Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə110/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   106   107   108   109   110   111   112   113   ...   205

ilqar Məmmədov 

mətlərinin sinfi vəzifələrlə yanaşı ümumsosial xarakterli vəzifələri də 

həyata  keçirməsi  onların  sinfi  və  ya  ümumsosial  funksiya  kimi 

xarakterizə edilməsi baxımından problem yaradır. 

V.M.Sırıx  yazır  ki,  dövlətin  funksiyalarının  əksəriyyəti  sinfi 

xarakterlidir. Çünki onlar, ilk növbədə, iqtisadi baxımdan hakim sinfin 

maraqlarına xidmət edir. Quldarlıq, feodal və burjua dövlətlərinə aid 

olan bu hal müasir demokratik dövlətlərdə də özünü göstərir. Müasir 

burjua dövlətinin sosial siyasətinin liberallaşdı- rılması, insan hüquq 

və azadlıqlarının əsas prioritetlər səviyyəsinə qaldırılması şübhəsiz ki, 

proqressiv  mahiyyət  kəsb  edir,  əhalinin  sosial  baxımdan  təmin 

olunmayan təbəqələrinin vəziyyətini yaxşılaşdırır və bu mənada onlar 

pozitiv  hadisələrdir.  Lakin  burjua  dövlətinin  digər  funksiyalarında 

olduğu kimi, onların üzərində də burjua həyat tərzinin damğası var. 

V.M.Sırıxın  fikrincə,  «cəmiyyətin  maraqlarına  uyğun  olaraq  həyata 

keçirilən  funksiyaları  ümumsosial  əhəmiyyətə  malik  olan 

funksiyalardan fərqləndirmək lazımdır. Ümumiyyətlə, təbiəti etibarilə 

sinfi  xarakterə  malik  olan  hər  bir  dövlət  istər-istəməz  cəmiyyətin 

maraqlarına  uyğun  fəaliyyət  göstərir.  O,  cəmiyyətdə  sabit  hüquq 

qaydası yaradır, müəyyənləşdirdiyi hüquq və azadlıqları müdafiə edir, 

iqtisadiyyatın, mədəniyyətin, təhsilin, ölkənin müdafiə qabiliyyətinin, 

beynəlxalq  əlaqələrinin  inkişaf  etdirilməsi  üçün  tədbirlər  görür.  Bu 

mənada,  quldarlıq,  feodal  dövlətləri  cəmiyyətin  mövcud  olması  və 

inkişaf  etməsi,  onun  müasir  səviyyəyə  gəlib  çatması  üçün  zəruri 

institutlar  kimi  çıxış  edibdir.  (...)  Buna  rəğmən,  «ictimai»  və 

«ümumsosial»  anlayışları  arasında  prinsipial  fərq  var.  Cəmiyyətin 

maraqlarına uyğun olan hər bir şey, heç də hər zaman ümumsosial 

xarakterə  malik  deyil,  yəni  cəmiyyətin  bütün  üzvlərinə  barabər 

səviyyədə  məxsus  olmur.  Deməli,  dövlətin  ümumsosial  funksiyası 

cəmiyyətin  üzvləri  arasında  bərabər  bölüşdürülən  sərvətlərin, 

dəyərlərin əldə olunmasını təmin etməkdən ibarətdir. Bu kriteriyaya, 

yalnız,  dövlətin  bir  funksiyası-  ətraf  mühitin  mühafizəsi  funksiyası 

cavab  verir.  Müasir  demokratik  dövlətin  qalan  funksiyaları  isə 

mülkiyyətçilərin, hakim mövqeyə malik olanların xeyirinə olmaqla az 

imkanlıların və imkan 

330 



Dövlət və hüquq nəzəriyyəsi 

sızların maraqlarını həddindən artıq aşağı səviyyədə təmin edir».'' 

Buna  yaxın  olan  bir  təsnifata  görə  isə,  dövlətin  funksiyaları 

ümumi  xarakterli,  «ümumi  işlərdən»  irəli  gələn  və  dövlətin  sosial 

təbiətindən,  bu  və  ya  digər  tipə  aid  olmasından  asılı  olmayan,  yəni 

sosial  baxımdan  neytral  funksiyalara  bölünür.  Ölkənin  müdafiəsi 

funksiyası  sosial  baxımdan  neytral  funksiyalara  aid  edilir.  Həmin 

təsnifləşdirməyə  görə,  sosialist  ölkələrində  mövcud  olan  sosialist 

mülkiyyətinin  müdafiə  olunması  funksiyası  sosial  yöndən 

müəyyənləşmiş funksiyalardan biridir. 

Göründüyü  kimi,  sonuncu  iki  təsnifat  bir-birinə  yaxın  olan 

təsnifatlardır.  Lakin  bu  onların  eyniləşədirilməsi  kimi  başa 

düşülməməlidir.  Belə  ki,  onlardan  birincisi,  əsas  etibarilə  marksizm 

nəzəriyyəsinin  müddəaları  üzərində  qurulmuş  bir  yanaşmadan  irəli 

gəlir. İkincisi isə, daha çox ümumsosioloji xarakterlidir. 

Başqa  bir  təsnifləşdirmə  dövlətin  funksiyalarını  daimi  və 

müvəqqəti  funksiyalara  ayırır.  Həmin  təsnifata  görə,  dövlətin  daimi 

funksiyaları  onun  inkişafının  bütün  dövrlərində  mövcud  olan 

funksiyalardır.  Daimi  funksiyalar  bir  çox  hallarda  dövlətin  əsas 

funksiyaları  kimi  təzahür  edir.  Müvəqqəti,  keçici  funksiyalar  isə 

dövlətin  inkişafının  müəyyən  bir  dövrünün  spesifik,  özünəməxsus 

tələbləri ilə bağlı olaraq meydana gəlir. SSRİ-də nüvə silahlarından 

müdafiə  sisteminin  yaradılması  müvəqqəti  funksiyalara  misal 

göstərilir. Və izah edilir ki, SSRİ-nin Qərb ölkləri ilə sərt qarşıdurmada 

olduğu dövrdə həmin dövlətin inkişafındakı spesifik cəhətlər belə bir 

fəaliyyət istiqamətinə zərurət yaratmışdır. 

Təsnifləşdirmələrdən  biri  də  hakimiyyətlərin  bölünməsi  krite- 

riyasına  əsaslanır.  Dövlətin  funksiyalarını  həmin  kriteriya  əsasında 

təsnifləşdirən  tədqiqatçılar  onları  üç  əsas  qismə  -  qanunvericilik 

funksiyalarına  (hüquqyaradıcı  funksiyalar),  idarəetmə  funksiyalarına 

və  hüquqmühafizəedici  funksiyalara  bölürlər.  Belə  bir  formal 

təsnifləşdirmə  apararkən  tədqiqatçıların  bəziləri  əlavə  olaraq 

informasiya funksiyasını da fərqləndirirlər. Ümumi- 

Сырых B.M. 

Теория государства и права. S.38-39. 

331 



ilqar Məmmədov 

likdə  isə,  hakimiyyətlərin  bölünməsi  kriteriyasına  əsaslanan  həmin 

formal təsnifat hüquqşünas alimlərin əksəriyyəti tərəfindən tənqidlə 

qarşılanır.  Onların  fikrincə,  bu  təsnifatda  sadalanan  funksiyalar 

dövlətin deyil, dövlət hakimiyyətinin qollarına aid funksiyalardır. Odur 

ki, təsnifləşdirmənin bu cür aparılması dövlətin funksiyaları ilə dövlət 

hakimiyyətinin  və  bu  hakimiyyətin  əsas  tərkib  hissələrinin 

funksiyalarının qarışıq salınması ilə nəticələnir. 

Dövlət və hüquq nəzəriyyəsinə aid ədəbiyyatda qeyri-ənənə- vi 

təsnifləşdirmələr də mövcuddur. Onlardan biri xüsusi maraq doğurur. 

Həmin  təsnifləşdirmə  libertar  nəzəriyyədən  çıxış  etməklə,  dövlətin 

minimal və paternalist funksiyalarını fərqləndirir. 

Bu təsnifləşdirməyə üstünlük verən müəlliflərin fikrincə, minimal 

funksiyalar  dövlətçiliyin  tarixi  inkişafının  bütün  dövrlərində  hər  bir 

dövlətin  qarşısında  duran  iki  əsas  vəzifənin  həyata  keçirilməsi  ilə 

bağlı  olan  funksiyalardır.  Həmin  vəzifələrə  aiddir:  1)  azadlığın, 

təhlükəsizliyin  və  mülkiyyətin  təmin  edilməsi  (hüquqi  funksiya);  2) 

kommunikasiyalar  sisteminin  yaradılması.  Onların  fikrincə,  dövlətin 

tarixi  inkişafı  prosesində  həmin  funksiyaların  təkamülü  dövlətin 

azadlığın  institusional  forması  kimi  çıxış  etməsinə  dəlalət  edir. 

Düzdür,  tarixi  baxımdan  inkişaf  etməmiş  və  ya  müasir  avtoritar 

dövlətlərdə  azadlıq,  təhlükəsizlik  və  mülkiyyət  hüquqi  dövlət 

ölçülərinə görə yetərincə təmin edilmir. Lakin buna baxmayaraq, elə 

bir  dövlət  yoxdur  ki,  azadlığı,  təhlükəsizliyi  və  mülkiyyəti  müəyyən 

qaydada təmin etməsin. Azadlığın olmaması hakimiyyətin antidövlət 

xarakterli,  yəni  zorakı  xarakterli  olması  deməkdir.  Yəni  dövlətin 

mövcudluğu, hər bir halda, azadlığın bu və ya digər dərəcədə təmin 

edilməsini ehtiva edir. 

Müəyyən  ərazi  daxilində  təşkil  olunan  antrop  birliyin  (insan 

birliyinin)  idarə  olunmasını  təmin  edən  suveren  hakimiyyətin 

mövcudluğu  kommunikasiya  sisteminin yaradılması  deməkdir.  Belə 

bir  sistem  dövlətin  bütün  ərazisini  və  bütün  cəmiyyəti  əhatə  edir. 

Dövlətin  bu  əhatədə  kommunikasiya  sistemini  yaratması  ictimai 

münasibətlərin azad subyektləri tərəfindən cəmiyyəti 



332 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə