Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə112/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   108   109   110   111   112   113   114   115   ...   205

ilqar Məmmədov 

siyalanna,  daxili  suverenlik  funksiyalarını  isə  daxili  təhlükəsizlik, 

ədalət  məhkəməsi  və  vətəndaşlıq  vəziyyətinin  qeydə  alınması 

funksiyalarına 

bölür. 

O, 


suverenliyin 

həyata 


keçirilməsi 

funksiyalarının  tərkib  hissəsi  kimi  sırf  siyasi  funksiyaları  da 

fərqləndirir,  siyasi  funksiyaları  isə  üç  hissəyə:  siyasi  institutların 

fəaliyyətinin  təmin  edilməsi,  ictimai  təşkilatlarla  və  institutlarla 

qarşılıqlı əlaqənin  qurulması,  ictimaiyyətin  siyasi  məqsədlər  barədə 

məlumatlandırılması funksiyalarına bölür. Müəlliflərin çoxundan fərqli 

olaraq V.İ.Vlasov dövlətin hər hansısa bir funksiyasından danışarkən 

həmin  anlayışı  cəm  şəklində  işlədir.  Məsələn,  «iqtisadi  funksiya» 

əvəzinə  «iqtisadi  funksiyalar»dan  bəhs  edir.  Bununla  da  o,  bir  növ 

əsas  və  qeyri-əsas  funksiyalar  bölgüsündən  istifadə  edərək  adını 

çəkdiyi hər bir funksiyaya kompleks sistem kimi yanaşır. Buna görə 

də,  iqtisadi  funksiyanı  «iqtisadi  funksiyalar»  və  yaxud  sosial 

funksiyanı «sosial funksiyalar» adlandırır. 

İqtisadi  funksiya.  Dövlətin  təşəkkül  tapdığı  ilk  dövrlərdən 

başlayaraq  onun  fəaliyyət  istiqamətlərindən  biri  də  iqtisadi 

münasibətlərin  tənzimlənməsinə  yönəlmişdir.  Sonrakı  inkişaf 

dövrlərində də dövlətin iqtisadi fəaliyyəti onun mövcudluğunu təmin 

edən mühüm amillərdən olmuşdur. Odur ki, döviətin iqtisadi fəaliyyəti 

onun əsas və daimi funksiyalarından biri hesab olunur. 

Dövlətin  iqtisadi  funksiyası  cəmiyyətin  iqtisadi  həyatına  dövlət 

tərəfindən  idarəetmə  təsirlərinin  göstərilməsində  ifadə  olunur. 

İdarəetmə dedikdə, iqtisadi fəaliyyətin lazımi istiqamətə yönəldilməsi, 

bu  sahə  ilə  əlaqədar  dövlətin  məqsəd  və  vəzifələrinin  həyata 

keçirilməsi, gözlənilən nəticələrin əldə olunması məqsədi ilə iqtisadi 

proseslərə,  münasibətlərə  və  obyektlərə  təsiretmə  forması  başa 

düşülür,  iqtisadiyyatın  dövlət  tərəfindən  idarə  olunması  cəmiyyətin 

idarə  olunması  sisteminin  mühüm  tərkib  hissəsi  olmaqla,  müvafiq 

hakimiyyət 

orqanları 

vasitəsilə 

həyata 

keçirilir. 



Dövlətin 

qanunvericilik,  icra  və  məhkəmə  orqanları  iqtisadiyyatın  idarə 

olunmasında bilavasitə və dolayı yolla iştirak edir. Dövlət orqanlarının 

iqtisadiyyatın idarə olunmasında iştirak dərəcəsi, daha çox, dövlətin 

tipindən, idarəetmə formasından və siyasi rejimdən asılıdır. 

336 



Dövlət və hüquq nəzəriyyəsi 

İqtisadi  fəaliyyət  prinsipləri,  iqtisadiyyatın  tənzimlənməsi 

qaydaları əsasında həyata keçirilən iqtisadi funksiya dövlətin iqtisadi 

siyasəti  ilə  müəyyənləşir.  Dövlətin  iqtisadi  siyasəti  isə,  döviətin 

inkişaf  səviyyəsindən,  konkret  ictimai-tarixi  şəraitdən,  cəmiyyətin 

hakim ideologiyasından asılı olaraq müxtəlif xarakterdə, istiqamətdə 

və məzmunda təzahür olunur. 

Elmi  ədəbiyyatda  sosial-iqtisadi  proseslərin  idarə  olunmasının, 

iqtisadi  münasibətlərin  tənzimlənməsinin  iki  əsas  tipindən  danışılır. 

Onlardan  biri  mərkəzləşdirilmiş  planlaşdırmaya  və  idarəetməyə 

əsaslanan  inzibati-amirlik  sistemi,  digəri  isə  iqtisadi  üsul  və 

metodlara  əsaslanan  sistemdir.  İqtisadiyyatın  tənzimlənməsinin  bu 

və  ya  digər  tipi  konkret  ictimai-tarixi  faktorlardan,  iqtisadi  sistemin, 

həmçinin hakimiyyətin xarakterindən asılı olaraq formalaşır. Məsələn, 

SSRİ-də  iqtisadiyyatın  idarə  olunması  inzibati-amirlik  üsullarına 

əsaslanırdı.  Bu,  dövlət  mülkiyyətinin  və  ictimai  mülkiyyətin  əsas 

götürüldüyü  iqtisadi  sistemin  və  xüsusi-  çiliyin  əlehinə  yönəlmiş 

sosialist  cəmiyyətinin  formalaşması  ilə  bağlı  idi.  Sovet  hakimiyyəti 

dövründə dövlət nəinki bütövlükdə cəmiyyət miqyasında iqtisadiyyatı 

bilavasitə  idarə  edən,  təsərrü-  fatçılığı  nizamlayan  mərkəz,  hətta 

ayrı-ayrı  istehsal  özəkləri  səviyyəsində  təsərrüfat  proseslərini 

tənzimləyən  nəhəng  bir  təşkilat  kimi  fəaiiyyət  göstərirdi.  Dövlət, 

əhalinin işiə təmin edilməsindən, məişət qayğılarından tutmuş, qlobal 

problemlərin  həllinə  kimi  bütün  məsələləri  direktiv  qaydada  həll 

etməyə çalışırdı. 

İqtisadi  üsul  və  metodlarla  əsaslanan  sistem  liberal  dəyər  və 

prinsiplərlə  tənzimlənən  bazar  iqtisadiyyatının  hakim  olduğu 

ölkələrdə  formalaşmışdır.  A.Smit  və  I.Bentam  tərəfindən  inkişaf 

etdirilmiş  liberal  konsepsiyaya  görə,  dövlət  iqtisadi  münasibətlərə 

müdaxilə etməməli, müikiyyəti, müqavilə azadlığını, mövcud istehsal 

münasibətlərini  qorumaqla  yalnız  keşikçi  funksiyasını  həyata 

keçirməii,  bir  söziə  «minimal  dövlət»  kimi  fəaliyyət  göstərməlidir. 

Klassik  nəzəriyyə  tərəfdariarı  dövlətin  makroiqtisadi  səviyyədə 

istehsalın  həcminə,  məşğulluq  səviyyəsinə  müdaxiləsini  də 

məqsədəuyğun hesab etmiriər. Kapitalist dövlətlərində 

337 



ilqar Məmmədov 

iqtisadiyyatın  idarə  olunması  bir  müddət  həmin  ideyalar  əsasında 

həyata  keçirilmişdir.  Lakin  bu  nəzəriyyə  getdikcə  artan  sosial 

gərginliyin,  işsizliyin  aradan  qaldırılmasına,  məşğulluğun  və  sosial 

ədalətin  təmin  edilməsinə  kömək  edə  bilməmişdir.  Nəticədə  də, 

iqtsadiyyatın idarə olunması sahəsində yeni üsul və metodların tətbiq 

edilməsinə zərurət yaranmış və dövlətin iqtisadi münasibətlərə aktiv 

müdaxiləsini  tələb  edən  ideyalar  inkişaf  etmişdir.  1929-1933-cü 

illərdə kapitalist ölkələrində baş vermiş böyük iqtisadi böhran bazar 

iqtisadiyyatının  tənzimlənməsi  ilə  bağlı  klassik  nəzəriyyənin  bir  sıra 

müddəalarının yeni şəraitdə yararsız olduğunu əyani surətdə sübuta 

yetirdi.  Beləliklə,  böhranın  aradan  qaldırılması  və  iqtisadi  sistemin 

qorunub  saxlanması  məqsədi  ilə  iqtisadiyyata  və  sosial 

münasibətlərə  dövlətin  aktiv  müdaxiləsi  dövrü  başladı.  Bu  dövrdə 

minimal  dövlət  konsepsiyası  sosial  dövlət  konsepsiyası  ilə  əvəz 

olunmuşdur.  XX  əsrin  30-cu  illərində  C.Keyns  bazar  iqtisadiyyatı 

şəraitində cəmiyyətin iqtisadi həyatına dövlətin müdaxiləsinin nəzəri 

əsaslarını  hazırlamaqla  sübut  etdi  ki,  dövlət  tələb  səviyyəsinə  təsir 

göstərməklə  bütünlüklə  iqtisadiyyatı  tənzimləyə  bilər.  C.KeynsIn 

fikrincə,  iqtisadi  inkişafı  təmin  etmək  üçün  tələbi  formalaşdıran  və 

milli gəliri artıran amillərə dövlətin təsir göstərməsi kifayətdir. Əməli 

cəhətdən  bu  ideyanı  reallaşdırmaq  üçün  gəlirlər,  istehlak,  yığım, 

istehsalın  miqyası,  investisiya  kimi  makroiqtisadi  göstəricilərin 

qarşılıqlı  əlaqəsi  də  nəzərə  alınmalıdır.  Keyns  belə  bir  nəticəyə 

gəlmişdir  ki,  səmərəli  tələbi  və  tam  məşğulluğu  təmin  etmək  üçün 

dövlət fəal büdcə-maliyyə siyasəti həyata keçirməlidir. 

iqtisadi  ədəbiyyatda  dövlət  tənzimlənməsinin  Keyns  modeli 

aşağıdakı istiqamətlərdə müəyyənləşdirilmişdir: 

1.

 

Dövlət büdcəsi vasitəsilə milli gəlirin xeyli hissəsinin yenidən 



bölüşdürülməsi. 

2.

 



Dövlət  müəssisələrinin  və  qarışıq  müəssisələrin  yaradılması 

hesabına sahibkarlığın geniş dövlət sektorunun yaradılması. 

3.

 

İqtisadi  mühiti  sabitləşdirmək,  dövrü  enib-qalxmaları 



yumşaltmaq,  mllll  məhsulun  yüksək  artım  sürətinə  nail  olmaq  və 

məşğulluğun səmərəli səviyyəsini təmin etmək üçün büdcə-ma- 



338 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə