilli «iş
yerləri bankları» şəbəkəsi qurulur, əhalinin ərazi baxımdan və peşə
mobilliyinə stimul yaradılır, məşğulluğun tənzimlənməsi, kadrların
hazırlanması və təkmilləşdirilməsi üzrə dövlət sistemləri fəaliyyət
göstərir, vergilərin köməyi ilə əhalinin gəiirlərindəki diferensiasiya
qabaqcadan tənzimlənir, əhalinin ümumi sosial müdafiə dərəcəsini
təmin edən digər vasitələr tətbiq edilir. Hətta bütövlükdə mühafizəkar
iqtisadi siyasət yeridilən ölkələrdə də dövlətin bu məqsədlər üçün
xeyli vəsait sərf etdiyi bildirilir. Amerika Birləşmiş Ştatlarını buna misal
çəkirlər. Belə ki, ABŞ-da federal büdçənin təqribən 50 faizi, ştatların
və yerli hakimiyyət orqanlarının büdcəsinin 60 faizi dövlətin sosial
xərclərinə sərf edilir.
Hər bir dövlətin sosial siyasəti onun iqtisadi potensialından,
iqtisadiyyatının inkişaf səviyyəsindən asılıdır. Ölkənin iqtisadi
imkanları və potensialı dövlətin sosial funksiyasının maddi əsasını
təşkil edir. İqtisadi funksiyanın səmərəli şəkildə həyata keçirilməsi,
iqtisadiyyatın inkişaf etdirilməsi güclü sosial müdafiə sisteminin
yaradılmasına imkan verir, iqtisadi təminat olmadan sosial təminatlar
proqramı, sadəcə, kağız üzərində qalır. Odur ki, sosial təminatlar
poqramının həyata keçirilməsinin zəruri makroiqtisadi
347
Dostları ilə paylaş: |